Filologiya məsələləri, 2017
345
inkar edərək, yerinə öz həyacanına uyğun bir səbəb göstərir. Bu poetik
kateqoriya ilə əlaqədar görkəmli ədəbiyyatşünas alim Əli Nihat Tərlan
demişdir: “Bu sənət şairin daxili dünyasını əks etdirən bir güzgüsüdür ”
(5.42) .
İsinib cümlə kulub abı-bürudər getdi
Cilvə-riz olsa əcəb mi dönərək arzı səma. ( 2,266)
Bir qəzəlindən aldığımız bu nümunədə şair, baharın gəlişi ilə soyuq
hava isti hava ilə əvəz olunmuş, bütun qəlblər isinmiş, bu hadisənin
sevincindən yer və göy dönərək özlərini göstərsələr, heç də təəccüblənilməz-
deyir. Məlumdur ki, yer və göyün firlanması bir təbiət hadisəsidir. Şairin
qeyd etdiyinə görə özünü göstərmək kimi davranış sərgiləməsi həqiqətə
uyğun deyildir. Burada şair ifadəyə gözəllik və incəlik qatmaq üçün bir
təbiət hadisəsini həqiqi səbəbinə deyil, xəyali və şairanə bir səbəbə
bağlayaraq tərənnüm etmişdir.
Divan şeirində başqa bədii ifadə vasitələri ilə bərabər istifadə olunan
poetik kateqoriyalardan biri də “təcahülül-arif” dir. Təcahülül-arif bədii
fiquru divan şairləri tərəfindən geniş bir şəkildə istifadə olunmuşdur.
Təcahülül-arif ifadəsi də ərəb dilindədir və özünü bilməməzliyə vurmaq
mənasını ifadə edir. Divan şairinin bu sənətdən istifadə edərkən mühakimə
yürütdüyü hadisə haqqında ya heç bir məlumatı yoxdur, ya da o, bildiyini
tamamiylə gizlətməkdədir. Özünü bilməməzliyə vuraraq bələd olduğu bir
məsələnin həllini sual formasında oxucuya yönləndirir. Bütün bunları
edərkən divan şairləri adətən, təşbeh, mübaliğə və bədii sual poetik
kateqoriyalarından faydalanırlar. Ancaq bədii sual sənəti ilə təcahülül- arif
sənəti arasında müəyyən qədər oxşarlıq olduğu üçün zamanla bu poetik
vasitələr eyniləşdirilmişdir. “Əski türk ədəbiyyatı terimlər sözlüyü”
kitabında verilən məlumata əsasən, “Təlimi-ədəbiyyat” adlı əsər yazılana
qədər bəlağat kitablarında bədii sual (istifhəm) təcahülül-arif başlığı ilə
verilmişdir. Ancaq “Təlimi-ədəbiyyat” adlı əsərindən sonra bədii sual ayrıca
bir poetik kateqoriya kimi təqdim olunmuşdur (6,100) . “Bədii sualda misra
və ya beytdə hər hansı məna gözəlliyi yaratmaq üçün ümumi sual verilir.
“Təcahülül-arif” də isə iki mövzu arasında müqayisə aparılır. Bu müqayisə
sual şəklində elə incə qurulur ki, müəllif verdiyi bənzətmədə özünü bilərək,
bilməməzliyə vurur. Bu müqayisədəki şairin münasibəti cavabsız qalsa da,
onu şeirin məzmunundan bilmək olur”
(7,102).
Digər divan şairlərində olduğu kimi Nədimin də divanında təcahülül-
arif sənətinə aid nümunələr mövcuddur.
Nədimi zarı bir kafir esir etmiş eşitmişəm
Sən ol cəlladı din ol düşmanı imanmısın kafir. ( 2,282)
Bu beytdə guya şair, bir kafirin Nədimi əsir etdiyini, ağlatdığını
eşitmişdir. O, “Din cəlladı, iman düşməni sənsən kafir?”- deyərək sevgiliyə
sual formasında müraciət edir. Sanki ağlayan aşiqin özü olduğunu bilmir.
Beləliklə, bu beyt təcahülül-arif poetik vasitəsinin tipik nümunəsidir.
Filologiya məsələləri, 2017
346
Bədii ifadə vasitələrinin mühüm növlərindən biri də tənasübdür.
Tənasüb mənşə etibarilə ərəb sözüdür. Lüğəti mənası uyğunluq və yaxınlıq
deməkdir. Ədəbiyyatşünaslıqda bu sənət bəzi hallarda mura`atun-nazir,
muvahat, tevfik, telfik, istilaf və.s adlandırılır. Divan şeirində tənasüb ifadə
vasitəsi, beytlərdə mənaca bir-birinə uyğun olan sözlərin (zidd olmamaq
şərtilə) ardıcıl işlənməsinə riayət edilməsidir. Divan şairləri bu sənət
vasitəsilə elmi terminləri; əfsanəvi, tarixi qəhrəmanları; heyvan; bitki, çiçək
adlarını və müxtəlif sahələrə aid mənaca uyğun olan sözləri bir beyt içində
istifadə edərək, tənasüb sənəti meydana gətirmişlər. Bu poetik vasitəyə
Nədimin yaradıcılığında da böyük yer verilmişdir.
Kanı o gecələr o tarablar təranələr
Ey dəf anıb o zövqü döyünməzmisin dəxi. (2,348)
“Ey dəf, o gecələr, o coşqun əyləncələr, o təranələr harada qaldı? İndi
o zövqü xatırlayıb döyünməzsən?”. Nədim musiqi terminləri olan “təranə”
və “dəf” sözlərini bir beyt içində toplamışdır.
Başqa bir misal:
Bezmi şərabdan keçəməm doğrusu Nədim
İşrət təbiətimcə tarab məşrəbimcədir. ( 8, 271)
Bu beytdə isə verilən “bəzm”, “şərab”, “tarab” (əyləncə), “ işrət”,
“məşrəb” (içki içilən yer) kimi içki və içki aləmləri ilə əlaqədar olan sözləri
bir yerdə istifadə edərək zəngin bir tənasüb nümunəsi yaratmışdır.
Divan şeirində bəzən bir sözün heç bir məqsəd daşımadan mənasından
irəli gələn bir tənasüb yaranır. Tənasübün bu növü “ihamı-tənasüb”
adlandırılır. Nədimin də şeirlərində buna aid nümunələr vardır.
Bir cam çək ey qönçə -dəhan dəfi xumar et
Çeşmində xəyalın kimi gəl gəşt ü güzar et.
Nəqşın kimi ayinəyi sinəmdə qərar et
Sərd oldu hava çıxma koyundan kuzucuğum. ( 1, 252)
Şairin bir şərqisindən aldığımız bu parçada “nəqş” sözünün şeirdəki
mənası sevgilinin güzgüdəki əksinin güzgünü bəzəməsidir. Bu söz, eyni
zamanda bir musuqi nümunəsidir. “Qərar” sözü isə bəzi musiqi parçalarında,
daha doğrusu muğamlarda müəyyən yerlərdə durmaq mənasında istifadə
edilir. Beləliklə, burada “ ihamı-tənasüb” bədii ifadə vasitəsindən istifadə
edilmişdir.
Nədim Divanına nəzər yetirdikdə görürük ki, onun ən çox istifadə
etdiyi poetik vasitələrdən biri “ləff və nəşr” sənətidir. Lüğəti mənası “
büküb toplama və yaymaq” olan “ləff və nəşr” ifadəsi ərəb dilindədir.
Bədii təsvir vasitəsi olaraq isə aralarında məna uyğunluğu olan iki və daha
çox sözün beyt içərisində həndəsi şəkildə yerləşdirilməsinə deyilir. Ləff və
nəşr sənətində beytin birinci misrasında verilmiş qəlibləşmiş sözlərin ikinci
misrada izahı qeyd edilir. Bu poetik kateqoriya beyt içində bir-birinin
qarşılığı olan sözlərin sıralanışına görə iki yerə bölünür. “Əgər
aydınlaşmağa, açılmağa ehtiyacı olan bir söz (ləff) öz aydınlaşdırıcı,
izahedici sözü ilə (mənşurəsi ilə) eyni sırada, eyni fəqərədə olarsa, belə növ
Dostları ilə paylaş: |