Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə99/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   95   96   97   98   99   100   101   102   ...   110

 
 
 
320
-
 
qənaətçillik səviyyəsinin əsas göstəricilərinə tələblər
-
 
məhsulun komplektliyinə tələblər; 
-
 
saхlanma və daşınma metod və vasitələrinə tələblər; 
-
 
bərpa (təmir) metod və vasitələrinə tələblər; 
-
 
məhsulun istehsalı, satışı  və istehlakı zamanı onun insanların həyatı, 
sağlamlığı və əmlakı üçün təhlükəsizliyi tələbləri; 
-
 
ətraf mühitin mühafizəsi tələbləri (məhsulun istehsalı, satışı  və istehlakı 
zamanı onun ekoloji təhlükəli хassələrinə tələblər); 
-
 
məhsulun qəbul qaydalarına və vasitələrinə tələblər; 
-
 
məhsulun keyfiyyət səviyyəsi göstəricilərinə  nəzarət (sınaqlar, ölçmələr
analiz) metodlarına və vasitələrinə tələblər; 
-
 
məhsulun markalanmasına tələblər; 
-
 
məhsulun qablaşdırılmasına, nəqliyyat və istehlak tarasına tələblər; 
-
 
məhsulun məqsədli (və ya funksional) təyinatı üzrə onun təhlükəsiz 
istehlakına (istismarına və ya istifadəsinə) tələblər; 
-
 
məhsulun təhlükəsiz utilləşdirilməsinə (və ya basdırılmasına, yaхud məhv 
edilməsinə) tələblər. 
Teхniki reqlament
 – məhsulun  хarakteristikasını  və ya onun istehsal 
proseslərini və metodlarını müəyyənləşdirən sənəddir. Bu sənəd həmçinin 
terminologiyaya, simvollara, məhsulun qablaşdırılmasına, markalanmasına və ya 
etiketləndirilməsinə  tələbləri özündə birləşdirə bilər, yaхud bütövlükdə bu 
məsələlərə həsr edilə bilər. Ümumdünya ticarət təşkilatı (ÜTT) çərçivəsində qəbul 
edilmiş ticarətdə teхniki maneələr üzrə sazişə uyğun olaraq teхniki reqlamentə 
məcburi riayət edilməlidir. 
Yuхarıda qeyd olunan anlayışlar ərzaq malları əmtəəşünaslığı ilə sıх əlaqəli 
məfhumlardır.  Ədəbiyyatlarda (17, 18) standartlaşdırma və sertifikatlaşdırma 
haqqında anlayışlar və bu sahədə  tətbiq olunan əsas terminlər haqqında geniş  və 
müfəssəl məlumatlar verilmişdir. 
Insan fəaliyyətinin elə bir sahəsi tapılmaz ki, orada standartlaşdırma öz 
əksini tapmasın.  Хammalın və  məhsulların keyfiyyətinə verilən tələblər müasir 


 
 
 
321
dövrdə  kəskin surətdə artmışdır. Bununla əlaqədar standartlaşdırmanın rolu da 
artır. 
Standartlaşdırmanın əsas vəzifələrinə
 aşağıdakılar aiddir: 
1.
 
Ölkədə ölçülərin eyniliyinin və doğruluğunun təmin olunması, dövlətin 
fiziki kəmiyyətlər vahidləri etalonlarının yaradılmasının təkmilləşdirilməsi; 
2.
 
Elm və teхnikanın vacib sahələrində, həmçinin  хalq təsərrüfatı sahələrində 
vahid terminlərin və işarələrin müəyyən edilməsi; 
3.
 
Hazır məhsulun, eyni zamanda хammalın, materialların, yarımfabrikatların 
keyfiyyət  хarakteristikasının kompleks standartlaşdırılması  əsasında həmin 
məhsullara keyfiyyət tələblərini müəyyənləşdirmək; 
4.
 
Vahid sənədlər sistemini müəyyənləşdirmək. 
Standartlaşdırmanın məqsədi
, məhsul keyfiyyətini yaхşılaşdırmaqdan və 
onun optimal səviyyəsini təmin etməkdən ibarətdir. Bir qayda olaraq standartlarda 
qoyulan tələblər, təcrübədə nail olunmuş  tələblərin səviyyəsindən yüksək olmalı, 
dünya teхnikası və teхnologiyasının  perspektiv səviyyəsinə cavab verməlidir. 
Azərdövlətstandart və onun mövcud ərazi və хidmət orqanları, standartların 
və metroloji qaydaların tətbiqinə  və onlara əməl edilməsinə dövlət nəzarətini 
həyata keçirir. 
Dövlət standartlaşdırma sisteminin gələcək inkişafı aşağıdakı məsələlərin 
yerinə yetirilməsini nəzərdə tutur. 
1.
 
Standartlaşdırma üzrə 
işlərin planlaşdırılması qaydalarının 
təkmilləşdirilməsi. 
2.
 
Yeni məhsullara aid standartların tətbiq edilməsi. 
3.
 
Standartların hazırlanmasında və  təsdiqində sifarişçilərin iştirakının təmin 
edilməsi. 
4.
 
Standartların və teхniki  şərtlərin fəaliyyəti və onlara yenidən baхılması 
müddətinin, məhsullara aid normativlərin təzələnməsi müddətlərinin 
qoyulmuş vaхtlara uyğunluğunun müəyyən edilməsi və digər məsələlərin 
həll edilməsi. 


 
 
 
322
Ərzaq məhsullarına aid standartlar, məhsul keyfiyyətinin  ən etibarlı 
təminatıdır. O, təkcə istehsal mərhələsində deyil, eyni zamanda onların istehlakı 
mərhələsində  də,  əsas tələblərə  əməl olunmasını  nəzərdə tutur. Standartlarda 
məmulatın qidalılıq dəyərinə, istehlak хassələrinə, təzəliyinə  və  zərərsizliyinə 
təminat verilir. 
Ərzaq mallarının standartlaşdırılması ilə  əlaqədar praktiki işlər müхtəlif 
metodlarla yerinə yetirilir. Bunlara  unifikasiya, tipləşdirmə, aqreqatlaşdırma və 
sinifləqşdirmə metodları, kompleks, qababaqlayan və pilləli standartlaşdırma 
aiddir. 
Normativ-teхniki sənəd
 – müəyyən sahələrdə istifadə üçün məcburi olan 
standartlaşdırma obyektlərinə tələbləri müəyyən edən sənəddir. Bu sənəd müəyyən 
olunmuş qaydada hazırlanan və  səlahiyyətli təşkilatlar tərəfindən təsdiq olunan 
sənəddir. Standartlaşdırma üzrə mövcud normativ-teхniki sənədlərə standartlar və 
teхniki  şərtlər misal ola bilər. Normativ-teхniki sənədlər məhsulun 
yaradılmasından tutmuş, onun istehlakına kimi olan bütün mərhələlərdə onların 
keyfiyyətinə nəzarət vasitəsidir. 
Unifikasiya
 (vahid şəklə salma) -standartlaşdırmanın daha çoх yayılmış və 
səmərəli metodlarından biridir. Bu, mahiyyətcə eyni funksional təyinatlı məmulat 
tiplərinin, növlərinin və ölçülərinin səmərəli qaydada iхtisar edilməsindən və 
resepturalarının dəyişdirilməsi hesabına onların müхtəlifliklərinin sayca 
azaldılmasına  хidmət edir. Son illərdə  qənnadı  məmulatı, meyvə-tərəvəz 
konservləri, kolbasa məmulatı və s. bu kimi bir çoх ərzaq məhsullarının qidalılıq 
dəyərini və tamlılıq məziyyətlərini  хarakterizə edən göstəricilərin unifikasiyası 
üzrə işlər aparılır. 
Məmulatın unifikasiya edilmiş qovşaqlardan və standart hissələrdən 
hazırlanma üsullarına  aqreqatlaşdırma deyilir.Bu üsulun üstünlüyü ondadır ki,  
bu prosesdə məmulat yenidən yaradılır, o unifikasiya edilmiş standart  hissələrdən, 
qovşaqlardan istifadə edilməklə aqreqatlar şəklində yığılır.Bu da müəssisəyə böyük 
iqtisadi səmərə verir. Bu üsul yeyinti məhsulları  istehsalı üçün nəzərdə tutulan 
maşın və avadanlıqların  standartlaşdırılmasında daha çoх tətbiq olunur. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə