Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə145/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   139   140   141   142   143   144   145   146   147

Filologiya məsələləri, 2017 
 377
                                                                     TÜRKAN MURADOVA                  
ADU 
muradof-turac@mail.ru 
 
MÖVLUD SÜLEYMANLININ HEKAYƏLƏRİNDƏ FOLKLOR 
MOTİVLƏRİ 
                                         
Açar sözlər: folklor, mif, motiv, 
süjet 
    
Keywords: folklore, myth, motif, plot  
Ключевые слова: фольклор, миф, мотив, сюжет 
 
 Mövlud 
Süleymanlı çağdaş Azərbaycan nəsrinin tanınmış nümayəndələ-
rindən biridir. O, müasir Azərbaycan ədəbiyyatının, nəsrinin inkişafında müstəs-
na xidmətləri olan yazıçılardandır. Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş 
Mövlud Süleymanlının orijinal yazı manerası, milli düşüncə, etnoqrafik 
elementlərin bolluğu ilə seçilən əsərləri vardır. Yaradıcılığa lirik şeirlərlə başlasa 
da, yazıçının sonrakı yaradıcılığı göstərdi ki, onun stixiyası  məhz nəsrdir. Bu 
baxımdan müasir ədəbiyyatımızı  nəsr sahəsində-roman, povest, hekayələrlə 
zənginləşdirmişdir. 1970-ci illərdən başlayaraq Mövlud Süleymanlının 
mətbuatda hekayələri və povestləri çap olunmağa başladı  və tezliklə  ədəbi 
mühitin diqqətini cəlb etdi, ən başlıcası, oxucuların böyük marağına səbəb oldu. 
Çünki yazıçının əsərlərində bir əlvanlıq var, yazıçının dili, üslubu çox rahatdır, 
aydındır, oxucu tərəfindən başa düşüləndir, ən əsası isə yazıçının əsərlərində biz 
qədim adət-ənənələrimizi görürük, yazıçı tez-tez xalq ifadələrindən, canlı 
danışıq dilindən istifadə edir. Bu xüsusiyyətlər əsəri daha maraqlı edir, oxucunu 
əsərə bağlayır, oxucuda əsərə qarşı maraq oyadır.Yazıçının hekayələrinə, 
ümumiyyətlə, bütün əsərlərinə nəzər salsaq görərik ki, əsərlərində Azərbaycanın 
milli-mənəvi dəyərlərinin təbliğinə geniş yer ayırmışdır. M.Süleymanlının 
yaradıcılığını  fərqləndirən, səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, 
əsərlərindən məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, 
folklor qaynaqları kimi bəhrələnmək mümkündür. 
         Mövlud Süleymanlı nəsrində folklora, xalq yaradıcılığına ardıcıl, sistemli 
şəkildə müraciət etmişdir. Yazıçı  nəyinki  əsərlərində, həm də bir sıra 
fəaliyyətində folklora böyük maraq göstərmişdir. O, əsərlərində folklor 
motivlərinə müraciət etməklə müasir dövrdə folklorumuzu, xalq 
yaradıcılığımızı inkişaf etdirmişdir. Yazıçının yaradcılığındakı bu motiv, yəni 
folklordan istifadə milli özünüifadənin təcəssümüdür. “Əgər bədii sənətdə milli 
kolorit güclü və vüsətlidirsə, obrazlar milli dəyərlər və adət-ənənələrlə möhkəm 
bağlıdırlarsa, onlar milli təfəkkürə, canlı duyğu və təxəyyülə malik insanlar kimi 
yadda qalırlarsa, bunun başlıca səbəblərindən biri folklorla əlaqələrin qırılmaz 
və dərin olmasıdır” [4, s.51]. Bu baxımdan Mövlud Süleymanlının əsərlərindəki 
güclü xəlqi kolorit, xalq yaradıcılığından qaynaq götürmüş mövzu, süjet və 
obrazlar onun bütün varlığı ilə milli-mənəvi dəyərlərə bağlı olduğunun, xalq 
ruhu ilə nəfəs aldığının əyani ifadəsidir. 


Filologiya məsələləri, 2017 
 378
      Mövlud  Süleymanlının hekayələrində folkor motivlərinə müraciət etməsi 
yeni hadisə deyildi. Ədəbiyyatımızda hər zaman folklora, folklor süjetlərinə 
böyük maraq olmuş,  ən qədim zamanlardan yazıçılar öz əsərlərində folklor 
motivlərindən, nümunələrindən istifadə etmişlər və bu ənənə bugünümüzə qədər 
davam etdirilmişdir. Hər zaman folklor və onun motivləri yazılı  ədəbiyyata 
mövzu və forma verir, ədəbiyyatın milli xarakterini müəyyənləşdirir. Ona görə 
də yazılı ədəbiyyat hər zaman folklordan bəhrələnmişdir. Beləki, Xaqani Şirvani, 
Nizami Gəncəvi, Füzuli, Vaqif, Vidadi, Zakir, Nəcəf bəy Vəzirov və s. folklora, 
xalq zəkasına, el sözünə müraciət edib, ondan bəhrələnmişlər. Bu ənənə-folklor 
motivlərinə müraciət müasir dövrdə də davam etdirilmişdir. Mövlud Süleymanlı 
da hekayələrində, ümumiyyətlə bütün yaradıcılığında folklor motivlərindən 
bəhrələnmişdir.Yazıçı bu ənənəni özünəməxsus  şəkildə  əsərlərində davam 
etdirmişdir.  Ədəbiyyatımızdakı  əsərlərə  nəzər salsaq görərik ki, az yaradıcı 
sənətkar tapmaq olar ki, onun əsərləri xalq dilindən, folklor qaynaqlarından 
qidalanmasın. 
        Mövlud Süleymanlının nəsrində hekayələri öz əlvanlığı, fərqliliyi, mövzu 
müxtəlifliyi ilə seçilir. Yazıçının hekayələrinin  əsas xüsusiyyətlərindən biri 
hekayələrində folklor motivlərindən istifadə, folklor nümunələrinə müraciət 
etməsidir. Azərbaycan folkloru, söz sənəti hər zaman M.Süleymanlının diqqət 
mərkəzində olmuşdur və bütün yaradıcılığı boyu folklor süjetlərinə, folklor 
obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə müraciət etmişdir. 
M.Süleymanlı hekayələrinin çoxunda folklor motivlərinə müraciəti 
görürük.Yazıçı hekayələrində folklor nümunələrindən-atalar sözü və 
məsəllərdən, mərasim nəğmələrindən, qarğış, alqışlardan, nağıllardan, 
inanclardan, daha çox mifologiyadan, mifoloji süjetdən istifadə etmişdir. 
Yazıçının bu hekayələri xəlqi ruhu və milli səciyyəsi ilə seçilmişdir. Bu da 
yazıçının milli dəyərlərə, adət-ənənələrə dərin köklərlə bağlılığının sübutudur.  
       Mövlud  Süleymanlının “Yamacda bir kənd”, “Armud ağacının nağılı”, 
“Füşkürək”, “Dünyanın işığı”, “Sapand”, “Ayın aydınlığında”, “Çoban İbrahim 
və velosiped”, “Quru kəllə”, “Qaraca kişinin yaylaqları”, “Qar” və s. 
hekayələrində folklora istinad etməklə  əsərlərində  xəlqi kolorit yaratmışdır. 
Folklora müraciət yazıçı yaradıcılığının üzvi tərkib hissəsinə çevrilmişdir. 
 Yazıçının hekayələrində folklor mədəniyyətimizin daha dərin qatı olan 
əski inanclara və mifoloji yaddaşa müraciət ədibin yaradıcılığında özünəməxsus 
yer tutur. Xalqımızın  əski, qədim inanclara bağlılığını, inamını  əks etdirən  ən 
bariz nümunələrindən biri “Armud ağacının nağılı” hekayəsidir. “Etnoqrafik 
hekayə” kimi janr statusu verdiyi əsərdə, həqiqətən də, el arasında yaşayan bir 
üsulla, qurumaqda olan ağacı daş-dəmir, balta, küylə qorxudub həyata 
qaytarmaqdan söhbət gedir. [2, s.43] Hekayənin məzmunu belədir ki, kənd 
həyatı  təsvir olunur, təbiətin təsviri verilir, yaz fəsli gəlib və Mahmud kişi 
günlərin bir günü görür ki, bağındakı armud ağacı tumurcuqlanmayıb, ağacın 
canındakı ölümü duyur və bu hadisədən narahat olur:“Qorxa-qorxa ağacın 
başına dolandı, cücərti görə bilmədi. Dünyagörmüş kişiydi, ağacın canındakı 
ölümü duyub Telli qarını səslədi:  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə