Filologiya məsələləri, 2017
349
təşbeh adlandırılır. Burada sinə, billura təşbeh edilmişdir. “Əlini sinənə
qoy” ifadəsi eyni zamanda “ağ kağız üzərinə qoyulan pəncə” işarəsini də
xatırladır. Gördüyümüz kimi, beytdə “kağız” sözü “bəyaz” sözü ilə əvəz
edilmişdir. Yəni, şair bənzətmə məqsədi olmadan bir söz yerinə başqa bir
söz işlətmiş və beləcə, məcazi-mürsəl (metanomiya) poetik
kateqoriyasından istifadə etmişdir. “Sineyi-billur, bəyaz kağız” və “əl-
pəncə” ifadələri vasitəsiylə nizamsız ləff və nəşr sənətindən istifadə
edilmişdir.
Nədimin yaradıcılığında məna gözəllikləri ilə yanaşı söz gözəlliyinə
xüsusilə cinasa da geniş yer verilmişdir. Qeyd edək ki, cinas şəkilcə eyni,
mənaca müxtəlif olan sözlərin beyt içində istifadə edilməsidir.
O şuxun sunduğu peymanəyi rədd etməniz əlbət
Anınla böyləcə əhd etmişiz peymanımız vardır. (2, 272)
Məlumdur ki, cinasın bir cox növləri mövcuddur. Nümunə
gətirdiyimiz bu beyt “peymanə” və “peyman” cinasları üzərində qurulmuş
və əlavəli cinas növünə aiddir. Şəkilcə eynicinsli olan peymanə (qədəh) və
peyman (əhd) sözlərindən birinin sonunda istifadə edilən artıq hərf məna
fərqliliyi yaratmışdır.
Divan ədəbiyyatı müxtəlif ifadə vasitələri ilə olduqca zəngin bir
ədəbiyyatdır. Nədim də klassik şərq poeziyasına yaxından bələd
olduğundan divanında bədii ifadə vasitələrinin ən gözəl nümunələrinə rast
gəlirik.
ƏDƏBİYYAT
1. Muhsin Macit, Nedim Divanı, Akçağ yayınları,İstanbul, 1996
2. Abdulbaki Gölpınarlı, Nedim Divanı, İnkilap Kitap evi,İstanbul, 1951
3. Ş. Mikayılov, Ədəbiyyat Nəzəriyyəsi, VIII-X siniflər üçün dərs vəsaiti,
Maarif, Bakı 1986
4. Ahmet
Kabaklı, Türk Edebiyatı, cilt I, Türk Edebiyatı Vakfı yayınları,
İstanbul, 2006
5. Ahmet Mermer, Neslihan Koç Keskin, Eski Türk Edebiyyatı Terimlər
Sözlüğü, Akçağ yayınları, Ankara, 2005.
6. “Əski Türk Ədəbiyyatı El Kitabı, Grafiker Yayıncılık, Ankara, 2006
7. Mahirə Quliyeva. Klassik Şərq Poetikası, Bakı, Yazıçı yayınları, 1991.
8. İskender Pala, Ansiklopedik Divan Şiiri Sözlüğü, cilt I-II,
AkçağYayınları, Ankara, 1989.
ЮСУВОВА АЙГЮИ
СРЕДСТВА ХУДОЖЕСТВЕННОЙ ВЫРАЗИТЕЛЬНОСТИ В
ДИВАНЕ АХМЕДА НАДИМА
РЕЗЮМЕ
Filologiya məsələləri, 2017
350
Средства художественной выразительности являются основным
компонентом диванной поэзии и служат усилению произведения с
художественной точки зрения. Так как Ахмед Надим был близко
знаком с поэзией Востока, он ссылался на имеющиеся поэтические
фигуры этой литературы. Таким образом, поэт в своем Диване создал
лучшие образцы таких средств художественной выразительности, как
художественный вопрос, повторение, художественный контраст,
гипербола, хусну талил и так далее. В Диване Надима поэтическая
фигура художественного вопроса рассматривается с разных аспектов.
Повтор же занимает особое место в творчестве Надима.
Повторяющиеся слова и словосочетания превращаются в средства,
усиливающие смысл стихотворения. Помимо всего этого, в
стихотворениях Надима можно столкнуться с поэтической фигурой
гиперболой и с образцами ее нескольких видов. Так как писатели диван
любили
говорить
красноречиво,
писать
разукрашенные
и
орнаментированные полустишия, иногда можно встретить в одном
двустишии образцы нескольких поэтических категорий. Большое
количество таких двустиший в Диване Надима особо привлекло наше
внимание
.
AYGUN YUSUBOVA
MEANS OF ARTISTIC EXPRESSION IN THE DIVAN
OF AHMED NADEEM
SUMMARY
Means of artistic expression are the main components of Divan poetry
and serve to strengthen the work from the artistic point of view. Since
Nadeem Ahmed was familiar with the poetry of the East, he referred to the
existing poetic figures of the literature. Thus, the poet in his Divan created
the best examples of such means of artistic expression, as an artistic
question, repetition, artistic contrast, hyperbole, Husnu Talil and so on.In the
Divan by Nadeem poetic figure of the artistic question is studied from
different aspects. Iteration plays a special role in the work of Nadeem.
Repeated words and phrases turn into means reinforcing sense of the poem.
Besides all this, in Nadeem's poems one can come across with the poetic
figure of hyperbole and samples of its several forms. Since the divan writers
loved to speak eloquently, and write decorated and ornamented hemistiches,
one can sometimes come across with samples of several poetry categories in
one couplet. A large number of such couplets in Divan by Nadeem quite
catches our attention.
Filologiya məsələləri, 2017
351
NÜŞABƏ MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru
“Naxçıvan” Universiteti
n.memmedova@nu.edu.az
H.CAVİDİN VƏ M.S.ORDUBADİNİN TARİXİ ƏSƏRLƏRİ
Açar sözlər: tarixi roman, H.Cavid, M.S.Ordubadi, Naxçıvan ədəbi mühiti,
ədəbiyyat, tarixi əsər
Ключевые слова: исторический роман, Г.Джавид, М.С.Ордубади,
Нахчыванская литературная среда, литература, историческое
произведение.
Keywords: historical novel: H. Javid, M.S.Ordubadi, Nakhchivan literary
environment, literature, historical works
Ədəbiyyatımızın mühüm qolunu təşkil edən tarixi roman xalqın soykökünü,
mənşəyini, inkişaf yolunu öyrənməkdə mühüm tərbiyəvi əhəmiyyət daşıyır.
“Doğma xalqımızın ulu keçmişini, keşməkeşli taleyini, azadlıq eşqini, milli-
istiqlal uğrunda mübarizə əzmini, zəngin mədəniyyətini, eləcə də qılınc və
qələm mücahidlərinin, dövlət və ictimai xadimlərin, ədəbiyyat və sənət
nümayəndələrinin, bir sözlə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini
əks etdirən tarixi romanlar hər bir oxucunun, xüsusən gənclərin
vətənpərvərlik hissinin və milli iftixar duyğusunun yüksəldilməsində misilsiz
əhəmiyyətə malikdir”(1, 10).
Ədəbiyyatımızın yeni uğurları sırasında tarixi mövzuda yazılmış
əsərləri qeyd etmək vacibdir. C.Cabbarlının «Od gəlini” qəhrəmanlıq dramı,
Ordubadinin “Dumanlı Təbriz”, Y.V.Çəmənzəminlinin “Qızlar bulağı”,
“Qan içində” romanları, S.Vurğunun “Vaqif”, S.Rüstəmin “Qaçaq Nəbi”
dramları bu sahədə atılan ilk addımlar idi. XIX əsrdən əvvəl yazılmış tarixi
əsərlər, əsasən, didaktik-əxlaqi mahiyyət daşımış, bu əsərlərdə tarixilik
prinsipi gözlənilməmişdir.Tarixi janrın yüksəlişi ölkəmizdə 1930-cu illərə
təsadüf edir. Bu illərdən Azərbaycan ədəbiyyatında yeni keyfiyyətli tarixi
roman janrının ilk nümunələri meydana gəlmişdir. Sonrakı illər ərzində tarixi
roman janrı ətrafında bir sıra müzakirə və mübahisələr olmuş, yüzlərlə
məqalə yazılmış, janrın inkişafına diqqəti artırmaq, tələbkarlığı yüksəltmək,
tarixiliyi daha obyektiv mənalandırmaq, sənətkarlığı təkmilləşdirmək
məqsədi daşımışdır. Həmin illərdə tarix elminin inkişafı sahəsində də bir sıra
mühüm nailiyyətlər qazanılmışdır. Bu dövrün yazıçıları da həmin
nailiyyətlərə istinad edir və keçmişə müraciət edəndə hadisələri adi bir
salnaməçi kimi qələmə almırdılar. “Dumanlı Təbriz”, “Döyüşən şəhər”,
“Gizli Bakı”, “Qızlar bulağı”, “Qan içində” əsərləri ədəbiyyatımızda tarixi
Dostları ilə paylaş: |