Filologiya məsələləri, 2017
310
sayəsində əldə edəcəyinə inanır, o gözəl əyyamı qəlbindən gələn böyük
səmimiyyət duyğusu ilə tərənnüm edir:
Heydərbaba, mərd oğullar doğginən,
Namərdlərin burunların ovginən.
Gədiklərdə qurdları tut, boğginən,
Qoy quzular ayın-şayın otlasın...
Güneyin Heydərbabasından müəyyən qədər danışdıq. Bəs Quzeyin?
Bəli, Quzeyin Heydər babası Heydər Əliyev idi. O Heydər baba ki, heç vaxt
Azərbaycan ədəbiyyatını ayrı təsəvvür etməmişdir, o taylı bu taylı
Azərbaycanı vahid məkan hesab etdiyi kimi, onun ədəbiyyatına da yüksək
qiymət verərkən bir bütöv halında vəhdətdə götürürdü.O, rus imperiyasının
son dərəcə güclü olduğu bir zamanda, hələ Mərkəzi Komitənin birinci katibi
olarkən Azərbaycan Yazıçılar İttifaqında ayrıca bir şöbə yaradılmasına
göstəriş vermiş, Balaş Azəroğlunu da həmin şöbəyə müdir təyin etmişdir.
Heydər Əliyev Azərbaycan ədəbiyyatında, xalqın yaratdığı ədəbi-mədəni
irsə həmişə qayğı göstərmişdir. Fərqi yoxdur, bu, istər Şimali Azərbaycan
ədəbiyyatı olsun, istərsə də Cənubi. Onun ustad Şəhriyar haqqında söylədiyi
fikirlər olduqca qiymətlidir: ”Şəhriyar poeziyası dövrün ictimai-siyasi,
fəlsəfi və ədəbi görüşlərinin əksidir. O böyük sənətkar, klassik-romantik
poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətin qoruyaraq dövrünün
novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni
ədəbi məktəbin yaranmasına nail olmuşdur”.
Belə bir deyim var: “Yaman günün ömrü az olar“. Azərbaycan xalqı
da inanır ki, Qarabağ torpağı daxil olmaqla bütün işğal olunmuş
torpaqlarımız düşmən tapdağından azad olacaq, o cümlədən, gün gələcək o
sahillə bu sahil birləşərkən ürəyində bu arzunu özüylə qəbrə aparan
Şəhriyarın ruhu Araz üstdən boylanaraq sevinəcəkdir:
Nə həsrət, nə hicran olsun.
Qoy birləşib bir can olsun.
Vahid Azərbaycan olsun
O sahil də, bu sahil də.
ƏDƏBİYYAT
1. anl.az, lit.az, kult.az
2. IX sinif Azərbaycan Tarixi
3. Cənubi Azərbaycan Ədəbiyyatı Antalogiyası
4. H.Billuri “Seçilmiş əsərləri”
5. Müasir Azərbaycan Ədəbiyyatı Bakı 2007
6. M.Şəhriyar “Aman Ayrılıq”. Bakı 1966
7. M.Şəhriyar “Seçilmiş əsərləri”
Filologiya məsələləri, 2017
311
S/BAYRAMOVA
СВЕТЛОЕ БУДУЩЕЕ МОЕГО МНОГОСТРАДАЛЬНОГО
АЗЕРБАЙДЖАНА
РЕЗЮМЕ
В 1828 году Азербайджан был разделен на две части. Север
примкнул к России, а южная часть осталась в составе Ирана. Настал
конец национальным традициям. Этот несправедливый договор
разлучил мать с детей, брата с сестрой, а друзей с друзьями. Это
событие также оказало влияние на литературу. Многие поэты в своем
творчестве затрагивали тему южного Азербайджана. Х. Биллури А.
Туде , М. Гульгун и т.д. Oдним из них был. М. Шахрияр основой его
творений являлась тоска по дому. В поэме Гейдар Бабая салам мы
можем видеть более ясно.
S/BAYRAMOVA
BRIGHT FUTURE OF MY SUFFERING AZERBAIJAN.
SUMMARY
In 1828, Azerbaijan was divided into two parts. North joined to Russia,
while the southern part remained part of Iran. Then came the end of the
national traditions. This agreement unfair to separate mother and child,
brother and sister, and friends of friends. This event has also had an impact
on literature. Many poets in his work touched on the subject of South
Azerbaijan.
A.H. Billur, Tudeh, M. Gulgun etc. One of them was M. Shahriyar
basis of his creations was homesick. we can see more clearly in the poem
Heydar Babaya Salam.
Rəyçi: prof. Tofiq Hüseynov
Filologiya məsələləri, 2017
312
GÜNЕL VƏKİLOVA
AMЕA Fоlklоr İnstitutu
gunel_novruzova@mail.ru
MİFOLOGİYADA ƏKİZLƏR MODELİNİN DUAL
QARŞIDURMALARI
Açar sözlər: mifologiya, əkizlər mifi, dual qarşıdurma, ağıllı-axmaq əkizlər,
doğru-yalan əkizlər, qəhrəman-qorxaq əkizlər.
Ключевые
слова:
мифология,
близнецы
миф,
двойное
противостояние, умные-идиот близнецы, истинно-ложные близнецы,
трусливые-герой близнецов.
Key words: mythology, twins myth, dual confrontation, smart-stupid twins,
true-false twins, cowardly-hero twins.
Məsələnin qoyuluşu: Mifologiyada əkizlər mifinin folklorda təzahür
tiplərindən biri özünü dual qarşıdurmalarda göstərir. Əkiz bacı-qardaşlar
haqqındakı nağıllarda dual qarşıdurmalar yəni, ağıllı-axmaq əkizlər, doğru-
yalan əkizlər və qəhrəman-qorxaq əkizlərin təhlili aparılmışdır. Belə ki, əkiz
bacı-qardaş mif modeli folklorda təkcə mənşə təsviri ilə deyil, daha çox
münasibətlər problemi ilə təzahür edir. Bu da mifologiyada bütün
duallıqların əkizlər mifi kimi izah oluna biləcəyini göstərir.
İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd mifologiyada
əkizlər modelinin dual qarşıdurmalarını araşdırıb, təhlil etməkdir.
Mifologiyada əkiz qarşıdurmaları hər şeydən öncə əkizlərin
xarakterindən, daxili aləmindən və ətraf mühitə münasibətindən irəli gəlir.
Əkizlər arasında olan münasibətlər həm iki, həm də üç bacı-qardaşların
qarşıdurmaları kimi göstərilir.
Azərbaycan folklorunda əkizlər həm bu modelin məna sıraları, həm da
qarşıdurmaları kimi göstərilir.
Nağıl, əfsanə və dastanlarda olan əkizlər modelində qarşıdurmalara rast
gəlinir. Bu mətnlər də göstərilən bacı və qardaşlar əkizlik modelinin fərdi
xüsusiyyətləri sayəsində qarşıdurmalar yaranır.
Mifologiyada əkizlər mifinin dual qarşıdurmaları dedikdə aşağıdakılar
nəzərdə tutulur:
yaxşı-pis (yaxşı-yaman) qarşıdurması;
kişi-qadın qarşıdurması;
işıq-qaranlıq (gecə-gündüz) qarşıdurması;
qəhrəman-qorxaq qarşıdurması;
ağıllı-axmaq (ağıllı-dəli) qarşıdurması;
yuxarı-aşağı qarşıdurması;
Dostları ilə paylaş: |