Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə142/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   139   140   141   142   143   144   145   146   147

Filologiya məsələləri, 2017 
 370
Felyetonda hər hansı bir şəxsə ünvanlanmış xeyir-duala ifadələri 
asanlıqla hərfi tərcümə olunur. Mətndə müraciət  şəklində verilən  əzizləmə 
sözlərini tərcümədə  müxtəlif cür ifadə etmək mümkündür. Tərcüməçilər 
felyetonların orijinal mənasını, məzmununu ötürmək və canlandırmağa 
çalışırlar. Tərcümə zamanı orijinalın əsl ruhunu vermək lazım gəldiyi zaman 
felyetonun mətnindəki ifadələrdə istifadə olunan bəzi dialekt sözlərin 
mənasının ötürülməsində tərcüməçilər çətinliklərlə qarşılaşırdılar. Beləliklə, 
tərcüməçi tərcümə olunan mətnin orijinalının dilinin məxsus olduğu xalqın 
ənənələrini, xüsusiyyətlərini nəzərə almalıdır. 
 
ASHURBAYLI E.A. 
 
MANNERS OF ADDRESS AND TEIR FEATURES OF REFLECTION 
IN THE TRANSLATION (ON THE MATERIAL FEUILLETONS 
J.MAMMADGULUZADA)  
 
SUMMARY 
 
     In this article based on translations of feuilletons of J.Mammadguluzada 
the author explores the different methods used by translator to express 
expressive words and expressions, varieties of emotional and expressive 
style. While translating abusive language translator has resorted to tracing 
method. The tracing method from traditional curses allows the translator to 
preserve the exact literal meaning of the original curses and characteristic 
feature. While translating spells translator uses a verbatim literal translation. 
    Appeal  forms  used  in  the  feuilletons of J.Mammadguluzada often 
untranslatable, which creates difficulties for the translator. Expressions of 
blessings addressed to some person in the feuilleton are easily amenable for 
literal translation. Caressing words, which are given in the text in the form of 
appeals, during the translation, allow various forms of embodiment. 
Translators are trying to convey and recreate the original content of 
feuilletons. In conveying some dialectal words used in the appeals in the text 
of feuilletons, translators faced difficulties when it came to recreate the true 
spirit of the original while translating. Thus, the translator must take into 
account the traditions of the people, from which language translation is done. 
 
Rəyçi: Hacıyeva Almas  
            filologiya elmləri namizədi, dos 


Filologiya məsələləri, 2017 
 371
MƏMMƏDOVA ÜLVİYYƏ  
ADU 
Açar sözlər:gender problemi,qadın azadlığı,hüquqsuzluq,bərabərlik 
Keywords:gender problem,women freedom,lawlessness,equality 
Ключвые слова:гендерная проблема,свобода 
женщины,безправие,равенство 
 
Cəfər Cabbarlının dramaturgiyasında gender problemi 
        XX  əsr Azərbaycan  ədəbiyyatının görkəmli simalarından olan Cəfər 
Cabbarlı az yaşayıb fəqət çox yazmış,çoxsahəli yaradıcılıq yolu 
keçmişdir.Görkəmli sənətkarımız  daima xalqın taleyini düşünmüş,bir çox 
problemlərin həlli baxımından  əsərlərində müəyyən mövzulara yer 
ayırmışdır.Bunların içərisində “gender problemi” mövzusu da vardır 
ki,C.Cabbarlı  istər yaradıcılığının ilk,istər son illərində  hekayə və  dramlarında 
bu problemə toxunmuş  və onun aradan qaldırılması yolları üzərində 
düşünmüşdür. 
       Dramaturqun  ilk  səhnə  əsəri “Vəfalı  Səriyyə” yaxud “Göz yaşları içində 
gülüş” (1915)  pyesidir ki,burada qadın azadlığı problemi bariz bir şəkildə gözə 
çarpır.Müəllif  əsər vasitəsilə qadın hüquqsuzluğunu,ictimai mühiti  və feodal 
sinfinin mənəvi-əxlaqi  eybəcərliklərini tənqid atəşinə tutmuşdur.Burada hadisələr 
ailə-məişət fonunda baş verir. Əsərdə müəllif Səriyyənin simasında 
dövrün,zamanın yetişdirdiyi hüquqsuz bir qadın obrazını  əks etdirmişdir.Bu elə 
bir mühitdir ki,orada patriarxal tayfa əxlaqı,dərəbəylik təsəvvürləri 
hakimdir.Səriyyənin Rüstəmi sevməsi,Qurbanın təklifinə etirazı,eləcə  də 
başqasının adaxlısı olması dramın mənfi obrazları-Həmzə,Qurban,Çimnaz,Camal 
üçün heç bir əhəmiyyət kəsb etmir,çünki bu mənfi obrazların təsəvvüründə 
onların tayfa əxlaqından yüksəkdə,patriarxal qaydalardan güclü heç nə yoxdu. 
        Həmzə və Çimnazın bu dialoquna diqqət yetirək: 
“Həmzə:Sən necə bilirsən,ay Çimnaz?Mən deyirəm ki,bu sözü Səriyyəyə deyək. 
Çimnaz:Səriyyə nə itdir ki,bir də ona məsləhət edək.Mən razıyam,vəssəlam! 
Həmzə:Yox deyirəm,axır ki,ona deyək.Sözdür də,razı olar...olar,olmaz...onda 
canını çıxardıb güc ilə razı edərik”[1,s.9]. 
Dialoqdan da açıq görünür ki,patriarxal feodal cəmiyyətində qadın nə  dərəcə 
hüquqsuz bir varlıqdır və onun heç bir söz haqqı yoxdur.Əgər Səriyyə etirazını 
bildirirsə o zaman zor ilə,güc ilə qarşılaşır və ölümlə  təhdid olunur.Dramaturq 
müxtəlif epizodlarda bu dərəbəylik qayda-qanunlarının və  təsəvvürlərinin hələ 
tam mənası ilə  fəaliyyət göstərdiyini bir neçə yerdə bildirir.Məsələn,Həmzə 
Səriyyənin taleyi haqda deyir:”Biz nikah eləyərik,iş düzələr,düzəlməz,necə bayaq 
dedim,doğrarıq və aparıb tullarıq.Heç kəs də onun burda olduğunu 
bilmir”[1,s.12].Həmzənin bu nitqindən aydın olur ki,Səriyyənin yaşadığı  mühit 
hələ öz daxili,məhdud patriarxal qaydalarından kənara çıxmır,həmin qaydalarla 
da yaşayır.Belə bir avtoritar feodal qaydaları  və  əxlaqı ilə yaşayan bir mühitdə 
Səriyyənin-qadınların hüququnu qorumaq üçün müəllif çar Rusiyasının hüquqi 
orqanlarını sonda əsərə  cəlb edir.Çarizmin idarə orqanlarının nümayəndələri öz 


Filologiya məsələləri, 2017 
 372
müdaxilələri ilə Səriyyə və Rüstəmin qovuşmasına yardım edir və ədalət bərpa 
olunur. 
       XIX  əsrin sonu-XX əsrin  əvvəllərində Azərbaycan teatrı  hələ öz 
problemlərini həll etmiş sayılmır və xalq teatr mədəniyyətindən demək olar 
ki,uzaq idi.Bu problemdən çıxış edən Cəfər Cabbarlı teatrın topluma 
aşılanmasında və Azərbaycan qadınlarının teatra aktiv qatılmaları üçün “Oqtay 
Eloğlu”(1922) əsərini yazır. 
       Əsərdə maddi çətinliklərə görə teatrların səhnələşdirilməsində müəyyən 
sıxıntılar çəkilməkdə,aktyorların  əmək haqları  çətinliklə qarşılanmaqdadır.Teatr 
üçün bunlardan daha çətin olanı isə yerli qadın aktrisa tapmağın imkansızlığına 
görə qeyri-millətdən olan,xüsusilə,rus və gürcü aktrisalarla işləmək 
məcburiyyətinin yaranmasıdır.Milli teatrın tərəqqisi üçün mütləq bir şəkildə yerli 
qadın aktrisaya ehtiyac duyulur.Çünki yerli dili və  mədəniyyəti yetərincə 
bilməyən qeyri-millətdən olan aktrisalar səhnədə təsirsiz qalmaqdadır və  beləcə 
teatr sənəti  inandırıcılıqdan uzaq,süni bir dünyanı xalqa,topluma izlədir ki, bu da  
teatrın  istiqamətverici,yönləndirici kimi funksiyasından uzaqlaşmasına səbəb 
olur.Başqa sözlə desək,teatrın inkişafı üçün xalqın içindən gələn qadınlara ehtiyac 
vardır.Məhz tək amalı milli teatrın tərəqqisi olan Oqtayın nitqində də bu daima öz 
əksini tapır:”Oqtay:...Azərbaycan səhnəsində,Azərbaycan qadınlığının həyatını 
şəxsən keçirmiş bir Azərbaycan qızı,mühitimizdən çıxmış doğma bir yavru 
olmadıqca...”[1,s.254].Oqtay bunu bilir və Azərbaycan qızının bir gün səhnədə 
olacağına daima ümid edir və inanır.Lakin bu dövr elə bir dövrdür ki,nəinki 
səhnədə azərbaycanlı qız görmək qeyri-mümkündür,hətta qadının teatra getməsi 
xoşagəlməz və qəbul edilməzdir. 
        Əsərdə ülvi bir məhəbbətlə yaşayan bacısı Firəngizi meşşan cəmiyyətdə 
özünə nüfuz qazanmaq istəyən,Oqtayı öz ailəsinə uyğun görməyən Aslan bəy öz 
sevgisindən imtina etməyə  məcbur edir və beləliklə,Firəngizin Oqtaya olan 
sevgisi ilə bərabər qadın azadlığı,qadın səadəti məhvə sürüklənir. 
       Firəngiz qardaşının  mənsəbinin qurbanına çevrilir və sevdiyi şəxsə 
deyil,başqa bir adama ərə verilir.Əgər “Vəfalı Səriyyə”də Səriyyəni zor gücü ilə 
Qurbana vermək istəyirlərsə,Firəngizdə isə  məsələ buna nisbətən bir qədər 
mülayimdir.Çünki Firəngiz ziyalı bir qardaşın bacısıdır. 
       Əsərin ziyalı obrazlarından olan Aslan bəyi “Vəfalı  Səriyyə” dramındakı 
Həmzə,Qurban ilə müqayisə etsək,zahirən onların fərqli olduğunu görmək 
mümkündür.Daxildə isə  hər üç  obrazda eyni xüsusiyyət aşkarlanır ki,bu da 
onların qadınlara münasibətdə özünü göstərir.Burada incə bir məqam 
vardır.Aslan bəy oxumuş,savadlı,ziyalı bir şəxsdir və o,cəmiyyətin,qadının 
tərəqqisini,onun oxumasını,teatra getməsini müsbət,lazımı bir hal kimi 
dəyərləndirir,lakin Həmzə və Qurban bu məsələlərdən tamamilə uzaqdır,onlar öz 
məhdud patriarxal düşüncələrindən uzaqlaşmaq istəmir.Ancaq Aslan bəy nə 
qədər qadının cəhalətdən çıxmasına marağı olsa da,bir o qədər də bacısını 
sevmədiyi biriylə evləndirərək onun haqlarını göz ardına edir. 
      Əsərdə Aslan bəyin Firəngizin təhsilinə səy göstərməsi,onun teatra getməsinə 
izin verməsi,ümumiyyətlə,qadının cəhalətdən çıxmasına dair müsbət fikirlər 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə