Filologiya məsələləri, 2017
370
Felyetonda hər hansı bir şəxsə ünvanlanmış xeyir-duala ifadələri
asanlıqla hərfi tərcümə olunur. Mətndə müraciət şəklində verilən əzizləmə
sözlərini tərcümədə müxtəlif cür ifadə etmək mümkündür. Tərcüməçilər
felyetonların orijinal mənasını, məzmununu ötürmək və canlandırmağa
çalışırlar. Tərcümə zamanı orijinalın əsl ruhunu vermək lazım gəldiyi zaman
felyetonun mətnindəki ifadələrdə istifadə olunan bəzi dialekt sözlərin
mənasının ötürülməsində tərcüməçilər çətinliklərlə qarşılaşırdılar. Beləliklə,
tərcüməçi tərcümə olunan mətnin orijinalının dilinin məxsus olduğu xalqın
ənənələrini, xüsusiyyətlərini nəzərə almalıdır.
ASHURBAYLI E.A.
MANNERS OF ADDRESS AND TEIR FEATURES OF REFLECTION
IN THE TRANSLATION (ON THE MATERIAL FEUILLETONS
J.MAMMADGULUZADA)
SUMMARY
In this article based on translations of feuilletons of J.Mammadguluzada
the author explores the different methods used by translator to express
expressive words and expressions, varieties of emotional and expressive
style. While translating abusive language translator has resorted to tracing
method. The tracing method from traditional curses allows the translator to
preserve the exact literal meaning of the original curses and characteristic
feature. While translating spells translator uses a verbatim literal translation.
Appeal forms used in the feuilletons of J.Mammadguluzada often
untranslatable, which creates difficulties for the translator. Expressions of
blessings addressed to some person in the feuilleton are easily amenable for
literal translation. Caressing words, which are given in the text in the form of
appeals, during the translation, allow various forms of embodiment.
Translators are trying to convey and recreate the original content of
feuilletons. In conveying some dialectal words used in the appeals in the text
of feuilletons, translators faced difficulties when it came to recreate the true
spirit of the original while translating. Thus, the translator must take into
account the traditions of the people, from which language translation is done.
Rəyçi: Hacıyeva Almas
filologiya elmləri namizədi, dos
Filologiya məsələləri, 2017
371
MƏMMƏDOVA ÜLVİYYƏ
ADU
Açar sözlər:gender problemi,qadın azadlığı,hüquqsuzluq,bərabərlik
Keywords:gender problem,women freedom,lawlessness,equality
Ключвые слова:гендерная проблема,свобода
женщины,безправие,равенство
Cəfər Cabbarlının dramaturgiyasında gender problemi
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Cəfər
Cabbarlı az yaşayıb fəqət çox yazmış,çoxsahəli yaradıcılıq yolu
keçmişdir.Görkəmli sənətkarımız daima xalqın taleyini düşünmüş,bir çox
problemlərin həlli baxımından əsərlərində müəyyən mövzulara yer
ayırmışdır.Bunların içərisində “gender problemi” mövzusu da vardır
ki,C.Cabbarlı istər yaradıcılığının ilk,istər son illərində hekayə və dramlarında
bu problemə toxunmuş və onun aradan qaldırılması yolları üzərində
düşünmüşdür.
Dramaturqun ilk səhnə əsəri “Vəfalı Səriyyə” yaxud “Göz yaşları içində
gülüş” (1915) pyesidir ki,burada qadın azadlığı problemi bariz bir şəkildə gözə
çarpır.Müəllif əsər vasitəsilə qadın hüquqsuzluğunu,ictimai mühiti və feodal
sinfinin mənəvi-əxlaqi eybəcərliklərini tənqid atəşinə tutmuşdur.Burada hadisələr
ailə-məişət fonunda baş verir. Əsərdə müəllif Səriyyənin simasında
dövrün,zamanın yetişdirdiyi hüquqsuz bir qadın obrazını əks etdirmişdir.Bu elə
bir mühitdir ki,orada patriarxal tayfa əxlaqı,dərəbəylik təsəvvürləri
hakimdir.Səriyyənin Rüstəmi sevməsi,Qurbanın təklifinə etirazı,eləcə də
başqasının adaxlısı olması dramın mənfi obrazları-Həmzə,Qurban,Çimnaz,Camal
üçün heç bir əhəmiyyət kəsb etmir,çünki bu mənfi obrazların təsəvvüründə
onların tayfa əxlaqından yüksəkdə,patriarxal qaydalardan güclü heç nə yoxdu.
Həmzə və Çimnazın bu dialoquna diqqət yetirək:
“Həmzə:Sən necə bilirsən,ay Çimnaz?Mən deyirəm ki,bu sözü Səriyyəyə deyək.
Çimnaz:Səriyyə nə itdir ki,bir də ona məsləhət edək.Mən razıyam,vəssəlam!
Həmzə:Yox deyirəm,axır ki,ona deyək.Sözdür də,razı olar...olar,olmaz...onda
canını çıxardıb güc ilə razı edərik”[1,s.9].
Dialoqdan da açıq görünür ki,patriarxal feodal cəmiyyətində qadın nə dərəcə
hüquqsuz bir varlıqdır və onun heç bir söz haqqı yoxdur.Əgər Səriyyə etirazını
bildirirsə o zaman zor ilə,güc ilə qarşılaşır və ölümlə təhdid olunur.Dramaturq
müxtəlif epizodlarda bu dərəbəylik qayda-qanunlarının və təsəvvürlərinin hələ
tam mənası ilə fəaliyyət göstərdiyini bir neçə yerdə bildirir.Məsələn,Həmzə
Səriyyənin taleyi haqda deyir:”Biz nikah eləyərik,iş düzələr,düzəlməz,necə bayaq
dedim,doğrarıq və aparıb tullarıq.Heç kəs də onun burda olduğunu
bilmir”[1,s.12].Həmzənin bu nitqindən aydın olur ki,Səriyyənin yaşadığı mühit
hələ öz daxili,məhdud patriarxal qaydalarından kənara çıxmır,həmin qaydalarla
da yaşayır.Belə bir avtoritar feodal qaydaları və əxlaqı ilə yaşayan bir mühitdə
Səriyyənin-qadınların hüququnu qorumaq üçün müəllif çar Rusiyasının hüquqi
orqanlarını sonda əsərə cəlb edir.Çarizmin idarə orqanlarının nümayəndələri öz
Filologiya məsələləri, 2017
372
müdaxilələri ilə Səriyyə və Rüstəmin qovuşmasına yardım edir və ədalət bərpa
olunur.
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan teatrı hələ öz
problemlərini həll etmiş sayılmır və xalq teatr mədəniyyətindən demək olar
ki,uzaq idi.Bu problemdən çıxış edən Cəfər Cabbarlı teatrın topluma
aşılanmasında və Azərbaycan qadınlarının teatra aktiv qatılmaları üçün “Oqtay
Eloğlu”(1922) əsərini yazır.
Əsərdə maddi çətinliklərə görə teatrların səhnələşdirilməsində müəyyən
sıxıntılar çəkilməkdə,aktyorların əmək haqları çətinliklə qarşılanmaqdadır.Teatr
üçün bunlardan daha çətin olanı isə yerli qadın aktrisa tapmağın imkansızlığına
görə qeyri-millətdən olan,xüsusilə,rus və gürcü aktrisalarla işləmək
məcburiyyətinin yaranmasıdır.Milli teatrın tərəqqisi üçün mütləq bir şəkildə yerli
qadın aktrisaya ehtiyac duyulur.Çünki yerli dili və mədəniyyəti yetərincə
bilməyən qeyri-millətdən olan aktrisalar səhnədə təsirsiz qalmaqdadır və beləcə
teatr sənəti inandırıcılıqdan uzaq,süni bir dünyanı xalqa,topluma izlədir ki, bu da
teatrın istiqamətverici,yönləndirici kimi funksiyasından uzaqlaşmasına səbəb
olur.Başqa sözlə desək,teatrın inkişafı üçün xalqın içindən gələn qadınlara ehtiyac
vardır.Məhz tək amalı milli teatrın tərəqqisi olan Oqtayın nitqində də bu daima öz
əksini tapır:”Oqtay:...Azərbaycan səhnəsində,Azərbaycan qadınlığının həyatını
şəxsən keçirmiş bir Azərbaycan qızı,mühitimizdən çıxmış doğma bir yavru
olmadıqca...”[1,s.254].Oqtay bunu bilir və Azərbaycan qızının bir gün səhnədə
olacağına daima ümid edir və inanır.Lakin bu dövr elə bir dövrdür ki,nəinki
səhnədə azərbaycanlı qız görmək qeyri-mümkündür,hətta qadının teatra getməsi
xoşagəlməz və qəbul edilməzdir.
Əsərdə ülvi bir məhəbbətlə yaşayan bacısı Firəngizi meşşan cəmiyyətdə
özünə nüfuz qazanmaq istəyən,Oqtayı öz ailəsinə uyğun görməyən Aslan bəy öz
sevgisindən imtina etməyə məcbur edir və beləliklə,Firəngizin Oqtaya olan
sevgisi ilə bərabər qadın azadlığı,qadın səadəti məhvə sürüklənir.
Firəngiz qardaşının mənsəbinin qurbanına çevrilir və sevdiyi şəxsə
deyil,başqa bir adama ərə verilir.Əgər “Vəfalı Səriyyə”də Səriyyəni zor gücü ilə
Qurbana vermək istəyirlərsə,Firəngizdə isə məsələ buna nisbətən bir qədər
mülayimdir.Çünki Firəngiz ziyalı bir qardaşın bacısıdır.
Əsərin ziyalı obrazlarından olan Aslan bəyi “Vəfalı Səriyyə” dramındakı
Həmzə,Qurban ilə müqayisə etsək,zahirən onların fərqli olduğunu görmək
mümkündür.Daxildə isə hər üç obrazda eyni xüsusiyyət aşkarlanır ki,bu da
onların qadınlara münasibətdə özünü göstərir.Burada incə bir məqam
vardır.Aslan bəy oxumuş,savadlı,ziyalı bir şəxsdir və o,cəmiyyətin,qadının
tərəqqisini,onun oxumasını,teatra getməsini müsbət,lazımı bir hal kimi
dəyərləndirir,lakin Həmzə və Qurban bu məsələlərdən tamamilə uzaqdır,onlar öz
məhdud patriarxal düşüncələrindən uzaqlaşmaq istəmir.Ancaq Aslan bəy nə
qədər qadının cəhalətdən çıxmasına marağı olsa da,bir o qədər də bacısını
sevmədiyi biriylə evləndirərək onun haqlarını göz ardına edir.
Əsərdə Aslan bəyin Firəngizin təhsilinə səy göstərməsi,onun teatra getməsinə
izin verməsi,ümumiyyətlə,qadının cəhalətdən çıxmasına dair müsbət fikirlər
Dostları ilə paylaş: |