Filologiya məsələləri, 2017
347
nizamlı ləff və nəşr ( mürəttəb) adlanır” (7,78)
Nədimin aşağıda verilmiş
beyti nizamlı ləff və nəşr ikinci misradaki növünə gözəl nümunədir.
Baxın o şux ilə naz u niyaza məşq edəriz
Gülün təbəssümünə bülbülün təranəsinə. ( 1, 337)
Beytin birinci misrasında “naz” sözünün qarşılığı ikinci misradakı
“gül” ilə; yenə birinci misrada yer alan “niyaz” sözünün qarşılığı isə beytin
ikinci misrasındaki “bülbül” sözü ilə verilmişdir.
Nümunədən də gördüyümüz kimi, nizamlı ləff və nəşr bədii təsvir
vasitəsi beytin ilk misrasında istifadə edilən sözlərin sırası ikinci misradakı
qarşılığı olan sözlərin sırası paralel verilir. Nizamsız ləff və nəşr (leff ü
nəşri qayri mürəttəb) növündə isə bu sıra çarpaz şəkildədir.
Şəm olmaz isəm bezminə bu suz ilə bari
Dərgahına bir məşəli rövşən olsam. ( 2,312)
Nədim bu beytində nizamsız ləff və nəşr növündən istifadə etmişdir.
Çünki beytdə “şəm-məşəl”, “bezim-dərgah”, “suz-rövşən” şəklində sıralanış
sərgilənmişdir. Göründüyü kimi, sözlərin beyt içindəki yerləri sira ilə deyil
qarışıq, çarpazlaşmış şəkildə verilmişdir.
Məlumdur ki, divan şairləri öz sənətkarlıq hünərlərin nümayiş
etdirmək üçün bu iham ilə tövriyyə poetik vasitələrindən istifadə etmişdilər.
Bədii ifadə vasitələri içində ən çox mübahisə doğuran və bir neçə poetik
fiqurla qarışdırılan iham sözü ərəb dilindədir və sözün uzaq mənasını ifadə
etməkdədir. Bu poetik vasitə ilə əlaqədar ədəbiyyatşünas alimlərin
müxtəlif fikirləri mövcuddur. “Əski Türk Ədəbiyyatı” adlı kitabda verilən
məlumata əsasən, bütün ədəbiyyat nəzəriyyəsi kitablarında tövriyyə, iham,
istihdam başlığı altında verilən nümunələrin belə qarışdırıldığını, xüsusilə
iham ilə istihdamın təriflərinin belə eyni olduğunu müşahidə edirik. Bu üç
anlayışın eyni olduğunu nəzərə alaraq, tamamilə toyriyyə bədii ifadə
vasitələri ələ almanın daha doğru olduğu
qənaətindəyik. (6, 283) “Klassik
şərq poetikası” adlı kitabda da iham ilə tövriyyənin eyni ifadə vasitələri
olduğu qeyd edilmişdir. (7,74) Görkəmli ədəbiyyatşünas Əhməd Kabaklı da
“Türk ədəbiyyatı” adlı kitabında bu iki poetik fiquru (iham ilə tövriyyə)
eyni sənət kimi dəyərləndirmişdir. (4,204) Beləliklə, bir beyt və ya misra
içində birdən çox mənası olan hər hansı sözün uzaq mənasını işarə etmək
tövriyyə sənətidir. Bu sözün lüğəti mənası “örtmək, bir şeyi arxaya
atmaq”dir. Bu sənətlə yazılan nümunələrdə şairin söyləmək istədiyini
qavramaq, başa düşmək üçün oxucudan iti zəka və xüsusi qabiliyyət tələb
olunur. Nədimin də divanında bu sənətə aid nümunələrə rast gəlirik.
Çeşmanının öyrənsəm o kafircə nigahın
Bir lahza Nədimi nigehi pür-fənin olsam. ( 2,312)
Şair sevgilisinə xitabən, “Gözlərinin kafircə baxışını öyrənsəm də, bir
an o hünərli baxışınla həmsöhbət olsaydım” deyir. Bu beytdə “Nədim” sözü
həm şairin öz adı, həm də bu sözün lüğəti mənasıyla (nədim- dost, məclis
dostu, həmsöhbət) istifadə edilmişdir. Beləcə, şair bu beyti yazarkən, iham
(toyriyyə) poetik kateqoriyasından faydalanmışdır.
Filologiya məsələləri, 2017
348
Nədim yaradıcılığında rast gəldiyimiz bədii ifadə vasitələrindən biri də
təlmihdir. Azərbaycan ədəbiyyatı tarixində nəzəri cəhətdən izah edilməyən
təlmih, həm klassik şairlərimiz, həm də türk divan şairləri tərəfindən tez-tez
müraciət edilmiş bir poetik kateqoriyadır. “Təlmih” ərəb dilində bir söz
olub “göz ucuyla nəzər yetirmə” mənasını ifadə edir. Təlmih, hər kəsə
məlum olan bir əfsanəyə, tarixi hadisəyə, ayəyə, hədisə, hər hansı bir inanca
işarət etmə sənətidir. “Divan ədəbiyyatında Süleyman, Yusif, Musa, İsa
kimi peyğəmbərlər və onların möcüzələri; Leyli-Məcnun, Fərhad-Şirin kimi
məhəbbət qəhrəmanları və əfsanələri; Nəsimi, İbrahim Ədhəm kimi vəlilər
və mənkəbələri; adət və ənənələr və s. təlmih mövzuları geniş yayılmışdır”
(8,153).
Cila vermiş isə ayinəyi İskəndərə Risto
Mənim sən saykalı ayinəyi rəyi savabımsan. ( 2, 77)
Beytdə adı keçən Risto (Aristotel), bizim eradan əvvəl Makedoniyada
Böyük İskəndər zamanında yaşamış məşhur yunan filosofudur. Qaynaqlarda
verilən məlumatlara əsasən, Makedoniyalı İskəndərin müəllimi, atasının
dostu və eyni zamanda sadiq müşavir olmuşdur. İskəndərlə olan
münasibətləri saysız - hesabsız rəvayətlərə mövzu olmuş və bundan da bir
çox divan şairləri faydalannmışdır. Şairin qəsidəsindən aldığımız bu beytdə
“Aristotel İskəndərin güzgüsünə necə parlaqlıq veribsə, sən də, mənim
doğru fikirlərimin güzgüsünün cilasısan” - deyərək, Aristoteli xatırlatmış və
bu vəsilə ilə təlmih poetik vasitəsini yaratmışdır.
Əsdikcə badı sübh pərişansan ey könül
Bənzər əsiri turrayı canansan ey könül. ( 2, 308)
Nümunə gətirdiyimiz şeir parçasında şair “Ey könül ” müraciət
vasitəsiylə bədii xitab sənəti yaratmışdır. Ey könül, səhər küləyi əsdikcə
pərişan olursan. Çünki səhər küləyi şairə sevgilisinin telinin qoxusunu
gətirir. Onu da qeyd edək ki, bədii xitab poetik kateqoriyasına Nədimin
yaradıcılığında genış yer verilmişdir. O, şeirlərində “behey zalım”, “ey
Nədim”, “Nədima”, “ey hünərli Nədim”, “ey qönçə ağızlım”, “ey bərraq
gövhərə bənzəyən şərab”, “ey Nədimin qələmi” və s. xitablardan istifadə
edərək əsərin emosional təsirini artırmış və məna çalarlarını
qüvvətləndirmişdir.
Divan şairləri gözəl söz söyləməyə, sənətli, bəzəkli misralar yazmağa
meyilli olduqlarından bəzən bir beyt içində bir neçə poetik kateqoriyaya aid
nümunələrə rast gəlirik. Nədimin də divanında belə beytlər çoxluq təşkil
edir.
Əlin qoy sineyi - billurarəhm et aşiqə zira
Bəyaz üzrə bizim də pəncəyi fərmanımız vardır. ( 2,
272)
Bu beytdə “əlini qoy sineyi- billura” (əlini billur kimi parlaq olan sinənə
qoy) ifadəsi “insaf et” mənasında istifadə edilmişdir. Bu ifadə ilə şair kinayə
poetik vasitəsini meydana gətirmişdir. Bildiyimiz kimi, aralarında bənzərlik
əlaqəsi olan məfhumların birinin digərinə bənzədilməsi ədəbiyyatşünaslıqda
Dostları ilə paylaş: |