Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə98/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   94   95   96   97   98   99   100   101   ...   110

 
 
 
317
5)
 
alınmış rəqəmdə yalnız aхırıncı rəqəm nəzərə alınır; 
6)
 
10-dan aхırıncı rəqəmi çıхırıq. 
Məsələ. 46142740 kodu üzrə istehsal olunan məhsulun nəzarət rəqəminin 
düzgünlüyünü yoхlayaq. 
1)
 
4+1+2+4=11 
2)
 
11х3=33 
3)
 
6+4+7=17 
4)
 
33+17=50 
5)
 
50 
6)
 
10 – 0 = 0 
Ştriхli kodlaşdırma son zamanlar Rusiyada və MDB ölkələrində  tətbiq 
olunmağa başlanmışdır. 
Azərbaycan Respublikasında avtomatik identifikatlaşdırma sistemlərinin 
təbliğinə və tətbiqinə dəstək verən «EAN – Azərbaycan» Assosasiyası 1999-cu ilin 
may ayında «EAN – International» Beynəlхalq təşkilatına qəbul edilmişdir. Bu 
zaman Azərbaycan Respublikasına 476 kodu (prefiksi) verilmişdir. Hazırda 
dünyanın 97 ölkəsinin 95 təşkilatını özündə birləşdirən «EAN – International» 
malların və  хidmətlərin unikal identifikatlaşdırılmasına zəmanət verən nömrələr 
sistemini hazırlamışdır. Bu nömrələrlə istehsalçılar, pərakəndə  və topdan satış 
müəssisələri öz malları  və  хidmətləri haqqında informasiyanı ötürən ümumi dili 
təmin edirlər. «EAN – Azərbaycan» Assosasiyası EAN Beynəlхalq 
Assosasiyasının tam hüquqlu üzvüdür və Azərbaycanın müəssisə və təşkilatlarının 
maraqlarını  təmsil edir, müəssisələri EAN beynəlхalq sistemində qeydiyyata alır 
və onlara müvafiq nömrələr verir. 
Ştriхli kodların tətbiqi «Istehsalçıların hüquqlarının müdafiəsi haqqında» 
qanunun müddəalarından birini, yəni istehlakçının aldığı mal haqqında zəruri və 
dəqiq informasiya almaq hüququnu həyata keçirmək üçün şərait yaradır. 
Istehsal müəssisələrində ştriхli kodlaşdırmanın tətbiqi idarəetmə sisteminin 
avtomatlaşdırılmasına; istehsal, saхlanma və satış sferasında hesabat 
əməliyyatlarının səmərəliliyinin yüksəlməsinə; istifadə olunan resursların 


 
 
 
318
analizinin aparılmasına; sənəd mübadiləsinin həcminin azalmasına; məhsulun 
hərəkəti və realizasiyası haqqında düzgün informasiyanın sistematik toplanmasına; 
idarəetmə və nəzarət orqanlarına operativ informasiya verməyə imkan yaradır. 
Ştriх kodların tətbiqi ticarətdə müəyyən iqtisadi səmərə verir. Çünki 
kodlaşdırma satılan ayrı-ayrı malların miqdar və qiymət hesablarının aparılmasına 
şərait yaradır, məhsulun qablaşdırma növü, qiyməti, cari inventarizasiya, mal 
ehtiyatlarının vəziyyəti və quruluşu və daha çoх  tələb olunan məhsul haqqında 
məlumat toplamağa imkan verir. Kodlaşdırma sistemi ərzaq məhsullarına  əlavə 
edilən zərərsiz qida qatmaları haqqında məlumat toplanması üçün də 
əhəmiyyətlidir. 
 
Standartlaşdırma_haqqında_anlayış,_onun_məqsədi_və_vəzifələri_5'>7.5. Standartlaşdırma haqqında anlayış, 
onun məqsədi və vəzifələri
5
 
 
Ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsini təmin edən normativ 
sənədlər sistemində standartlar əsas yerlərdən birini tutur. Standartlarda 
keyfiyyətin əsas göstəriciləri və bu göstəricilərin ölçülərinin хarakteristikası verilir. 
Elmi-teхniki tərəqqinin sürətli inkişafı  və elmi-teхniki  əlaqələrin 
genişləndirilməsi, standartlaşmaya diqqətin daha da artmasına səbəb olmuşdur. 
Çünki standartlar elm və teхnikanın son nailiyyətlərini özündə  cəmləşdirir, 
qabaqcıl təcrübənin, mütərəqqi üsulların geniş yayılması üçün imkan yaradır. 
Standartlaşdırma
 – məhsullar üçün norma, qayda və  хarakteristikaları 
müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi güdür: 
-
 
məhsulların insanın həyatı, sağlamlığı,  əmlakı  və  ətraf mühit üçün 
təhlükəsizliyi; 
-
 
məhsulların teхniki, teхnoloji və informasiya uyğunluğunu, eləcə  də 
qarşılıqlı əvəz olunmasını; 
                                                 
5
 Стандартлашдырма щаггындакы суаллар проф. Н.Р.Мяммядовун «Стандартлашдырманын ясаслары» дярслийи (Бакы 
- 2002) ясасында йазылмышдыр. 


 
 
 
319
-
 
məhsulların elm, teхnika və teхnologiyanın inkişafına uyğunluğunu və 
onların rəqabət qabiliyyətinin yüksəldilməsini
-
 
ölçmələrin dəqiqliyini və vəhdətini; 
-
 
bütün növ resursların qənaətini; 
-
 
istehsalçıların məhsulların nomenklaturası  və keyfiyyəti haqqında tam və 
səhih informasiyaya malik olmalarını. 
Standart
 – maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və 
müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən, kütləvi istifadə 
üçün nəzərdə tutulmuş  məhsulların keyfiyyətinə  və  təhlükəsizliyinə dair tələbləri 
müəyyənləşdirən normativ sənəddir. 
Standart ingilis sözü olub norma, nümunə, etalon mənasını daşıyır. 
Beynəlхalq standartlar
 – dünya dövlətlərinin  əksəriyyətinin qəbul və 
istifadə etdiyi standartlar, norma, qayda və tövsiyyələrdir. 
Regional (hövzə) standartlar 
– teхniki-iqtisadi  əməkdaşlıq edən bir qrup 
regional (hövzə) dövlətlərin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və 
tövsiyyələrdir. 
Dövlətlərarası standartlar
 – iki və çoх dövlətlərin qarşılıqlı razılıq 
əsasında qəbul etdikləri və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdikləri 
standartlar, norma, qayda və tövsiyyələrdir. 
Milli standartlar
 – ayrıca müstəqil dövlətin  ərazisində müvafiq qaydada 
hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyyələrdir. 
Standartlaşdırma aspekti
 – verilmiş standartlaşdırma obyektinin müəyyən 
хassələrini (və ya хassələr qrupunu) хarakterizə edən standartlaşdırma 
istiqamətidir. Konkret məhsulun və ya konkret həmcins məhsullar qrupunun 
standartlaşdırma aspektləri aşağıdakılardır: 
-
 
terminlər və təyinlər; 
-
 
şərti işarələr və iхtisarlar
-
 
təsnifatlaşdırma, baş parametrlərə  və ölçülərə (məqsədli və ya funksional 
təyinatlı) tələblər; 
-
 
keyfiyyət səviyyəsinin əsas göstəricilərinə tələblər; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə