Filologiya məsələləri, 2017
325
Dialoqun məqsədi: Qara Keşiş tərəfindən tilsimlənmiş Sarı Qaya,
Qara Meşə və Çaydan keçid/yol almaq:
– Belə ki, çaya çatan Kərəm yolun bağlandığını görür: “Kərəm baxdı
ki, sağ tərəf qaya, sol meşə, qabaqda çaydı”. Demək, məqsəd bu ünsürlərdən
keçid almaq və Əslinin izini tapmaqdır.
Dialoqun informativ tipi: alqış:
– Kərəm növbə ilə Qayaya, Meşəyə və Çaya tərif/alqış deyir. Onlar
da bunun müqabilində Kərəmə həm yol verir, həm də Əslinin hara getdiyini
deyirlər.
Dialoqun kosmoloji tipi: mediativ-mistik kommunikasiya modeli:
– Kərəm bir insan kimi bu cansız ünsürlərlə danışa bilməz. Lakin
həmin ünsürlər “dilə gəlib” Kərəmə cavab verirlər. Bunun əsasında əyə
arxetipi durur. Hər bir yerin əyəsi/sahibi var. Bu, həmin yerin ruhudur.
Demək, Kərəm Qaya, Meşə və Çayın ruhu/əyəsi ilə xəbərləşir.
Dialoqun etnokosmik tipi: şaman qamlaması:
– Həm süjetüstü, həm də süjetaltı bu dialoqun şaman ekstaz texnikası
(qamlama) ilə bağlı olduğunu açıq şəkildə ortaya qoyur.
Dialoqun süjetüstü forması: aktiv (ikitərəfli) xəbərləşmə.
Dialoqun nəticəsi: Keçid/yol və iz əldə etmə:
– Kərəm alqış-xəbərləşmə ilə iki hədəfə çatır:
Birincisi, yolu kəsən ünsürlərdən yol/keçid alır;
İkincisi, həmin ünsürlərdən Əsli haqqında iz/işarə alır. Məlum olur
ki, Əsli bu ünsürlərdə öz izlərini buraxıb:
Qayada – ləpir buraxıb: “Ləpirin üzümə saldı da getdi”.
Meşədə – gül dərib: “Əsli məndən bir gül aldı da getdi.
Çayda – atların ayağı ilə iz qoyub: “Atların suyuma saldı da getdi”
(7, 197).
Qeyd edək ki, Kərəmin təbiət gücləri ilə bu dialoqu folklorşünasların
diqqətini cəlb etmiş faktlardandır. Bu barədə deyilmuiş fikirlər həmin
dialoqun magik təsəvvürlərlə bağlılığını təsdiq edir.
M.Cəfərli yazır ki, Kərəm çaya müraciətində onu bir tərəfdən
haqq səviyyəli obyekt səviyyəsinə qaldırır; bəlli olur ki, su birbaşa
olaraq Kosmosla, müsbət sakral başlanğıcla bağlıdır. O biri tərəfdən,
Kərəm suyu xaotik başlanğıcla əlaqədə götürür, onu şər qüvvə kimi
səciyyələndirir (1, 109).
Burada əsas iki cəhət var:
Birincisi, suyun kosmoqonik yaradıcı başlanğıc olması;
İkincisi, Kərəmin suya məhz kosmoqonik qüvvə, güc kimi
müraciət etməsi.
Filologiya məsələləri, 2017
326
Birinci cəhət suyun inanclar sistemindəki yerini və rolunu
göstərir. Yəni su türl mifologiyasında stixial qüvvə, kosmosyaradıcı
başlanğıcdır.
İkinci cəhət Kərəmin stixial qüvvə (varlıq) ilə magik-mistik
dialoqa (ünsiyyətə, əlaqəyə) girə bilməsini göstərir. Yəni Kərəm,
əslində, mediator, mediasiya yaradıcı, dünyalar arasında əlaqə yaradıcı
varlıqdır. Təbii ki, onun mediatorluğunun əsasında magik güc və
bacarıqları durur.
R.Əlizadə də Kərəmin suya müraciəti ilə bağlı yazır:
“1. Su həyatverici ünsürdür (“abi-həyat” obrazı);
2. Su canlıdır (onun “daim axması”);
3. İlahi-sakral məkanda yerləşir (“Haqqın – Allahın camalına
baxması”);
4. Kult-tapınaq obyekti subyekti kimi emosional xüsusiyyətlərə
malik olması: qəzəblənməsi (“Dolana-dolana evlər yıxması”);
5. Kult obyekti kimi ritual kontekstində mövcud olması (Kərəmin
onunla “xəbərləşməsi”: Əslini xəbər alması) (5, 65).
Buradan görünür ki, Kərəm suya müraciət etməklə həyatverici
ünsürə (“abi-həyat”a) müraciət edir, bu müraciətlə o, əslində, ilahi-
sakral məkanda yerləşən qüvvə ilə dialoqa girir. Bütün bunlara adi
adamın gücü-qüvvəsi yetməz. Bunun üçün hökmən magik güc və
qabiliyyətlərə malik olmaq lazımdır. Kərəm də belə magik
qabiliyyətlərə malik obrazdır.
Dastanda Kərəmin magik-mediativ qabiliyyətini onun ceyranla
dialoqu da təsdiq edir: “Kərəm sözünü müxtəsər eləyib, getmək istəyirdi ki,
birdən qabaqlarına bir ceyran çıxdı. Kərəm ceyranı görən kimi sazını
mindirdi sinəsinə, görək ceyrandan Əslini nə cür xəbər aldı:
Səndən xəbər alım, ay gözəl ceyran,
Əsli, keşiş buralardan keçdimi?
Minib eşq səməndin, olmuşam rəvan,
Çoban körpüsündən bir su içdimi?
Kərəm belə deyəndə ceyran dilə gəlib, görək Kərəmə nə cavab verdi:
Sənə xəbər verim, ay cavan oğlan,
Əsli anasilə düşdülər yola.
Bir səhər vaxtında gördüm ki, burdan
Yanında atası keçdilər sola.
Aldı Kərəm:
Bu ayrılıq əydi mənim qəddimi,
Ağır eldə bədnam etdi adımı,
Kərəm gəlsin, məni tapsın dedimi?
Gizli-gizli sirrin sənə açdımı?
Filologiya məsələləri, 2017
327
Ceyran:
Murada yetirsin səni yaradan,
Seyrağıblar görüm çıxsın aradan,
Sevdiciyin köçlə keçdi buradan,
Baxmadı Əsli xan nə sağ, nə sola.
Aldı Kərəm:
Nə zamandı bu yerlərdə durubsan,
Sınıq könlüm qara daşa vurubsan,
Əsli xanı sən ağlarmı görübsən?
Yoxsa gülüb bu dağları aşdımı?
Ceyran:
Qədir mövlam heçdən yaratmış bizi,
Gecəyə qatdılar günlü gündüzü,
Kərəm, Əsli xanın axırkı sözü:
Ərzuruma varsa könlüm xoş ola.
Aldı Kərəm:
Kərəm deyər: kimə deyim dərdimi?
Seyrağıblar qonça gülü dərdimi?
Varsam Ərzuruma görrəm Əslimi,
Yoxsa keşiş alıb yenə qaçdımı?
Ceyran:
Mövlam sənə kömək olsun bu işdə,
Ceyran deyər: çap səməndin yerişdə,
Ərzuruma vardı zalım keşiş də,
Xəbər verdim qismət sənə tuş ola.
Kərəm Əsli xanı ceyrandan dillə də xəbər aldı. Ceyran dedi:
– Sənin axtardığın keşiş Ərzuruma tərəf getdi (6, 65-66).
Qeyd edək ki, Kərəmin təbiət stixiyaları və heyvanlarla bu
xəbərləşməsi magik-mediativ əlaqə modeli kimi yalnız bu deyilən faktlarla
məhdudlaşmır. Kərəm bütün dastan boyu insani olmayan müxtəlif canlı və
cansız ünsürlərə müraciət edir. Əksər hallarda həmin obyektlər ona cavab
vermir. Lakin elə predmetlər vardır ki, dil açıb Kərəmlə danışır. Bu cəhətdən
Kərəmin qəbiristanlıqda kəllə ilə dialoqu səciyyəvidir.
“Elə söz təzəcə tamam olmuşdu ki, Kərəmin gözü yerə sataşdı. Gördü
uçulub-dağılmış köhnə bir qəbrin içində bir quru kəllə var. Kərəm əyilib
kəlləni götürdü, tozunu silib təmizlədi, o tərəf-bu tərəfinə baxıb dedi:
– Sofi lələ, bu quru kəlləni görürsənmi? Bir zaman bu da bizim kimi
insan imiş. Bir zaman olacaq, biz də belə olacağıq. Qoy bundan bir neçə söz
xəbər alım.
Aldı Kərəm, görək kəllədən nə soruşdu:
Bir suval sorayım, xəbər ver mənə,
Dostları ilə paylaş: |