Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

 
 
174 
 
çətinliklərlə  bağlı  olmuşdur.  Sərhədlərin  tez-tez 
məcrasını  dəyişən  çay  dərəsindən,  səhralıqdan,  yaxud 
çətin keçilən dağlıq ərazilərdən keçməsi sonradan ərazi 
iddialarına  səbəb  olur,  məsələn,  əvvəllər  Səudiyyə 
Ərəbistanı  ilə  Yəmən,  Liviya  ilə  Çad  arasında  sərhəd 
səhralardan keçdiyi üçün dəqiq sərhədlərin müəyyənləşdirlməsi bu ölkələr üçün böyük 
əhəmiyyət kəsb etmirdi. Lakin həmin rayonda neft və digər təbii ehtiyatlar kəşf olun-
duqdan sonra sərhəd xətti mübahisə obyektinə çevrilmişdir. Belə mübahisələr ölkələr 
arasında demarkasiya xətlərinin* yaranmasına səbəb olmuşdur.  
Siyasi münaqişələrin həllinin iki variantı var – hərbi müdaxilə və ya siyasi danışıq-
lar yolu. Siyasi münaqişələri danışıqlar yolu ilə həll etmək üçün beynəlxalq təşkilatlar 
yaradılmışdır. Onlardan ən nüfuzlusu Birləşmiş Millətlər Təşkilatıdır (BMT).  
Eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa 
İttifaqı (Aİ – Avropa Şurası və Avropa İqtisadi Birliyi), Şimali Atlantika Müqaviləsi 
Təşkilatı (NATO), Müstəqil Dövlətlər Birliyi (MDB) və s. təşkilatlar fəaliyyət gös-
tərir. Avropa ərazisindəki sərhəd münaqişələrinin əksəriyyəti buradakı dövlətlərin 
Avropa İttifaqına daxil olması ilə əlaqədar öz həllini tapmış və dövlətlərarası mü-
qavilələrlə tənzimlənmişdir. 
Münaqişələrin həlli yollarının araşdırılması və müzakirə edilməsi məqsədilə bey-
nəlxalq  təşkilatlar  mütəmadi  surətdə  konfranslar  və  yüksək  səviyyədə  görüşlər 
keçirir. Bu tədbirlər müntəzəm olaraq münaqişələrin həlli üçün dünyanın müxtəlif 
sivilizasiyalarının əlaqə mərkəzləri hesab edilən Avropanın Cenevrə, Davos, Brüs-
sel, Haaqa, Helsinki, Lissabon, Strasburq və s. şəhərlərində keçirilir.  
Bu şəhərlərin yerləşdiyi ölkələrdə siyasi sabitlik hökm sürür. Belə ölkələrdə da-
xili  münaqişə  ocaqları  və  digər  dövlətlərlə  münasibətlərində  mübahisə  doğuran 
problemlər yoxdur. Bəzi ölkələr isə heç bir hərbi münaqişədə iştirak etməmək öhdə-
liyini götürmüşdür. Belə dövlətlər neytral dövlətlər adlanır, məsələn, Avstriya, İr-
landiya,  Kosta-Rika,  Panama,  Kamboca,  Özbəkistan,  Türkmənistan,  Finlandiya, 
İsveçrə, İsveş və s.  neytral ölkələrdir.  
 
 
Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi 
barədə verilmiş suallar üzrə 
müzakirələr aparın. 
1. 
Ermənistan–Azərbaycan–Dağlıq Qarabağ münaqişəsinin səbəbləri nədir?  
2.
 Münaqişənin bugünki vəziyyəti haqqında danışın.   
3. 
Bu münaqişənin hansı həllinə üstünlük verirsiniz: hərbi, yoxsa diplomatik?   
4. 
Bu münaqişənin həlli üçün hazırda atılan addımlardan fərqli daha hansı yolları təklif edə 
bilərsiniz?   
5.
 Münaqişənin həllinin süni olaraq uzadılması ölkəmiz üçün hansı problemlərin  yaran-
masına səbəb ola bilər?  
  
Dünyada münaqişə regionlarından biri (seçiminizə görə) haqqında təqdimat hazırlayın. 
 
 
 
F Ə A L İ Y Y Ə T
 
 
DƏRSDƏN SONRA
 
*
 Demarkasiya xətti – döv-
lətlər arasında mübahisələr 
həll olunana qədər razı-
laşdırılmış sərhəd xəttidir. 
  LAYİHƏ


 
 
175 
 
•   VIII  •  
Siyasi münasibətlər 

VIII 
 
 
1. Fiziki, iqtisadi və siyasi mövqeyi qiymətləndirən zaman nəzərə alınan amilləri   mü-
əyyən edin və cədvəli tamamlayın. 
Coğrafi mövqelər 
Nəzərə alınan amillər 
1. Fiziki-coğrafi mövqe 
 
2. İqtisadi-coğrafi mövqe 
 
3. Siyasi-coğrafi mövqe 
 
 
2. Dünyanın siyasi xəritəsinin formalaşmasının ən yeni dövründə baş vermiş dəyişik-
liklər hansılardır? 
1.
 Bütün dünyada sosialist müstəmləkə sistemi yaranmış və genişlənmişdir. 
2.
 Latın Amerikası, Asiya və Afrikada müstəmləkə sistemi dağılmışdır. 
3.
 Yer kürəsi müstəmləkəçi ölkələr tərəfindən yenidən bölüşdürülmüşdür. 
4.
 Monarxiya dövlət quruluşu formasına malik olan dövlətlərin sayı artmışdır. 
5.
 SSRİ, Yuqoslaviya və Çexoslovakiya yeni müstəqil dövlətlərə parçalanmışdır. 
6.
 Şərqi Avropa ölkələrində sosialist müstəmləkə sistemi dağılmışdır. 
 
3. Münaqişələrin xarakterini müəyyən edin. 
Münaqişə ocaqları 
Hansı dövlətlər arasında 
Münaqişənin xarakteri 
1. 
Abxaziya 
3. 
Azad Kəşmir 
4. 
Dağlıq Qarabağ 
5. 
Krım 
 
 
 
4. Xəritə-sxemdəki rəqəmlərə əsasən coğrafi mövqeyi aşağıda verilənlərə uyğun gələn 
ölkələri qruplaşdırın:  
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
 
10 









a)
 materikdaxili; 
b)
 yarımada; 
c)
 ada; 
d)
 əlverişli İCM olan ölkələr
 
  LAYİHƏ


 
 
176 
 
5. Dünyanın siyasi xəritəsinə əsasən Çinin geosiyasi mövqeyini 3 səviyyədə müəyyən edin. 
Mikro mövqeyi 
Mezo mövqeyi 
Makro mövqeyi 
 
 
 
 
6. Dünya okeanında “İqtisadi zona”ya malik olan dövlətləri müəyyən edin. 
1.
 Əfqanıstan  
2.
 Fransa   
3.
 Boliviya  
4. 
İsveçrə   
5.
 Malayziya
 
6. 
Rusiya  
7. 
Çexiya  
8.
 Kanada  
9.
 Nigeriya  
10. 
Niger 
 
A)  2, 3, 4, 7, 8   B) 2, 5, 6, 8, 9   C) 3, 5, 6, 8, 10   D) 1, 4, 7, 9, 10   E) 1, 6, 7, 8, 9 
 
 
7Ölkənin geosiyasi mövqeyinə təsir edən amillər hansılardır? 
1. 
ÜDM-in həcmi  
2.
 Təbii ehtiyatları  
3.
 Hərbi büdcə və nüvə potensialı  
4. 
Relyefi və faydalı qazıntıları
 
5. 
Ölkədaxili sabitlik  
6. 
İnzibati ərazi quruluşu 
7. 
İnkişaf səviyyəsi və idarəetmə forması  
8. 
Siyasi təsir dairəsi   
 
 
8. Azərbaycan Respublikasının iqtisadi-coğrafi mövqeyinin müsbət və mənfi cəhətlərini 
müəyyənləşdirərək cədvəli tamamlayın. 
Müsbət cəhətlər 
Mənfi cəhətlər 
 
 
 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə