Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
187 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
Xəritə-sxemə əsasən kömürün idxal və ixrac olunduğu region və ölkələri müəyyənləşdirin:  
 
Müzakirə edin:  
– Kömür sənayesinin coğrafiyasının neft-qaz sənayesindən fərqi nədən ibarətdir? 
 
Dağ-mədən  sənayesinin  dünya  sənaye  istehsalında  rolu  azalsa  da,  təsərrüfatın 
yerləşməsinə təsiri qalmaqdadır. Dağ-mədən sənayesinə dəmir filizi, boksit, mis, qa-
lay, nikel və s. filizlərin  hasilatı və saflaşdırılması daxildir. Qeyri-filiz faydalı qa-
zıntıların hasilatı da (fosforit, kükürd, tikinti materialları və s.) bu sahəyə aiddir.  
Son zamanlar mineral resurs ehtiyatlarının miqdarı azalmış və onların yaxın gələ-
cəkdə tükənməsi problemi yaranmışdır. Buna görə mineral xammalın əsas idxalçıları 
olan inkişaf etmiş ölkələr resurslara qənaət etməklə öz tələbatlarını daxili ehtiyatlar 
hesabına ödəməyə çalışır. Dağ-mədən sənayesində əsas yeri Kanada, Avstraliya və 
CAR tutur.
 
Əlvan metalların arasında alüminium əsas yer tutur. Alüminium boksit, alunit və 
nefelin xammalından alınır. Boksit hasilatı ilə emalı müxtəlif regionlarda yerləşir. 
Emal rayonları, əsasən, inkişaf etmiş ölkələrdədir. Bu isə çıxarılan boksitin tərki-
bində metalın çox olması və istehsalın enerjitutumlu olması ilə əlaqədardır. Dünyada 
ən böyük boksit hasilatı rayonu Avstraliyanın şimalında – York yarımadasında yer-
ləşir.  
Çıxarılan filizin tərkibində ağır metalların, xüsusilə misin payı çox az olduğundan 
(1–3%), onun emalı hasilat rayonlarında həyata keçirilir. Çünki filizin daşınması baha 
başa gəlir. Misin yalnız konsentrat şəklində daşınması daha əlverişlidir. Ən böyük mis 
F Ə A L İ Y Y Ə T
 
2
Kömür hasilatı (mln. ton/il) 
Əsas daşınma istiqamətləri 
Qazaxstan 
Çin
Avstraliya 
CAR 
Polşa 
Almaniya 
Kanada 
Ukrayna 
B.Britaniya 
ABŞ 
Braziliya 
Hindistan 
Yaponiya 
200
960 
75 
250
240
50 
1400 
300 
75
70
240
200
75 
  LAYİHƏ


 
 
188 
 
hasilatı və emalı rayonları əsas mis qurşaqları olan And ölkələri (Çili, Peru), Mərkəzi 
Afrika (KDR, Zambiya), həmçinin ABŞ, Rusiya və Çində yerləşir.  
Qalay və volfram filizləri Çənub-Şərqi Asiyada (İndoneziya, Malayziya, Tailand) 
daha  çox  çıxarılır.  Qeyri-filizlər  arasında  fosforitlər    seçilir.  Dünyada  ən  böyük 
fosforit qurşağı Şimali Afrikadadır (Mərakeş). 
 
 
1. Qrafikə əsasən suallara cavab verin: 
a)
 Dünya bazarında neftin bir barrelinin (159 
l)  ən  yüksək  və  ən  aşağı  qiymətləri  hansı 
illərdə olmuşdur? 
b)
 Neftin qiyməti son 10 ildə necə dəyişmiş-
dir?  
c)
  Son  illərdə  neftin  qiymətinin  dəyişməsi 
hansı  ölkələrin  iqtisadiyyatına  güclü  təsir 
edir? 
c)
  Neftin  dünya  bazarında  qiymətindəki  son 
dəyişikliklər Azərbaycanın iqtisadiyyatına 
necə təsir göstərmişdir?  
 
