Microsoft Word 0g10az(seh1-5)k


      Dünyanın kənd təsərrüfatı xəritə-sxeminə əsasən suallara cavab verin



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə72/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
196 
 
 
Dünyanın kənd təsərrüfatı xəritə-sxeminə əsasən suallara cavab verin. 
 
  
 
1.   “Yaşıl inqilab”ın baş verdiyi ölkələrin adlarını və onların ərazisində inkişaf edən bitkiçilik 
sahələrini cədvəldə qeyd edin. 
“Yaşıl inqilab”ın olduğu ölkələr 
Bitkiçilik sahələri 
 
 
2. Balıqçılığın daha çox inkişaf etdiyi ölkələri xəritə-sxemə əsasən müəyyən edin. 
 
3. Verilən təbii zonalarda inkişaf edən heyvandarlıq və bitkiçilik sahələrini qeyd edin.  
a.
 səhra və yarımsəhralar; 
b.
 çöl və meşə-çöllər; 
c.
 enliyarpaqlı meşələr; 
d.
 savannalar; 
e.
 codyarpaqlı meşələr. 
 
  
İnternet  resurslarından  istifadə  edərək  “Biotexnologiya  və  kənd  təsərrüfatı”  mövzusunda  təqdimat 
hazırlayın.   
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Ən çox 
Çox 
Orta 
Kənd təsərrüfatı 
istehsalının həcmi
1. 
Kənd təsərrüfatı 
məhsulları istehsalının 
adambaşına düşən 
miqdarına görə hansı 
ölkələr fərqlənir? 
2. 
Kənd təsərrüfatı 
məhsulları istehsalının 
həcmi hansı ölkə və 
regionlarda daha çoxdur? 
3. 
Hansı ölkələrdə kənd 
təsərrüfatı məhsullarının 
istehsalı ilə onların adam-
başına düşən miqdarı ara-
sında kəskin fərqlər vardır? 
Buna səbəb nədir? 
0,5-dən çox 
0,3–0,5 
0,1–0,3 
0,1-dən az 
Bir nəfərə düşən  kənd təsərrüfatı  
məhsullarının həcmi (min ABŞ dolları)
ABŞ 
Braziliya 
Argentin
Meksika
İspaniya
B.Britani
Fransa
Almaniya
Ukrayna
Türkiyə
Yunanıst
İtaliya
Pakistan
Rusiya 
Federasiyası
Çin 
Yaponiy
a
Koreya
Tailand
Hindista Malayzi
İndoneziya
Avstraliya
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
Əsas rayonlar 
Digər rayonlar 
Perspektiv rayonlar 
DƏRSDƏN SONRA
  LAYİHƏ


 
 
197 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
N
ƏQLİYYATIN COĞRAFİYASI 
 
 
Əhəmiyyətinə görə  nəqliyyat maddi istehsalın üçüncü sahəsidir. Bu sahə ölkələr 
arasında  coğrafi  əmək bölgüsünün  əsasını  təşkil  edir.  Beynəlxalq coğrafi  əmək 
bölgüsü region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması 
və  onun  mübadiləsidir.  Ölkələr  arasında  məhsul  mübadiləsi  nəqliyyatın  müxtəlif 
sahələri vasitəsilə həyata keçirilir.  
ETİ  dövründə  nəqliyyatda  konteynerləşmə  –  yüklərin  iri  metal  qutularda,  yəni 
konteynerlərdə daşınması nəqliyyatın bütün növlərinin inkişafına təkan vermişdir.  
ETİ-nin təsiri ilə dəmiryol nəqliyyatının rolu bir qədər azalsa da, uzaq və orta 
məsafələrə ağır yüklərin daşınmasında, habelə şəhərdaxili sərnişin daşınmasında öz 
əhəmiyyətini saxlayır. Avtomobil nəqliyyatı şəhərdaxili və şəhərətrafı sərnişin da-
şınmasına görə birincidir. İstismarının asanlığı, yükləri “qapıdan-qapıya” daşıması 
xüsusiyyəti ilə əlaqədar şəhərlərarası və beynəlxalq daşımalarda  avtomobil nəqliy-
yatının  rolu  getdikcə  artır.  Dəniz  nəqliyyatı  beynəlxalq 
ticarəti  təmin  edir,  sərnişin  daşınmasında  az  iştirak  edir. 
Hazırda  hava  nəqliyyatı  orta  və  uzaq  məsafələrə  sər-
nişinlərin,  həmçinin  təcili  və  qiymətli  yüklərin  daşın-
masında böyük rola malikdir.  
 
 
Nəqliyyatın sahəvi strukturu sxemini təhlil edin və suallara cavab verin. 
1. 
Yüklərin daşınmasında dəniz 
nəqliyyatının rolunun yüksək 
olmasının səbəbini necə izah edər-
siniz? 
2. 
Boru kəməri nəqliyyatının inkişafına 
təsir edən amillər hansılardır? 
3. 
Sərnişin daşınmasında avtomobil 
nəqliyyatının rolunun dəmir yolundan 
yüksək olması nə ilə əlaqədardır? 
55 
Avropanın 
nəqliyyat 
sistemi 
1
2
3
4
5
6
7
8
Xəritə-sxemə əsasən 
yolların Avropanın hansı 
region və ölkələrini 
birləşdirdiyini müəyyən 
edin. Bir anlığa təsəvvür 
edin ki, bu ərazilər ara-
sında  nəqliyyat əlaqə-
ləri kəsilmişdir. Bu za-
man regionun iqtisadiy-
yatında hansı problem-
lər yaranardı? 
F Ə A L İ Y Y Ə T
 
1
Açar sözlər 
 
 coğrafi əmək bölgüsü 
 fraxt 
Dəmir yolu 
Avtomobil 
Boru kəməri 
Dəniz 
Çay 
Hava 
Yük 
Sərnişin 
  LAYİHƏ


 
 
198 
 
Nəqliyyat  sistemi  region  və  ölkələr  üzrə  müxtəlifdir.  İnkişaf  etmiş  ölkələrdə 
nəqliyyət yüksək texniki səviyyəsi və sıxlığı ilə fərqlənir. Dünyada nəqliyyat yol-
larının uzunluğunun 70–80%-i bu ölkələrin payına düşür. Son onilliklərdə inkişaf 
etməkdə  olan  ölkələrin  nəqliyyat  sistemində  müsbət  dəyişikliklər  baş  versə  də, 
onların  çoxunda  nəqliyyat  iqtisadiyyatın  geridə  qalan  sahəsi  olaraq  qalmaqdadır. 
Belə ölkələrdə nəqliyyatın bir və ya iki növü inkişaf etmişdir.  
Avtomobil nəqliyyatını  XX  əsrin  nəqliyyatı  adlandırırlar.  Avtomobil  yollarının 
uzunluğu  ildən-ilə  artır.  Uzunluğuna  görə  bütün  yolların  yarısı  ABŞ,  Hindistan, 
Braziliya,  Çin  və  Yaponiyanın  payına  düşür.  Bu  yolların  sıxlığına  görə  isə  Qərbi 
Avropa və Yaponiya fərqlənir.  
Dəmir  yollarının  uzunluğuna  görə  ABŞ,  Rusiya,  Hindistan,  Çin,  Kanada,  Avst-
raliya fərqlənir. Bu yolların sıxlığı Qərbi Avropa və Yaponiyada daha yüksəkdir. XXI 
əsrdə  irimiqyaslı  dəmir  yolu  layihələri  həyata  keçirilir.  Uzunluğu  10  min  km  olan 
Böyük İpək yolu bərpa olunur (İstanbul–Bakı–Daşkənd–Pekin),  Asiya–Sakit okean 
layihəsi isə hazırlanmışdır (Sinqapur–Banqkok–Pekin–Yakutsk–Berinq dənizi tuneli–
Vankuver–San-Fransisko).  Fransa  və  Yaponiyada  yüksək  sürətli  qatarlar  istehsal 
olunur və daxili sərnişin daşımalarında əsas yer  tutur. Onların sürəti Fransada 585 
km/saat, Yaponiyada isə 581 km/saat-a çatır. Ada ölkələrinin çoxunda, dağlıq relyefə 
malik və inkişaf etməkdə olan ölkələrin bəzilərində dəmir yolları yoxdur. 
 
 
Cədvələ əsasən  dəmir yollarının uzunluğuna və sıxlığına görə fərqlənən ölkələri qruplaşdırın. 
Ölkələr 
Dəmir yollarının uzunluğu, min km  
Hər 1000 km
2
-ə düşən yolların uzunluğu 
(sıxlıq) 
ABŞ 
195 
21 
Kanada 
86 

Rusiya 
87 
5,1 
Almaniya 
38 
107 
Avstraliya 
33 

Fransa  
32 
58 
Yaponiya 
20 
53 
Böyük Britaniya 
17 
68 
Argentina 
33 
11 
Müzakirə edin: 
– Nə üçün bəzi ölkələrdə yolların uzunluğu çox olsa da, sıxlıq azdır? 

 
Dəmir yollarının sıxlığının müxtəlif olmasına hansı amillər təsir etmişdir?  
 
Boru kəməri nəqliyyatı neft və təbii qazın hasilatının sürətlə artması, həmçinin 
hasilat və istehlak rayonlarının bir-birindən uzaqda olması ilə əlaqədar inkişaf et-
məyə  başlamışdır.  Ən  uzun  boru  kəmərləri  MDB  ölkələrində,  Kanada,  ABŞ  və 
Yaxın  Şərq  ölkələrində  yerləşir.  Aralıq  dənizindən  Əlcəzair–İtaliya,  Əlcəzair–İs-
paniya qaz kəmərləri çəkilmişdir.  
Dünya    nəqliyyat  sisteminin  ən  mühüm  tərkib  hissəsi  dəniz nəqliyyatıdır.  Bey-
nəlxalq yükdaşımaların 80%-i bu nəqliyyat vasitəsilə həyata  keçirilir. Dəniz  yolları 
ilə, əsasən  neft  və  neft  məhsulları, kömür, filiz, taxıl və s. daşınır. Dəniz  daşınma-
larını  dəniz  ticarət  donanması  həyata  keçirir.  Dəniz ticarət donanması  ölkənin  yük 
gəmilərinin  məcmusuna  deyilir.  Dünya  ticarət  donanmasına  inkişaf  etməkdə  olan 
F Ə A L İ Y Y Ə T
 
2
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə