Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə70/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
190 
 
Qara metallurgiya 1970-ci illərə qədər sürətlə inkişaf etmiş, sonra ETİ-nin təsiri 
nəticəsində  sənayedə  metala  tələbatın  azalması  ilə  əlaqədar  artım  sürəti  aşağı  düş-
müşdür. Hazırda polad əridilməsinin mərkəzi inkişaf etmiş ölkələrdən inkişaf etməkdə 
olan ölkələrə, xüsusilə Çinə keçmişdir. Bu, onların sənayeləşməsi və həm də ekoloji 
təcavüz  siyasəti  ilə  bağlıdır.  Ekoloji  təcavüz  siyasəti  inkişaf  etmiş  ölkələrin  çirkli 
sənaye  sahələrinə  aid  olan  müəssisələrini  inkişaf  etməkdə  olan  ölkələrin  ərazisinə 
köçürməsi siyasətidir. Əgər əvvəllər metallurgiya müəssisələri xammal rayonlarında 
yerləşirdisə, hazırda bu müəssisələr kömürün və filizin daşındığı rayonlarda – dəniz 
limanlarında  yerləşdirilir.  Son  zamanlar  belə  müəssisələr  çox  vaxt  metal  qırıntısı 
işlədən mini-zavodlar şəklində istehlakçılara yaxın ərazilərdə də tikilir. 
Əlvan metallurgiya, əsasən, hasilat rayonlarında yerləşir. Buna səbəb filizin tər-
kibində təmiz metalın payının az olmasıdır. Alüminium əridilməsi istisna olmaqla, 
digər əlvan metallar Latın Amerikası, Asiya və Afrikada emal edilir. 
 
 
Dəmir filizini ixrac və idxal edən region və ölkələr hansılardır? Qara metallurgiyanın xəritə-
sxeminə əsasən əsas polad istehsalı mərkəzlərini müəyyənləşdirin. 
 
Müzakirə edin:  – Hansı ölkələrdə çıxarılan filizin çox az hissəsi emal olunur? Nə üçün? 
 
 
Maşınqayırma sənayesi orada çalışanların sayı (100 mln. nəfərdən çox) və məh-
sulun dəyərinə görə birinci yerdə durur. Bu sahənin mərkəzləri həmişə Şimali Amerika 
F Ə A L İ Y Y Ə T
 
2
Daş kömür 
Dəmir filizi 
Polad əridilməsi 
Dəmir filizi hasilatı 
Hasilat rayonları 
İri mərkəzlər 
Böyük mərkəzlər 
Dəmir filizinin daşınma istiqamətləri 
  LAYİHƏ


 
 
191 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
(ABŞ),  Qərbi  Avropa  (AFR)  və  Şərqi  Asiya  (Yaponiya)  olmuşdur.  Yüksək  texno-
logiya məhsulları da burada cəmləşmişdir. Lakin son vaxtlar Çin, Hindistan, Braziliya, 
Meksika, Argentina kimi yeni sənayeləşmiş ölkələrin də rolu artmışdır.  
 
 
Aşağıda verilən məhsulların istehsalına görə fərqlənən ölkələrin və bu məhsulların dünyada 
məşhur olan markalarının adlarını cədvələ yazın.  
Məhsullar 
Avtomobil 
Mobil telefon  
Təyyarə  
Kompüter və proqram məhsulları  
Markalar və istehsal 
edən ölkələr  
 
 
 
 
Müzakirə edin: – Bu məhsulları istehsal edən şirkətlərin dünya  bazarında daha  keyfiyyətli 
məhsul istehsalçıları kimi tanınmalarının səbəbini necə izah etmək olar? 
 
XX əsrin 70-ci illərində baş verən enerji böhranı (dünya bazarında neftin qiymə-
tinin kəskin artması) kimya sənayesinin sürətlə inkişafına səbəb olmuşdur. Bu sənaye 
sahəsinin inkişafına onun məhsullarının ucuz başa gəlməsi, xammal bazasının geniş 
olması və süni xammala tələbatın artması da ciddi təsir göstərmişdir. Onun mərkəzi 
neft və qazla zəngin olan region və ölkələrə keçdi. Xüsusilə polimer və üzvi sintez 
məhsulları (neft-kimya) İran körfəzi, Şimali Afrika,  Meksika və  Venesuela, həm-
çinin  Çin  və  Hindistanda,  elmtutumlu  kimya  məhsulları  istehsalı  isə  ABŞ,  Qərbi 
Avropa və Yaponiyada inkişaf etmişdir.  
Meşə  sənayesinin yerləşməsi  meşə  ehtiyatlarının  yerləşməsi  ilə  üst-üstə  düşür. 
Şimal meşə qurşağında iynəyarpaqlı ağaclardan, əsasən, kağız istehsal edilir, cənub 
meşə qurşağındakı enliyarpaqlı ağaclar tədarük olunur və mebel istehsalı üçün şimal 
ölkələrinə ixrac edilir.  
Yüngül sənayenin  coğrafiyası,  əsasən,  toxuculuq  sənayesinin  yerləşməsi  ilə 
müəyyən edilir. Pambıq və ipək parça istehsalı təbii şəraitlə bağlı olaraq, əsasən, Çin, 
Mərkəzi  Asiya,  Yaponiya  və  Türkiyədə,  yun  və  kətan  parça    istehsalı  isə  inkişaf 
etmiş ölkələrdə cəmlənmişdir. Ucuz xammal və işçi qüvvəsinin çoxluğu ilə əlaqədar 
toxuculuq sənayesi də inkişaf etməkdə olan ölkələrə meyil edir.  
 
 
Verilən  nümunəyə  əsasən  ETİ-nin  dünya  sənayesinin  müxtəlif  sahələrinə  (elektroenergetika, 
metallurgiya, kimya) təsirinin sxemini qurun. 
 
F Ə A L İ Y Y Ə T
 
3
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Maşımqayırma 
sənayesi 
ETİ-nin maşınqayırmanın 
yerləşməsinə təsiri
 
ETİ-nin maşınqayırmanın 
strukturuna təsiri
 
ETİ-yə qədər  inkişaf etdiyi region 
ölkələr
 
ETİ-dən sonra inkişaf etdiyi region 
və ölkələr
 
ETİ-yə qədər hansı məhsullar daha 
çox istehsal olunurdu?
 
ETİ-dən sonra istehsalı genişlənən 
məhsullar
 
  LAYİHƏ


 
 
192 
 
 
 
1. Meşə və kimya sənayesi hansı sahəni əhatə edir? Xəritə-sxemə əsasən meşə sənayesinin inkişaf 
etdiyi region və ölkələri müəyyən edin. 
 
Meşə ehtiyatlarının olduğu cənub ölkələri oduncağı şimal ölkələrinə ixrac edir. Bunun səbəbi nədir? 
 
2. Əksər emaledici sənaye müəssisələrinin inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Çində, Hin-
distanda və Braziliyada yerləşməsinin səbəblərini izah edin. 
 
3. Kontur xəritədə verilən ölkələrin ixtisaslaşmış sənaye sahələrini cədvələ qeyd edin. 
 
 
Ölkələr 
Sənaye sahələri 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
İynəyarpaqlı meşələr 
Qarışıq və enliyarpaqlı meşələr 
Subtropik meşələr 
Ekvatorial və subekvatorial meşələr
HİND OKEANI 
 
ATLANTİK 
OKEAN 
 
SAKİT 
OKEAN 






  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə