Filologiya məsələləri, 2017
301
özlərinə vətən bildikləri yurdları Çənlibellə tanış olurlar. Dastanın 5-ci sinifdə
şagirdlərə doğru-düzgün tədrisinin əhəmiyyəti böyükdür. Bu şagirdlərin daha
yuxarı siniflərə qalxdıqca "Koroğlu" dastanının geniş şəkildə tədrisinin demək
olar ki ilk pilləsini təşkil edir.
1971-ci
ilin
nəşri olan V və VIII siniflərin "Ədəbiyyat" dərsliklərində
"Koroğlu" dastanından müəyyən qollar tədris olunur. V sinifdə dastandan
"Həmzənin Qıratı aparması" qolu tədris materialı kimi dərsliyə əlavə
olunmuşdur. V sinif dərsliyində ixtisarla verilmiş bu qolun tədrisinə VIII sinifdə
daha əhatəli şəkildə yer verilmişdir. VIII sinif "Ədəbiyyat" dərsliyində
"Koroğlu" dastanının tədrisinə beş saat vaxt ayrılmışdır.
Dastandan olan
"Həmzənin Qıratı aparması" ("Koroğlunun Toqat səfəri") qolunun da həmin
saatlar ərzində oxunub təhlil edilməsi nəzərdə tutulmuşdur. Proqramda tədris
saatların bölgüsü aşağıdakı kimi verilmişdir:
1.
"Həmzənin Qıratı aparması" qolundan oxu- 1saat
2.
Oxunmuş hissənin məzmunu üzərində iş- 1saat
3.
"Koroğlu" dastanının ümumi məzmunu üzərində iş- 1saat
4.
"Koroğlu" dastanının təhlili- 2saat
1975-ci
ildə nəşr olunmuş VI sinif "Ədəbiyyat" dərsliyində də dastanın
iki qolunun tədrisinə yer ayrılmışdır. Dərsliyin lap əvvəlində verilmiş "Alı kişi"
və "Dəmirçioğlunun Çənlibelə gəlməsi" qolları bu sinifdə ədəbiyyat tədrisinin
ideya istiqamətini, onun hansı ədəbi qaynaqlardan qida aldığını, bir qədər sonra
tədris olunacaq təlim materiallarının məhz hansı bünövrə üzərində təşkilini
aydın təsəvvür etmək üçün çöx faydalıdır. Dastanın
iki qolunun tədrisinə
başlamazdan öncə dərslikdə dastan haqqında aşağıdakı fikirlər verilmişdir:
"Qəhrəmanlıq dastanları içərisində "Koroğlu" dastanı xüsusi yer tutur.
Bu dastanda xalqımızın qəsbkarlara, zalım hökmdarlara, xanlara və
paşalaraqarşı mübarizəsi öz bədii ifadəsini tapmışdır. "Koroğlu" dastanının
ideyasını vətənə, xalqa dərin məhəbbət, yadelli işğalçılara qarşı dərin nifrət və
qəzəb hissi təşkil edir. "Koroğlu"da xalqın ruhu, idealları və azadlıq mübarizəsi
əks etdirilmişdir. Qoç Koroğlu xalqın gücünə, məsləhətinə arxalanır. Onun
silahdaşları-dəliləri də zəhmətkeş xalqın nümayəndələridir." [4, 20]
VI sinif üçün "Ədəbiyyat" dərsliyindən götürülmüş bu
parçada verilmiş
bu fikirlərdən bəziləri doğru, bəziləri isə yanlışdır. Məsələn, ""Koroğlu"da
xalqın ruhu, idealları və azadlıq mübarizəsi əks etdirilmişdir" cümləsini doğru
hesab etmək olar. Bu dastanın mayası xalqın idealları ilə yoğrulmuş, xalqın ruhu
onun canına hopdurulmuşdur. Bundan əvvəlki ""Koroğlu" dastanının ideyasını
vətənə, xalqa məhəbbət, yadelli işğalçılara qarşı dərin nifrət və qəzəb hissi təşkil
edir" cümləsindəki vətənə, xalqa məhəbbət dastanın ideyasının özəyində durur.
Çənlibel vətənin rəmzidir və onu göz bəbəyi kimi qoruyurlar. Biz "Koroğlu"
dastanında vətənə və xalqa məhəbbətin ən gözəl nümunəsini görürük.
Gənclər
vətəni necə sevməyi bu dastanın qəhrəmanlarından öyrənirlər. Sonuncu
Filologiya məsələləri, 2017
302
cümlədəki "yadelli işğalçılar" ifadəsi dastanın ümumi məzmunu ilə səsləşmir.
Burada yadelli işğalçı yoxdur. "Bu dastanda xalqımızın qəsbkarlara, zalım
hökmdarlara, xanlara və paşalara qarşı mübarizəsi öz bədii əksini tapmışdır"
cümləsini də düzgün başa düşmək lazımdır. Xalqı əzən, onun hüquqlarını
tapdalayan zalım və qəddar sultanlar, paşalar, xanlar və bəylər Koroğlunun
mübarizə apardığı əsas düşmənlərdir. Onları qəsbkar adlandırmaq
düzgün
olmasa da, qəddarlıqları, zalımlıqları, rəhmsizlikləri göz qabağındadır və bu
məsələlər dastanda yüksək sənətkarlıqla bədiiləşdirilmişdir.
VI
sinifdə "Koroğlu" dastanından öyrədilən ikinci parça-
"Dəmirçioğlunun Çənlibelə gəlməsi" qoludur. Dastanın dördüncü qolu olan bu
parça dərslikdə müəyyən ixtisarlarla verilmişdir.
Şagirdlər bu qolda Koroğlunun sərkərdələri (dəliləri) ilə ilk dəfə tanış
olurlar. Dastan oxunarkən onların döyüş qüdrəti ilə şagirdlər hələ tanış
olmasalar da bu sərkərdələrin özləri ilə tanış olurlar. Dəli Həsən, Dəli Mehtər,
Halaypozan, Tupdağıdan, Toxmaqvuran, və başqaları. Yaxşı olar ki, şagirdlərin
diqqəti bu sərkərdələrin adlarına cəlb olunsun. Hər şeydən əvvəl qəhrəmanlara
verilən "dəli" epitetinin mənasını (məcazi
mənada qorxmaz, cəsur, qəhrəman,
igid, dəliqanlı) şagirdlərə başa salmaq lazımdır.
Şagirdlər bilməlidirlər ki, Koroğlu əfsanəvi bir qəhrəman deyil. Dastanın
əsasını təşkil edən hadisələr, motivlər reallığı əks etdirir, tamamilə real bir
dövrün təzahürüdür. Xalqımızın Koroğlu kimi igid, cəsur, mətin bir qəhrəmanı
olmuşdur və o xalqın sevimlisinə çevrilərək dastanlara qəhrəman olmuş, adı
xalqın dilində, yaddaşında əsrlərlə yaşayaraq, dövrdən-dövrə adlayaraq bu
günümüzə qədər gəlmişdir.
"Koroğlu" dastanının mükəmməl tədqiqatçılarından olan fil. e.d.dos.
İslam Sadıq bu fikrə öz "Koroğlu kim olub" kitabında
toxunaraq geniş şəkildə
izahını vermişdir: "Koroğlu" dastanına təkcə bədii əsər kimi baxmaq da düz
deyil. "Koroğlu" dastanının tarixi, etnoqrafik, coğrafi, toponimik materiallarla
zənginliyi bu əsərə həm də elmi yönümdən yanaşmağı tələb edir. Böyük
Azərbaycan şairi Səməd Vurğun hətta əfsanələrdə də bir həqiqət şəfəqləri görür,
onların həyatdan və insanlardan sonra yarandığını xatırladaraq yazırdı: "Əfsanə
sözündən qorxmaq lazım deyil, hər hansı bir əfsanə olursa olsun, biz onda
həqiqət şəfəqləri görməliyik. Çünki onu insan yaratmışdır.
Bütün əfsanələr
həyat və insan yaranandan sonra yaranmışdır"
Səməd Vurğun bu fikri söyləməkdə haqlıdır
. Əgər hər hansı bir əsəri
insan yaradırsa, onu insansız və həyatsız təsəvvür etmək düz olmaz.
"Koroğlu" dastanı isə insanla, həyatla birbaşa bağlı olduğundan onda
daha çox tarixilik, həyatilik, gerçəklik görmək mümkündür." [8, 8]
H.Araslı və H.Eyvazovun müəllifliyi ilə 1975-ci ildə nəşr olunmuş VIII
sinif "Ədəbiyyat" dərsliyində də "Şifahi xalq ədəbiyyatında janrlar" başlığı
altında dastanlardan bəhs olunur. Dərslikdə "Koroğlu" dastanının tədrisinə geniş