Filologiya məsələləri, 2017
377
TÜRKAN MURADOVA
ADU
muradof-turac@mail.ru
MÖVLUD SÜLEYMANLININ HEKAYƏLƏRİNDƏ FOLKLOR
MOTİVLƏRİ
Açar sözlər: folklor, mif, motiv,
süjet
Keywords: folklore, myth, motif, plot
Ключевые слова: фольклор, миф, мотив, сюжет
Mövlud
Süleymanlı çağdaş Azərbaycan nəsrinin tanınmış nümayəndələ-
rindən biridir. O, müasir Azərbaycan ədəbiyyatının, nəsrinin inkişafında müstəs-
na xidmətləri olan yazıçılardandır. Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş
Mövlud Süleymanlının orijinal yazı manerası, milli düşüncə, etnoqrafik
elementlərin bolluğu ilə seçilən əsərləri vardır. Yaradıcılığa lirik şeirlərlə başlasa
da, yazıçının sonrakı yaradıcılığı göstərdi ki, onun stixiyası məhz nəsrdir. Bu
baxımdan müasir ədəbiyyatımızı nəsr sahəsində-roman, povest, hekayələrlə
zənginləşdirmişdir. 1970-ci illərdən başlayaraq Mövlud Süleymanlının
mətbuatda hekayələri və povestləri çap olunmağa başladı və tezliklə ədəbi
mühitin diqqətini cəlb etdi, ən başlıcası, oxucuların böyük marağına səbəb oldu.
Çünki yazıçının əsərlərində bir əlvanlıq var, yazıçının dili, üslubu çox rahatdır,
aydındır, oxucu tərəfindən başa düşüləndir, ən əsası isə yazıçının əsərlərində biz
qədim adət-ənənələrimizi görürük, yazıçı tez-tez xalq ifadələrindən, canlı
danışıq dilindən istifadə edir. Bu xüsusiyyətlər əsəri daha maraqlı edir, oxucunu
əsərə bağlayır, oxucuda əsərə qarşı maraq oyadır.Yazıçının hekayələrinə,
ümumiyyətlə, bütün əsərlərinə nəzər salsaq görərik ki, əsərlərində Azərbaycanın
milli-mənəvi dəyərlərinin təbliğinə geniş yer ayırmışdır. M.Süleymanlının
yaradıcılığını fərqləndirən, səciyyələndirən başlıca amillər ondan ibarətdir ki,
əsərlərindən məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri,
folklor qaynaqları kimi bəhrələnmək mümkündür.
Mövlud Süleymanlı nəsrində folklora, xalq yaradıcılığına ardıcıl, sistemli
şəkildə müraciət etmişdir. Yazıçı nəyinki əsərlərində, həm də bir sıra
fəaliyyətində folklora böyük maraq göstərmişdir. O, əsərlərində folklor
motivlərinə müraciət etməklə müasir dövrdə folklorumuzu, xalq
yaradıcılığımızı inkişaf etdirmişdir. Yazıçının yaradcılığındakı bu motiv, yəni
folklordan istifadə milli özünüifadənin təcəssümüdür. “Əgər bədii sənətdə milli
kolorit güclü və vüsətlidirsə, obrazlar milli dəyərlər və adət-ənənələrlə möhkəm
bağlıdırlarsa, onlar milli təfəkkürə, canlı duyğu və təxəyyülə malik insanlar kimi
yadda qalırlarsa, bunun başlıca səbəblərindən biri folklorla əlaqələrin qırılmaz
və dərin olmasıdır” [4, s.51]. Bu baxımdan Mövlud Süleymanlının əsərlərindəki
güclü xəlqi kolorit, xalq yaradıcılığından qaynaq götürmüş mövzu, süjet və
obrazlar onun bütün varlığı ilə milli-mənəvi dəyərlərə bağlı olduğunun, xalq
ruhu ilə nəfəs aldığının əyani ifadəsidir.
Filologiya məsələləri, 2017
378
Mövlud Süleymanlının hekayələrində folkor motivlərinə müraciət etməsi
yeni hadisə deyildi. Ədəbiyyatımızda hər zaman folklora, folklor süjetlərinə
böyük maraq olmuş, ən qədim zamanlardan yazıçılar öz əsərlərində folklor
motivlərindən, nümunələrindən istifadə etmişlər və bu ənənə bugünümüzə qədər
davam etdirilmişdir. Hər zaman folklor və onun motivləri yazılı ədəbiyyata
mövzu və forma verir, ədəbiyyatın milli xarakterini müəyyənləşdirir. Ona görə
də yazılı ədəbiyyat hər zaman folklordan bəhrələnmişdir. Beləki, Xaqani Şirvani,
Nizami Gəncəvi, Füzuli, Vaqif, Vidadi, Zakir, Nəcəf bəy Vəzirov və s. folklora,
xalq zəkasına, el sözünə müraciət edib, ondan bəhrələnmişlər. Bu ənənə-folklor
motivlərinə müraciət müasir dövrdə də davam etdirilmişdir. Mövlud Süleymanlı
da hekayələrində, ümumiyyətlə bütün yaradıcılığında folklor motivlərindən
bəhrələnmişdir.Yazıçı bu ənənəni özünəməxsus şəkildə əsərlərində davam
etdirmişdir. Ədəbiyyatımızdakı əsərlərə nəzər salsaq görərik ki, az yaradıcı
sənətkar tapmaq olar ki, onun əsərləri xalq dilindən, folklor qaynaqlarından
qidalanmasın.
Mövlud Süleymanlının nəsrində hekayələri öz əlvanlığı, fərqliliyi, mövzu
müxtəlifliyi ilə seçilir. Yazıçının hekayələrinin əsas xüsusiyyətlərindən biri
hekayələrində folklor motivlərindən istifadə, folklor nümunələrinə müraciət
etməsidir. Azərbaycan folkloru, söz sənəti hər zaman M.Süleymanlının diqqət
mərkəzində olmuşdur və bütün yaradıcılığı boyu folklor süjetlərinə, folklor
obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə müraciət etmişdir.
M.Süleymanlı hekayələrinin çoxunda folklor motivlərinə müraciəti
görürük.Yazıçı hekayələrində folklor nümunələrindən-atalar sözü və
məsəllərdən, mərasim nəğmələrindən, qarğış, alqışlardan, nağıllardan,
inanclardan, daha çox mifologiyadan, mifoloji süjetdən istifadə etmişdir.
Yazıçının bu hekayələri xəlqi ruhu və milli səciyyəsi ilə seçilmişdir. Bu da
yazıçının milli dəyərlərə, adət-ənənələrə dərin köklərlə bağlılığının sübutudur.
Mövlud Süleymanlının “Yamacda bir kənd”, “Armud ağacının nağılı”,
“Füşkürək”, “Dünyanın işığı”, “Sapand”, “Ayın aydınlığında”, “Çoban İbrahim
və velosiped”, “Quru kəllə”, “Qaraca kişinin yaylaqları”, “Qar” və s.
hekayələrində folklora istinad etməklə əsərlərində xəlqi kolorit yaratmışdır.
Folklora müraciət yazıçı yaradıcılığının üzvi tərkib hissəsinə çevrilmişdir.
Yazıçının hekayələrində folklor mədəniyyətimizin daha dərin qatı olan
əski inanclara və mifoloji yaddaşa müraciət ədibin yaradıcılığında özünəməxsus
yer tutur. Xalqımızın əski, qədim inanclara bağlılığını, inamını əks etdirən ən
bariz nümunələrindən biri “Armud ağacının nağılı” hekayəsidir. “Etnoqrafik
hekayə” kimi janr statusu verdiyi əsərdə, həqiqətən də, el arasında yaşayan bir
üsulla, qurumaqda olan ağacı daş-dəmir, balta, küylə qorxudub həyata
qaytarmaqdan söhbət gedir. [2, s.43] Hekayənin məzmunu belədir ki, kənd
həyatı təsvir olunur, təbiətin təsviri verilir, yaz fəsli gəlib və Mahmud kişi
günlərin bir günü görür ki, bağındakı armud ağacı tumurcuqlanmayıb, ağacın
canındakı ölümü duyur və bu hadisədən narahat olur:“Qorxa-qorxa ağacın
başına dolandı, cücərti görə bilmədi. Dünyagörmüş kişiydi, ağacın canındakı
ölümü duyub Telli qarını səslədi:
Dostları ilə paylaş: |