Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə119/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   115   116   117   118   119   120   121   122   ...   147

Filologiya məsələləri, 2017 
 313
doğru-yalan qarşıdurması.  
Bu qarşıdurmalar həm mif, həm də folklor mətnlərində çox geniş 
formada işlənmişdir.  
Mifologiyada əkizlər modelindəki ağıllı-axmaq qarşıdurmaları bir sıra 
xüsusiyyətləri ilə fərqlənir. Belə ki, mifik mətnlərdə əkizlərdən, iki dostdan, 
iki qardaşdan və yaxudda bacılardan birinin ağıllı, digərinin isə axmaq 
olduğunun  şahidi oluruq. Folklormuzdakı mifik mətnlərdə çox vaxt bir 
əkizin axmaqlığı  nəticəsində düşdükləri çətinliklərdən, məhz ağıllı  əkizin 
sayəsində qurtulurlar. 
“Kiçik bacı” (2, səh. 126) adlı nağılda məhz bunun şahidi oluruq. 
Nağılda göstərilir ki, bir kişi ilə arvadın üç qızı varmış. Kişi səhərdən 
axşama qədər zəmidə işləyirmiş. Bir gün arvadına deyir ki, mənin üçün kökə 
bişirib qızla göndərərsən. Arvad bişirib böyük qızla göndərir. Qız 
yolayrıcına çatanda bilmir, hansı tərəfə getsin. Bu zaman bir quş uçub gəlir 
və sağ    tərəfə getməyini deyir. Kolun arxasında gizlənmiş canavar isə sol 
tərəfə getməyini deyir. Qız sol tərəfə gedir və yolun sonunda bir koma olur. 
Burada canavar kökələri alıb yeyir, qızı da zirzəmiyə salır. Ata-ana və 
bacıları elə bilir ki, qız rəfiqəsigildə gecələyib. Səhəri gün ana ortancıl bacını 
göndərir. Bu qızda gedib zəmiyə çatmır. O biri gün kiçik bacını göndərir. Bu 
bacı da gedib kökələri atasına verə bilmir. 
Canavar ortancıl və kiçik bacını da bu üsulla tutub, zirzəmiyə salır. 
Kiçik bacı bacılarını görüb sevinir. Böyük və ortancıl bacı ağlayır, kiçik bacı 
isə onları sakitləşdirir.  
Bir gün canavar qazanda qatran qaynadıb içinə üzük atır. Və bacılara 
deyir ki, kim bu üzüyü qazandan əli yanmadan çıxarsa, onu zirzəmidən 
buraxacağam. Böyük bacı da, ortancıl bacı da əlini yandırır. Canavar onları 
yenidən zirzəmiyə salır. Lakin, kiçik bacı çox fərasətli və  ağıllı idi. O, bir 
taxta parçası ilə üzüyü əli yanmadan qazandan çıxarır. Canavar qıza deyir ki, 
evdə evdarlığı  sən edəcəksən. Kiçik bacı canavarın komasında yaşamağa 
başlayır. Bütün günü böyük bacılarını zirzəmidən necə qurtaracağını 
fikirləşir. 
Kiçik bacı çox fikirləşib, çıxış yolu tapır. Çubuqlardan iri bir səbət 
hörüb canavara deyir ki: 
- Bu səbətə pay-püş qoyacağam, səbəti səhər tezdən ata-anama apar. 
Amma bir şey var, yolda səbəti açma ha! Dama çıxıb bütün vaxtı sənə göz 
qoyacağam.  
Canavar razılaşır. Qız bir çəngə güləş götürüb gəlincik düzəldir, 
əyninə  də öz paltarlarını geydirir və qoyur dama. Qız bacıları ilə birlikdə 
səbətə girir. Canavar səbəti götürüb meşəyə gedir. Yorulub səbəti qoyur ki, 
açsın qız deyir: 
-Baxıram ha səbəti açma. 


Filologiya məsələləri, 2017 
 314
Canavar səbəti götürüb yoluna davam edir. Fikirləşir ki, görəsən qız 
bunun içinə  nə qoyub ki, səbət bu qədər ağırdı. Yenə  səbəti yerə qoyur ki 
açsın, qızın səsi eşidilir: 
- Görürəm, səni görürəm. Səbəti açma, apar. 
Canavar fikirləşir ki, buna bax aa, gözləri nə itidir. Canavar səbəti 
qızların ata-anasının evinə  gətirib, qoyur. Özü də meşəyə evinə qaçır. Ata-
ana səbəti açıb, qızlarını görüb, sevinirlər. Qızlar canavarın zirzəmisinə 
düşmələrindən, ordan canlarını qurtarmalarından danışırlar.  
Canavar evə  gəlib, damda qızın yox, gəlinciyin olduğunu görüb
aldandığını başa düşür.  
Bu nağılda verilən kiçik bacı obrazı ağıllı, böyük bacılar isə axmaq 
kimi göstərilir. Bacılar, məhz kiçik bacının ağlı sayəsində canavarın 
zirzəmisindən canlarını qurtarırlar.  
Folklormuzda olan mifik mətnlərdə  işıq-qaranlıq, gecə-gündüz, ağ-
qara kimi qarşıdurmalar yaxşı-pis, uğurlu-uğursuz kimi izah olunur. Belə ki, 
bir çox mətnlərdə görürük ki, qəhrəmanlar işığı qaranlıqdan, gündüzü 
gecədən, ağı da qaradan üstün tuturlar. Təsadüfü deyil ki, xalq arasında belə 
bir deyim var: “Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır”. Yəni xalq 
inancına  əsasın, gecə vaxtı, qaranlıqda gələn xeyri bir növ zərərlidir, lakin 
gündüz vaxtı, yəni işıqlıqda gələn zərər isə özü bir xeyirdir.  
Folklormuzda olan bir mifik mətndə göstərilir ki, bir ovçu yaralı  ağ 
ilanın ondan kömək istəməsini başa düşür və arxasınca gedir. Gəlib bir 
quyunun yanında dayanır. Ovçu quyudan çıxan qara ilanı öldürür və  ağ 
ilanda quyuya girir. Sonda ağ ilan ovçuya bir muncuq verir. Ovçu muncuğu 
da götürüb evinə gedir. Deyirlər ki bu muncuq həmişə evi və  həyəti 
işıqlandırırmış. (3, 203 səh.) 
Başqa bir mifik nağılda göstərilir ki, bir bağban həyətini bellədiyi 
zaman torpağın altında bir-birinə sarılmış ağ və qara ilan görür. Bağban qara 
ilanı öldürmək istəyəndə    ağ ilanı öldürür. Qara ilan qaçıb gedir. Bağban 
ağilanı basdırır. İllər keçir bağbanın oğlunun toyu olur. Qara ilan bəy otağına 
girib gizlənir ki, intiqamını alsın. Lakin hər oğlanı çalmaq istəyəndə 
həyətdən qonaqların bağbana dualarını eşidir və dayanır.  
Bu nağlın sonunda göstərilir ki, qara ilan o zaman bağbandan əl çəkir 
ki, kəndin ağsaqqalı onun sevgilisi ağ ilanı dirildir və özünü də cavanlaşdırır. 
(3, 216-217 səh.) 
Nağılda göstərilir ki, bağban düşünmədən qara ilanı öldürmək istəyir. 
Yəni qara qaranlıq və pislik rəmzi kimi verilmişdir.   
Bu mifik nağıllarda da təsvir olunmuş  ağ ilanla, qara ilan işıqla-
qaranlığın, gecə-gündüzün transformasiyasında verilmişdir. Yəni ağ ilan 
işığın, gündüzün, qara ilan isə qaranlığın, gecənin təsəvvür nöqtəsi kimi 
göstərilmişdir.  


