Filologiya məsələləri, 2017
352
roman janrının ilk uğurlu addımları olmuşdur. Bu əsərlərdə xalqımızın
tarixinin bir sıra əlamətdar dövrləri müvəffəqiyyətlə işıqlandırılmışdır.
Naxçıvan ədəbi mühitində də tarixi əsərlər Azərbaycan ədəbiyyatının ümumi
inkişafı ilə bir sırada böyümüş və yüksəliş yolu keçmişdir. Tarixi dövrün
düzgün verilməsi üçün tarixi sənədlərdən, faktlardan istifadə edilməsi çox
zəruri məsələlərdəndir. Lakin bunlara baxmayaraq yazıçı öz təxəyyülündən
də istifadə edir. Əgər əsərdə bədii uydurmalar olmazsa, bu zaman həmin
sənətkar tarixi hadisələrin qeydiyyatçısı olar. Əsərdə hadisələrin inandırıcı
və həyati olması da əsas şərtlərdən biridir. Tarixi əsərlər gənc nəslin
tərbiyəsində, vətənpərvərlik hisslərinin yüksəldilməsində böyük bir vasitədir.
Ümumiyyətlə, ədəbiyyatın bütün növ və janrlarında tarixi mövzuda yazan
sənətkar tarixi dürüstlüyə, həqiqiliyə xüsusi diqqət yetirdiyindən külli
miqdarda materialın içərisindən ən zərurilərini seçib istifadə etməlidir.
Tarixçi və ədəbiyyatçı mütəxəssislərin tarixi əsərlərə yazdıqları rəylərdə bu
mövzuda yazan yazıçının tarixi hadisələri və qəhrəmanları doğru, düzgün
işıqlandırdığı, keçmişə və inqilabi hərəkat tarixinə dair həqiqətləri dürüst
öyrənib təsvir etmələri qeyd olunmalıdır.
Həmin dövrdə Naxçıvanda dövrün elə böyük, kiçik ictimai-siyasi
hadisə və məsələləri yoxdur ki, yazıçıların sənət dünyasında öz əksini
tapmasın. ХХ əsrin əvvəllərində Naxçıvan ədəbi mühitinin görkəmli
simalarından biri H.Cavid olmuşdur. H.Cavid Naxçıvandan kənarda
yaşadığı illərdə də həmişə buranın ziyalıları və açıq fikirli adamları ilə daim
əlaqə saxlamış, məktublaşmış, Naxçıvan ədəbi mühiti barədə onlardan
məlumatlar əldə etmişdir. Ən çox məktublaşdığı ziyalılar isə M.T.Sidqi və
Q.Şərifzadə olmuşdur.
O, Naxçıvanda olarkən yerli ziyalılar onun başına toplaşardılar.
Cavid Naxçıvanın ziyalıları haqqında həmişə iftixarla danışmışdır.
Q.Şərifzadənin də ölümü onu çox təsirləndirmiş və kiçik nekroloq çap
etdirərək o dövr Naxçıvan ədəbi mühiti barədə fikirlərini söyləmişdir. Bu
nekroloqda yazırdı: «Naxçıvan kiçik bir şəhərdir. Lakin az bir zamanda
naxçıvanlılar, Naxçıvandakı ziyalılar, ədəbi simalar bir neçə həqiqətpərvərlər
və Şərifzadə sayəsində cəhalət qaranlığından qurtuldu. Və bugünkü
Naxçıvan, demək olar ki, Qafqazın digər şəhərlərinə nisbətən heç də geridə
olmayıb, az-çox düşüncəli, mühakiməli, ziyalı simalar yetirmək ümidini
bəsləməkdədir» (2, 238-239).
H.Cavid «Həqiqət» qəzetinin 1910-cu il 4 yanvar, 3 saylı
nömrəsində «Naxçıvanda nə gördüm» adlı yazısında qeyd edir: «Rəvayət
olunduğuna görə Naxçıvan əski yarımtanrılardan məşhur «Daqyanos»un
mərkəzi səltənəti imiş. Demə ki, çox da kiçik yer sayıla bilməzmiş. Naxçıvan
15 il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə
Filologiya məsələləri, 2017
353
girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb
çapalamağa həvəsləndi, gündən-günə arş irəli» (2, 185).
H.Cavidi ədəbi yaradıcılığının ilk dövrlərindən başalyaraq son
əsərlərinə qədər sinfi bərabərsizliyin doğurduğu faciələr düşündürürdü. O,
əzənlə əzilənlər arasındakı zidiyyətləri erkən yaşlarından duymuş,
ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə, insanın həyatını zəhərləyən
mənfilikləri pisləmiş, tənqid etmişdir. Həm də bu tənqid və inkar mücərrəd
mövqedən ümumiyyətlə pisliyə, yamanlığa, mənfiliyə, şərə qarşı mübarizə
mövqeyindən aparılmır, sinfi zidiyyətlərin konkret hüdudları, tərəfləri açılıb
göstərilməklə ictimai məzmun qazanırdı. Ədibin yaradıcılığına diqqətlə
yanaşılsa, asanlıqla görmək olar ki, ictimai cizgiləri dərin və mənalı
xarakterlər, problemlər, dramatizm Cavid dramaturgiyasını şərtləndirən
cəhətlərdir.
H.Cavid sovet dövründə bir-birinn ardınca bir sıra əsərlərini yaratdı. Həmin
dövrdə yazdığı ilk tarixi dramı “Peyğəmbər”dir. H.Cavid “Peyğəmbər”də
dinə, inama, əqidəyə münasibət məsələsini qoymuş, özündən əvvəl bu
mövzuda yazılan əsərlərdən tamamilə fərqli bir dram yarada bilmişdir. Din
müəssisləri haqqında yazmış dünyanın müxtəlif yazıçıları Məhəmməd
peyğəmbərə öz fikirlərinin ruporu kimi baxmış və mənsub olduqları ölkə və
xalqların müasir istək və arzularının ifadəsinə çalışmışlar. Bu ondan irəli
gəlir ki, tarixi şəxsiyyət olan Məhəmməd peyğəmbərin özünün
bioqrafiyasında material zəngindir: onun özü sinfi mənsubiyyətcə aşağı
təbəqədən çıxmış, “Yetim Məhəmməd” ləqəbini qazanmışdır. H.Cavidin
əsərində də Məhəmməd ilk səhnələrdə məhz məzlumların dərdini düşünən,
haqsızlığa, ədalətsizliyə qarşı üsyan edən bir xadim kimi görünür. Ona görə
də dünyanın bir çox mütəfəkkir şair və yazıçılarının islam dininə, onun
müəssisi və müməssili Məhəmmədin həyatına, dövrünə müraciət etmələri
təsadüfi sayıla bilməz. Əlbəttə, bunların bəziləri onu mənfi, bəziləri isə
müsbət planda işləmişlər.H.Cavidin “Peyğəmbər” əsəri dörd hissədir: Bəsət,
Dəvət, Hicrət, Nüsrət. Dramaturq bu hissələrin hər birində qəhrəman
Məhəmmədi müxtəlif şəraitdə göstərir, bu və ya digər cəhətdən tamamlayır.
H.Cavidin ikinci taixi dramı “Topal Teymur”dur (1926). Əsər nəsrlə
yazılmışdır. İki böyük hissəyə ayrılır: Əmir Teymur və onun ətrafındakılar-
Səmərqənd hökmdarlığı; İldırım Bəyazid və onun ətrafındakılar – Bursa
hökmdarlığı (Turan). Əsərdə Teymurun müharibələrinə və ümumiyyətlə
müharibəyə qüdrətli bir etiraz vardır. Əsərin birinci hissəsindən etibarən
Teymur bir tərəfdən fateh, istilaçı, dünya ağalığı fikrinə düşən, qan tökən,
möhtəris bir cahangir, digər tərəfdən isə böyük islahatlar aparan, elm, maarif
və mədəniyyətin inkişafına çalışan “ yaşatmaq, yapmaq, qurmaq, tikmək
tərəfdarı” kimi canlanır. Dramaturqa görə, Teymurun əsas faciəsi ondadır ki,
bütün tərəqqi və inkişafı cahangirliklə, fatehliklə, müharibə və
Dostları ilə paylaş: |