Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə144/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   139   140   141   142   143   144   145   146   147

Filologiya məsələləri, 2017 
 375
inanmaqda və qadınları 
təkidlə,israrla fabriklərdə 
işləməyə 
çağırır:”Almaz:Yoldaşlar,sizin arvadlarınızı yaman bir yola çıxartmırıq,doğru 
əməyə çağırırıq.Onları buraxsanız da gələcəklər,buraxmasınız da gələcəklər.Bu 
gün deyilsə,sabah gələcəklər,çünki həyat özü bunu tələb edir.Bunsuz həyat 
irəliləyə bilməz”[2,s.77].Almaz inanır və daima ümidlidir ki,cəmiyyətin 
tərəqqisində qadın bu gün olmasa da,sabah öz hüquqsuzluğunu aradan 
qaldıracaq,”Yeni yol”a yazılacaqdır.Eyni zamanda Almaz müəllimlik etdiyi 
kəndin yetirməsidir  və bizə Almazın istəklərindən aydın olur ki,o ,qədim adət-
ənənələrinin daşlaşdığı bu kənd mühitiylə barışmaq istəmir,köhnəliyi daim tənqid 
edir,mühafizəkar,toxunulmaz qanunlara birbaşa hücuma keçir.O,məscidi qadın 
yurduna çevirməyi təklif edərək kəndliləri özünə qarşı qaldırır: 
“Almaz:Hələlik,bir təklifim də var.Məktəb darısqaldır,maşınlarımız üçün yer 
yoxdur.Kənddə böyük bina bircə  məsciddir.Qərar çıxardın:məscidi qadın 
yurduna,həyətini də uşaq baxçasına çevirək. 
Hacı Əhməd:Necə?Məscidi bağlayaq?Məscidi oyunbazxanaya döndərək? 
Kəndlilər:Ayə,məscid nə olsun dedi? 
Ocaqqulu:Vay,məscidlərə at bağlamaq istəyirlər.Kül başımıza.Ay camaat,ay 
müsəlmanlar,nə üçün dayanmışsınız?Daha Sahibin zühuruna az 
qalıbdır,cahaddır,cahad!Məscidlərə at bağlayırlar”[2,s.81]. 
       Almazın bu dialoqundan və əsər boyu dilə gətirdiyi fikirlərindən,amalından 
aydın olur ki,o artıq yeni dövrün insanıdı,bir növ Sevilin davamıdı. “Mürəkkəb 
epoxal münasibətləri əks etdirən “Almaz pyesində hadisələrin cərəyan etdiyi dövr 
varlı və ortabab təsərrüfatları sıxışdırıb  məhdudlaşdırmaq,nəhayət,ləğv etmək  və 
sıradan çıxarmaq kimi sovet siyasətinin həyata keçirildiyi dövrdür.Lakin hələ 
qolçomaqların bir sinif kimi tamamilə ləğv olunması haqqında qərarın verildiyi 
1929-cu il deyil.Ucqar olduğu üçün sovetləşmə hələ bu kənddə özünə möhkəm 
yer tapa bilməyib”[5,s.36].                                                                                             
      Cəfər Cabbarlı “Almaz”əsərində Almazın simasında mərd,öz idealları naminə 
daima mübarizə aparan,şərəfli,azad qadın obrazını yaratmışdırsa,əsərin digər 
qadın qəhrəmanı olan Yaxşının timsalında da hüququ,haqqı tapdanan,avam bir 
qadını göstərmişdir. 
      “Almaz”pyesində  də qadın azadlığına,tərəqqisinə,ətalətdən çıxmasına qarşı 
çıxan obrazlar vardır ki,bunlar  İbad,Balarza kimi şəxslərin timsalında verilmişdir. 
      Göründüyü  kimi,Cəfər Cabbarlı gender ayrı-seçkiliyi məsələsi üzrə daim 
düşünmüş,əsərlərində qadın azadlığını önə  çəkərək onların təhsil 
almaq,oxumaq,seçmək haqlarının olduğunu dönə-dönə vurğulamış,qadın 
hüquqsuzluğunun həll yollarını göstərərək onun aradan qaldırılması üçün böyük 
səy göstərmişdir. 
 
Ədəbiyyat 
1.
 
Cəfər Cabbarlı.Əsərləri.II cild.Bakı,2005 
2.
 
Cəfər Cabbarlı.Əsərləri.III cild.Bakı,2005 
3.
 
Rüstəmli A.”Cəfər Cabbarlı və ədəbi-mədəni mühit” Bakı,2010 


Filologiya məsələləri, 2017 
 376
4.
 
Məmmədova Ə.”İngilis və Azərbaycan dramaturgiyasında sosial problemin 
qoyuluşu” Bakı,2008 
5.
 
 Məmmədova S.”30-cu illər gerçəkliyinin C.Cabbarlı dramaturgiyasında 
inikası”Bakı,2001 
6.
 
Məmməd T.”XX əsr Azərbaycan dramaturgiyasının poetikası” Bakı,2004. 
 
MAMMADOVA ULVIYYA 
PROBLEM OF GENDER AT THE DRAMA OF CAFAR CABBARLI 
SUMMARY 
         In XX century,Jafar Jabbarli has become one of the greatest personalilities 
for Azerbaijan’s literature.He has always thought about fortune of his people and 
deal with various themes in his works.Gender problem is one of his topics.Jafar 
Jabbarly has thought about this problem not only at the beginning of his career,but 
also recent years of his.He has tried to find the best way to solve gender 
problem.He talked about the problems which have broken the rights of women 
and made towards women in society.He wanted to raise awareness of this 
controvelsial issue.He wrote about women who have faced obstacles in 
developing community,showed effective ways to overcome these problems.Even 
though he wrote his works about gender balance in xx century,todays again we 
notice these issues in our society.Therefore his works keep their  actuality for 
these days,we can use stat of his works when we can use stat of his works when 
we try to uniform society about gender problem. 
 
МАМЕДОВА УЛЬВИЯ 
 
ПРОЛЕМА ГЕНДЕРА В ДРАМАТУРГИИ ДЖАФАРОВ 
ДЖАББАРЛЫ 
 
РЕЗЮМЕ 
         Знаменитый Азербайджанский драматург Джафар Джаббарлы дал без 
ценные  драмы,пьесы на Азербайджанскую литературу в ХХ век.Он всегда 
думал  о  будущее  своего  народа  и  писал  разные  статье  щ 
несправедливость.Ранние  сатирические  стихи  и  рассказы  направлены 
против    социоального  наренства,женского  бесправия  и  отсталости.И  в 
начале  и  во  время  его  творчестве  он  часто  думал  как  уличшить  ети 
проблемы.Драматург  описывал  несправедливость  котороя  не  дала 
женщинам говорит об их мечты и интересы.Он пытался дать информации о 
разные  состяние  женщин  живущих  в  мучений.Все  эти  проблемы  и 
неравенства  среди  мужчин  и  женщин  заставил  его  думать  об  улучшение 
проблемы.Чтобы  улучшать  ети  проблемы  Джафар  Джаббарлы  всегда 
старался и работал с усилием. 
                                                                                        
 Rəyçi:f.f.d. A.X.Zeynalova 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə