Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

 
 
181 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
ETİ dünya təsərrüfatının sahəvi və ərazi qu-
ruluşuna  (strukturuna)  güclü  təsir  etmişdir. Tə-
sərrüfatın sahəvi quruluşu  dedikdə  dünya,  re-
gion və ölkənin ÜDM-də təsərrüfat sahələrinin 
payı  nəzərdə  tutulur.  Təsərrüfatın  sahəvi  quru-
luşu əhalinin müxtəlif sahələrdə məşğulluq nis-
bətinə əsasən də müəyyən olunur.  
Dünya  ölkələri  təsərrüfatın  sahəvi  qurulu-
şuna görə üç mərhələdən keçmişdir: aqrar, sənaye  postsənaye.  
XVIII əsrin ikinci yarısına qədər dünya təsərrüfatı aqrar quruluşa malik olmuş-
dur. Bu dövrdə maddi istehsalın əsas mənbəyi kənd təsərrüfatı idi. Bəzi dünya öl-
kələrində hazırda bu təsərrüfat quruluşu qalmaqdadır. Onların iqtisadiyyatının əsa-
sını yalnız bir və ya bir neçə kənd təsərrüfatı məhsulunun istehsalı təşkil edir. Belə 
ölkələrə monokultur ölkələr deyilir.  
Sənaye inqilabından sonra maddi istehsalda sənaye məhsulunun həcmi  artmaqla 
sənaye quruluşu dövrü başlandı. XVIII–XIX əsrlərdən ETİ-nin başlanmasına qədər-
ki dövrdə Avropa və Şimali Amerikada bu quruluş hakim olmuşdur. ETİ nəticəsində 
isə xidmət və informasiya sektorları sürətlə inkişaf etməyə başladı.  
Qərb ölkələrində sənayedə istehsalın avtomatlaşdırılması ilə işçi qüvvəsinin mad-
di  istehsal  sektorundan  xidmət  sektoruna  axını  baş  verdi  və  dünya  təsərrüfatında 
xidmət  sektorunun  payı  çoxaldı.  Bu,  postsənaye quruluşu  adlanır.  Postsənaye 
dövründə iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə – modernləşmə mərhələsinə qə-
dəm qoydu. Modernləşmə maşın və avadanlıqların, texnoloji proseslərin müasir tə-
ləblər və normalara uyğun yenilənməsidir.  
 
 
Ölkələri cədvəldə verilən  göstəricilərə görə təsərrüfatın sahəvi quruluşu üzrə qruplaşdırın.  
Ölkələr 
I sektor – kənd 
təsərrüfatı 
hasilat (%) 
II sektor – 
Emal 
III və IV sektorlar – xid-
mət və informasiya (%)
Təsərrüfatın sahəvi 
quruluşu 
Əfqanıstan 
15 
67 
18 
 
İtaliya 
20 

77 
 
İndoneziya 
47 
27 
26 
 
ABŞ 
19,7 
1,3 
79 
 
Efiopiya 
12 
65 
23 
 
Almaniya 
25 

69 
 
Myanma 
19 
60 
21 
 
Müzakirə edin:  
– Təsərrüfatın sahəvi quruluşunun müxtəlif formaları regionlar üzrə necə paylanmışdır? 
– Təsərrüfatın sahəvi quruluşu ilə  ölkələrin inkişaf səviyyəsi arasında hansı əlaqə vardır? 
 
Təsərrüfatın ərazi quruluşu dedikdə əhalinin,  istehsal sahələri və müəssisələrin 
ərazi  üzrə  yerləşməsi  başa düşülür. Başqa  sözlə, təsərrüfatın ərazi  quruluşu  əhali, 
şəhərlər, sənaye rayonları, nəqliyyat magistrallarının ərazidə paylanmasıdır. Onların 
ərazi  üzrə  qeyri-bərabər  paylanması  regionların  inkişaf  səviyyəsində  və  nəticədə 
əhalinin həyat səviyyəsində ciddi fərqlərin meydana çıxmasına səbəb olur.  
F Ə A L İ Y Y Ə T
 
1
Açar sözlər 
 
 təsərrüfatın sahəvi quruluşu 
 postsənaye 
 modernləşmə 
 təsərrüfatın ərazi quruluşu 
 monosentrik və polisentrik forma 
 regional siyasət  
  LAYİHƏ


 
 
182 
 
 
Almaniya və Türkmənistanın xəritə-sxemlərində sənayə rayonlarının paylanmasına əsasən 
təsərrüfatın və əhalinin yerləşməsini müqayisə edin.  
 
 
Müzakirə edin: – Təsərrüfatın ərazi quruluşundakı belə fərqlər nə ilə bağlıdır?  
 
Təsərrüfatın ərazi  quruluşunun 2 forması mövcuddur: polisentrik (çoxmərkəzli) 
 monosentrik (təkmərkəzli).  
İnkişaf  etmiş  ölkələr  üçün  təsərrüfatın  ərazi  quruluşunun  polisentrik  forması 
səciyyəvidir. Bu ölkələrdə iqtisadi rayonlar 4 tipə ayrılır.  
 
İqtisadi rayonların tipləri 
Xüsusiyyətləri 
Nümunələr 
1. Yüksək inkişaf etmiş ra-
yonlar 
Elmtutumlu sahələr üstünlük 
təşkil edir.  
ABŞ-da Kaliforniya, Nyu-York
İtaliyanın şimalı, Paris, London, 
AFR-in cənubu 
2. Köhnə sənaye rayonları 
Vaxtilə yüksək inkişaf etmiş-
lər, hazırda isə köhnə (ənənə-
vi) sənaye sahələri üstünlük 
təşkil edir.  
ABŞ-da Appalaç, AFR-də Saar, 
Böyük Britaniyada Qara İngiltərə, 
Rusiyada Ural və Volqaboyu 
3. Aqrar rayonlar 
Kənd təsərrüfatı üstünlük 
təşkil edir.  
İtaliyanın cənubu, Fransanın 
qərbi, İspaniyanın mərkəzi 
4. Yeni mənimsənilən ra-
yonlar 
Ekstremal şəraitə malik (təbii 
şəraiti əlverişsiz olan) ərazilər  
Alyaska, Qrenlandiya, Avstraliya-
nın səhra rayonları, Rusiyanın 
Sibir regionu 
 
Latın Amerikası, Asiya və Afrikanın  inkişaf etməkdə olan ölkələrində təsərrüfa-
tın ərazi quruluşunun monosentrik forması üstündür. Bu, ölkələrin keçmiş müstəm-
ləkə tarixi ilə əlaqədardır. Belə ölkələrdə təsərrüfat, əsasən, bir mərkəzdə – ölkənin 
paytaxtında, yaxud liman şəhərində cəmləşir. Bunun səbəbi ölkənin xammal və kənd 
təsərrüfatı məhsulları ixrac etməsidir.  
F Ə A L İ Y Y Ə T
 
2
Almaniya 
Sənaye rayonları 
Türkmənistan
  LAYİHƏ


 
 
183 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
Ölkənin daxili rayonlarında, əsasən, mineral xammal və kənd təsərrüfatı məhsulları 
istehsal olunur, ixrac üçün paytaxta və liman şəhərinə göndərilir. Belə ölkələrdə sənaye 
mərkəzi  ilə  zəif  inkişaf  etmiş  rayonlar  (istehlak  tipli  kənd  təsərrüfatı  rayonları) 
arasında nəqliyyat əlaqəsi də zəifdir.  
Hər iki qrupa aid olan ölkələrdə iri sənaye müəssisələri dəniz limanlarına meyil 
edir.  Bu,  inkişaf  etmiş  ölkələrin  böyük  miqdarda  xammal  idxal  etməsi,  inkişaf 
etməkdə olan ölkələrin isə xammalı ixrac etməsi ilə bağlıdır. 
 
 
1. Diaqrama (2013-cü il) əsasən Azərbaycanın təsərrüfatının sahəvi quruluşunu müəyyənləş-
dirin.  
2. Azərbaycanda sənaye müəssisələrinin 60%-dən çoxu Abşeron yarımadasında cəmlənmiş-
dir. Qalan müəssisələr səpələnmiş şəkildə Gəncə, Mingəçevir, Şirvan və s. şəhərlərdə yerlə-
şir. Fikrinizcə, Azərbaycanda təsərrüfatın ərazi strukturunun hansı forması üstündür? 
 
Müzakirə edin:  
– Azərbaycanda təsərrüfatın ərazi quruluşundakı fərqləri aradan qaldırmaq üçün hansı 
addımlar atmaq olar? 
– Azərbaycanda iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün təsərrüfatın sahəvi 
quruluşunda dövlət tərəfindən hansı dəyişikliklər edilir? 
 
Ölkənin regionlarının inkişafı arasında fərqləri aradan qaldırmaq məqsədilə  döv-
lətlər  regional siyasət həyata keçirir.  
İstehlak tipli kənd     təsərrüfatı 
rayonları 
Plantasiya 
təsərrüfatı 
Hasilat sənayesi 
rayonu
İxrac limanı
Əsas liman 
İxrac 
Əsas sənaye-iqtisadi 
k
Monosentrik ərazi quruluşunun modeli 
F Ə A L İ Y Y Ə T
 
3
Sənaye   
Ticarət  
Turizm  
Sosial xidmətlər   
Kənd təsərrüfatı və onunla bağlı sahələr   
Tikinti     
Nəqliyyat-anbar təsərrüfatı    
Rabitə və informasiya sektoru    
Vergilər    
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə