Filologiya məsələləri, 2017
343
Dəhrin abı ruyisan bu haqdan durdukca dur
Aləm içrə müshəfi-möcız-nişan durdukca dur
Sidre vü Cibrilü Tuba vü canan durdukca dur.
Ey sehi sərvi kərəm bağı cahan durduqca dur.
Gülşəni pür-ziynəti kəvn ü məkan durduqca dur. ( 1,231)
Nədimin divan şairi Razinin şeirinə yazdığı təxmisdən aldığımız bu
parçada gördüyümüz kimi, təkrar edilən “durduqca dur” ifadəsi şeirin təsir
gücünü artıran vasitələrdən birinə çevrilir.
Eyd erişsin baisi şövqü cədid olsun da gör
Seyri Sadabadı sən bir kərrə eyd olsun da gör
Guşə guşə mihrlər mehlər bedid olsun da gör
Seyri Sadabadı sən bir kərrə eyd olsun da gör. ( 1, 243)
Nədim Sadabadda bayram şənliyinə həsr etdiyi bu şərqisində “Seyri
Sadabadı sən bir kərrə eyd olsun da gör” misrasını nəqarət
kimi bütün
bəndlərin sonunda işlədərək təkririn xüsusi bir formasını yaratmış və
beləliklə, şeirin emosional təsirini artırmış, oxucuya çatdirmaq istədiyi fikri
daha da qüvvətləndirmişdir.
Klassik türk şairlərinin yaradıcılığında tez-tez rast gəldiyimiz ifadə
vasitələrindən biri də mübaliğədir. Mübaligə (hiperbola) mənşəyi etibarilə
ərəb sözüdür və “ şişirtmək, böyütmək, üstünlük vermək” mənasını ifadə
edir. Şair oxucunun zehnində qüvvətli bir iz qoymaq məqsədi ilə bir varlığı,
bir hadisəni, nəzərdə tutulan fikri, ideyanı həddindən artıq böyük və ya kiçik
göstərir. Görkəmli ədəbiyyatşünas Əhməd Kabaklının
fikrinə görə,
mübaliğənin şərti sağlam zövq və incə zəkadır. (3,200)
Məscidlərinin hər biri bir lüccəyi ənvar
Kandilləri məh kimi leb-rizi ziyadır. ( 1,85)
Nümunədə gördüyümüz kimi, Nədim İstanbulu vəsf edərkən,
“Məscidlərinin hər birini sanki bir nur okeanı, bu məscidlərin işıqları isə
ay kimi ağzına qədər işıqla doludur”- deyir. Şair İstanbulun məscidlərini nur
okeanına bənzədərkən bu təsvir qarşısında həyəcanlanmış və bu həyəcanın
dərəcəsinə görə mübaliğə poetik kateqoriyasında məharətlə istifadə
etmişdir.
Güllü diba geydin amma qorxuram azar edər
Nazəninin sayəyi xarı gülü diba səni. ( 2,352)
Məlumdur ki, mübaliğənin bir sıra növləri mövcuddur. Bunlardan biri
də, ədəbiyyatşünaslıqda guluvv dərəcəsində mübaliğə adlandırılır. Bu növə
əsasən, hər hansı bir varlıq təsvir edilərkən mübaliğənin
ifrat dərəcəsindən
istifadə edilir. Yuxarıda verilmiş beytdə Nədim bir gözələ səslənərək, “Ey
nazlı sevgilim, gül naxışlı ipək bir paltar geyinmisən, amma qorxuram ki, o
ipək paltarın üzərindəki gülün tikanının kölgəsi səni incidər” deyir. Şairin bu
beyti mübaliğənin bu növünə tipik nümunədir.
Ədəbiyyatşünaslıqda mübaliğə poetik kateqoriyasının əksi “lilota”
adlanır. Lilota yunan sözü olub, kiçiltmək, əhəmiyyətsizləşdirmək,
miqyasını kiçiltmək mənasını ifadə edir. Divan ədəbiyyatında bir hadisəni
Filologiya məsələləri, 2017
344
həddindən artıq şişirtməklə yanaşı həddindən artıq kiçiltmək də lilota
vasitəsi ilə mümkündür. Lilota bədii ifadə vasitəsinə aid nümunələrə
Nədimin divanında da rast gəlirik.
Şöylə gird olmuş Firəngistan
birikmiş bir yerə
Sonra gəlmiş guşəyi əbruda xal olmuş sənə. ( 1, 273)
Şair bu beytdə Firəngistanın bir yerə yığılıb, sonra da sevgilinin
qaşının ucunda xal olduğunu söyləyərək, qüvvətli lilotadan istifadə
etmişdir.
Divan şairləri şeirlərində cox tez-tez müraciət etdikləri poetik
kateqoriyalardan biri də kinayədir. Kinayə ərəb sözüdür və tənə etmək,
toxunmaq mənasını bildirir. Divan şairləri açıq söylənməsi mümkün
olmayan duyğularını ifadə etmək üçün bu bədii ifadə vasitəsindən istifadə
etmişlər.
Onu da qeyd edək ki, kinayə yalnız bu məqsədlə deyil, eyni
zamanda ifadəyə zənginlik, rahatlıq qatmaq üçün də istifadə edilir.
“Kinayə üçün xarakterik cəhət ondan ibarətdir ki, fikrin ifadə tərzi onun
məzmununa, daxili mənasına qarşı qoyulur, ifadəyə, danışığa emosianal təsir
göstərilir” (3,165)
.
Çeşmi əburya qafadarsan ey zülfü siyəh
Sən də kafirsən o kafirlərə imdadın üçün. ( 2,315)
Nədim bu beytdə, “Ey zülfi-siyah (qara saç), sən də sevgilinin gözü
və qaşı ilə bir başda yerləşdiyin üçün onlarla yaxşı anlaşırsan. Kafirlərə
kömək etdiyin üçün sən də kafirsən”- deyir.
Bildiyimiz kimi, beytin ilk
misrasında istifadə edilən “qafadar”sözünün lüğəti mənası düşüncə
baxımından bir-birinə uyğun olan insan deməkdir. Şair, həm saçın, gözün və
qaşın eyni başda yerləşməsini (həqiqi məna) həm də, eyni düşüncəyə sahib
olmalarını (məcazi məna) işarə etmişdir. Bu beytdə kinayə sənəti vardır.
Çünki divan şeirində kinayəli işlənən söz və ya ifadənin biri həqiqi, biri də
məcazi olmaqla iki mənası nəzərdə tutulur. Bu sözü və ya ifadəni hər iki
mənada dəyərləndirmək mümkündür. Lakin kinayə poetik fiqurundan
istifadə edən
divan şairi, sözün və ya ifadənin həqiqi mənasını qeyd edərkən,
mütləq olaraq məcazi mənasını da nəzərdə tutmalıdır.
Sən kim gəlsin məclisə bir yer mi bulunmaz
Baş üzrə yerin var. ( 2, 286)
Türk dilində deyimlərin əksəriyyəti məcazi mənada istifadə edildiyi
üçün kinayəli sözlər hesab olunur. Bu cəhətdən, Nədimin şeirlərinə də nəzər
yetirdikdə kinayə poetik kateqoriyasına aid nümunələrə daha çox rast
gəlirik. Çünki Nədim, yaradıcılığında ən çox
deyim istifadə edən divan
şairləri arasında müstəsna yerə sahib olan bir şairdir. Verilmiş nümunədə
“baş üstə yerin var” deyimi ilə şair kinayə sənətindən ustalıqla istifadə
etmişdir.
Divan ədəbiyyatında bu poetik vasitələrlə yanaşı hüsnü təlil poetik
fiquru da geniş yayılmışdır. “Hüsnü təlil” ifadəsi ərəbcədir, lüğəti mənası
isə bir hadisənin yaranma səbəbi (həqiqi) gözəl və eyni zamanda xəyali bir
səbəblə əvəz olunmasıdır. Divan şairi həqiqi səbəbi bildiyi halda, onu