Filologiya məsələləri, 2017
306
SƏBİNƏ BAYRAMOVA.
AMİ
rsabina90@hotmail.com
NİSGİLLİ AZƏRBAYCANIMIN NİKBİN GƏLƏCƏYİ
Açar sözlər: Azərbaycan, ədəbi prosses, M.Şəhriyar , poema, söhbət.
Ключевые слова: Азербайджан , литературный процесс , М.Шахрияр ,
поэма , разговор.
Key words: Azerbaijan , the literary process , M. Shahriyar , poem ,
conversation.
Azad qardaşım var, onunla xoşam.
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha.
(Söhrab Tahir)
Bu, ikiyə bölünmüş Azərbaycanım idi. Başı bəlalı o taylı bu taylı
Azərbaycanım. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə
Azərbaycan iki yerə parçalandı. Şimalı Rusiyanın, Cənubu isə İranın
tərkibinə qatıldı və bununla da dövlətçilik ənənələrimizə, milli dirçəlişimizə
son qoyuldu. Bir xalqı, onun vətənini iki yerə bölərkən heç bu xalqın özünə
məhəl də qoyulmadı. Bu ədalətsiz müqavilə, bu ədalətsiz bölgü vətəni
parçaladı, ananı baladan, bacını qardaşdan, dostu dostdan ayırdı. Bu ayrılığa
Araz çayı şahid oldu və damlaya çevrilərək gözlərdən axdı. Cənubda şahlıq
rejimi, fars şovinizmi, şimalda isə bolşevik imperiyası öz müstəmləkəçilik
siyasətini yeridirdi. Cənubi Azərbaycanda Azərbaycan dili yasaq edilmişdi,
bu dildə məktəblərin fəaliyyətinə, qəzet və jurnalların nəşrinə icazə
verilmirdi. Şimalda isə çar Rusiyasının ədəbiyyatımız, mədəniyyətimiz,
dilimiz üzərində hökümranlığı dövrü başlamışdı. Ziyalılarımız, onların
yaradıcılığı daima təqib olunurdu və bunun nəticəsi idi ki, 1937-ci ildə
ölkəni repressiya dalğası bürüdü, vətənin bir çox istedadlı oğulları çar
Rusiyasının güdazına getdi, güllə yağışına tuş gəldi. Neçə-neçə Azərbaycan
övladı bu siyasətin qurbanına çevrildi. Bütün bunlar ədəbiyyatımızın
inkişafında öz ürəkağrıdıcı təsirini göstərməyə bilməzdi. Şair və
yazıçılarımızdan dövrün tələbinə uyğun əsərlər yazmaq tələb olunurdu, bu
tələbə boyun əyməyənləri isə ağır cəza gözləyirdi. Bütün bunlara
baxmayaraq, vətənin ikiyə bölünməsi ilə ziyalılarımız heç cür barışa
bilmirdi. Ona görə də hər iki tərəfdə dil, musiqi, bədii ədəbiyyat, poeziya
qarşılıqlı əlaqədə öz inkişafını davam etdirirdi. O taydan Mustafa Payan
Filologiya məsələləri, 2017
307
Vahidin qəzəllərini oxuduğu kimi, bu taydan da Mirzə Fətəli Axundzadə və
başqalarının əsərləri sərhəddi aşaraq cənuba gedirdi. Eyni zamanda Əndəlib
Qaracadaği, Heyran xanım, Seyid Əbülqasim Nəbati, Məhəmmədbağır
Xalxali, Məhəmmədəmin Dilsuz,Mirzə Əbdürəhimbəy Talıbov, Zeynalabdin
Marağayi kimi cənublu şair və ədiblərimizin əsərləri də sərhədləri aşaraq
şimala gəlir, şer məclislərində, təziyə mərasimlərində oxunur, az miqdarda
da olsa, nəşr edilirdi. Bu da onu göstərirdi ki, torpağı böldülər, xalqı
ayırdılar, lakin onun ədəbiyyatını bölə bilmədilər. Söz ustaları əllərinə qələm
alıb vətənin çətin günündə ona dəstək, arxa-dayaq oldular.
Əsrin əvvəllərində Cənubi Azərbaycan ədəbiyyatında xarici təsirlərə,
geriliyə, cəhalətə qarşı maarifpərvər, demokratikfikrlər o qədər gücləndi ki,
hətta ömrünü ən çox aşiqanə və ənənəvi qəzəllər yazmağa həsr etmiş şairlər
belə qələmini bu tərəfə döndərmiş,xalqa səhər açıldığını bildirən, onun
gözünü açmağa çalışan, onu ayılmağa çağıran ictimai mənalı şeirlər
yazmışdır. Azad gələcəyə inam, əvvəl-axır zalimlərin məhv ediləcəyinə,
qaranlığın çəkilib səhər açılacağına sarsılmaz inam şairlərin ürəyinə xalq və
vətən məhəbbətini doldurmuşdu. Bəli, vətən eşqi, xalqa məhəbbət insanın
fikrini hərəkətə gətirən, iradəsini möhkəmlədən ecazkar qüvvədir və işıq
saçan bu qüvvə cənub şairlərini həmişə ilhamlandırmışdır.
Şimali Azərbaycanda yaşayıb-yaratmış M.F.Axundov, M.Ə.Sabir,
C.Məmmədquluzadə, M.Araz, X.Rza Ulutürk, Cənubi Azərbaycanda isə
M.Gülgün, S.Tahir, Ə.Tudə, B.Azəroğlu, M.Möcüz, H.Billuri,
M.Şəhriyar və başqalarını yalnız və yalnız bir amal birləşdirirdi: vətən
həsrəti,vətənin və xalqın taleyi, ayrılıq dərdi, vətən məhəbbəti, yurd sevgisi,
vətən yanğısı, bir sözlə, bütöv bir nisgil:
Mən də bir şairəm, sinəsi dağlı,
Ayrılıq nəfəsli, hicran soraqlı.
Vətənin qapısı üzümə bağlı,
Hər axşam bu dərddən alışır sinəm
Vətən həsrətliyəm, el həsrətliyəm.
(H.Billuri)
Füzulim qəmli neydi.
O bir də mi qara geydi?
Yarasına kimlər dəydi,
O sahildə, bu sahildə.
(X.R.Ulutürk)
Mənim də vətənim bir gülüstandır.
Əzəldən varlığım ona qurbandır.
Sözümün ziynəti, şerimin tacı
Könlümün nəğməsi Azərbaycandır.
(Ə.Tudə)
Dostları ilə paylaş: |