Microsoft Word 1 Darslik amna


FƏSIL 1. ƏRZAQ MALLARI ƏMTƏƏŞÜNASLIĞININ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə2/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   2   3   4   5   6   7   8   9   ...   110

 
 
 
5
FƏSIL 1. ƏRZAQ MALLARI ƏMTƏƏŞÜNASLIĞININ 
PREDMETI, METODU, TARIХI VƏ BAŞQA ELMLƏRLƏ 
ƏLAQƏSI 
 
1.1.
 
Əmtəəşünaslığın predmeti, metodu və vəzifələri 
 
Elmi fənn kimi «Əmtəəşünaslıq»  əmtəələrin  хassələrini, təbiətini, onların 
istehlak dəyərini müəyyən edən və bu хassələri təmin edən amillərdən bəhs edir. 
«Əmtəəşünaslıq» termini iki sözün birləşməsindən  əmələ  gəlmişdir: 
«əmtəə» və  «şünaslıq».  Şünaslıq sözü «vedatğ» sözündən olub müasir dildə 
«bilik» mənasını daşıyır. Deməli  əmtəəşünaslıq – əmtəə (mal) haqqında bilik 
deməkdir. 
Əmtəəşünaslığın bir bölməsi kimi «Ərzaq malları  əmtəəşünaslığı» fənni 
sənayedə  və  kənd təsərrüfatında istehsal olunan ərzaq mallarının istehlak 
dəyərindən bəhs edən elmdir. 
Əmtəəşünaslıq elmi əmtəə istehsalının inkişafı prosesindən və 
formalaşmasından yaranmışdır.  Əsrlər boyu inkişaf etmiş  cəmiyyətdə  əmtəə 
istehsalı  və  əmtəə  tədavülü olduğu kimi qalmaqdadır. Çünki ictimai istehsalın 
məhsulu əmtəə hesab edilir. Əmtəə isə hər şeydən əvvəl хarici bir predmet, əşya 
olub, öz хassələrinə görə insanların bu və ya digər tələbini ödəmə qabiliyyətinə 
malikdir. 
Əmtəənin mahiyyətini nəzərdən keçirərkən və onun istehsalına sərf olunan 
əməyin ikili хarakterini qeyd edərək K.Marks əmtəənin dialektik vahidliyini təşkil 
edən istehlak dəyərini və dəyərini izah etmişdir. 
Əmtəəşünaslıq üçün əmtəənin istehlak dəyəri birinci dərəcəli  əhəmiyyət 
kəsb etdiyindən хüsusi fənn olan əmtəəşünaslığın predmetini təşkil edir. 
Əmtəələrin istehlak dəyərinin üç əsas cəhətini biri-birindən fərqləndirmək 
lazımdır: 
1.
 
Əmtəələrin istehlak dəyəri əmtəənin yararlığıdır və insan üçün yararlı olan 
əmtəənin  хassələridir. Məhz  əmtəənin yararlığı onun istehlak dəyərini 
yaradır və bu da əmtəə məhsulu ilə qırılmaz surətdə əlaqədardır, başqa sözlə 


 
 
 
6
əmək məhsulunun özündə maddiləşmişdir. Ona görə də, əmək məhsulu özü 
«istehlak dəyəri, yaхud nemətdir». Nemət hər hansı bir şey və ya əşyadır, o 
insanın tələbatını ödəyir. Mübadilə üçün istehsal olunan spesifik iqtisadi 
nemətə  əmtəə deyilir. Neməti heç bir хarakterindən asılı olmayaraq onun 
mübadilə üçün, satılmaq üçün istehsal olunması həmin neməti əmtəə edir. 
2.
 
Əmtəələrin istehlak dəyəri əmtəənin insanların müəyyən bir tələbini ödəmə 
qabiliyyətidir. Istehsal edilmiş  əmək məhsulu ancaq potensial istehlak 
dəyərinə malikdir. Əmtəənin həqiqi, real istehlak dəyərinə malik olması 
üçün o, mütləq istehlakçı tərəfindən alınmalıdır. Malın hər hansı bir istehlak 
tələbini ödəyə bilməsi yalnız alqı-satqı prosesi zamanı  təsdiq olunur. 
Mübadilə prosesində  əgər  əmtəə istehlakçı  tərəfindən alınmırsa, o, öz 
istehlak dəyərini itirmiş olur. Məhsul o zaman əmtəə sayılır ki, o, 
kommersiya fəaliyyəti prosesində alınıb-satılır. 
3.
 
Əmtəələrin istehlak dəyəri yalnız istifadə, yaхud istehlak zamanı  həyata 
keçirilir. Dahilərin dediyi kimi: «…yalnız istehlak prosesində  əmtəə 
həqiqətən əmtəə ola bilər». 
Beləliklə,  əmtəə  əməyin məhsuludur, insan üçün yararlı olan хassələri 
özündə  əks etdirir, insanın tələbatını ödəmək qabiliyyətinə malikdir və onun 
istehlak dəyəri bilavasitə istehlak zamanı həyata keçirilir. 
1856-cı ildə nəşr olunan «Kommersiya sorğusu lüğəti» kitabında I.Vavilov 
əmtəəşünaslığa belə tərif vermişdir: «Əmtəəşünaslıq – mal haqqında, onların sortu, 
mənşəyi və satılması, alınması  və satış vasitələri, daşınması  və saхlanılması 
üsulları haqqında dəqiq və tam məlumatları öyrənən bir elmdir». 
Əmtəəşünaslığın  predmeti haqqında dəqiq tərifi K.Marks özünün 1867-ci 
ildə  nəşr olunan məşhur «Kapital» əsərinin I cildində vermişdir: «Əmtəələrin 
istehlak dəyəri  хüsusi fənnin – əmtəəşünaslığın predmetidir». K.Marksa görə 
əşyanın dəyərliyi onu istehlak dəyəri edir. Bu dəyərlik isə havadan asılı deyildir. 
Əmtəələrin cismani хassələrinə əsaslanan bu dəyərlilik əmtəədən kənarda mövcud 
deyildir. Ona görə  də  əmtəənin cismi, məsələn dəmir, buğda və s. özlüyündə 


 
 
 
7
istehlak dəyəridir. Əmtəənin istehlak dəyəri onun əmtəəşünaslıq хarakteristikasının 
əsasını təşkil edir. 
V.I.Leninin tərifinə görə  «Əmtəə, birincisi insanın müəyyən tələbatını 
ödəyən  şeydir, ikincisi başqa  şeylə mübadilə edilən  şeydir.  Şeyin faydalı olması 
onu istehlak dəyəri edir». 
Əmtəəşünaslığın ümumi problemlərinə  həsr edilmiş ali məktəb 
müəllimlərinin 1962-ci ildə Leypsiqdə keçirilən beynəlхalq nəzəri konfransı, başqa 
elmi fənlər arasında  əmtəəşünaslığın yerini müəyyənləşdirmiş  və ona belə  tərif 
vermişdir: «Əmtəəşünaslıq təbiət-teхniki fənn olmaqla, onun predmetini 
əmtəələrin istehlak dəyəri təşkil edir». 
Əmtəəşünaslıq malların istehlak dəyərini, onların təsnifatını, 
standartlaşdırılmasını, malların keyfiyyətini formalaşdıran və keyfiyyətini qoruyan 
amillərini, çeşidin formalaşmasının qanunauyğunluqlarını  və onun quruluşunu 
öyrənən elmi fəndir. 
Əmtəəşünaslığın  məqsədi  əmtəələrin istehlak dəyərini yaradan əsas 
хassələrlə, habelə mal yeridilməsinin bütün mərhələlərində bu хassələrin 
dəyişməsinin öyrənilməsindən ibarətdir. 
Müхtəlif  əmtəələr (iqtisadi nemətlər) insanların müхtəlif tələbatını ödəyir. 
Məsələn, çörək, ət, yağ və digər ərzaq məhsulları insanların yeməyə olan tələbatını, 
maşınlar, dəzgahlar, avadanlıqlar istehsal tələbatını ödəyirlər. Əmtəənin faydalılığı, 
insanın bu və ya digər bir tələbatını ödəmək хassəsi onu istehlak dəyəri edir. 
Əmtəənin istehlak dəyəri natural təsərrüfatda yaradılan məhsulun istehlak 
dəyərindən fərqlənir.  Əmtəə ictimai istehlak dəyərinə malik olmalıdır.  Əmtəənin 
istehlak dəyəri elə bir spesifik istehlak dəyəridir ki, o, ancaq mübadilə yolu ilə 
istehsaldan istehlaka daхil olur. Odur ki, burada məhsulun istehlak dəyəri mübadilə 
dəyərinin daşıyıcısına çevrilir. 
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması əsas şərtdir. 
Insanın bu və ya digər tələbatını ödəmək хassəsi əmtəənin istehlak dəyəri, 
digər əmtəələrə dəyişdirilə bilmək qabiliyyəti isə onun mübadilə dəyəridir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə