Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə121/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   117   118   119   120   121   122   123   124   ...   147

Filologiya məsələləri, 2017 
 319
baxışın  əsasında durur. Beləliklə, epos anlayışı  aşağıdakı  məzmunu  əhatə 
edir: 
a) Epos xalqın dastan potensiyasıdır. 
Yəni epos dastan düşüncəsinin potensiyası, sənətkarların ifadə etdiyi 
dastanlar isə sazın, sözün və ifaçılığın vəhdətində əmələ gələn mətndir. Epos 
həmin mətnləri öz içinə alan, onları bütövlükdə  əhatə edən dastançılıq 
düşüncəsidir. 
b) Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. 
Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini 
təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və 
motivlərini  əhatə edən dastançılıq  ənənəsi, dastançılığın düşüncə ehtiyatı, 
xəzinəsidir. 
c) Epos xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edir. 
“İctimai-estetik təfəkkür” cəmiyyətin bədii düşüncəsinin kamilliyini 
ifadə edir. Estetika – bədii gözəllikdir. Epos düşüncəsində gerçəkliyin 
bədiiləşdirilmə-sinin estetik sistemi mövcuddur. Hər bir xalqın gözəlliyə öz 
münasibəti olur. Bədii gözəlliyin milli özünəməxsusluğu xalqın poetik 
düşüncəsinin bədii təsvir və ifadə vasitələrində ifadə olunur” (2, 6-7). 
Beləliklə, dastanlar, etnopsixoloji kontekstdə milli yaddaş 
ehtiyatlarıdır. Bu yaddaş öz tipologiyası baxımından,  əsasən, iki səviyyəni 
əhatə edir: 
1. Qəhrəmanlıq yaddaşı. 
2. Lirik-emosional yaddaş. 
Dastanlar buna uyğun olaraq iki əsas tipoloji qrupa ayrılır: 
qəhrəmanlıq və məhəbbət dastanları. Birinci qrup üçün qəhrəmanlıq ruhunun 
aparıcı olması, ikinci qrup üçün isə lirik-emosional ruhun qabarıqlığı  əsas 
tipoloji əlamətdir. 
M.H.Təhmasib Azərbaycan dastanlarını bu şəkildə təsnif etmişdir: 
I. Qəhrəmanlıq dastanları.  
1. Qədim bahadırlıq nağılları, sehirli nağıllar və  əsatiri görüşlərlə 
səsləşən qəhrəmanlıq dastanları. 
2. Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları. 
3. Adi qəhrəmanlıq dastanları. 
II. Məhəbbət dastanları. 
1. Məhəbbətlə qəhrəmanlığın hüdudlarında dayanan dastanlar. 
2. Əsl məhəbbət dastanları. 
a) nağıllarla bağlı məhəbbət dastanları; 
b) qədim eposla bağlı məhəbbət dastanları; 
v) yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları; 
q) orijinal məhəbbət dastanları. 
3. Məcazi məhəbbətə həsr olunmuş dastanlar. 


Filologiya məsələləri, 2017 
 320
a) astral dastanlar; 
b) rəmzi dastanlar. 
III. Ailə-əxlaq dastanları (8, 112). 
Göründüyü kimi, bu bölgüdə  əsas olan qəhrəmanlıq və  məhəbbət 
dastanlarıdır. Ailə-əxlaq dastanları bu iki təsnifat tipi arasında, bir növ, aralıq 
mərhələni təşkil edir. Yəni həm qəhrəmanlıq dastanlarının, həm də məhəbbət 
dastanlarının əsas əlamətlərini özündə daşıyır. 
Qəhrəmanlıq dastanları  məhəbbət dastanlarına nisbətən daha qədim 
hesab olunur. Bu cəhətdən qəhrəmanlıq dastanları öz köklərini ilk əcdad 
haqqında mifoloji eposlardan götürür. Buna görə  də  qəhrəmanlıq 
dastanlarında arxaik-mofoloji görüşlərin bədii obraz və motivlər  şəklində 
ifadəsinə daha çox rast gəlinir. Məhəbbət dastanları bu cəhətdən daha çox 
realistik təsir bağışlayır. Ancaq “Əsli-Kərəm” dastanında elə magik-mifoloji 
elementlər mühafizə olunmuşdur ki, bunlara hətta qəhrəmanlıq 
dastanlarımızda da rast gəlinmir. Belə ki, bu dastan tilsim, cadu, sehr kimi 
magiya elementləri ilə  zəngindir. Bu da öz növbəsində  məhəbbət 
dastanlarının qəhrəmanlıq dastanlarından “cavan” olmadığını deməyə  də 
əsas verir. 
M.Cəfərli yazır ki, Azərbaycan dastanlarının ümumi kütləsindən 
məhəbbət işarəsi altında üzvlənmə, ayrılma-diferensiasiya böyük bir proses 
olmuşdur. Məsələnin bütün mahiyyəti isə iki cəhətin buradakı  tədqiq 
müstəvisində qabardılması ilə bağlıdır: 
1. Sevgi-məhəbbət motivi, əlaməti qəhrəmanlıq dastanlarına tarixən 
mənsubdur.  Əslində  qəhrəmanlıq dastanları öz başlanğıcından həm də 
məhəbbət dastanları olmuşdur.  
2. Azərbaycan dastançılığının tarixi, ictimai, siyasi, dini-mədəni, 
irfani-fəlsəfi amillərlə  şərtlənən müəyyən mərhələsində  qəhrəmanlıq 
dastanlarının məhəbbət motivlərində xüsusi diferensiasiya getmiş  və 
məhəbbət dastanları xüsusi coşğunluqla qəhrəmanlıq dastanlarının 
kütləsindən üzvlənmiş, ayrı bir qol kimi xüsusi məhsuldarlıqla inkişafa 
başlamışdır (3, 56). 
Məhəbbət dastanları başdan-başa sevgi motivinin üzərində qurulur. 
Qəhrəmanlıq dastanlarında da qəhrəmanın sevgilisi, qəhrəmancasına elçilik 
motivləri var. Bu, o deməkdir ki, qəhrəmanlıq dastanları ilə  məhəbbət 
dastanları bir-birindən elə zaman baxımından da ayrılmaz olub, eyni kökə 
malikdir. 
Qeyd olundu ki, “Əsli-Kərəm” dastanı magik görüşləri təcəssüm 
etdirən ideya, obraz və motivlərlə, tilsim, cadu, sehr kimi magiya elementləri 
ilə  zəngindir. Düzdür, “Əsli-Kərəm” dastanının ümumi poetik strukturu 
digər məhəbbət dastanları ilə eynidir. Bu, əlbəttə, belə  də olmalıdır. Çünki 
bütün məhəbbət dastanları sabit poetik struktur modelinə malikdir.  


Filologiya məsələləri, 2017 
 321
 M.Cəfərli təsdiq edir ki, ümumiyyətlə, dastanın çox sərt pozulmaz 
strukturu var və heç bir dastançı bu strukturdan qırağa çıxa bilməz. Məhz bu 
baxımdan bütün məhəbbət dastanları süjet strukturu baxımından, sadəcə 
olaraq bir-birlərini təkrarlayırlar. Bu təkrarçılıq,  əslində, hərfi təkrarçılıq 
deyildir. Yəni bir dastançı dastan yaradarkən artıq mövcud olan başqa bir 
dastanın süjet strukturunu sadəcə  təkrar etmir. Burada məsələnin mahiyyəti 
tamamilə başqa cürdür. Dastançı ənənəvi formullarla işləyir. O, bütün yaradı-
cılığını, bütün istedadını  məhz bu formulların bütün dastanlarda təkrarlanan 
statik strukturu, donuq çərçivəsi  əsasında nümayiş etdirməlidir. O, dastan 
formullarının düzülüş  sırasını (dastanın sintaktik strukturu) dəyişməkdə 
sərbəst deyildir. Dastanın strukturunda o, heç bir formulun yerini dəyişə 
bilməz” (3, 47-48). 
 Bu cəhətdən “Əsli-Kərəm” dastanı da başqa məhəbbət dastanları ilə 
eyni poetik struktura malikdir. Amma bütün bunlarla bərabər, bu poetik 
strukturu təşkil edən elementlər öz təbiətinə görə digər dastanlardan ciddi 
fərqlərə malikdir. Yəni burada baş  qəhrəman və onun əsas rəqibi olan Qara 
Keşiş sanki birbaşa magik görüşlərin  təcəssümü  olan  obrazlardır. Bunlardan 
biri (Kərəm) sanki xeyirə xidmət edən, o birisi isə (Qara Keşiş) şərə xidmət 
edən maqlardır. 
 Bu fərqləri, onları yaradan səbəbləri və  fərqliliklərin semantikasını 
tədqiq etmiş S.Rzasoy  yazır ki, “Əsli-Kərəm” dastanının süjeti də ümumi 
strukturu etibarilə digər məhəbbət dastanlarının süjet strukturundan qırağa 
çıxmasa da, bizcə, digər dastanlardan fərqli süjet təfərrüatı nümayiş etdirir. 
Bu “təfərrüat” o dərəcədə sistemlidir ki, o, məhəbbət dastanları üçün 
xarakterik olan süjet modelinin ayrı bir səviyyəsini təşkil edir. Bu halda 
M.Cəfərlinin “Dastanın çox sərt pozulmaz strukturu var” tezisi bizə  “Əsli-
Kərəm” dastanının bu fərqli süjet səviyyəsini antisüjet, yaxud ənənəvi süjetin 
dağılması, ondan yayınma kimi yox, elə  ənənəvi süjet modelinin daxili 
əlvanlığı kimi dəyərləndirməyə imkan verir. “Əsli-Kərəm” süjetinin 
strukturu “Kitabi-Dədə Qorqud”da Salur Qazanın evinin 
yağmalanması” boyunun strukturu ilə eyni süjet yuvasına girməklə 
qara  şamanın yeraltı dünyaya səfərinin, başqa sözlə, qamlamanın 
strukturunu özündə  əks etdirir. Məsələyə daha geniş kontekstdə 
yanaşdıqda ümumən Azərbaycan eposunun süjet strukturu vahid sxem-
modeli inikas edir. Buradakı  fərqliliklər vahid süjetin səviyyələri, yaxud 
modulyasiyalardır. Bunu invariantın variativ döyünmələri, fərqli 
alqoritmlərlə təkrarlanmaları kimi də təsəvvür etmək olar. Əsas odur ki, bu 
səviyyələr ümumən Azərbaycan eposunun həm ümumi süjet modelindən, 
həm də  məhəbbət dastanlarının ümumi süjet modelindən qırağa çıxmır: 
modellərin əsasında duran struktur sxemi dəyişməz qalır (7, 47). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə