Filologiya məsələləri, 2017
313
doğru-yalan qarşıdurması.
Bu qarşıdurmalar həm mif, həm də folklor mətnlərində çox geniş
formada işlənmişdir.
Mifologiyada əkizlər modelindəki ağıllı-axmaq qarşıdurmaları bir sıra
xüsusiyyətləri ilə fərqlənir. Belə ki, mifik mətnlərdə əkizlərdən, iki dostdan,
iki qardaşdan və yaxudda bacılardan birinin ağıllı, digərinin isə axmaq
olduğunun şahidi oluruq. Folklormuzdakı mifik mətnlərdə çox vaxt bir
əkizin axmaqlığı nəticəsində düşdükləri çətinliklərdən, məhz ağıllı əkizin
sayəsində qurtulurlar.
“Kiçik bacı” (2, səh. 126) adlı nağılda məhz bunun şahidi oluruq.
Nağılda göstərilir ki, bir kişi ilə arvadın üç qızı varmış. Kişi səhərdən
axşama qədər zəmidə işləyirmiş. Bir gün arvadına deyir ki, mənin üçün kökə
bişirib qızla göndərərsən. Arvad bişirib böyük qızla göndərir. Qız
yolayrıcına çatanda bilmir, hansı tərəfə getsin. Bu zaman bir quş uçub gəlir
və sağ tərəfə getməyini deyir. Kolun arxasında gizlənmiş canavar isə sol
tərəfə getməyini deyir. Qız sol tərəfə gedir və yolun sonunda bir koma olur.
Burada canavar kökələri alıb yeyir, qızı da zirzəmiyə salır. Ata-ana və
bacıları elə bilir ki, qız rəfiqəsigildə gecələyib. Səhəri gün ana ortancıl bacını
göndərir. Bu qızda gedib zəmiyə çatmır. O biri gün kiçik bacını göndərir. Bu
bacı da gedib kökələri atasına verə bilmir.
Canavar ortancıl və kiçik bacını da bu üsulla tutub, zirzəmiyə salır.
Kiçik bacı bacılarını görüb sevinir. Böyük və ortancıl bacı ağlayır, kiçik bacı
isə onları sakitləşdirir.
Bir gün canavar qazanda qatran qaynadıb içinə üzük atır. Və bacılara
deyir ki, kim bu üzüyü qazandan əli yanmadan çıxarsa, onu zirzəmidən
buraxacağam. Böyük bacı da, ortancıl bacı da əlini yandırır. Canavar onları
yenidən zirzəmiyə salır. Lakin, kiçik bacı çox fərasətli və ağıllı idi. O, bir
taxta parçası ilə üzüyü əli yanmadan qazandan çıxarır. Canavar qıza deyir ki,
evdə evdarlığı sən edəcəksən. Kiçik bacı canavarın komasında yaşamağa
başlayır. Bütün günü böyük bacılarını zirzəmidən necə qurtaracağını
fikirləşir.
Kiçik bacı çox fikirləşib, çıxış yolu tapır. Çubuqlardan iri bir səbət
hörüb canavara deyir ki:
- Bu səbətə pay-püş qoyacağam, səbəti səhər tezdən ata-anama apar.
Amma bir şey var, yolda səbəti açma ha! Dama çıxıb bütün vaxtı sənə göz
qoyacağam.
Canavar razılaşır. Qız bir çəngə güləş götürüb gəlincik düzəldir,
əyninə də öz paltarlarını geydirir və qoyur dama. Qız bacıları ilə birlikdə
səbətə girir. Canavar səbəti götürüb meşəyə gedir. Yorulub səbəti qoyur ki,
açsın qız deyir:
-Baxıram ha səbəti açma.
Filologiya məsələləri, 2017
314
Canavar səbəti götürüb yoluna davam edir. Fikirləşir ki, görəsən qız
bunun içinə nə qoyub ki, səbət bu qədər ağırdı. Yenə səbəti yerə qoyur ki
açsın, qızın səsi eşidilir:
- Görürəm, səni görürəm. Səbəti açma, apar.
Canavar fikirləşir ki, buna bax aa, gözləri nə itidir. Canavar səbəti
qızların ata-anasının evinə gətirib, qoyur. Özü də meşəyə evinə qaçır. Ata-
ana səbəti açıb, qızlarını görüb, sevinirlər. Qızlar canavarın zirzəmisinə
düşmələrindən, ordan canlarını qurtarmalarından danışırlar.
Canavar evə gəlib, damda qızın yox, gəlinciyin olduğunu görüb,
aldandığını başa düşür.
Bu nağılda verilən kiçik bacı obrazı ağıllı, böyük bacılar isə axmaq
kimi göstərilir. Bacılar, məhz kiçik bacının ağlı sayəsində canavarın
zirzəmisindən canlarını qurtarırlar.
Folklormuzda olan mifik mətnlərdə işıq-qaranlıq, gecə-gündüz, ağ-
qara kimi qarşıdurmalar yaxşı-pis, uğurlu-uğursuz kimi izah olunur. Belə ki,
bir çox mətnlərdə görürük ki, qəhrəmanlar işığı qaranlıqdan, gündüzü
gecədən, ağı da qaradan üstün tuturlar. Təsadüfü deyil ki, xalq arasında belə
bir deyim var: “Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır”. Yəni xalq
inancına əsasın, gecə vaxtı, qaranlıqda gələn xeyri bir növ zərərlidir, lakin
gündüz vaxtı, yəni işıqlıqda gələn zərər isə özü bir xeyirdir.
