Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə120/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   116   117   118   119   120   121   122   123   ...   147

Filologiya məsələləri, 2017 
 316
Mifologiyada yalançı  qəhrəman doğru qəhərəmandan fərqli olaraq 
bəzi səciyyəvi cəhətlərinə görə daha çox təhlilə ehtiyacı olan obrazdır. Çünki 
yalançı qəhrəman, həm mifə, həm rəvayətə, həm də yumora daha yaxındır.  
“Doğru-yalan” qarşıdurmasının mifoloji kökünə  gəldikdə,  əkizlər 
mifinin qarşıdurmalarını xatırlatmaq lazımdır. Məlumdur ki, əkizlər mifinin 
qarşıdurmalarında tərəflərdən biri müsbət planda təqdim edilib diqqət 
mərkəzində durduğu kimi, digər qarşı tərəf mənfi planda təqdim eilir. Burada 
sanki mənfi planda təqdim edilən tərəf digər tərəfin gücünü əks etdirir. 
Yalançı qəhrəmanın yenilməsi və cəzalandırılması əsas tərəfin sanki yenidən 
dirilməsinə səbəb olur.  
Folklorumuzda qəhrəman-antiqəhrəman əkizlər modelində qəhrəman 
və qorxaq qarşıdurması özünəməxsus yer tutur. “Göyərçin qızlar” (1, səh.21) 
mifik nağılında verilən kiçik qardaş obrazı  qəhrəman, böyük qardaşlar isə 
qorxaq obrazını əks etdirmişlər. 
Ümumiyyətlə, mifologiyada verilən hər bir mifik mətndə  qəhrəman 
obrazı öz əksini tapmışdır. Belə ki, mətnlərdəki qəhrəman ya ağlı, ya 
cəsarəti, ya fərasəti, ya da gücü sayəsində əsas obraza çevrilir. 
Nəticə.  Məqalədə  gəlinən nəticə qoyulmuş  məqsədin tam 
araşdırmasını göstərir. Nəticədə folklormuzda olan mifik nağılların təhlili 
əkizlər modelinin dual qarşıdurmalar verilmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.Allah yıxan evi qızlar tikər. Nağıllar. Bakı. Yazıçı, 1994, 304 səh. 
2.Azərbaycan xalq nağılları. Bakı: Gənclik, 1988, 464 s. 
3.Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, “Şərq-Qərb”, 2005, 304 səh. 
4.Əliyev R. Mif və folklor genezisi və poetikası. Bakı: Elm, 2011, 224 s. 
5.Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı: Elm, 2011, 228 s. 
6.Qafarlı R. Mif və nağıl. Bakı: 1999, 442 s. 
 
GUNEL VEKILOV 
MODELS TWINS DUAL CONFLICTS IN MYTHOLOGY 
 
SUMMARY  
The article, which conflicts with dual smart-stupid gay twink model, 
true-false and the hero-coward analysis of the twins was gay. Azerbaijani 
folklore of the mythical tales based on the analysis twins model, this conflict 
is shown. In mythology, of the text as a mythical clash reflected twins the 
positive and negative image. The mythical hero texts or white, or courage, or 
foresight, or is becoming, through the power of the image. The article shown 


Filologiya məsələləri, 2017 
 317
the hero and anti-hero twins specificity of the model folklore between hero 
and coward confrontation. 
Mythical texts light-dark conflict is explained, like night and day, good 
and bad. Many texts, we see that the heroes of the light from the darkness
day and night, are superb.  Described mythical tales of the white snake, black 
snake, light, darkness, night and sun, was the transformation.  In mythology, 
characters twins 
ГЮНЕЛЬ ВЕКИЛОВ 
 
МОДЕЛИ БЛИЗНЕЦЫ ДУАЛЬНОЙ КОНФЛИКТЫ В 
МИФОЛОГИИ 
 
РЕЗЮМЕ 
В статье, анализ близнецов которая вступает в противоречие с 
двойной 
смарт-глупый 
модели, 
правда-ложь 
и 
герой-трус. 
Азербайджанские  фольклорные  рассказы  о  модели  мифических 
близнецов  на  основе  анализа,  представленного  в  этом  конфликте.  В 
мифологии,  позитивное  и  негативное  изображение  текста  в  качестве 
мифического столкновение отраженных близнецов.  В статье, показано 
на фольклорный герой и трус противостояние специфика модели герой, 
антигерой близнецы. 
Мифические текстыx светло-темные конфликт объяснимо, как 
день  и  ночь,  хорошие  и  плохие.  Многие  тексты,  мы  видим,  что  герои 
свет  от  тьмы,  дня  и  ночи,  являются  превосходным.  Описываемые 
мифическом рассказы о белой змеи, черная змея, свет, темнота, день и 
ночь,  было  преобразование.  В  мифологии,  характер  близнецами 
изменений между ясность и темный.  
 
Rəyçi: filologiya elmləri doktoru, professor 
Seyfəddin Rzasoy 


Filologiya məsələləri, 2017 
 318
SEVDA İMANOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun doktorantı 
 
“ƏSLİ-KƏRƏM” DASTANINDA MAGİK GÖRÜŞLƏRLƏ  
BAĞLI OBRAZLARIN TİPOLOGIYASI  
 
Key words: folklore, magic, epos, “Asly-Karam”, applause, curse, spell, 
magic, black magic  
Ключевые 
слова: 
фольклор, 
магия, 
дастан, «Асли-Керем», 
благопожелание, проклинание, колдовство, порча  
Açar sözlər: folklor, magiya, dastan, “Əsli-Kərəm”, alqış, qarğış, cadu  
 
 “Əsli-Kərəm” dastanında magik görüşlərin zənginliyini ilk növbədə 
dastan janrının struktur tipologiyası ilə  şərtləndirir. Dastan bir janr kimi 
folklorun bütün başqa janrlarından fərqlənir. Bu, ilk növbədə dastanın 
məkan-zaman strukturu baxımından folklorun ən iri struktur vahidi olması 
ilə əlaqədardır. Dastan elə bir janr strukturuna malikdir ki, o, folklorun digər 
janrlarını da öz strukturu daxilinə ala bilir. Məsələn, Azərbaycan 
dastanlarında folklorun bütün növlərinin tipoloji əlamətləri var. Burada 
dramatik növün dialoq, monoloq ünsürlərindən, lirik növün bütün şeir 
janrlarından istifadə olunur, eləcə  də dastanda epik növün əsas  əlamətləri 
inikas olunur. Bunlar, əlbəttə, dastanın formal-poetik tərəfləridir. Dastan bu 
baxımdan ən əhatəli poetik tutuma malikdir. Ancaq dastanın əsas xüsusiyyəti 
onun milli düşüncənin ən dərin qatları ilə bağlı olmasındadır.  
Nizami Cəfərov yazır ki, “epos”, sadəcə, dastan deyil, müxtəlif 
süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü 
bütövlükdə ifadə edən möhtəşəm dastan – potensiyasıdır. Onu tam halında 
bərpa etmək mümkün deyildir, mövcud mənbələr  əsasında yalnız təsəvvür 
etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik 
və s. komponentlərin üzvi vəhdətindən ibarətdir” (4, 12). 
Göründüyü kimi, dastan-epos milli düşüncənin potensiyası, yəni 
milli-mənəvi dəyərlər xəzinəsi, mənəvi ehtiyatlar sistemidir. Bu sistem 
minillər ərzində formalaşmışdır. Orada hər bir xalqın milli düşüncə tərzinin 
ən lazımlı  dəyərləri toplanmışdır. Magiya da mifik düşüncənin vacib 
dəyərlərini özündə  əks etdirir. Buna görə  də magiya da dastanın yaddaş 
potensiyasına aid dəyərdir. 
Qeyd edək ki, N.Cəfərovun yuxarıdakı fikri mərhum Məhərrəm 
Cəfərli tərəfindən aşağıdakı  şəkildə  şərh olunmuşdur: “N.Cəfərovun epos 
haqqındakı bu fikri mürəkkəb məzmuna malikdir və müasir dövrdə dastana 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə