Filologiya məsələləri, 2017
316
Mifologiyada yalançı qəhrəman doğru qəhərəmandan fərqli olaraq
bəzi səciyyəvi cəhətlərinə görə daha çox təhlilə ehtiyacı olan obrazdır. Çünki
yalançı qəhrəman, həm mifə, həm rəvayətə, həm də yumora daha yaxındır.
“Doğru-yalan” qarşıdurmasının mifoloji kökünə gəldikdə, əkizlər
mifinin qarşıdurmalarını xatırlatmaq lazımdır. Məlumdur ki, əkizlər mifinin
qarşıdurmalarında tərəflərdən biri müsbət planda təqdim edilib diqqət
mərkəzində durduğu kimi, digər qarşı tərəf mənfi planda təqdim eilir. Burada
sanki mənfi planda təqdim edilən tərəf digər tərəfin gücünü əks etdirir.
Yalançı qəhrəmanın yenilməsi və cəzalandırılması əsas tərəfin sanki yenidən
dirilməsinə səbəb olur.
Folklorumuzda qəhrəman-antiqəhrəman əkizlər modelində qəhrəman
və qorxaq qarşıdurması özünəməxsus yer tutur. “Göyərçin qızlar” (1, səh.21)
mifik nağılında verilən kiçik qardaş obrazı qəhrəman, böyük qardaşlar isə
qorxaq obrazını əks etdirmişlər.
Ümumiyyətlə, mifologiyada verilən hər bir mifik mətndə qəhrəman
obrazı öz əksini tapmışdır. Belə ki, mətnlərdəki qəhrəman ya ağlı, ya
cəsarəti, ya fərasəti, ya da gücü sayəsində əsas obraza çevrilir.
Nəticə. Məqalədə gəlinən nəticə qoyulmuş məqsədin tam
araşdırmasını göstərir. Nəticədə folklormuzda olan mifik nağılların təhlili
əkizlər modelinin dual qarşıdurmalar verilmişdir.
ƏDƏBİYYAT
1.Allah yıxan evi qızlar tikər. Nağıllar. Bakı. Yazıçı, 1994, 304 səh.
2.Azərbaycan xalq nağılları. Bakı: Gənclik, 1988, 464 s.
3.Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, “Şərq-Qərb”, 2005, 304 səh.
4.Əliyev R. Mif və folklor genezisi və poetikası. Bakı: Elm, 2011, 224 s.
5.Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı: Elm, 2011, 228 s.
6.Qafarlı R. Mif və nağıl. Bakı: 1999, 442 s.
GUNEL VEKILOV
MODELS TWINS DUAL CONFLICTS IN MYTHOLOGY
SUMMARY
The article, which conflicts with dual smart-stupid gay twink model,
true-false and the hero-coward analysis of the twins was gay. Azerbaijani
folklore of the mythical tales based on the analysis twins model, this conflict
is shown. In mythology, of the text as a mythical clash reflected twins the
positive and negative image. The mythical hero texts or white, or courage, or
foresight, or is becoming, through the power of the image. The article shown
Filologiya məsələləri, 2017
317
the hero and anti-hero twins specificity of the model folklore between hero
and coward confrontation.
Mythical texts light-dark conflict is explained, like night and day, good
and bad. Many texts, we see that the heroes of the light from the darkness,
day and night, are superb. Described mythical tales of the white snake, black
snake, light, darkness, night and sun, was the transformation. In mythology,
characters twins
ГЮНЕЛЬ ВЕКИЛОВ
МОДЕЛИ БЛИЗНЕЦЫ ДУАЛЬНОЙ КОНФЛИКТЫ В
МИФОЛОГИИ
РЕЗЮМЕ
В статье, анализ близнецов которая вступает в противоречие с
двойной
смарт-глупый
модели,
правда-ложь
и
герой-трус.
Азербайджанские фольклорные рассказы о модели мифических
близнецов на основе анализа, представленного в этом конфликте. В
мифологии, позитивное и негативное изображение текста в качестве
мифического столкновение отраженных близнецов. В статье, показано
на фольклорный герой и трус противостояние специфика модели герой,
антигерой близнецы.
Мифические текстыx светло-темные конфликт объяснимо, как
день и ночь, хорошие и плохие. Многие тексты, мы видим, что герои
свет от тьмы, дня и ночи, являются превосходным. Описываемые
мифическом рассказы о белой змеи, черная змея, свет, темнота, день и
ночь, было преобразование. В мифологии, характер близнецами
изменений между ясность и темный.
Rəyçi: filologiya elmləri doktoru, professor
Seyfəddin Rzasoy
Filologiya məsələləri, 2017
318
SEVDA İMANOVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun doktorantı
“ƏSLİ-KƏRƏM” DASTANINDA MAGİK GÖRÜŞLƏRLƏ
BAĞLI OBRAZLARIN TİPOLOGIYASI
Key words: folklore, magic, epos, “Asly-Karam”, applause, curse, spell,
magic, black magic
Ключевые
слова:
фольклор,
магия,
дастан, «Асли-Керем»,
благопожелание, проклинание, колдовство, порча
Açar sözlər: folklor, magiya, dastan, “Əsli-Kərəm”, alqış, qarğış, cadu
“Əsli-Kərəm” dastanında magik görüşlərin zənginliyini ilk növbədə
dastan janrının struktur tipologiyası ilə şərtləndirir. Dastan bir janr kimi
folklorun bütün başqa janrlarından fərqlənir. Bu, ilk növbədə dastanın
məkan-zaman strukturu baxımından folklorun ən iri struktur vahidi olması
ilə əlaqədardır. Dastan elə bir janr strukturuna malikdir ki, o, folklorun digər
janrlarını da öz strukturu daxilinə ala bilir. Məsələn, Azərbaycan
dastanlarında folklorun bütün növlərinin tipoloji əlamətləri var. Burada
dramatik növün dialoq, monoloq ünsürlərindən, lirik növün bütün şeir
janrlarından istifadə olunur, eləcə də dastanda epik növün əsas əlamətləri
inikas olunur. Bunlar, əlbəttə, dastanın formal-poetik tərəfləridir. Dastan bu
baxımdan ən əhatəli poetik tutuma malikdir. Ancaq dastanın əsas xüsusiyyəti
onun milli düşüncənin ən dərin qatları ilə bağlı olmasındadır.
Nizami Cəfərov yazır ki, “epos”, sadəcə, dastan deyil, müxtəlif
süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü
bütövlükdə ifadə edən möhtəşəm dastan – potensiyasıdır. Onu tam halında
bərpa etmək mümkün deyildir, mövcud mənbələr əsasında yalnız təsəvvür
etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik
və s. komponentlərin üzvi vəhdətindən ibarətdir” (4, 12).
Göründüyü kimi, dastan-epos milli düşüncənin potensiyası, yəni
milli-mənəvi dəyərlər xəzinəsi, mənəvi ehtiyatlar sistemidir. Bu sistem
minillər ərzində formalaşmışdır. Orada hər bir xalqın milli düşüncə tərzinin
ən lazımlı dəyərləri toplanmışdır. Magiya da mifik düşüncənin vacib
dəyərlərini özündə əks etdirir. Buna görə də magiya da dastanın yaddaş
potensiyasına aid dəyərdir.
Qeyd edək ki, N.Cəfərovun yuxarıdakı fikri mərhum Məhərrəm
Cəfərli tərəfindən aşağıdakı şəkildə şərh olunmuşdur: “N.Cəfərovun epos
haqqındakı bu fikri mürəkkəb məzmuna malikdir və müasir dövrdə dastana
Dostları ilə paylaş: |