Folklormuzda olan bir mifik mətndə göstərilir ki, bir ovçu yaralı ağ
ilanın ondan kömək istəməsini başa düşür və arxasınca gedir. Gəlib bir
quyunun yanında dayanır. Ovçu quyudan çıxan qara ilanı öldürür və ağ
ilanda quyuya girir. Sonda ağ ilan ovçuya bir muncuq verir. Ovçu muncuğu
da götürüb evinə gedir. Deyirlər ki bu muncuq həmişə evi və həyəti
işıqlandırırmış. (3, 203 səh.)
Başqa bir mifik nağılda göstərilir ki, bir bağban həyətini bellədiyi
zaman torpağın altında bir-birinə sarılmış ağ və qara ilan görür. Bağban qara
ilanı öldürmək istəyəndə ağ ilanı öldürür. Qara ilan qaçıb gedir. Bağban
ağilanı basdırır. İllər keçir bağbanın oğlunun toyu olur. Qara ilan bəy otağına
girib gizlənir ki, intiqamını alsın. Lakin hər oğlanı çalmaq istəyəndə
həyətdən qonaqların bağbana dualarını eşidir və dayanır.
Bu nağlın sonunda göstərilir ki, qara ilan o zaman bağbandan əl çəkir
ki, kəndin ağsaqqalı onun sevgilisi ağ ilanı dirildir və özünü də cavanlaşdırır.
(3, 216-217 səh.)
Nağılda göstərilir ki, bağban düşünmədən qara ilanı öldürmək istəyir.
Yəni qara qaranlıq və pislik rəmzi kimi verilmişdir.
Bu mifik nağıllarda da təsvir olunmuş ağ ilanla, qara ilan işıqla-
qaranlığın, gecə-gündüzün transformasiyasında verilmişdir. Yəni ağ ilan
işığın, gündüzün, qara ilan isə qaranlığın, gecənin təsəvvür nöqtəsi kimi
göstərilmişdir.
Filologiya məsələləri, 2017
315
Mifologiyada əkizlərin xarakteri aydınlıq və qaranlıq arasında
dəyişir. Bunu xaricə və daxilə çevrilmək kimi göstərə bilərik. Yəni xaricə
çevrilərək aydınlıq, işıqlıq, daxilə çevrilərək qaranlıq xarakterini göstərir.
Təbii ki, bu qarşıdurma həm əkizlər, həm də ətrafdakılar üçün fərqli görsənə
bilrər.
Apardığımız araşdırmaya əsasən qeyd edə bilərik ki, işıqla-qaranlıq
qarşıdurması əkizlər arasında olan xarakterik qarşıdurmadır.
Azərbaycan folklorundakı ağıllı və axmaq (səfeh) qarşıdurması
əkizlər modelinin önəmli xüsusiyyətlərindən biri kimi göstərilir.
Mifologiyada göstərilən əkiz qardaş və əkiz bacılardan biri ağıllı kimi verilir.
Ağıllı olan qardaş və ya bacı əkiz taylarından mütləq öndə göstərilir və əsas
obraz olaraq verilir.
Azərbaycan folklorunda olan “Tilsim padşahınının qızı” (1, səh. 42)
adlı mifoloji nağılda verilən üç qardaşdan biri məhz ağıllı obrazdır. Padşahın
oğullarına etdiyi vəsiyyəti diqqətə almayan həm böyük qardaş, həm də
ortancıl qardaş ov üçün günbatana gedir və orada da tilsim padşahın qızına
əsir düşürlər. Bu da həm böyük qardaşın, həm də ortancıl qardaşın
səfehliyinin göstəricisidir. Nağılda qarı qardaşlara deyir ki, getmə, əgər
gedirsənsə, o zaman qızı danışdırmağa çalış. Çünki tilsim padşahın qızı belə
bir şərt kəsib ki, kim məni danışdırsa, ona da ərə gedəcəyəm. Böyük
qardaşların axmaqlığı burda da aydın göstərilir: onlar qızı danışdıra
bilmirlər.
Amma kiçik qardaş böyük qardaşlarından fərqli olaraq atasının
vəsiyyətini pozmur. Sadəcə, qardaşlarını xilas etmək günbatana gedir. Kiçik
qardaşın ağıllı obraz olması onda göstərilir ki, o tilsim padşahın qızını
danışdıra bilir. Sonra da qızın tilsimindən xilas olaraq, öz ağlı sayəsində dar
ağacından canını qurtarır. Kiçik qardaş tilsim padşahın qızını alıb, qırx gün,
qırx gecə toy çaldırıb, qardaşlarını da götürüb, öz vilayətlərinə qayıtmaq
üçün yola çıxır. Yolda böyük qardaşlar kiçik qardaşı aldadaraq quyuya
salırlar. Kiçik qardaş yenə ağlı və gücü sayəsində quyudan xilas olur.
Quyuda kiçik qardaşın ağ qoçun üstünə atılmasına baxmayaraq, ağ qoç onu
qara qoçun üstünə atır. Buna baxmayaraq, kiçik qardaş düşdüyü qaranlıq
dünyadan işıqlı dünyaya məhz ağlı sayəsində çıxır. Belə ki, zümrüd quşunun
balalarını xilas etməsi, bu quşa ət və su verərək işıqlı dünyaya gəlib çıxması
bu obrazın ağlı sayəsində olur.
Sonda bu obrazın öz vilayətini, sarayını və arvadını axmaq
qardaşlarının əlindən qurtarması da məhz ağlı sayəsində olur.
Ümumiyyətlə, bu nağılda olan əkiz qardaşlardaki obrazlar məhz ağıllı
və axmaq qarşıdurmasını əks etdirir.
Dostları ilə paylaş: |