Filologiya məsələləri, 2017
341
AYGÜN YUSUBOVA
Azərbaycan Milli Elmlər Akademiyası akad.
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun elmi işçisi
ƏHMƏD NƏDİMİN “DİVAN”INDA BƏDİİ İFADƏ VASİTƏLƏRİ
Açar sözlər: Nədim, djvan şairi, ifadə vasitələri, ilham
Ключевые слова: Надим, Диванный поэт, талмех, каламбур,
пропорция, мудрый, ихам, товрия (двусмысленность)
Keywords: Nadeem, Divan poet, talmeh, pun, proportion, wise, iham,
tovriya (ambiguity)
X əsrdən başlayarak XIX əsr Tənzimat dövrü ədəbiyyatına qədər
davam edən divan ədəbiyyatı şairlərinin yaradıcılığında Şərq poeziyası
bədiiyyatının geniş bir yer tutduğunu müşahidə edirik. Onlar bədiiyyatdan
formal bir vasiitə kimi deyil yaradıcı bir şəkildə faydalanmışdılar. Bədii
ifadə vasitələri bədii dilin əsas tərkib hissəsidir və bir şeiri başa duşmək və
şərh etmək üçün yol gostərici bir xüsusiyyətə malikdir. Bu baxımdan klassik
türk ədəbiyyatı mövzu və ideya zənginliyi ilə yanaşı forma məzmun
bütövlüyünü təmin edən, əsərlərin bədii cəhətdən qüvvətlənməsinə, təsvir
olunan duyğuların oxucuya daha qabarıq bir dillə çatdırılmasına xidmət edən
bədii ifadə vasitələri ilə oldukca zəngindir. Bədii ifadə vasitələri, bədii təsvir
vasitələri kimi divan şeirinin əsas tərkib hissəsidir və əsərin bədii cəhətdən
daha da qüvvətlənməsinə xidmət edir. Ədəbiyyatşünaslıqda bəzən poetık
sintaksis və ya sintaktik fiqurlar adlandırılan ifadə vasitələri bütöv cümlə və
ifadə ilə bağlıdır.
Divan şairləri əsərlərində bədii ifadəni daha təsirli, daha qüvvətli
söyləmək, bütün diqqəti onun üzərinə toplamaq üçün fikir və ya
duyğularını sual tərzində ifadə edirdilər. Bu bədii üsul ədəbiyyatşünaslıqda
bədii sual (istifhəm) adlandırılır. Nədim Divanında bədii sual poetik fiquruna
müxtəlif şəkildə müşahidə olunur. Birinci şəkil -mı, mi, mu, mü sual
şəkilçiləri vasitəsi ilə meydana gətirilir.
Şərabı atəşinin keyfi ruyun şölələndirmiş
Bu halətlə çırağı məclisi məstanmısın kafir. ( 1, 294)
Şair bu beytdə sanki atəş rəngli şərabın alovunda üzünü yandırmış,
yanaqları qızarmış sevgiliyə səslənərək, “Şən bu halınla sərxoşlar məclisinin
işığısan?” - deyir. Bildiyimiz kimi, nitqdə sualdan, hər hansı bir hadisəylə,
vəziyyətlə əlaqədar məlumat almaq üçün istifadə olunur. Burada isə şair
sevgilidən cavab gözləmir. Bu sualı soruşmaqda məqsədi cavab almaq deyil,
şeirdəki bədii ifadəni daha da qüvvətləndirməkdir.
Mən kimsəyə açılmaz idim damənin olsam
Kim görürdü sinəni pirahənin olsam. ( 2,32)
Filologiya məsələləri, 2017
342
Bu beytdə istifhəm sənəti “kim?” sual sözü ilə təmin olunmuşdur.
Sevgilisini qısqanan aşiq, həyəcan və duyğularından doğan bu hisslərini sual
ilə ifadə etmişdir. Bu beytdə “Ətək və köynəyin olsaydım səni heç kəs görə
bilməzdi”- deyən aşiq eyni zamanda, sevgili ilə qovuşma arzusunu da dilə
gətirmişdir.
Sənə kimisi canım kimi cananım deyü söylər
Nəsən sən doğru söylə can mısın canan mısın kafir. ( 2,282)
Nədimin məşhur kafir rədifli qəzəlidən almış olduğumuz bu beytdə
şair təsvir olunan sevgiliyə “kafir” deyə səslənir. “Sənə bəziləri canım,
bəziləri isə sevgili deyir. Doğru söylə, sən nəsən? Aşiqin canısan, yoxsa
sevgilisisən?” Verilən nümunədə gördüyümüz kimi, sual şəkilçisi “–mısın “
ilə sual sözü “ nəsən” birlikdə istifadə olunmuşdur.
Nümunələrdən də gördüyümüz kimi, “Bədii sual heç bir şeyi
öyrənmək, məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə, söz
sənətkarına məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fikir təsdiq edilir.
Mahiyyəti, meydana gəlmə səbəbi məlum olan bir hadisəni, vəziyyəti, əhval-
ruhiyyəni poetik sual şəklində ifadə etmək onun emosional təsirini daha da
qüvvətləndirir. (3,159) ”
Divan ədəbiyyatında ən çox işlənən bədii ifadə vasitələrindən biri də,
bədii təzad (antiteza) adlanır. Llüğəti mənası “zidd”, “əks” olan təzad poetik
kateqoriyası divan şeirində məzmunca bir-birinə zidd anlayışların, əks
mənalı sözlərin qarşılaşdırılması ilə meydana gəlir. Müxtəlif əsrlərdə
yaşayıb yaratmış divan şairlərinin əsərlərində bir-birinə qarşı qoyulmuş
meyxanə-məscid; ədalət və zülm; xarab və abad; ab (su)- atəş; vüsal və
hicran; yalan-doğru və.s kimi əks mənalı sözlərə rast gəlirik. Bu növə ən
gözəl nümunələrdən biri də Nədimin aşağıdakı beytləridir:
Sıxılma bezmə gəl biganə yox dəvətımız ancaq
Nədima bəndəniz var bir dahi sultanımız vardır. ( 2, 272)
Şair beytin ikinci misrasında “bəndə” (qul, kölə) və “sultan” kimi
əksmənalı sözlərilə təzad yaratmişdır.
Mən şairəm o qaməti mövzunu doğrusu
Sevməm desəm də bəlkə yalan söylərəm sənə. ( 1, 274)
Beytdə də göründüyü kimi, bədii təzadı meydana gətirən “doğru” və
“yalan” sözləri bir-birinə zidd olan anlayışlardır.
Divan şairləri şeirlərində fikri daha bariz bir şəkildə ifadə etmək,
mənanı qüvvətləndirmək, misraların ahəngdarlığını, musiqiliyini artirmaq
məqsədilə eyni söz və ifadələrin təkrarından istifadə edər.
Ədəbiyyatşünaslıqda bu poetik kateqoriya “təkrir” adlanır. Digər divan
şairlərində olduğu kimi, Nədim yaradıcılığında da təkrir sənəti xüsusi yer
tutur.
Muradın anlarız ol qəmzənin izanımız vardır
Bəli, söz bilməziz amma bir az irfanımız vardır. ( 2, 272)
Şairin bu misralarının sonunda “vardır” sözü təkrar olunur.
Ədəbiyyatşünaslıqda təkririn bu növünə “epifora” deyilir.
Dostları ilə paylaş: |