Filologiya məsələləri, 2017
354
qalibiyyətləbağlayır: guya müharibə olan yerdə tərəqqi də var. Deməli,
bunun üçün dünyanın hər zaman tirana, müstəbidə və fatehə ehtiyacı vardır.
1935-ci ildə H.Cavid özünün II dövr dramaturgiyasının əsası sayılan məşhur
“Xəyyam” pyesini yazır. Məzmun, şeiriyyət, problemlər, tarixilik və
müasirlik baxımından dolğun və mənalı çıxmış bu əsər ən yaxşı dramlar
üçün təsis olunmuş müsabiqədə mükafata layiq görülmüşdür. Dünyanın
böyük söz ustalarından, filosof və alimlərindən biri olan Ömər Xəyyamın
şəxsiyyəti, mütərəqqi dünyagörüşü, həqiqət axtarıcılığı, realist düşüncə tərzi,
cənnət-cəhənnəm xülyasına qarşı həqiqi həyat konsepsiyasını qoymuş bu
adamın tarixi fəaliyyəti həmin dövr yaradıcılığında realizmə böyük sürətlə
yaxınlaşan Hüseyn Cavid üçün maraqlı idi.
H.Cavid milli məhdudiyyət bilmədən daim bəşəri, bütün insanlığı
düşündürən böyük şair, dramaturq və filofof kimi Azərbaycan xalqının
ictimai fikir tarixində özünəməxsus mövqe tutan ölməz sənətkarlardan
biridir. Onun əsərlərindəki həyat materialı, bədii məzmun tarix, etnoqrafiya,
etika, estetika, fəlsəfə, folklorşünaslıq, ədəbiyyat nəzəriyyəsi, teatrşünaslıq
və s. kimi çox rəngarəng fikir sahələri üçün də əbədi, tükənməz bir
xəzinədir.
Дюврцн эюркямли сималарындан бири дя Мяммяд Сяид
Ордубадидир. M.S.Ordubadi inqilab mövzusunu romanlarında daha geniş
əks etdirmişdir. Ədəbiyyatın bütün növlərində yazıb-yaratsa da, romanları ilə
daha böyük şöhrət tapmış və tarixi romanın banisi olan Ordubadi sənətkarlıq
bacarığını bütün parlaqlığı və dolğunluğu ilə təkrarsız romanlarında nümayiş
etdirə bilmişdir. Tarixi keçmişi, xalqımızın tarixinin mühüm, əlamətdar
hadisə və qəhrəmanlarını dərindən öyrənib, duyan, sənətkarlıqla əks etdirən
ədib roman sahəsində ədəbiyyatımızda özünəməxsus yol açmış, böyük iz
qoymuşdur. Ədəbiyyatımızda ilk tarixi roman olan M.S.Ordubadinin
“Dumanlı Təbriz”inin (1933-1948) birinci kitabı çap ediləndən (1933) sonra
janrın nəzəri problemlərinə maraq artmış və bu gün də davam edən fikir
mübadiləsi doğurmuşdur.
“Dumanlı Təbriz”in dörd kitabında oxucu külli miqdarda tarixi
hadisə və qəhrəmanla tanış olur, xüsusən Səttar xan hərəkatının əsas
mərhələləri, üsyançı kütlələrin nümayəndələri onun gözləri qarşısında
canlanır. Xalqın tarixi keçmişi ilə həmişə maraqlanan, bu mövzuda müxtəlif
janrlarda onlarla əsər yazan Ordubadi “Dumanlı Təbriz” romanı ilə
qədimdən bəri üsyankarlığı, qəhrəmanlığı ilə tanınan Təbriz şəhərinin,
Təbriz oğullarının əzəmətli heykəlini ucaltmışdır. XX əsrin ilk illərindən
başlayaraq yazıçı İran Azərbaycanında azadlıq hərəkatı ilə əlaqədə olmuş,
evində İran inqilabına aid intibahnamə və silah saxladığı üçün hətta həbsə də
alınmışdır. M.S.Ordubadi qələmə aldığı dövrü mümkün qədər doğru əks
Filologiya məsələləri, 2017
355
etdirməyə çalışmışdır. Bunun üçün isə o, müxtəlif tarixi mənbələrə müraciət
etmişdir.
“Dumanlı Təbriz” romanı yazıçının yaradıcılıq üslubunu və
sənətkarlıq məharətini araşdırmaq üçün də zəngin material verir.
Ümumiyyətlə, taixi mövzuda yazan sənətkarlar qələmə aldıqları dövrün
hərtərəfli öyrənilməsi və obyektiv təsvir edilməsinə xüsusi diqqət
yetirməlidir.
M.S.Ordubadinin tarixi romanlarından sonuncusu “Qılınc və
qələm”dir. “Qılınc və qələm” Nizami dövründə geniş təbəqələrin
vəziyyətini, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini,
sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələriniəks etdirən
bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq
keçmişdən bəhs etdiyindən burada daha ətraflı tədqiqat işi aparmışdır. Əsər
külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. Nizami
haqqında, xüsusilə onun həyatı barədə məlumatın azlığı müəllifi bir çox
hallarda öz yazıçı təxəyyülünə sığınmağa vadar etmişdir. Tarixi sənədliklə
bədii təxəyyül əsərdə ustalıqla əlaqələndirilmişdir.
Ümumiyyətlə. M.S.Ordubadi əsərdə bir şəxsin taleyi, bir hadisə, bir
qısa dövrün konkret mənzərəsini verməklə qənaətlənmir, onun ilhamı bir
qayda olaraq məzmun dolğunluğu şərtilə genişlik qazanır.
M.S.Ordubadinin Azərbaycan ədəbiyyatında ilk tarixi roman olan
“Dumanlı Təbriz”, habelə “Gizli Bakı”, “Döyüşən şəhər” əsərlərinin
mövzusu tarixi səpkidədir. Daha dəqiq desək, “Dumanlı Təbriz”də XX əsrin
əvvəllərində İran inqilabı, xüsusilə Cənubi Azərbaycanda demokratik
hərəkat əks olunmuşsa, “Gizli Bakı” və “Döyüşən şəhər”də xalqımızın yaxın
keçmişindən alınmış hadisələr təsvir obyekti kimi seçilmişsə, “Qılınc və
qələm” isə oxucunu XII əsrə aparır. “Qılınc və qələm”in sonluğu da
maraqlıdır. “Dumanlı Təbriz”də hadisələri nəql edənin Nüsrət Hüseynov
olduğunu öyrənmək üçün bütün cildləri intizarla, maraqla izləyən oxucu
“Qılınc və qələm”də də buna bənzər səhnə ilə rastlaşır. Romanın sonunda
bəlli olur ki, ögey qardaşı Əbubəkrə ox atarkən səhvən öz xalası, Əbubəkrin
həyat yoldaşı Təliəni öldürən, sonra isə Ələnciq qələsinə sürgün edilən
Qutluğ İnanc, eləcə də Xarəzmşah Cəlaləddin tərəfindən həmin qalada
dustaq saxlanan Özbək həftələrdən bəri bir-birinə olub-keçənləri danışmışlar.
Və bu söhbət “Qılınc və qələm”in süjetini təşkil edir.
Bütün deyilənlərə yekun vuraraq göstərmək olar ki, Azərbaycan
ədəbiyyatında tarixi əsərlər son dövrlərdə özünəməxsus inkişaf yolu keçmiş,
yeni mövzu, problematika və sənətkarlıq məziyyətləri ilə zənginləşmişdir.
Xüsusən Azərbaycan nəsrinin XX əsrin əvvəllərindən diqqət yetirdiyi bir
sıra mövzular son dövrün Naxçıvan ədəbi mühitində də önəmli yer
tutmuşdur. Sovet dövründə ədəbiyyatımızda toxunulması bir növ yasaq olan
Dostları ilə paylaş: |