Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə146/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   139   140   141   142   143   144   145   146   147

Filologiya məsələləri, 2017 
 379
-Ağac quruyur, arvad! [3, s.374]. Arvadı Telli deyir ki, bu hansı  bədbəxtliyin 
xəbəridi? Əsgərlikdəki nəvəmin ağacı quruyur,olmaya uşağın başında bir iş var. 
Buradan görünür ki, Telli qarı  ağacın qurumasını hansısa bədbəxtlik  əlaməti 
kimi görür, bu xalqımızın qədim inanclarından biridir. Mahmud kişi ilə Telli 
qarının təşvişi tədricən bütün kəndə yayılır, hamı ağacın başına, sanki canlı bir 
varlığın yasına yığılır:“Daha eldə, obada da qalmayıb, azza bu yas yeridi daa, 
birciyəzi başına qara bağlamayıb”. Hekayədə başqa bir inancımızı da görürük. 
Beləki, Mahmud kişi deyir ki, ağacı kəsəcəm, doğrayıb odda qalayacam, Telli 
arvad da qonşu qadınlara söyləyir ki, ağacı daşlasınlar və Mahmud kişi ağaca 
balta ilə vurur. Belə etməklə onların məqsədi o idi ki, ağacı qorxudub 
səksəndirsinlər ki, ağac bar versin. Belədə olur, ağac tumurcuqlayır, qonşular 
bayram edirlər, ağacdakı baltanın izini kəlağayı ilə bağlayırlar. Təbii ki, folklor 
nümunələrimizdə el inamı, duası, alqışı qalib gəlir,hekayədə də bu qalibiyyəti 
görürük.Hekayədə bir aqronom əhalidən fərqlənir.O,əhaliyə söyləyir ki, belə 
inanclara inanmayın:“-Belə  şeylə  ağac diriltmək olmaz, gedin işinizdə, 
gücünüzdə olun!”. Ağacın həyata qayıtmasını toy-çalğıyla qeyd edirlər, 
aqronomun “seçilməsi” isə heç kəsin yadına düşmür:“Sonra sinidən fəsəli 
götürüb hərəsinə birini payladı, aqronoma isə lap yekəsini seçib verdi”.Bu 
hekayədə biz xalqımızın qədim adət-ənənələrini, inanclarını  və canlı xalq 
ifadələrini gördük. 
         Yazıçının 1975-ci ildə yazdığı “Füşkürək” hekayəsində  də folklor 
motivlərinə rast gəlirik. “Hekayənin qəhrəmanı  İmran da, onun balaca oğlu 
Elbəy də nağıllar aləmində, dünyasında yaşayırlar”. Hətta məişəti də ata balaca 
oğluna nağıllar quraşdırmaqla izah etməyə çalışır. Beləki, əsər boyu İmran oğlu 
Elbəyə tez-tez nağıl danışır, ata, hətta gündəlikdə baş verən hadisələri 
quraşdıraraq, dəyişdirərək oğluna sehirli nağıl kimi danışır:“Biri var idi, biri yox 
idi, Elbəy bir kəlin qoyun var idi, bir gün... bu kəlin qoyun dedi..-Qoyun 
danışmaz axı, dədə!  -Qulaq as ,məcbur eliyəndə danışır. Bu kəlin qoyun bir 
gün...” Ata bu nağılı  oğlu ilə bazarlığa gedəndə danışır. Yol boyu nə görürsə 
Elbəyə gördüklərini nağıl formasında nəql edir. 
       Elbəyin öz balaca dünyası vardı. O, evdə anası, nənəsinə, baş verən 
hadisələrə  məhəl qoymurdu. Atası ona o qədər nağıl danışmışdı ki, Elbəy 
nağıllar aləmində yaşayırdı, hər hadisəni də nağıl kimi başa düşürdü:“Amma 
Elbəy öz işindəydi. Özünün balaca təpələri vardı, nağıl filmlərdə gördüyü 
güləyən qız üzünə oxşayan günəş kimi günəşi vardı. Dədəsinin danışdığı ağ-ağ, 
qırmızı-qırmızı atlardan ilxısı vardı. Onun bu dünyasına heç bir səs yaxın düşə 
bilmirdi”. [3, s.383] 
         Hekayədə başqa bir inancımızı görürük. Beləki,  İmran oğlu Elbəyə 
səslənəndə uzun-uzadı füşkürək çaldı. “Nənəsi başını qaldırıb gözlüyünü 
düzəltdi. –Elə ona görə  bərəkətimiz yoxdu,-dedi. –Neçə  kərə demişəm evdə 
füşkürək çalma”. Hekayədə ana İmrana  əsəbləşir ki, hər  şeyi nağıla 
döndərmisən, uşaq qalıb tək-tənha, bizə  də nağıl kimi baxır:“-Niyə üzürsən 
uşağın ürəyini, bu nə xasiyyətdi, bilmirəm, səndə? Nə tapmısan nağılı qarada, 
hansımıza xeyir verdi nağıl? Çıxıb dinməz-söyləməz gedə bilməzsənmi, işinə?”. 


Filologiya məsələləri, 2017 
 380
Hekayə belə bitir ki, Elbəy yenə nağıllar aləmindədi, “mən Məlikməmmədəm, 
məni quyuya sallayın”. Mövlud 
Süleymanlı hekayələrində folklor 
motivlərindən, nümunələrindən istifadə etməklə  əsərin məzmununu daha 
maraqlı edir. Yazıçı hekayələrində folklor nümunələrindən olan alqış  və 
qarğışlara tez-tez müraciət edir. Məsələn, “Dumanın, çiskinin qara geysin hey”, 
“Ay çovğun aparsın səni” və s. Bu qarğışlar obrazın dilindən verilməklə yazıçı 
onların dilini xəlqiləşdirir, canlı danışıq dilinə yaxınlaşdırır. Daha sonra 
yazıçının hekayələrində atalar sözü və  məsəllərdən tez-tez istifadə olunur. 
Yazıçının “Sapand” hekayəsi atalar sözü ilə başlayır:“Ay daş atan bəxtəvər 
daşın da bir vaxtı var”. “Sapand” hekayəsində  kənd-şəhər qarşılaşdırılmasını 
görürük. “Ümumiyyətlə, şəhər-kənd qarşılaşdırılması, bu iki dünyanın rəğbəti-
həsədi, bir-birinə  cəlb olunması  və bir-birindən aralanması tema kimi 60-cı 
illərin nəsrində də, şeirində də, 70-ci illər ədəbiyyatında da müəyyən yer tutur [2, 
s.35]. Bu problemlər Mövludu da məşğul edir. “Sapand” hekayəsi demək olar ki, 
bu problemə həsr olunub. Hekayə kəndin təsviri ilə başlayır:“Kənd ev içi kimi 
silinib-süpürülmüşdü. Nə tozu-torpağı vardı, nə palçığı”. Yazıçının 
hekayələrinin demək olar ki, hamısında ya müəllifin, ya təhkiyəçinin dilindən 
kənd həyatı göstərilir, kəndin təsviri verilir. Bu da müəllifin el-obasına, adət-
ənənələrə, folklora, xalq yaradıcılığına bağlılığını göstərir.Hekayədə göstərilir ki, 
“Kənd camaatı artıq şəhərli olmuşdu, kənd də şəhər olmaqdaydı. Daha evlərin 
bacasında tüstü görməzdin.  İndi antenalar, telefon xətləri, işıq xətləri evlərin 
üstündə hörümçək toruna oxşayırdı”. Yazıçı bir məsələyə  də toxunur ki, 
əhalinin danışığı da şəhər danışığıdır.  Əsərdə  Əliş, onun arvadı  Pəri  şəhərli 
olublar, öz adət-ənənələrindən ayrı düşüblər. Bir yaşlı nəslin nümayəndəsi olan 
Mahmud kişi el-obasına bağlıdı. Mahmud kişi bağlamada tapdığı sapandı nəvəsi 
Babəkə verir. Yazıçı burada sapandla avtomatı müqayisə edir. Mahmud kişi 
nəvəsinə deyir:“Ver, başına dönüm, aparım saxlayım. Tüfəngini götür, o 
yaxşıdır, o yalannandı”. 
         Hekayənin  əvvəlindən axıradək Mahmud kişigilin həyətindəki daşdan 
danışılır. Beləki, Mahmud kişi hər dəfə oğluna deyir ki, həyətdə artıq qalan daşı 
atmaq lazımdı. Ancaq oğlu  Əliş atasına məhəl qoymur. Əslində, daş burda 
rəmzdir. Mahmud kişi gecə yuxuda da daşları görür. Bəzən fikirləşirdi ki, 
“öləcəyəm, o dünyada yıxacaqlar üstümə ki, o daşı niyə həyətdə qoyub gəldi?!” 
Mahmud kişi torpaq adamı idi, torpağın dilini bilirdi. Gübrə ilə böyüyən 
yaşıllığa baxıb deyirdi ki, bu bitkilər böyüməyib,  şişib. Ancaq oğlu  Əlişi 
inandıra bilmir. O, hətta bu rəngi, bu şişi oğlu Əlişin də üzündə görmüşdü. O, 
çəkinə-çəkinə  həmişə  oğluna deyirdi ki, içmə o zəhrimarı! Hekayədə biz 
Mahmud kişinin timsalında onun vətənə, soy-kökə, adət-ənənələrə bağlılığını, 
kənd  əhalisinin isə bu adət-ənənələrdən uzaqlaşdığını görürük.“Bu o demək 
deyil ki, Mövlud kənd dəyərlərini  şəhər dəyərlərindən üstün tutur, yəni kəndi 
şəhərə qarşı qoyur... Məsələ bunda deyil, məslə ondadır ki, “kənd camaatı artıq 
şəhərli olmuşdu, kənd də  şəhər olmaqdaydı” [2, s.36]. Yazıçını düşündürən, 
nigaran qoyan da məhz budur.Mövlud Süleymanlının yaradıcılığındakı folklor 
motivlərini, mifik təfəkkürü XX əsrdə Qərbdə geniş yayılmış magik realizm və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə