Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə71/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
193 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
D
ÜNYANIN KƏND TƏSƏRRÜFATI 
  
– Şəkildə göstərilən 
təsərrüfat formaları 
bir-birindən necə 
fərqlənir?  
Belə təsərrüfatlar 
dünyanın hansı re-
gionlarında inkişaf 
etmişdir? 
 
 
Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış sahəsidir. Dünyanın 
bütün  ölkələrində  kənd  təsərrüfatı  az  və  ya  çox  dərəcədə  inkişaf  etmişdir.  Kənd 
təsərrüfatının iki əsas tipi – əmtəəlik  istehlak tipləri ayrılır. Əm-
təəlik kənd təsərrüfatına intensiv, yəni yüksək məhsuldarlığa malik 
əkinçilik,  yem  bazasına  əsaslanan  intensiv  heyvandarlıq  aiddir. 
İstehlak  tipli  təsərrüfata  isə  aşağı  məhsuldarlığa  malik  ekstensiv 
əkinçilik və otlaq heyvandarlığı daxildir. İnkişaf etmiş ölkələr üçün kənd təsərrüfatının 
yüksək  əmtəəlik  tipi  səciyyəvidir.  Burada  kənd  təsərrüfatının  aqrobiznes forması 
inkişaf  etmişdir.  Aqrobiznes  kənd  təsərrüfatı  məhsulunun  istehsalı  ilə  yanaşı,  onun 
emalı, anbarlarda saxlanması, daşınması və satışı, həmçinin bu sahə üçün maşın və 
gübrələrin  istehsalını  həyata  keçirən  sənaye  xarakterli  iri  özəl  təsərrüfatdır.  İnkişaf 
etməkdə olan ölkələrdə həm əmtəə, həm də istehlak tipli kənd təsərrüfatı mövcuddur. 
Bu ölkələrdəki əmtəə  təsərrüfatlarına məhsuldar torpaqlarda yerləşən və  maşınların 
tətbiq  edildiyi  yaxşı  təşkil  olunmuş  plantasiya  təsərrüfatı  aiddir.  Bu  təsərrüfatların 
məhsulu ixrac olunur. Amma inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında əsas 
yeri istehlak tipli – xışlı və kotanlı  əkinçilik tutur.  
 
 
Xəritə-sxemə əsasən kənd təsərrüfatında çalışan əhalinin çox və az olduğu regionları müəy-
yənləşdirin. 
 
 
54 
F Ə A L İ Y Y Ə T
 
1
Rusiya Federasiyası 
 
Kanada 
ABŞ 
Afrika 
Çin 
Sinqapur 
İndoneziya 
 
İran 
Qazaxıstan Monqolustan
Braziliya 
Avstraliya 
Venesuela 
CAR
Burundi
B.Britaniya 
Yaponiya 
Müzakirə edin:
 
 
– Fikrinizcə, kənd 
təsərrüfatında 
məşğulluq ilə 
onun inkişaf sə-
viyyəsi arasında 
hansı əlaqə var-
dır?   
 
Kənd təsərrüfatında məşğulluq (%) 
Açar sözlər 
 
 aqrobiznes 
 yaşıl inqilab 
  LAYİHƏ


 
 
194 
 
Elmi-texniki inqilab digər sahələr kimi  kənd təsərrüfatına da güclü təsir etmiş və 
bu sahədə “yaşıl inqilab”ın baş verməsinə səbəb olmuşdur. “Yaşıl inqilab”  ETİ-nin 
təzahürlərindən  biri  olub  kənd  təsərrüfatının  müasir  aqrotexnika  vasitəsilə  yeni-
lənməsi, yüksək məhsuldarlığa malik yeni bitki sortlarının kəşf edilməsi, gübrələrin və 
s.  kimyəvi  maddələrin  tətbiqidir.  Əslində,  ETİ-yə  qədər  bu  yeniliklər  artıq  inkişaf 
etmiş ölkələrdə baş vermişdi. ETİ-dən sonra “yaşıl inqilab” Latın Amerikasının bir 
çox  ölkələrində,  Cənubi,  Şərqi  və  Cənub-Şərqi  Asiyada  həyata  keçirildi.  Lakin  bu 
yeniliklər yalnız plantasiya təsərrüfatlarında aparıldı, istehlak təsərrüfatları isə yenə də 
sadə alətlərin tətbiq edildiyi geridə qalmış təsərrüfatlar olaraq qalır. 
Kənd təsərrüfatının əsas sahələri bitkiçilik və heyvandarlıqdır. Bitkiçiliyin yarı-
dan çoxu taxılçılığın payına düşür. Taxıl əkinlərinin (buğda, çəltik, qarğıdalı) yer-
ləşməsi insanların sıx məskunlaşdığı ərazilərlə üst-üstə düşür. Buğdanın əsas ixra-
catçıları ABŞ, Kanada, Avstraliya, Argentina, Fransadır. 
 
 
Buğda  istehsal  edən  ölkələri  regionlar  üzrə  qruplaşdırın.  Əsas  ixracatçı  və  idxalçı  ölkələri 
müəyyənləşdirin.  
 
Müzakirə edin: – Buğda əkinləri hansı təbii zonalarda yayılmışdır? Nə üçün? 
 
