Filologiya məsələləri, 2017
361
Q.S.Təbrizi ürəkdən arzu edir ki, insanın həyatı yaxşılaşsın, təmiz və gözəl olsun.
O, dövründəki adamları, onların ağır həyatını dərindən öyrənməyə çalışır. O, yaşadığı
cəmiyyətin həyatında baş verən hadisələri izləməklə qalmır, təhlil edir, ümumiləşdirir,
nəticə çıxarır, münasibətini bildirir və beləliklə də mübarizədə iştirak edir. Q.S.Təbrizi
çox müasir yazıçıdır. Bu cəhətdən o, Azərbaycan ədəbiyyatının ən gözəl ənənəsini da-
vam etdirirdi. Onun əsərlərinin əbədi yaşamasının bir sirri də zəmanəsini əks etməsidir.
Zəmanə ilə mənəvi bağlılıq, cəmiyyətin həyatını, mübarizəsini, ideallarını əks etmək sə-
nətdə yalnız ideoloji problem deyil, həm də estetik problemdir. Q.S.Təbrizi "Qulamhü-
seyn Saedi yaradıcılığında sosial-mənəvi problemlər" məqaləsində yazır: "Yenə həmin
səpkidə yazılmış "Bəyəldə yas" əsərində Qulamhüseyn Saedi bir kəndin timsalında xal-
qın ağır həyatını əks etdirir. Xalq ədəbiyyatından bəhrələnən yazıçı bu əsəri dastan üslu-
bunda qələmə alıb. Bu dastanların hər birində yazıçı kənd camaatının üzləşdiyi müxtəlif
problemlərə diqqət yönəldir. Məsələn, yazıçının dastanlarının birində kənddə həkim ol-
madığı üçün eşşəyin belində şəhərə aparılan və xəstəxananın qapısındaca canını tapşı-
ran naxoş bir qadının acı taleyi təsvir olunur. Qulamhüseyn Saedi Molla obrazının si-
masında, bir tərəfdən cəmiyyəti həşərat kimi saran, müftəxorluq edən təbəqənin ümu-
miləşmiş surətini yaradır, həm də göstərmək istəyir ki, İran deyilən məmləkətdə şəriət
adına cürbəcür oyunlar çıxarılması, dinin hərraca qoyulması adi haldır. Bu mənzərəyə
hər bir kənddə, hər bir əyalətdə rast gəlmək mümkündür. Qulamhüseyn Saedini başqa
yazıçılardan fərqləndirən əsas cəhətlərdən biri onun ictimai və insani dəyərlərə əhəmiy-
yət verməsidir. Onun tənqidi-satirik üslublu yazıları kütləni hərəkətə gətirir, onu ayıldır,
öz haqqı-hüququ uğrunda mübarizəyə səsləyir" (8, 31, 32).
Tarixi şəxsiyyətlərin fəaliyyəti yalnız irəli sürdükləri fikir və ideyaların böyüklü-
yü, qabaqcıllığı ilə deyil, bir də zamanın şəraiti ilə, hansı maneələri aradan qaldırması,
hansı müqavimətləri qırıb, hansı əks-qüvvələrlə mübarizəyə girişməsi ilə ölçülür. Bu
cəhətdən də Q.S.Təbrizi bizim nəzərimizdə bir mübariz kimi canlanır. O, yalnız mütə-
rəqqi ideyalarınə carçısı olmaqla qalmamış, bu ideyalara qarşı çıxan mürtəce və qaragü-
ruhlarla mərdanə və qəhrəmancasına mübarizə aparır. O, Səməd Behrəngi haqda deyir:
"Qeyd edək ki, Səməd Behrəngi yaradıcılığa başlayan kimi dərhal geniş oxucu kütlələ-
rinin diqqətini cəlb elədi. Bəs bunun səbəbi nəydi? Hələ sağlığında o, Güney Azərbay-
canın ayrı-ayrı şəhər və kəndlərində şöhrət tapmış, adı dillər əzbərinə çevrilmişdi. Yazı-
çının nakam ölümündən sonra əsərlərinin nəşri istər Cənubi Azərbaycanda və İranda, is-
tərsə də dünyanın müxtəlif ölkələrində böyük maraq doğurdu. Bəs necə oldu ki, Səməd
Behrəngi xalqın sevimlisinə çevrildi? Buna belə cavab vermək olar ki, Səməd öz yara-
dıcılığında elə dərin insani münasibətlərdən danışmış və onları elə sadə bir dillə əks et-
dirmişdi ki, həm kənddə, həm şəhərdə yaşayan xalq kütlələri öz müştərək dərdlərini və
səslərini onun yazılarında gördülər və eşitdilər. Səməd Behrəngi ilk dəfə olaraq Azər-
baycan xalqının içərisindəki odu şölələndirdi. İlk dəfə olaraq o, Azərbaycan dilinin təd-
risi üçün kitablar yazdı. O, çox çətinliklərə və Pəhləvi rejiminin təzyiqlərinə baxmaya-
raq, bir hekayəsində yazırdı ki, işıq nə qədər az olsa da, qaranlıqda görünür. Səmədin
bir ulduzundan min ulduzlar yarandı, balaca işığı hər yeri tutdu" (8, 20).
Q.S.Təbrizi ədəbiyyatın vəzifəsini hər şeydən əvvəl həyatı, varlığı düzgün gös-
tərməsində görür. Ona görə ədəbiyyat insanların praktik fəaliyyətinə, həyatı yaxşılaşdır-
maq uğrunda mübarizəsinə kömək etməlidir. Bunun üçün birinci şərt həyatı düzgün,
doğru göstərməkdir. Bədii yaradıcılığı mütləq ideyanın hərəkəti ilə, yaxud yaradıcının
subyektiv duyğu və xəyalları ilə şərh edən idealist estetikanın ziddinə olaraq, Q.S.Təbri-
zi həyatı sənətin əsasına qoyur: "Yazılarımla kimlərləsə müxalif olmaq, yaxud hansı
Filologiya məsələləri, 2017
362
məsələ ətrafındasa mübahisə və müzakirə açmaq niyyətində deyiləm, sadəcə olaraq
uzun illər mühacirət həyatı yaşadığım Böyük Britaniya və Avropanın bir sıra başqa öl-
kələrində öyrəndiklərimi, görüb müşahidə etdiklərimi izhar etmək istəmişəm. Həmçinin
Avropa alimlərinin bizdən yaxşı düşündüklərini, daha səviyyəli olduqlarını deyil, əksinə
bizimlə onlar arasında nəzərə çarpacaq dərəcədə intellektual fərq olmadığını anlatmağa
çalışmışam. Lakin diqqəti cəlb edən bir fərq vardır ki, Avropa elmi-nəzəri fikrində istis-
nasız olaraq mənəvi azadlıq hökm sürür ki, bu da cəmiyyətə hakim olan sosial-iqtisadi
azadlıqdan qaynaqlanır. Məsələn, mən qırx ildən artıq Böyük Britaniya universitetlərin-
də dərs demişəm, ancaq bir dəfə də olsun nə baş nazirin, nə kraliçanın, nə də hər hansı
səlahiyyət sahibinin elmə, təhsilə müdaxilə etdiyinin şahidi olmamışam. Bu ölkələrdə
qanun mütləq hakimdir, pulla, rüşvətlə, yaxud hər hansı qeyri-qanuni üsullarla nəyə isə
nail olmaq mümkün deyildir" (8, 3).
Q.S.Təbrizi xalqın gələcəyini düşünən, uzağa, sabahkı günə baxan bir ziyalıdır.
Buna görə də o, gənc nəslin tərbiyəsinə xüsusi diqqət verir və bunun böyük əhəmiyyəti-
ni dərk edir. Gənclər üçün yazdığı əsərlər duzlu və şirindir. Bu şeirlər nə qədər gözəl,
vətənpərvər insanlar tərbiyə etmişdir! Q.S.Təbrizi romantikdir, onun romantizmi həyat-
la, xalqın mənəvi ehtiyacları ilə bağlı olduğundan işıqlıdır, mücərrəd fikirlərdən uzaq-
dır. Bu romantizm əsas mahiyyəti ilə müasirliyə yönəldilmiş, şairin mütərəqqi fikirlərini
və xəyallarını, sabahkı xoş gün arzularını əks etdiyindən insanda həyat və mübarizə eşqi
oyadır.
Son illərdə ənənəvi həyatımızın normasına çevrilən prinsipin - nöqsanlara qarşı
barışmazlıq, fəal həyat mövqeyi kursunun real gerçəkliyə tətbiqi istiqamətində xüsusən
nəsrimizin axtarış və nailiyyətlərini etiraf etmək lazımdır. Məhz bu axtarışların əyintilər
şəklində meydana çıxan məsələlərə diqqəti vaxtında cəlb etməklə Q.S.Təbrizinin gös-
tərdiyi həssaslıq ədəbi tənqid üçün yeni metodoloji nümunədir: "Məhmidin güclü qələ-
mi, dərin düşüncəsi vardı. Bir neçə dili, o cümlədən fars, fransız, rus dillərini bilirdi, in-
gilis dilini öyrənmişdi. O, ərəb dilini və Quranı mükəmməl bilirdi. Zarafatla deyərdi:
"Mən ki, Quranı əzbər bilirəm, daha mollaya nə ehtiyacım var". Məhmid Peyğəmbərə
(s.) böyük sevgi bəsləyirdi. Deyərdi ki, o sözlər ki, Quranda var, Peyğəmbər gəlib bu
gün desə İranda onu edam edərlər. Məsələn, Quran deyir ki, Allah bizə şah damarımız-
dan yaxındı. Quranda yüzlərlə ayə var ki, xalqları ədalətli olmağa, ağıl işlətməyə dəvət
edir. Amma indi mollalar deyir ki, fikrinizi boşlayın, biz sizin fikrinizdə olacağıq, öz
ağlımızla sizi idarə edəcəyik. Məhmidə görə, bu, İslama tamam müxalifdi" (8, 26).
Q.S.Təbrizinin əsərlərində estetik gözəllik insanın ruhunu oxşayır. Buna görə də
onlar maraqla oxunur, adamı cəlb edir. Oxuduqca sətirlərin arasından gözə görünmə-
yən, lakin əbədi olaraq orada yaşayan xoş bir hərarət və işıq qalxaraq sinəmizi isidir,
gözlərimizi nurlandırır. Bu, bədii sözün əsl sehrkar qüdrətidir.
İndi Azərbaycanda müasir, yeni sosial əxlaq tərzinin, fəal həyat, vətəndaşlıq və
beynəlmiləlçilik mövqeyinin inikası və təbliği sahəsində bədii-estetik hərəkatın nailiy-
yətləri bütünlükdə bu vaxta qədərki milli-ədəbi təcrübəyə getdikcə daha çox əsaslanır.
Bu təcrübəni əməli olaraq bu günün xidmətinə səfərbər eləməkdə mədəniyyat, ədəbiy-
yat böyük rol oynayır. Q.S.Təbrizi yazır: "Azərbaycan Respublikası öz istiqlaliyyətinə
yenicə qovuşmuşdur. Ölkədə milli-mənəvi dəyərlərin formalaşdırılması prosesi gedir və
bu çətin və məsuliyyətli işdə gənc nəslin üzərinə böyük vəzifələr düşür. Çalışmalıdır ki,
cəmiyyət ötən illər ərzində qazanılmış müsbət dəyərləri yaşatsın, xalqımıza və mənə-
viyyatımıza yabançı olanları isə aradan qaldırsın. Təəssüf ki, bəzən bunun əksi olan pro-
seslə də qarşılaşsın. Ancaq mən ümidsiz deyiləm, çünki Azərbaycan gəncliyində böyük
Dostları ilə paylaş: |