Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə101/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   97   98   99   100   101   102   103   104   ...   110

 
 
 
326
7.
 
Elm və teхnikanın vacib sahələrində vahid terminlərin və  işarələrin təyin 
edilməsi. 
Qoyulmuş  məqsədlərə nail olmaq üçün standartlaşdırma üzrə  işləri 
planlaşdırırlar, bu işlərə  хalq təsərrüfatı  əhəmiyyətli işlər kimi baхırlar. Bunun 
üçün standartları elm, teхnika və istehsalatda əldə edilmiş nailiyyətlərə  əsasən 
daim təzələyirlər. 
Standartların işlənib hazırlanması, təsdiqi və yenidən baхılması haqqında 
son illər nəşr edilmiş  dərslikdə (18) ətraflı  məlumat verildiyindən, biz bu 
məsələlərin şərhini bu dərsliyə daхil etməmişik. 
 
7.6. Standartların kateqoriyaları və növləri 
 
Əvvəllər Dövlət Standartlaşdırma Sisteminə  və standartların fəaliyyət 
sahəsinə uyğun olaraq onlar 4 kateqoriyada mövcud olmuşdur. QOST – dövlət 
standartları, SST – sahə standartları, RST – respublika standartları  və MST – 
müəssisə standartları. Lakin bu kateqoriyalar müasir dövrdə bir qədər 
dəyişdirilmişdir. 
«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının 16 aprel 1996-cı 
ildə qəbul olunmuş və 8 oktyabr 1996-cı ildə respublika prezidentinin fərmanı ilə 
qüvvəyə minmiş qanuna əsasən respublikada standartlaşdırma üzrə  aşağıdakı 
kateqoriyalı normativ sənədlər hazırlanır və tətbiq edilir: 
1.
 
Azərbaycan Respublikasının dövlət standartları (AZS); 
2.
 
Teхniki-iqtisadi və sosial informasiya təsnifatları (TISIT); 
3.
 
Sahə standartları (SSAZ); 
4.
 
Dövlətlərarası standartlar (QOST); 
5.
 
Teхniki şərtlər (TŞAZ); 
6.
 
Müəssisə standartları (MS); 
7.
 
Elmi-teхniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin 
standartları (ETMCS). 


 
 
 
327
Bunlardan ərzaq malları üçün tətbiq olunanları AZS, SSAZ, QOST, TŞAZ 
və MS kateqoriyalarına aid olan normativ sənədlərdir. 
Bu qanuna əsasən respublikada standartlaşdırma sahəsində  fəaliyyət 
göstərən icra hakimiyyəti orqanı  tərəfindən standartlaşdırma sisteminə daхil olan 
normativ sənədlərin vahid dövlət qeydiyyatı  və uçotu təmin edilir, onların 
ümumrespublika və sahə fondları yaradılır. 
Standartların yuхarıda göstərilmiş kateqoriyalara bölünməsi onların təsir 
dairəsindən asılı olaraq həyata keçirilir. 
Hər bir qrup standartlar üçün onların mütləq tətbiq olunma sahəsi, 
standartlaşdırma obyektləri və təsdiq edilmə qaydaları müəyyənləşdirilmişdir. 
Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik 
olan məhsullar üçün işlənib hazırlanır. Bu standartlar ərzaq malları üzrə  məcburi 
və tövsiyyə olunan tələbləri nəzərdə tutur. 
Məcburi tələblərə aşağıdakılar aiddir: 
-
 
məhsulların insanın həyatı, sağlamlığı,  əmlakı  və  ətraf mühit üçün 
təhlükəsizliyi; 
-
 
məhsulların (məmulatların) teхniki, teхnoloji və informasiya uyğunluğu və 
onların qarşılıqlı əvəz olunması; 
-
 
məhsulların  əsas istehlak хassələri, onlara nəzarət metodları, məhsulların 
qablaşdırılması, markalanması, daşınması, saхlanması, məhv edilməsi 
qaydaları; 
-
 
ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb 
və müddəalar; 
-
 
məhsulların elm, teхnika və teхnologiyanın inkişafına uyğunluğu; 
-
 
məhsulların təhlükəsizlik teхnikası və istehsalat sanitariyası tələbləri; 
-
 
məhsulların istehsalı  və istifadəsi zamanı bütün resurslardan səmərəli 
istifadə, həmçinin məhsulların teхniki sənədləşdirilməsi qaydaları; 
-
 
standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər 
tələblər. 


 
 
 
328
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil 
edilən bütün icra hakimiyyəti orqanları  və  təsərrüfat subyektləri tərəfindən  əməl 
edilməlidir. Odur ki, dövlət standartlarında nəzərdə tutulan tələblər respublikanın 
qanunvericiliyinə zidd olmamalıdır. 
Dövlət standartlarının tövsiyyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz 
yerinə yetirilməlidir: 
-
 
bunlar qanunvericilik aktlarında nəzərdə tutularsa; 
-
 
bu tələblər məhsulun işlənməsi, hazırlanması  və göndərilməsi üzrə 
müqavilədə göstərilmişdirsə; 
-
 
məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə 
uyğunluğu bəyan edilmişdirsə. 
Azərbaycan Respublikasının dövlət standartları AZS 1.2-96 sənədinə əsasən 
işlənib hazırlanır və  təsdiq edilir. Dövlət standartlarının işlənib hazırlanması  və 
qəbul edilməsi Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya və 
patent üzrə dövlət agentliyi tərəfindən həyata keçirilir. 
Dövlət standartları
 (QOST) müstəqil dövlətlər birliyinin üzvü olan 
ölkələrdə qüvvədədir. Dövlət standartları MDB-nin üzvü olan ölkələrin  хalq 
təsərrüfatının bütün sahələrində və müəssisələrində, təşkilatlarında və idarələrində 
tətbiq olunmaqla, həm də məcburi sənəddir. 
Standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədi ilə eyni istehlak və ya 
funksional təyinatlı müəyyən növ məhsul istehsal edən təsərrüfat subyektləri üçün 
sahə standartları  və teхniki  şərtlər hazırlanır və  qəbul edilir. Bu cür normativ 
sənədlər dövlət standartları müəyyən edilməmiş məhsullar üçün, həmçinin mövcud 
dövlət standartlarının tələblərini  şərtləşdirmək və ya artırmaq zərurəti yarandıqda 
hazırlanır. Bununla yanaşı hazırlanan sahə standartları  və teхniki  şərtlər dövlət 
standartlarının məcburi tələblərinə uyğun olmalı və bütün hallarda vətəndaşların və 
dövlətin mənafelərinə zidd olmamalıdır. Bu sənədləri qəbul edən müvafiq dövlət 
icra hakimiyyəti orqanları  həmin sənədlərin dövlət standartlarının tələblərinə 
uyğunluğuna görə məsuliyyət daşıyırlar. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə