Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

 
 
179 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
Eyni məhsul istehsal edən iki müəssisənin birində yeni texnologiyadan, digərində isə köhnə 
texnikadan istifadə olunduğunu təsəvvür edin. Hansı müəssisənin istehsal etdiyi məhsul daha 
ucuz başa gələr və keyfiyyətli olar? Bu müəssisələrin əldə etdikləri nəticələri verilən amillərə 
əsasən müqayisə edin:  
a) 
əmək məhsuldarlığı;  
b) 
təbii ehtiyatlar və xammaldan istifadə;  
c) 
təbiətin qorunması;  
d) 
enerji sərfiyyatı;  
e)
 məhsulun maya dəyəri. 
Müzakirə  edin:  –  Yeni  texnika  və  texnologiyalardan  istifadənin  ölkənin  iqtisadiyyatı  üçün 
əhəmiyyəti nədən ibarətdir? 
 
• Bu maraqlıdır • 
Bu gün istehsal olunan kompüter texnikası bir 
neçə ildən sonra “köhnəlmiş” hesab olunur. Bu, 
texnologiyaların çox sürətli inkişafı ilə bağlıdır və 
texnikanın “mənəvi aşınması” adlanır. 2016-cı il 
üçün dünyanın ən müasir superkompüteri Çində 
hazırlanmış və “Tianhe-2” (“Süd yolu”) adlan-
dırılmışdır. Bu kompüter saniyədə 2507 trilyon 
əməliyyatı yerinə yetirir. 
 
 
ETİ dövründə istehsalın əsas istiqamətləri 
Elektronlaş-
dırma 
Avtomat-
laşdırma 
Energetikanın 
inkişafı 
Yeni material-
ların istehsalı 
Biotexnologi-
yanın inkişafı 
Kosmikləşmə 
Bütün sek-
torların 
kompüter-
lərlə təmi-
natı  
İstehsalda 
mikropro-
sessorların  – 
robotların 
tətbiqi  
 
Tükənməyən 
enerji mənbə-
lərindən 
istifadə 
Konstruksiyalı 
materialların – 
keramika, ya-
rımkeçiricilər, 
optik liflər, be-
rillium, litium, 
titanın istehsalı 
Canlı orqa-
nizmlərdən 
istifadə edə-
rək yeni məh-
sulların isteh-
salı 
Kosmik təd-
qiqatların is-
tehsala tətbi-
qi (aerokos-
mik sənaye) 
 
Biotexnologiya  canlı  orqanizmlərdən  və  bioloji 
proseslərdən  istifadə  edərək  müxtəlif  növ  qiymətli 
məhsulları  istehsal  edən  sahədir.  Biotexnologiyanın 
əsas  sahəsi  gen  mühəndisliyidir.  Bu  sahə  dərmanlar, 
GMO məhsulları (meyvələr, heyvandarlıq məhsulları), 
heyvanların  klonları və s.-nin istehsalı ilə məşğul olur. 
İdarəetmə. Hazırda “informasiya partlayışı” şə-
raitində elmi biliklərin həcmi və məlumat mənbə-
ləri getdikcə artır. Bu səbəbdən adi kağızlı informa-
siyadan maşın informasiyasına keçmək zərurəti ya-
ranmışdır. Buna görə də müasir dövrdə informasiya 
texnologiyalarından, xüsusilə internetdən geniş istifadə edilir. Müasir coğrafiyada 
idarəetmə öz əksini GİS formasında tapmışdır. 
F Ə A L İ Y Y Ə T
 
2
Superkompüter “Tianhe-2” (fraqment)
  LAYİHƏ


 
 
180 
 
 
Mətni oxuyun və sualların cavabı əsasında qısa debat aparın. 
İnsan həyatını maşınlarsız təsəvvür etmək mümkün deyil. Hər gün yeni qurğular ixtira 
olunur, köhnələri yeniləri ilə əvəz edilir. Bütün sahələrdə robotların rolu getdikcə artır. Yeni 
kəşflərə insanların münasibəti müxtəlifdir. Bəziləri hesab edirlər ki, bu yeniliklər faydalı və 
zəruridir. Digərləri isə onların insanlara mənfi təsir göstərdik-
lərini düşünür. Birincilərin fikrincə, müasir mürəkkəb qurğu-
lar,  məsələn,  robotlar  insan  həyatını  yüngülləşdirir,  ağır  və 
çirkli işləri yerinə yetirir, vaxta və yerə qənaət edir, məsələn, 
kompüter diski bir neçə qalın kitaba yerləşən informasiyanı 
saxlayır.  
Əks fikrin tərəfdarlarına görə isə yeni  texnologiyalar in-
sanda işləmək həvəsini azaldır və onu tənbəlləşdirir. Onların 
fikrincə, bütün yeni qurğular şüalanma qabiliyyətinə malikdir 
və insanların sağlamlığına ciddi ziyan vurur. Vaxt keçdikcə 
insanlar daha çox kompüterdən asılı olmağa, təhsildən və iş-
dən yayınmağa meyil edirlər. 
 
 
1.  Cədvəli dəftərinizə köçürün və tamamlayın. 
Texnika və texnologiyaların təkamül yolu ilə 
inkişaf etdiyi ölkələr 
Texnika və texnologiyaların inqilab yolu ilə 
inkişaf etdiyi ölkələr 
 
 
2.  Kosmikləşmənin coğrafiya elminin inkişafındakı rolunu izah edin. Cavabınızı misallarla 
əsaslandırın.  
3.  ETİ dövründə istehsalın inkişaf istiqamətlərinin iqtisadiyyata təsirinin nəticələrini 
əsaslandırın. 






 
 
 
 
 
 
 
  
Azərbaycanda texnoparkların yaradılması ölkə iqtisadiyyatına nə vəd edir?” mövzusunda təqdimat 
hazırlayın
.  
 
 
 
E
LMİ-TEXNİKİ İNQİLABIN DÜNYA TƏSƏRRÜFATINA TƏSİRİ 
Sxemdə təsərrüfatın sektorları arasında işçi qüvvəsinin yerdəyişməsi təsvir olunmuşdur. 
 
– Sxemdə verilən sektorlara hansı sahələr daxildir? 
– İşçi qüvvəsinin I və II sektorlardan III və IV sektorlara keçməsinin səbəbini necə izah 
etmək olar? 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
DƏRSDƏN SONRA
51 
 
İŞÇİ QÜVVƏSİ 
I SEKTOR:
tədarük və 
hasilat 
II SEKTOR:
emal 
III SEKTOR:
xidmət 
IV SEKTOR:
 
informasiya 
1. Yeni qurğuların insan 
həyatına hansı təsirləri daha 
çoxdur: mənfi, yoxsa  
müsbət? Fikrinizi 
əsaslandırın. 
2. Müasir robotların insanları 
tənbəlləşdirməsi fikrinə necə 
münasibət bəsləyirsiniz? 
3. Yeni kompüter və robotların 
hər bir sahədə, xüsusilə 
hərbi sahədə çoxalması hansı 
fəsadlar yarada bilər?
 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə