Filologiya məsələləri, 2017
359
naqlanaraq IX-XI əsrlərdə Oğuz türkləri arasında yayılmağa başlamışdır. Dədə Qorqud
yer üzündə tarixin yaşayan ruhudur. İnsanın dahiliyi, yaradıcılığı, Allah mənbəyidir. O,
bir ruhani insandır ki, insanlığın eybəcər keyfiyyətlərinə qarşıdır. Bir ruhani xüsusiyyət-
dir ki, nə elmləri, nə millətləri, nə də ayrı-ayrı kültürləri qarşı-qarşıya qoyur. O, əsrlər
boyu yaradıcılığın konsepsiyasıdır. Başqa sözlə, Dədə Qorqud dəyişməyən qüdrət, xü-
susiyyətdir insanlıq tarixində. O, yaradıcılıq qüdrəti, insani keyfiyyətləri, məhəbbəti yer
üzündə cəm edir. Bir sözlə, o, türk xalqlarının ruhani atasıdır” (8, 13, 14).
Vətənpərvərlik duyğuları Q.S.Təbrizinin bütün yaradıcılığında ifadə olunmuşdur.
Onlar xalqın həyatını yaxşılaşdırmaq, zəmanənin hərəkəti, tərəqqi və inkişafı ilə ayaq-
laşmasına kömək etmək məqsədilə yazılmışdır. Onda atəşin bir ürək döyünür: vətəni,
xalqı sonsuz bir məhəbbətlə sevən vətəndaş ürəyi! Çox maraqlı və qiymətlidir ki,
Q.S.Təbrizidə vətənpərvərlik duyğuları ümumbəşəri hisslərlə vəhdət təşkil edir, bütün
insanlığa, bütün xalqlara mühəbbəti ifadə edən dərin humanizmlə aşılanmışdır.
Q.S.Təbrizi insan adını yüksək tutur, insaniyyəti bütün dini və irqi təəssüblərdən uca və
müqəddəs sayır. Onun bütün həyatı və yaradıcılığı üçün səciyyəvi olan budur.
Müasir bədii-ideoloji hərəkatda, mövcud əxlaqi-tərbiyəvi sistemdə hər şeyi müa-
sirliyin qlobal problemləri səviyyəsinə qaldırmaq, tarixi də, keçmişi də məhz müasir bə-
dii düşüncə və oxucu təfəkkürü üçün konkret xeyri, mənası baxımından tədqiq və təhlil
etmək qarşıda birinci dərəcəli vəzifə kimi durur. Ədəbiyyatşünaslıqda indiki müasirliyin
ifadəsi və əlaməti də elə odur ki, onun həyata müdaxiləsi getdikcə daha fəal intensivlik
kəsb edir, müasir mənəvi sərvətlər sistemində rolu artır, həqiqi böyük ədəbiyyatşünaslıq
bu məqsədə həm bilavasitə müasir ədəbi prosesin, həm də klassik bədii təcrübənin ma-
terialında nail olur. Q.S.Təbrizi "Müharibə və ədəbiyyat" məqaləsində yazır: "Şair, yazı-
çı xalqdan ayrı yaşaya bilməz, yaşasa da əsl yazıçı ola bilməz. Çünki hamımız bir vücu-
dun üzvüyük: o da insanlıqdır. Bir hiss məndə ermənilərin Azərbaycanın torpaqlarına
son illərdə təcavüzü zamanı Xocalı soyqırımı törədiləndə yaşandı. Amma bu dəfə daha
dərdli yaşadım bu faciəni. Çünki burada ümuminsani məsələlərlə yanaşı, mənim millə-
timin faciəsi dayanır gözüm qarşısında. Amma əlim yetməyən yerlərdə mənim minlərlə
soydaşımı məhv etdilər, yurdundan-yuvasından didərgin saldılar. Əlimdən bir şey gəl-
mirdi ki, bunun qarşısını alam, millətimə kömək edəm. Amma bir yazıçı olaraq qələmi-
mi ox eləyib radio və televiziya vasitəsilə düşmənin ürəyinə sancırdım. BBS və digər
televiziyalar vasitəsilə deyirdim ki, bir məzlum millət rus imperiyasının başçılığı və er-
məni nökərçiliyi ilə tapdalanır" (9, 71).
Q.S.Təbrizi Azərbaycan ədəbiyyatını və mədəniyyətini qiymətli əsərlərlə zəngin-
ləşdirmiş yazıçıdır. O, Azərbaycanın azadlığı və səadəti üçün yorulmaz bir qüvvətlə ça-
lışmış, həyat və təfəkkürün köhnəlmiş, mürtəce cəhətlərinə qarşı barışmaz mübarizə
aparmışdır. Onun əsərləri dərin ideyalılıqla yüksək bədiiliyin nümunəsidir. O, zəmanə-
sinin qabaqcıl adamı olmuş, cəmiyyəti maraqlandıran ən canlı məsələlərlə yaşamış, mü-
barizələrin içində böyümüş, xalqının tarixini, həyat və arzularını çox gözəl bilmiş, bəşər
mədəniyyətinin ən yaxşı nümunələrini mənimsəmiş və həmişə insanı irəli aparan, insan
fikrini ucaldan, ürəyində nəcib humanizm duyğuları oyadan ictimai şəraitin təntənəsi
üçün çalışmışdır.
Q.S.Təbrizinin əsərlərində təqdir etdiyi gözəl estetik keyfiyyətlərdən biri də təbii-
lik və səmimilikdir. Sünilikdən uzaq bu əsərlər adama səmimi təsir bağışlayır. Orada
qeyri-təbii, boğazdan yuxarı deyilmiş bir söz belə yoxdur. Bütün ifadələr, fikirlər və ob-
razlar, bədii ifadə vasitələri yaradıcının həyəcan və iztirablarından, həyatla, insanlarla
əlaqəsindən, düşüncə və xəyallarından doğmuşdur, müəllifin daxili aləmini ifadə edir.
Filologiya məsələləri, 2017
360
Buna görə də onun əsərlərində süni və qeyri-təbii səslənən heç bir şey yoxdur. Görünür
Q.S.Təbrizinin fikirlərinin bu qədər səmimi və təbii olmasında onun şəxsiyyəti az rol
oynamamışdır: "Azərbaycana gəldim və onun ictimai-siyasi, mədəni həyatında fəal su-
rətdə iştirak etdim. Diaspora üçün iqtidar, müxalifət yoxdur, Azərbaycan dövləti, Azər-
baycan mətbuatı, Azərbaycan xalqı, onun milli maraqları var. Mən Güney və Quzey
Azərbaycanın tarixini, mədəniyyətini yazan ziyalılara minnətdaram. Milli mətbuatda
məhz belə ziyalılar, millətini, Vətənini sevən soydaşlarımız çalışmalıdırlar. Məhz bu zi-
yalıların fəaliyyəti nəticəsində Azərbaycan dili inkişaf edib, milli-mədəni sərvətimiz,
milli varlığımız qorunub saxlanıb. Güneyli soydaşlarımızı, görkəmli ziyalılarımızı, milli
mətbuatın fəallarından olmuş Mir Cəlal Paşayevin, Mirzə İbrahimovun, Nəsir İmanqu-
liyevin, Süleyman Rüstəmin, Qulam Məmmədlinin, Qafar Kəndlinin, Balaş Azəroğlu-
nun, Söhrab Tahirin və b. adlarını məmnunluq duyğusu ilə xatırlayıram" (8, 67).
Q.S.Təbrizinin sənət baxışına görə, həyat və varlıqdan yazmaq, yaratdığı surətlə-
rin mümkün qədər naturaya yaxın olmasına çalışmaq yazıçının istedadına zərər vurmur,
əksinə, xeyir verir. Əksinə, mücərrəd aləmə qaçmaq, xəyali və qeyri-tipik hadisələr və
şəxsiyyətlərin təsviri ilə məşğul olmaq həqiqi istedad üçün qüsurdur. Çünki Q.S.Təbri-
ziyə görə, insanda istedaddan kənar amillər nə qədər yüksəkdirsə, bir o qədər həmin
şəxs əsrinin övladı, dünyasının vətəndaşıdır. O, yaradıcılığında mənsub olduğu xalqın
və ölkənin həyatını, zəmanə və əsrinin ideal və qayələrini əks etdirməlidir. Bunun üçün
onun həyatı düzgün göstərməsi lazımdır.
Q.S.Təbrizi bədii yaradıcılıqla realizm, xəlqilik və ideyalılıq tələblərini dərindən
əsaslandırmış və elmi-tədqiqat əsərləri ilə bu sahədə yeni bir dövr açmışdır. O, Cənubi
Azərbaycan ədəbiyyatının ayrı-ayrı yazıçılarına həsr etdiyi “Səməd Behrəngi
yaradıcılığında humanizm”, “Mühacirət, yaxud ömrün qrüb çağları”, “İrəc Mirzə
kimdir” , “Fikir mücəssəməsi”, “Böyük mütəfəkir” , “Şərq və Qərb kültürünün vəhdəti
və ayrılıqları” kimi dərin mənalı məqalələr yazmışdır. Bu əsərlər müasir Cənub ədəbiy-
yatımızın istər o zamankı, istərsə də sonrakı inkişafında, həyatı düzgün göstərməsində,
ictimai mühitini və əsrin ən canlı aktual məsələlərini əks etdirməsində müstəsna rol oy-
namışdır.
Q.S.Təbrizi ayrı-ayrı yazıçıların yaradıcılığını təhlil edərkən həmişə onu ədəbiy-
yatının taleyi ilə bağlayır, sənətin aktual və mühüm məsələlərini qaldırır və həll edir.
Burada onun xalqına, vətəninə olan sonsuz məhəbbəti, humanizm və yüksək azadlıq
idealları əsas istiqamətverici rol oynayır: "Azərbaycanın Cənubunda yaranan zəngin
ədəbiyyatımız ciddi, sistemli şəkildə tədqiq olunmadığı üçün onun ümumi mənzərəsinə
hələ də aydınlıq gətirilməmişdir. Başqa sözlə, bu ədəbmyyatı yaradanların şəxsiyyəti və
ədəbi kimliyi dəqiq müəyyənləşdirilməmişdir. Məhz bunun nəticəsidir ki, bir çox Azər-
baycan klassikləri İran ədəbiyyatına həsr olunmuş tədqiqatlarda dil faktoru əsas tutula-
raq fars mədəniyyətinə aid edilmiş, onlar yanlış şəkildə dünyaya təqdim olunmuşdur.
Bunlardan biri də İrəc Mirzədir. İrəc Mirzə poeziyası həqiqi mənada vətənpərvərlik po-
eziyasıdır. Tədqiqatçılar onun şeirlərini ənənəvi poeziya nümunələrindən məhz bu key-
fiyyətinə görə fərqləndirirlər. Xüsusilə, İrəc Mirzənin şeirlərinin satirik yönümü daha
qabarıq nəzərə çarpmaqdadır. Satirik şeirlərində Cənubi Azərbaycan və İran xalqının
məişətində təsadüf olunan nöqsanları ciddi tənqid obyektinə çevirən şair mənsub olduğu
millətin azadlıq və hürriyyətə qovuşması yolunda əngəl olan cəhətləri bir vətəndaş qey-
rəti ilə aradan qaldırmaq arzusu ilə yaşadığını göstərir. O, bu tipli şeirlərində dini fana-
tizmi, varlıların zülmkarlığını, xaricilərin ağalığını kəskin şəkildə tənqid etmişdir" (9,
47, 48).
Dostları ilə paylaş: |