Çəltik dünya əhalisinin yarısı üçün əsas qida sayılır. Çəltik istilik və rütubət se-
vən, həm də əməktutumlu bitkidir, əsasən, Asiyanın musson zonalarında becərilir.  
İsti iqlimdə yetişdiyindən ildə iki dəfə məhsul verir və bu səbəbdən istehsal həcmi 
buğdanın istehsal həcminə yaxındır. Becərildiyi ölkələrdə daha çox istehlak  edildiyi 
üçün dünya bazarına çəltiyin az hissəsi çıxarılır. Əsas ixracatçıları Çənub-Şərqi Asi-
ya  ölkələridir.  Qarğıdalı,  əsasən,  onun  vətəni  olan  Amerika  qitəsində  becərilir. 
Dünya bazarına daha çox buğda və qarğıdalı çıxarılır. Ərzaq taxılı kasıb ölkələr, yem 
üçün taxıl isə inkişaf etmiş ölkələr tərəfindən idxal olunur. 
F Ə A L İ Y Y Ə T
 
2
Taxıl istehsalı (mln. t /il) 
Taxıl istehsal edən əsas rayonlar 
Yumşaq buğdanın vətəni
Bərk buğdanın vətəni 
Əsas beynəlxalq yük marşrutları 
Pakistan
Avstraliya 
20
70
15
15
110
9
35
15
20
15
34
25
40
Argentina 
Rusiya Federasiyası 
Qazaxıstan
Çin 
ABŞ
Kanada
B.Britaniya
Fransa
Ukrayna 
Yaponiya 
Almaniya
Türkiyə 
Hindistan 
18
15
  LAYİHƏ


 
 
195 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
Dənli bitkilərdən başqa, şəkərli, lifli, yağlı və digər bitkilərin əkinləri də xeyli sahə 
tutur. Şəkər qamışı istehsal olunan şəkərin 60%-ni verir və subekvatorial, rütubətli tropik 
və  musson  zonalarında  becərilir.  Şəkər  çuğunduru  isə  mülayim  qurşağın  ölkələrində 
istehsal edilir. Üzüm və zeytun istehsalına görə Aralıq dənizi ölkələri seçilir. 
 
Pambıq 
Çay 
Qəhvə 
Kakao 
Kauçuk 
Kartof 
Çin 
ABŞ  
Hindistan 
Pakistan 
Braziliya 
Özbəkistan 
Türkiyə 
 Misir 
Hindistan 
Çin 
Şri-Lanka 
Latın 
Amerikası, 
xüsusilə:  
Braziliya 
Kolumbiya 
Kot-divuar 
Qana  
Braziliya 
Cənub-Şərqi Asi-
ya (Malayziya) 
Braziliya 
Çin 
Rusiya 
Hindistan 
ABŞ 
Ukrayna 
Polşa 
 
Heyvandarlıq taxılçılıq kimi hər yerdə inkişaf etmişdir. Bunun səbəbi otlaq və 
çəmənliklərin  sahəsinin  əkin  sahələrindən  çox  olmasıdır.  Heyvandarlığın  əsas  sa-
hələri maldarlıq, qoyunçuluq və donuzçuluqdur. 
 
 
Xəritə-sxemə əsasən südlük, südlük-
ətlik heyvandarlığın və ətlik, ətlik-
südlük heyvandarlığın inkişaf etdiyi 
ölkələri müəyyənləşdirin. 
 
Donuzçuluq  kartof  əkinləri  rayonlarına,  iri  sənaye  mərkəzlərinə  və  əhalinin  sıx 
olduğu rayonlara meyil edir. Dünyanın ən böyük donuzçuluq təsərrüfatı Çində yerləşir. 
Ətlik  istiqamətli  qoyunçuluq  mülayim  qurşaqda,  yunluq-ətlik  qoyunçuluq  isə 
quraq və isti ölkələrdə (Avstraliya, Mərkəzi Asiya) inkişaf etmişdir.  
Balıqçılıq qədim təsərrüfat sahələrindən biridir. XX əsrin ikinci yarısından sonra 
onun inkişafı Atlantik okeanının şimalından Sakit okeana keçmişdir. Hazırda dəniz 
mühitində  müxtəlif  orqanizmlərin  artırıldığı  marikultur,  dəniz  və  quru  sularında 
yaşayan  heyvanların  süni  artırıldığı    sualtı  fermalar  olan  akvakultur  təsərrüfatlar 
inkişaf etdirilir. Belə təsərrüfatlar Yaponiya, Çin, ABŞ və Avropa ölkələrində geniş 
yayılmışdır.  
Meşə zonasının geniş yayıldığı ölkələrdə meşə təsərrüfatı və ovçuluq inkişaf et-
mişdir. Bu ölkələrə Rusiya, ABŞ, Kanada və s. aiddir. 
 
 
F Ə A L İ Y Y Ə T
 
3
Südlük və südlik-ətlik heyvandarlıq 
Ətlik və ətlik-südlük heyvandarlıq 
Əsas rayonlar 
Əsas beynəlxalq yük istiqamətləri 
Ət 
Süd 
Yun 
Müzakirə edin: Bu ölkələr 
hansı təbii zonalarda yerləşir?  
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə