Filologiya məsələləri, 2017
303
yer ayrılmışdır. Belə ki "Koroğlu" dastanı başlığı altında "Dastanın məzmunu",
"Dastanın ideyası", "Koroğlu surəti", "Koroğlunun silah yoldaşları", "Qadın
surətləri", "Düşmən tipləri", "Yardımçı qüvvələr", "Həmzənin Qıratı aparması"
və "Dastanın quruluşu kimi yarımbaşlıqlar verilmişdir.
"Dastanın məzmunu" yarımbaşlığında adından da məlum olduğu kimi
dastanın ümumi məzmunu haqqında məlumat verilir: "Dastan on yeddi qoldan
ibarətdir. Bu qolların əsas hissəsi xalq qəhrəmanlarının paşalarla
mübarizəsindən bəhs edir. Giriş hissəsində əsərin qəhrəmanı olan
Koroğlunun atası Alı kişinin faciəsindən danışılır. Dastanın əsas canı
Koroğlunun və onun ətrafında toplanan qəhrəmanların ayrı-ayrı səfərləri
və bu səfərlərdə göstərdikləri qəhrəmanlıqlardır. " [1, 125]
"Koroğlu" dastanından xüsusi bir qol tədris materialı kimi dərsliyə daxil
edilməmişdir.Yalnız dastandan olan "Həmzənin Qıratı aparması" qolunun
məzmunu və ideyası təhlil olunmuşdur: "Bu qolda Keçəl Həmzənin kələkbaz
bir adam olduğu, təhlükələrdən bacarıqla qurtara bildiyi aydın göstərilir.
Bu qolda Koroğlu surətinin bir sıra xüsusiyyətləri daha qabarıq şəkildə
verilmişdir. Burada Koroğlunun qəhrəmanlığı, cəsarəti, mərdliyi daha
aydın nəzərə çarpır. Onun aşıq paltarı geyib düşmənlərin içərisinə getməsi,
məclisdə özünü məharətlə aparması, Toqat paşasını ələ salıb Qıratı ələ
keçirə bilməsi, paşaların saysız-hesabsız qoşunları ilə təkbaşına vuruşub
böyük qəhrəmanlıqlar göstərməsi sevilə-sevilə tərənnüm edilir." [1, 128]
İbad Məmmədov "Azərbaycan Müəllimi" qəzetinin 1978-ci il 2 avqust
nömrəli buraxılışında "Koroğlu" dastanını tədris edərkən başlıqlı məqaləsi ilə
dastanın orta məktəbdə tədrisinin bir sıra mətləblərinə toxunur. Müəllif qeyd
edir ki, "Azərbaycan xalq ədəbiyyatının şah əsərlərindən olan "Koroğlu"
dastanı orta məktəblərin VI və VIII siniflərində tədris olunur. VI sinifdə
dastanın iki qolu keçilir. VIII sinifdə isə bu əsəri geniş və əhatəli öyrətmək
üçün 4 saat vaxt ayrılır."[3]
Müəllif həmçinin qeyd edir ki, "...dastanın ilk sovet tədqiqatçısı və
naşiri Vəli Xuluflu olmuşdur. O, "Koroğlu" ətrafında yaranmış
rəvayətlərin bir çox yerlərdə yayıldığına dair məlumat vermişdir. Lakin,
"Koroğlu"nun ilk kamil nəşri görkəmli folklorşünas H.Əlizadənin adı ilə
bağlıdır. O, aşıqlarımızdan topladığı bu eposun 14 qolunun, bir çox
variantını və bu dastana aid olan 50 müstəqil qoşmanı 1941-ci ildə kitab
şəklində çap etdirmişdir. Bununla da H.Əlizadə Azərbaycanda
"Koroğlunun nəşri və tədqiqinin əsasını qoymuşdur. VIII sinifdə
"Koroğlu" dastanını şagirdlərə geniş şəkildə mənimsətmək üçün xeyli vaxt
verilmişdir. Ədəbi-ictimai fikir tariximizdə özünəməxsus yeri olan
H.Əlizadə haqqında şagirdlərə həmin vaxtdan səmərəli istifadə etməklə
məlumat vermək lazımdır və faydalıdır."[3]
Filologiya məsələləri, 2017
304
İbad Məmmədovun verdiyi bilgilər və "Koroğlu" dastanının tədrisinin
əhəmiyyəti haqqında söylədikləri şagirdlərin dastanı daha dərindən
mənimsəmələri üçün olduqca dəyərlidir. Lakin İ. Məmmədovun məqaləsində
bir yanlışlıq da var ki, onu mütləq qeyd etmək lazımdır. Bu da ondan ibarətdir
ki, Hümmət Əlizadə 1941-ci ildə "Koroğlu" dastanının 14 qolunu və 50
müstəqil qoşmasını ayrıca kitab halında nəşr etdirmişdir. Həmin kitabda
"Koroğlu" dastanının başqa heç bir variantı yoxdur. Məqalədəki "bir çox
variantını" ifadəsi artıqdır və şagirdlərə H. Əlizadənin nəşr etdirdiyi "Koroğlu"
kitabında (1941) belə bir yanlış məlumatın çatdırılmasına yol vermək olmaz.
1982-ci il nəşri olan, İ.Babayev və C.Əhmədovun müəllifliyi ilə
yazılmış VI sinif ədəbiyyat dərsliyində "Dastandan parçalar" başlığı altında "Alı
kişi", və "Dəmirçioğlunun Çənlibelə gəlməsi" qolları verilmişdir. Bu qolların
tədrisi zamanı şagirdlər Koroğlunun necə mərd cəsur bir qəhrəman olduğunu
öyrənirlər. Elə məhz bu səbəbdəndir ki, o öz ətrafına da mərd, cəsur adamlar
toplamağı xoşlayar, bundan zövq alardı. Koroğlu Dəmirçioğlunu da bir nalbənd
dükanında görür və o da Çənlibelə gələrək Koroğlunun dəstəsinə qoşulur.
"Koroğlu" dastanının tədrisinə 1985-ci il nəşri olan VIII sinif ədəbiyyat
kitabında da rast gəlinir. Dərslikdə dastandan "Koroğlu dastanı", "Həmzənin
Qıratı aparması" ("Koroğlunun Toqat səfəri"), "Durna teli" ("Koroğlunun
Bağdad səfəri"), "Koroğlu dastanının qısa məzmunu" kimi başlıqlar verilmişdir.
ƏDƏBİYYAT
1. Araslı. H, Eyvazov. H - Ədəbiyyat 8-ci sinif üçün dərslik, "Maarif", Bakı-
1975, 125 səh.
2. Araslı. H, Eyvazov. H - Ədəbiyyat" 8-ci sinif üçün dərslik, "Maarif", Bakı-
1985, 188 səh.
3. "Azərbaycan müəllimi" qəzeti- 1978, 2 avqust.
4. Babayev. İ, Əhmədov. C - Ədəbiyyat 6-cı sinif üçün dərslik, "Maarif", Bakı-
1975, 261 səh.
5. Babayev. İ, Əhmədov. C - Ədəbiyyat 6-cı sinif üçün dərslik, "Maarif", Bakı-
1982, 259 səh.
6. Musayev. Q - "Ədəbiyyat" 5-ci sinif üçün dərslik-müntəxəbat, "Maarif",
Bakı-1967, 126 səh.
7. Qarabağlı. Ə, Aslanov. M - "Ədəbiyyat" 8-ci sinif üçün dərslik, "Maarif"-
1967, 239 səh.
8. Sadıq İslam - Koroğlu kim olub. B; Azərnəşr, 1998, 206 səh
Filologiya məsələləri, 2017
305
ФАРАХ АСЛАНОВА
ПРЕПОДОВАНИЕ ЭПОСА "КОРОГЛЫ" В СРЕДНИХ
ШКОЛАХ СОВЕТСКОГО ВРЕМЕНИ
РЕЗЮМЕ
"Короглы" является самый грандиозный монумент слова
Азербайджанского народа. Его обучение в средних школах имеет большое
значение. В этой статье исследован преподование эпоса "Короглы" в
средних школах Советского времени, показаны положными стороны его
обучения, обрашено внимание на недостатки. В преподавании дастана
(эпоса) "Кероглу" главной целью является воспитание молодого
поколения в патриотическом духе и поэтому правильное ознакомление
молодежи с "Кероглу" является главным условием. В исследовательских
работах в этом направлении велось много поисков, освидетельствований,
которые можно использовать в дальнейших исследованиях. Выводы,
которые были получены от исследовательских работ основаны
многочисленными весомыми фактами. Все факты совпадают с текстом
дастана (эпоса) поэтому и были взяты в основу.
FARAH ASLANOVA
THE TEACHING OF THE "KOROGHLU" EPOS DURING
THE SOVIET UNION
SUMMARY
Koroghlu is the great literary work which is created by Azerbaijan people.
Teaching this at the schools has a great importance. In this article the teaching
issuse of the epos Koroghlu was investigated also were depicted the advantages
of its teaching and was paid attention to the missed shortcomings. The main
purpose of teaching "Koroghlu" epic is, the behavior of the younger generation
in the patriotic spirit, that`s why it is an inportant condition for promoting
Koroghlu youth correctly. In reseach work was conducted considerable research
in this area, which can be used in future studies. The results obtained in research
work is based on available scientific evidence. If all evidence in topic of the epic
text is overlapping, then they took as a basis.
Rəyçi: Fil.e.d., dos. İslam Sadıq
Dostları ilə paylaş: |