 
1. Xəritə-sxemə əsasən boksit hasilatına 
görə fərqlənən ölkələrin ardıcıllığını 
müəyyənləşdirin və suallara cavab 
verin:  
a)
 Boksit, əsasən, hansı ölkələrə ixrac olu-
nur?  
b)
 Nə üçün emal rayonları inkişaf etmiş 
ölkələrdə yerləşir?   
2. Verilən hasilat sənayesi sahələrinin  in-
kişaf etdiyi ölkələrin adlarını cədvələ ya-
zın. 
Hasilat 
sənayesi 
Neft-qaz 
Dəmir 
filizi 
Mis 
Ölkələr 
 
 
 
 
3. 
a)
 Nə üçün inkişaf etməkdə olan ölkələr  çıxarılan mineral xammalın çox hissəsini ixrac edir?  
 
b)
 Hansı inkişaf etmiş ölkələr  daxili ehtiyatlar hesabına özlərini xammalla təmin edə bilər? 
 
  
Neft,  təbii  qaz,  dəmir  filizi,  boksitin  hasilat  rayonları  və  daşınma  istiqamətlərini  dünyanın    kontur 
xəritəsində qeyd edin.   
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
DƏRSDƏN SONRA
Brent neftinin qiyməti (2000–2016-cı illər) 
Boksit hasilatı – 10 mln. ton
 
Yamayka
Çin 
Qazaxıstan 
Venesuela
Hindistan 
Avstraliya
Qvineya
Rusiya
  LAYİHƏ


 
 
189 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
D
ÜNYADA EMALEDİCİ SƏNAYENİN COĞRAFİYASI 
 
 
 
ETİ  dövründə  emaledici  sənayenin  sahəvi  və  ərazi  quru-
luşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayır-
ma, elektroenergetika  kimya sənayesi  sahələri  daha  sürətlə 
inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahə-
lərdən  yüksək  olduğu  üçün  onları  “avanqard üçlük”  adlandırırlar.  Elmi-texnki 
tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.  
ETİ  müxtəlif  sənaye  sahələrinin  coğrafiyasına  da  təsir  göstərmişdir.  Elektro-
energetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin, az hissəsi isə 
inkişaf  etməkdə  olan  ölkələrin  payına  düşür.  Elektrik  enerjisinin  63%-ni  İES-lər 
(ABŞ, Çin, Yaponiya, Rusiya, Hindistan, AFR), 20%-ə qədərini SES-lər (Kanada, 
ABŞ,  Braziliya,  Rusiya,  Çin),  17%-ə  qədərini  AES-lər  (ABŞ,  Fransa,  Yaponiya, 
Rusiya, AFR) istehsal edir. 1986-cı ildə Çernobıl və 2011-ci ildə Fukusima AES-
lərində baş verən qəzadan sonra Yaponi-
ya, Almaniya və s. ölkələr atom-elektrik 
stansiyalarını mərhələlər üzrə bağlamağı 
qərara  almışdır.  Enerjinin  qalan  hissəsi 
tükənməyən  qeyri-ənənəvi  (alternativ)  
mənbələrdən alınır. Bu mənbələrə külək
günəş, geotermal, qabarma, okean cərə-
yanlarının  enerjisi  daxildir  və  onlardan 
istifadə getdikcə artır. 
 
 
 
Elektrik stansiyalarının müxtəlif növlərinin tikilməsini şərtləndirən amilləri cədvəldə qeyd edin. 
Elektrik stansiyaları 
İES 
SES 
AES 
Alternativ mənbələr 
Amillər 
 
 
 
 
Hansı ölkələrdə tikilə bilər 
 
 
 
 
Müzakirə edin: – Nə üçün AES-lər, əsasən, inkişaf etmiş ölkələrin ərazisində yerləşir? 
–  Hansı  növ  elektrik  stansiyalarının  sayını  artırmaq  daha  məqsədəuyğundur?  Fikrinizi  əsas-
landırın. 
 
53 
Alternativ enerji 
istehsalı
 
Elektromobil
 
Dərman 
preparatları
 
– Təsvirlər hansı səna-
ye sahələrinə aiddir? 
– Bu sahələr iqtisadiy-
yatın hansı sektoru-
na daxildir və ETİ on-
ların inkişafına necə 
təsir edir?
 
F Ə A L İ Y Y Ə T
 
1
Açar söz 
 
 ekoloji təcavüz  
AES. Almaniya 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə