Filologiya məsələləri, 2017
379
-Ağac quruyur, arvad! [3, s.374]. Arvadı Telli deyir ki, bu hansı bədbəxtliyin
xəbəridi? Əsgərlikdəki nəvəmin ağacı quruyur,olmaya uşağın başında bir iş var.
Buradan görünür ki, Telli qarı ağacın qurumasını hansısa bədbəxtlik əlaməti
kimi görür, bu xalqımızın qədim inanclarından biridir. Mahmud kişi ilə Telli
qarının təşvişi tədricən bütün kəndə yayılır, hamı ağacın başına, sanki canlı bir
varlığın yasına yığılır:“Daha eldə, obada da qalmayıb, azza bu yas yeridi daa,
birciyəzi başına qara bağlamayıb”. Hekayədə başqa bir inancımızı da görürük.
Beləki, Mahmud kişi deyir ki, ağacı kəsəcəm, doğrayıb odda qalayacam, Telli
arvad da qonşu qadınlara söyləyir ki, ağacı daşlasınlar və Mahmud kişi ağaca
balta ilə vurur. Belə etməklə onların məqsədi o idi ki, ağacı qorxudub
səksəndirsinlər ki, ağac bar versin. Belədə olur, ağac tumurcuqlayır, qonşular
bayram edirlər, ağacdakı baltanın izini kəlağayı ilə bağlayırlar. Təbii ki, folklor
nümunələrimizdə el inamı, duası, alqışı qalib gəlir,hekayədə də bu qalibiyyəti
görürük.Hekayədə bir aqronom əhalidən fərqlənir.O,əhaliyə söyləyir ki, belə
inanclara inanmayın:“-Belə şeylə ağac diriltmək olmaz, gedin işinizdə,
gücünüzdə olun!”. Ağacın həyata qayıtmasını toy-çalğıyla qeyd edirlər,
aqronomun “seçilməsi” isə heç kəsin yadına düşmür:“Sonra sinidən fəsəli
götürüb hərəsinə birini payladı, aqronoma isə lap yekəsini seçib verdi”.Bu
hekayədə biz xalqımızın qədim adət-ənənələrini, inanclarını və canlı xalq
ifadələrini gördük.
Yazıçının 1975-ci ildə yazdığı “Füşkürək” hekayəsində də folklor
motivlərinə rast gəlirik. “Hekayənin qəhrəmanı İmran da, onun balaca oğlu
Elbəy də nağıllar aləmində, dünyasında yaşayırlar”. Hətta məişəti də ata balaca
oğluna nağıllar quraşdırmaqla izah etməyə çalışır. Beləki, əsər boyu İmran oğlu
Elbəyə tez-tez nağıl danışır, ata, hətta gündəlikdə baş verən hadisələri
quraşdıraraq, dəyişdirərək oğluna sehirli nağıl kimi danışır:“Biri var idi, biri yox
idi, Elbəy bir kəlin qoyun var idi, bir gün... bu kəlin qoyun dedi..-Qoyun
danışmaz axı, dədə! -Qulaq as ,məcbur eliyəndə danışır. Bu kəlin qoyun bir
gün...” Ata bu nağılı oğlu ilə bazarlığa gedəndə danışır. Yol boyu nə görürsə
Elbəyə gördüklərini nağıl formasında nəql edir.
Elbəyin öz balaca dünyası vardı. O, evdə anası, nənəsinə, baş verən
hadisələrə məhəl qoymurdu. Atası ona o qədər nağıl danışmışdı ki, Elbəy
nağıllar aləmində yaşayırdı, hər hadisəni də nağıl kimi başa düşürdü:“Amma
Elbəy öz işindəydi. Özünün balaca təpələri vardı, nağıl filmlərdə gördüyü
güləyən qız üzünə oxşayan günəş kimi günəşi vardı. Dədəsinin danışdığı ağ-ağ,
qırmızı-qırmızı atlardan ilxısı vardı. Onun bu dünyasına heç bir səs yaxın düşə
bilmirdi”. [3, s.383]
Hekayədə başqa bir inancımızı görürük. Beləki, İmran oğlu Elbəyə
səslənəndə uzun-uzadı füşkürək çaldı. “Nənəsi başını qaldırıb gözlüyünü
düzəltdi. –Elə ona görə bərəkətimiz yoxdu,-dedi. –Neçə kərə demişəm evdə
füşkürək çalma”. Hekayədə ana İmrana əsəbləşir ki, hər şeyi nağıla
döndərmisən, uşaq qalıb tək-tənha, bizə də nağıl kimi baxır:“-Niyə üzürsən
uşağın ürəyini, bu nə xasiyyətdi, bilmirəm, səndə? Nə tapmısan nağılı qarada,
hansımıza xeyir verdi nağıl? Çıxıb dinməz-söyləməz gedə bilməzsənmi, işinə?”.
Filologiya məsələləri, 2017
380
Hekayə belə bitir ki, Elbəy yenə nağıllar aləmindədi, “mən Məlikməmmədəm,
məni quyuya sallayın”. Mövlud
Süleymanlı hekayələrində folklor
motivlərindən, nümunələrindən istifadə etməklə əsərin məzmununu daha
maraqlı edir. Yazıçı hekayələrində folklor nümunələrindən olan alqış və
qarğışlara tez-tez müraciət edir. Məsələn, “Dumanın, çiskinin qara geysin hey”,
“Ay çovğun aparsın səni” və s. Bu qarğışlar obrazın dilindən verilməklə yazıçı
onların dilini xəlqiləşdirir, canlı danışıq dilinə yaxınlaşdırır. Daha sonra
yazıçının hekayələrində atalar sözü və məsəllərdən tez-tez istifadə olunur.
Yazıçının “Sapand” hekayəsi atalar sözü ilə başlayır:“Ay daş atan bəxtəvər
daşın da bir vaxtı var”. “Sapand” hekayəsində kənd-şəhər qarşılaşdırılmasını
görürük. “Ümumiyyətlə, şəhər-kənd qarşılaşdırılması, bu iki dünyanın rəğbəti-
həsədi, bir-birinə cəlb olunması və bir-birindən aralanması tema kimi 60-cı
illərin nəsrində də, şeirində də, 70-ci illər ədəbiyyatında da müəyyən yer tutur [2,
s.35]. Bu problemlər Mövludu da məşğul edir. “Sapand” hekayəsi demək olar ki,
bu problemə həsr olunub. Hekayə kəndin təsviri ilə başlayır:“Kənd ev içi kimi
silinib-süpürülmüşdü. Nə tozu-torpağı vardı, nə palçığı”. Yazıçının
hekayələrinin demək olar ki, hamısında ya müəllifin, ya təhkiyəçinin dilindən
kənd həyatı göstərilir, kəndin təsviri verilir. Bu da müəllifin el-obasına, adət-
ənənələrə, folklora, xalq yaradıcılığına bağlılığını göstərir.Hekayədə göstərilir ki,
“Kənd camaatı artıq şəhərli olmuşdu, kənd də şəhər olmaqdaydı. Daha evlərin
bacasında tüstü görməzdin. İndi antenalar, telefon xətləri, işıq xətləri evlərin
üstündə hörümçək toruna oxşayırdı”. Yazıçı bir məsələyə də toxunur ki,
əhalinin danışığı da şəhər danışığıdır. Əsərdə Əliş, onun arvadı Pəri şəhərli
olublar, öz adət-ənənələrindən ayrı düşüblər. Bir yaşlı nəslin nümayəndəsi olan
Mahmud kişi el-obasına bağlıdı. Mahmud kişi bağlamada tapdığı sapandı nəvəsi
Babəkə verir. Yazıçı burada sapandla avtomatı müqayisə edir. Mahmud kişi
nəvəsinə deyir:“Ver, başına dönüm, aparım saxlayım. Tüfəngini götür, o
yaxşıdır, o yalannandı”.
Hekayənin əvvəlindən axıradək Mahmud kişigilin həyətindəki daşdan
danışılır. Beləki, Mahmud kişi hər dəfə oğluna deyir ki, həyətdə artıq qalan daşı
atmaq lazımdı. Ancaq oğlu Əliş atasına məhəl qoymur. Əslində, daş burda
rəmzdir. Mahmud kişi gecə yuxuda da daşları görür. Bəzən fikirləşirdi ki,
“öləcəyəm, o dünyada yıxacaqlar üstümə ki, o daşı niyə həyətdə qoyub gəldi?!”
Mahmud kişi torpaq adamı idi, torpağın dilini bilirdi. Gübrə ilə böyüyən
yaşıllığa baxıb deyirdi ki, bu bitkilər böyüməyib, şişib. Ancaq oğlu Əlişi
inandıra bilmir. O, hətta bu rəngi, bu şişi oğlu Əlişin də üzündə görmüşdü. O,
çəkinə-çəkinə həmişə oğluna deyirdi ki, içmə o zəhrimarı! Hekayədə biz
Mahmud kişinin timsalında onun vətənə, soy-kökə, adət-ənənələrə bağlılığını,
kənd əhalisinin isə bu adət-ənənələrdən uzaqlaşdığını görürük.“Bu o demək
deyil ki, Mövlud kənd dəyərlərini şəhər dəyərlərindən üstün tutur, yəni kəndi
şəhərə qarşı qoyur... Məsələ bunda deyil, məslə ondadır ki, “kənd camaatı artıq
şəhərli olmuşdu, kənd də şəhər olmaqdaydı” [2, s.36]. Yazıçını düşündürən,
nigaran qoyan da məhz budur.Mövlud Süleymanlının yaradıcılığındakı folklor
motivlərini, mifik təfəkkürü XX əsrdə Qərbdə geniş yayılmış magik realizm və
Dostları ilə paylaş: |