Filologiya məsələləri, 2017
373
söyləməsinin arxasında iki həqiqət vardır.Bu,Firəngizin teatra getməsini eşidib
qəzəblənən,arvad tumanı geyən kişilərin rəngli üzünü qız xeylağının görməsini
namussuzluq hesab edən ata Hacı Zamanla mübahisəsində açılır.”Aslan
bəy:Arvad da kişi kimi bir insandır.Biz analarımızı çarşaf içində cəhalətdə
saxlamışıq.Başqa millətlər...Bir də axı mən də bacımı gizlətsəm,sabah
qlava,qubernator və başqaları mənə də bir vəhşi deyərlər,gülərlər.Mən bir qapıdan
girə bilmərəm...”[1,s.262].Buradan aydın olur ki,Aslan bəy həqiqətən qadını
cəhalətdə görmək istəmir.İkinci yanaşmada maraq doğurur:Aslan bəy öz
mənsəbinə görə çəkinir ki,ona vəhşi deyərlər və bu onun mənsəbinə xələl
gətirər.”Aslan bəy asanlıqla varlanaraq indi yüksək təbəqələrlə yaxınlaşıb-
qohumlaşmaq istəyən bir kəsdir ki,bütün əxlaq prinsipləri qlava və qubernatorun
xoşuna gəlmək,upravada özünə vəzifə tapmaq,kübarlar məclislərinə yol tapmaq
və bu kimi istəklərlə məhdudlaşır”[4,s.35].
Əsərdə Aslan bəy daim öz mənsəbini düşünür və bacısının sevdiyi şəxslə ailə
qurmasına mane olur.Belə ki,o “...kakoy-to bədbəxt,niçtojniy jalkiy,razvratniy
aktyor ki,heç bir xeyrə-şərə buraxmırlar.İt dəftərində də adı yoxdur”[1.s.263] deyə
haqqında danışdığı Oqtaya Firəngizin verilməsinə qəti şəkildə narazıdır və
bacısının istəkləri onun üçün heç bir əhəmiyyət daşımır.Müəllif bununla qadın
azadlığının ziyalı biri tərəfindən məhdudlaşdırıldığını bizə göstərir.
Cəfər Cabbarlı qadınların cəmiyyətdə məruz qaldığı bir sıra
problemlərə,hüquqsuzluqlara neştər vurmaq məqsədi ilə daha da qabarıq
mövzuları qələmə almağa ehtiyac hiss edər.“Vəfalı Səriyyə”də, “Solğun
çiçəklər”də ,”Od gəlini”ndəki qadın qəhrəmanlar dirənişdən uzaq passiv bir qadın
obrazı sərgiləmişlər,cazibə mərkəzi olsalar da,cəmiyyətin tərəqqisində əsas rolu
üstlənəcək bir dirçəliş göstərməmişlər.Bunun ən əsas səbəbini Azərbaycan
cəmiyyətində qadının özünə verilən rolu istər-istəməz qəbul etmək
məcburiyyətində qalması şəklində ifadə etmək yanlış sayılmaz.Bu rolun içində isə
qadının cəhalətdən çıxması,təhsil alması,istədiyi şəxslə ailə qurması,cəmiyyətə
faydası toxunması yoxdur.Bu təsbitdən çıxış edən Cabbarlı qadının yeni
toplumdakı yerini müəyyənləşdirməyə istiqamətlənən düşüncələrini 1928-ci ildə
yazdığı “Sevil” pyesində əks etdirir.Bu pyes Azərbaycan qadınının azadlığını
necə əldə edəcəyini göstərən ən önəmli əsərlərdəndir.
Məlumdur ki , “Sevil” çox böyük əks-sədaya səbəb olmuş,mübahisələrə,fikir
ayrılığına,həm tənqidə,həm də tərifə məruz qalan əsər olmuşdur.”Mühitin
yaratdığı Sevili ittiham edənlər çox,onun ağrılarını anlayan,xilasına,nicatına
çalışan kimsə yoxdur”[3,s.270].Köhnəlik-yenilik çatışması,qadının köləlikdən
qurtulması üçün iqtisadi azadlığını qazanmış olması əsərin ana xəttini təşkil edir.
“Sevil”əsərində zamanın tələblərinə uyğun olaraq qadının azad olması üçün ən
başlıca şərt çadranın atılması idi.Dramaturq qadının cəhalətdən çıxması üçün bu
mövqedə dayanmış və hətta həyat yoldaşı Sona xanımın da çadranı atmasında özü
səy göstərmişdir.Ancaq demək olmaz ki,qadın azadlığı elə çadranı atmaqla izah
olunur.Qadın azadlığı üçün çadranı atmaq problemin bir hissəsi idi.Yəni qadın
ətalətdən çıxmaq üçün ilk növbədə məsələyə çadradan azad olmaqla
Filologiya məsələləri, 2017
374
başlamalıdır.Problemin ikinci tərəfi isə qadının iqtisadi cəhətdən azad olması
idi.Cəfər Cabbarlı bu cəhəti “Sevil” pyesində ustalıqla qələmə almışdır.
Sevil əri Balaşın ona münasibətinə müticəsinə boyun əyən bir qadın
ikən,həqiqətləri görüb dərk etdikdən sonra tərəqqi yolunu seçir,o artıq
tapdalanmayacaq,cəhalət içində batmayacaq,həyatın baş gicəldən oyunlarına qarşı
dayanıqlı olacaqdır.Pyesdə sanki həyat iki zaman kəsiyinə-yenilik və köhnəliyə
bölünmüşdür və biz bu zaman kəsiyinin qarşılaşdırılmasını Sevil obrazında
cəmləndiyinin şahidi oluruq.Müəllif əsərin əvvəlində köhnəliyi,köhnə
düşüncə,köhnə mühitin hakim olduğu bir zaman kəsiyini təsvir edirsə,sonraki
hissələrdə isə köhnəliyi sıxışdırıb aradan çıxaran yeni dövrün və bu dövrün
insanlarını ön plana çəkir.
Cabbarlı Sevilin simasında Azərbaycan qadınının mübarizəsinin təkamül
proseslərini göstərməyə çalışdı.Belə ki,əsərin əvvəlində gördüyümüz Sevil
sonrakı
pərdələrdə gördüyümüzlə eyni deyildir.O,artıq
zəmanənin,dövrün,əsrin,günün qadınıdır.İlk pərdələrdə gördüyümüz
sadəlövh,hüquqsuz,müti,avam qadın getmiş,yerinə ətalətdən çıxaraq dəyişən,
köhnə adət-ənənələrin təsirindən çıxan,savadlı, qəhqəhələrlə danışan biri
gəlmişdir.Sevil bu eyhamları,kinayələri,qəhqəhələri ilə Balaşdan bir növ intiqam
alır ki,bu intiqamın özü də bir şəxsin digər şəxs üzərindəki intiqamı,qələbəsi
deyil,öz tapdanan haqqını axtarıb tapan qadının qələbəsi və
intiqamıdır.C.Cabbarlı dramaturgiyasında fərqlənən obrazlardan olan Sevil qısa
müddət ərzində daxili inkişaf keçirmiş və qarşılaşdığı çətinlikləri sadəcə öz fərdi
problemləri deyil,özü kimi qadınların problemi hesab edərək ictimai problem
səviyyəsinə qaldıra bilmişdir.“Axı,Sevil,bu
əxlaqsızlıqdır,namussuzluqdur.Yox,ola bilməz.Yalvarıram,Sevil,söylə ki,bunların
hamısı yalandır” deyən Balaşa Sevil bu cür cavab verərək qadınların qarşılaşdığı
problemləri dilə gətirir:
Sevil:Namus!Ha...ha...Nədir namus?..Yalnız qadınların daşıyacağı bir yükdür.Sən
hər gün beş dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən,kimsə
sənə namussuz demirdi...”[2,s.52]
Görkəmli sənətkar “Sevil” pyesində Azərbaycan qadınının hüquqsuzluğunun
çıxış yollarını göstərmiş olsa da,əsərin sadəcə şəhər həyatı və şəhər qadınlarının
aydınlanmasına xidmət edərək məhdud dairədə qalması bir başqa əsərin ortaya
çıxmasına zəmin yaratmışdır.Beləliklə,dramaturq kənd insanının,qadınının
aydınlanmasına həsr etdiyi “Almaz” (1930) pyesini yazır.“Bilavasitə sosializmin
özünün hərəkətini,ziddiyətli tərəflərini isə C.Cabbarlı ilk dəfə “Almaz” pyesində
göstərir”[6,s.140].
Pyesin qadın qəhrəmanı Almaz öz ideallarından və fikirlərindən əl
çəkməyən,qadınların haqlarını,hüquqlarını öz əllərinə almasına səy
göstərən ,savadlı,şərəfli bir kənd müəlliməsidir.”Almazın arzusu kəndi öz
mənimsədiyi ideyalara uyğun salmaqdır.Uşaqlara dərs deməklə kifayətlənməyən
bu kənd müəlliməsi gəldiyi ilk gündən kəndin bütün işlərinə birbaşa müdaxilə
edir”[5,s.38].Almaz qadın azadlığının iqtisadi azadlıqdan keçdiyinə ürəkdən
Dostları ilə paylaş: |