Filologiya məsələləri, 2017 
 315
Mifologiyada  əkizlərin xarakteri aydınlıq və qaranlıq arasında 
dəyişir. Bunu xaricə  və daxilə çevrilmək kimi göstərə bilərik. Yəni xaricə 
çevrilərək aydınlıq, işıqlıq, daxilə çevrilərək qaranlıq xarakterini göstərir. 
Təbii ki, bu qarşıdurma həm əkizlər, həm də ətrafdakılar üçün fərqli görsənə 
bilrər.  
Apardığımız araşdırmaya  əsasən qeyd edə bilərik ki, işıqla-qaranlıq 
qarşıdurması əkizlər arasında olan xarakterik qarşıdurmadır. 
Azərbaycan folklorundakı  ağıllı  və axmaq (səfeh) qarşıdurması 
əkizlər modelinin önəmli xüsusiyyətlərindən biri kimi göstərilir. 
Mifologiyada göstərilən əkiz qardaş və əkiz bacılardan biri ağıllı kimi verilir. 
Ağıllı olan qardaş və ya bacı əkiz taylarından mütləq öndə göstərilir və əsas 
obraz olaraq verilir.  
Azərbaycan folklorunda olan “Tilsim padşahınının qızı” (1, səh. 42) 
adlı mifoloji nağılda verilən üç qardaşdan biri məhz ağıllı obrazdır. Padşahın 
oğullarına etdiyi vəsiyyəti diqqətə almayan həm böyük qardaş, həm də 
ortancıl qardaş ov üçün günbatana gedir və orada da tilsim padşahın qızına 
əsir düşürlər.  Bu  da  həm böyük qardaşın, həm də ortancıl qardaşın 
səfehliyinin göstəricisidir. Nağılda qarı qardaşlara deyir ki, getmə,  əgər 
gedirsənsə, o zaman qızı danışdırmağa çalış. Çünki tilsim padşahın qızı belə 
bir  şərt kəsib ki, kim məni danışdırsa, ona da ərə gedəcəyəm. Böyük 
qardaşların axmaqlığı burda da aydın göstərilir: onlar qızı danışdıra 
bilmirlər.  
Amma kiçik qardaş böyük qardaşlarından fərqli olaraq atasının 
vəsiyyətini pozmur. Sadəcə, qardaşlarını xilas etmək günbatana gedir. Kiçik 
qardaşın ağıllı obraz olması onda göstərilir ki, o tilsim padşahın qızını 
danışdıra bilir. Sonra da qızın tilsimindən xilas olaraq, öz ağlı sayəsində dar 
ağacından canını qurtarır. Kiçik qardaş tilsim padşahın qızını alıb, qırx gün, 
qırx gecə toy çaldırıb, qardaşlarını da götürüb, öz vilayətlərinə qayıtmaq 
üçün yola çıxır. Yolda böyük qardaşlar kiçik qardaşı aldadaraq quyuya 
salırlar. Kiçik qardaş yenə  ağlı  və gücü sayəsində quyudan xilas olur. 
Quyuda kiçik qardaşın ağ qoçun üstünə atılmasına baxmayaraq, ağ qoç onu 
qara qoçun üstünə atır. Buna baxmayaraq, kiçik qardaş düşdüyü qaranlıq 
dünyadan işıqlı dünyaya məhz ağlı sayəsində çıxır. Belə ki, zümrüd quşunun 
balalarını xilas etməsi, bu quşa ət və su verərək işıqlı dünyaya gəlib çıxması 
bu obrazın ağlı sayəsində olur.  
Sonda bu obrazın öz vilayətini, sarayını  və arvadını axmaq 
qardaşlarının əlindən qurtarması da məhz ağlı sayəsində olur. 
Ümumiyyətlə, bu nağılda olan əkiz qardaşlardaki obrazlar məhz ağıllı 
və axmaq qarşıdurmasını əks etdirir.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə