Filologiya məsələləri, 2017
308
Nə qədər ağırmış dərdin, möhnətin
Ağrıdır sinəmi acı xəyallar.
Araz, dilin olsa, sözün, söhbətin
Min il yazılası bir dastan olar.
(M.Araz)
Cənubi Azərbaycan poeziyasından danışarkən ustad Şəhriyarı mütləq
qeyd etməliyik. Çünki Şəhriyar poeziyası başdan-başa vətən həsrətindən,
vətən məhəbbətindən yoğrulmuşdur. Bu poeziyanın bünövrəsi yurd sevgisi,
ayrılıq dərdi, vətən həsrətidir. Onun yaradıcılığında bir yanğı var. Bu yanğı
onu bütün həyatı boyu izləmiş, onunla yaşayıb, onunla da son mənzilə
köçmüşdür. Bu yanğı insana bir növ Füzulini, Vidadini, Natəvanı xatırladır.
Şairin tədqiqatçılarından olan Əbülfəz Əli Məhəmmədi müsahibələrinin
birində qeyd edir: “ Şəhriyarın danışığında, yerişində, baxışında sanki bir
həsrət, bir nisgil var idi. Bunun bir səbəbi nakam məhəbbəti idisə, digər
səbəbi isə xalqının başına gələn faciələr idi”.
Mən deyərdim ki, Ulu Tanrı Şəhriyardan bir sevgini aldı. (Sürəyyanı)
Lakin ona böyük bir məhəbbət-xalq sevgisini bəxş eylədi. Bir şair üçün
bundan böyük xoşbəxtlik ola bilməz, məncə. Şəhriyar vətənin övladı olaraq
xalqın taleyinə biganə qala bilməzdi. O, son nəfəsinə kimi Azərbaycan,
Azərbaycan dedi, bir gün bakıya gəlib buradakı qardaşları ilə görüşəcəyinə
ümid etdi, dörd bənddən ibarət olan aşağıdakı şeiri də bu məqsədlə yazdı,
bir gün Bakıya gedib qardaşlarına oxuyacağına inanaraq yazdı. Lakin bu
görüş ona heç cür qismət olmadı. Hətta bir dəfə Bakı səfəri haqqında ona
konkret vəd verilmiş,vaxtında öz ünvanına gedib çatmayan bir dəvətnamə
göndərilmişdi. Lakin səfər baş tutmadı, şairin arzusu ürəyində qaldı.
Ömrünün sonuna kimi Bakı həsrətiylə qovruldu, alışdı, yandı Şəhriyar:
Sazımın qəmli simlərində mənim
Bakımın başqa bir təranəsi var.
Sinəmin dar xərabəsində dərin
Bu cəvahirlərin xəzanəsi var.
Sən kimi qardaş öz qarın daşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə,
Bakı qardaşların unutmayacaq.
Güney Azərbaycan ədəbiyyatı deyərkən Şəhriyar, Şəhriyar deyərkən
isə “Heydərbaaya salam “ poeması yada düşür. Bu poemada lirik qəhrəman
uşaqlıq illərini qoynunda keçirdiyi Heydərbaba dağı ilə danışır, ona xitab
edir, başı bəlalı xalqın taleyindən doğan narahatlıq onun Heydərbaba ilə
söhbətindən görünür. Poemadan göründüyü kimi, Heydərbaba bir dağ
obrazıdır. Mən isə düşündüm ki, bu obrazı dağ kimi yox, bütün çətinliklər
qarşısında dağ kimi dayanan, bütün faciələrə şahid olan insan obrazı kimi
Filologiya məsələləri, 2017
309
verim. Düşünək ki, Heydərbaba şairin müasiridir, dostudur, sirdaşıdır və
Şəhriyar onunla söhbətləşir, onunla dərdləşir. Bəzən yatmış bəxtindən
şikayətlənir, bəzənsə ümidsizliyə qapılaraq heyfsilənir, bəzən də Heydər
babadan uşaqlarına Şəhriyar haqqında qəmli əhvalat danışmağı istəyir:
Heydərbaba gün dalıvı dağlasın.
Üzün gülsün, bulaqların ağlasın.
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə, mənim yatmış b.xtim oyana.
Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda.
Ay buluddan çıxıb qaş-göz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmi-qüssə de.
Poemanın birinci hissəsində Şəhriyar Molla İbrahimin adını çəkir.
Misraları oxuduqca aydın olur ki, bu şəxs axunddur və mədrəsədə dərs
deməklə məşğuldur. Şəhriyar da o illəri yada salaraq Heydərbabadan Molla
İbrahimə salam yetirməsini xahiş edir:
Heydərbaba, Molla İbrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya, yox?
Xırman üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam
Ədəbli bir salami-malakəlam.
Poemanın ikinci hissəsinin ikinci bəndində isə vətənin və özünün
başına gələn fəlakətləri Yaqub peyğəmbərin oğlu Yusifin başına gələnlərə
oxşadaraq özünü Yusif, doğma Azərbaycanı isə Yəqub adlandıraraq belə bir
bənzətmə yaradır:
Heydərbaba, çəkdin məni gətirdin.
Yurdumuza, yuvamıza yetirdin.
Yusifivi uşaq ikən itirdin.
Qoca Yəqub,itmişsəm də, tapıbsan.
Qovalayıb qurd ağzından qapıbsan.
Bu olduqca mənalı və doğru həqiqətdir. Qoca Yaqub öz Yusifini uşaq
ikən itirdi, ancaq bu Yusif düşməndən betər qardaşların saldığı quyuda
qalmadı, onun Yusifin hüsnündən daha artıq gözəlliyə malik olan şeirinin,
sənətinin şöhrəti bütün ölkəni bürüdü.
Poemanın aşağıdakı bəndində Şəhriyar xalqın öz səadətini sədəqə
şəklində yox, mürtəce qüvvələrə( qurdlara) qarşı igid oğullarının mübarizəsi
Dostları ilə paylaş: |