III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
809
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məşhur türk dialektoloq alimi professor, doktor Ahmet Bican Ercilasun Şərqi anadolu
dialektləri haqqında yazır: "Şərqi Anadolu və Azərbaycan əvvəllərdən uzun illər boyu eyni
siyasi taleyi paylaşmışdır. Türk axını və yerləşmələrindən əvvəl buralarda yaşayan yerli
əhalinin bir qismi hələdə varlıqlarını qoruyub saxlamışlar"
Yigitliginə usanmadın canıma yazıx! – dedi,
yumru-yumru ağladı, yanıq cigərcigini dağladı
Aslanıñ alnın gözədüb bir yumruq eylə urdı
kim, yumruq çənəsinə toqundı, ovatdı.
Dədə Qorqud dastanından gətirdiyimiz bu nümunədə yumru-yumru kəlməsi morfoloji
cəhətdən mürəkkəb zərfdir. Qars ili dialektindəYumri-Yuvarlak Ardahan İli dialektlərində isə
bu söz Gobbuz şəklində işlənərək yumruq mənasını verir. Ərzurum İli dialektində yurmuh
şəklində. Qars və Iğdır azərilərinin dialektində isəyumul, yum feli+ul şəklində işlənərəkəyil-
mək mənasını verir.
Öylədən soñra evinə gəldi, gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış,
tavuq komasına, sığır damına dönmiş; Gətürdilər, doñuz damına həbsə saldılar. Dədə Qorqud
dastanından olan bu nümunədə koma və dam isimləri hin və pəyə mənalarını verir. Qars ili
dialektində Dam ismi ev mənasında və koma ismi isə qoyun ağılı mənasında. Ərzurum İli
dialektində isə kom-xüsusi bağ evi, üstü örtülü qoyun pəyəsi, qışlaq. Qars və Iğdır azərilərinin
dialektindədam< dām: ev mənasındadır. Ardahan ili dialektlərində Kom- Hayvan ağılı
(Heyvan ağıla-heyvanların salındığı yer) mənasını verir.
Qadir səniñ alnıña qada yazsın, çoban! – dedi.
Bu nümunədə qada ismi bildiyimiz qada-bəla mənasındadır. Qars ili dialektində qada-
qəza, dərd-bəla mənasında, Qadan alem şəklində işlənədə bilir. Qars və Iğdır azərilərinin
dialektində ġadañ< a ā: dərt, qəza şəklində və ġadan< -ka+-dan, adan: kadar şəkillərində
də işlənir Ərzurum İli dialektindəisə qada-bəla mənasında və təmir etmək məqsədi ilə iki
parçanı birləşdirib tikmək mənasında da işlənir. Ardahan ili dialektlərində Gada-bela, dert,
Gadan alem: Dertlerini ben üstüme alayım. (Qada-bəlan mənə gəlsin mənasında) şəkillərində
işlənməkdədir.
Qabaq qaldırdı. Qazanıñ yüzinə doğrı baqdı. KDQ-dən gətirdiyimiz bu nümunədə
qabaq isim kimi işlənərək insanın sifəti, üzü mənasındadır, yəni üzünü qaldırıb baxdı. Qars ili
dialektində Qabaq//gabah və Qars və Iğdır azərilərinin dialektində dəişlənərək ön tərəf
mənasını verir.
Yaylar olsam, mənim gorum olsun!
KDQ dastanından olan bu nümunədə gor ismi işlənmişdir. Bu dialektik söz Qars ili
dialektindəGor-Məzar, Ərzurum İli dialektində də gor ismi məzar, gorbagor, gor-ba-gor zərfi
toplu məzar,gorluk, gor-luk//luq ismi cənazə üçün yığılan pul,gorhana, gor-hana//xana ismi
isə məzarlıq mənalarını verir. Ardahan ili dialektlərində Gor-Mezar (məzar)
Gözçigözlədi. Gördi kim, at Bəkiliñ, Bəkil üzərində degil, KDQ-dən olan bu nümunədə
göz ismindən
gözçi,Göz+çi ismi və
gözlə,göz+lə feli yaranmışdır. Bu sözlər Şərqi
Anadolunun məsələn, Qars ili dialektində gözde-beklemek. Qars və Iğdır azərilərinin
dialektində isə gözde-gözetmek, korumak şəkillərində işlənir.
Bir oğul uçurduñsa, degil maña,
Külünglə yıqdırayım!
KDQ dastanından olan bu nümunədə Külüng ismi işlənmişdir. Ərzurum İli dialektində
külüng//külink-varyoz qazma aləti.
Qars ili dialektində isə külüng-çabuk, tez (at üçün) zərf
kimi işlənir.
Kəsilsün oğlan əmən süd damarım yaman sızlar. dastanından olan bu nümunədə yaman
sifəti pis, çox ağrılı mənalarını verir. Qars ili dialektində yaman-kötü mənasındadır. Bu söz Qars
və Iğdır azərilərinin dialektində də işlənir.yaman-qorxunç, pis, xoş olmayan mənalarını verir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
810
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Dünya şirin, can datlu!” dedilər: dastanından gətirdiyimiz bu nümunədə şirin və tatlu
sifətləri işlənmişdir. Bu sifətlər Şərqi Anadolunun bir sıra dialektlərində də işlənməkdədir.
Məsələn, Qars ili dialektində şirin,-tatlı Ərzurum İli dialektində şire//şirin//şiren -şira, şirin,
güzel şirin. pekmez.
Bütün bu yazdıqlarımdan belə bir nəticəyə gəlmək olar ki, Kitabi-Dədə Qorqud
dastanının dili ilə Türkiyə Respublikası Şərqi Anadolu dialektlərinin dili, morfologiyası
demək olar ki, çox yaxınlıq təşgil edir. Bu da dastanın bütün türklərin dastanı olmasını və
əsasən də bu bölgələrə aid olmasını əyani olaraq sübut edir.
"AZƏRBAYCAN DİLİ" FƏNNİNİN KURİKULUMLA TƏDRİSİNİN
ƏHƏMİYYƏTİ
Fəridə NAĞIZADƏ
Qafqaz Universiteti
feride.nagizade93@gmail.com
AZƏRBAYCAN
Ana dilinə yiyələnmənin təməli ailədə qoyulur. Ana dilinin köməyi ilə ətraf aləm haqqında
müəyyən təsəvvürlərə sahib olan uşaqlar bu dövrdə söz ehtiyatlarını zənginləşdirir, əşya və
hadisələr haqqında fikirlər söyləməyə cəhd göstərir, başqalarının fikirlərini anlamağa çalışırlar.
Daha sonra məktəbdə bu iş daha mütəşəkkil şəkildə davam etdirilir. Ana dilnin öyrənilməsi
şa-girdlərin ünsiyyət qabiliyyətinin-nitq mədəniyyətinin inkişafına xidmət etməklə yanaşı,
şagird-lərin dilimizin səs sisteminə, leksik-qrammatik xüsusiyyətlərinə yaxından bələd olmasına
şərait yaradır.
Bu fənnin necə tədris olunması fənnin oyrənilməsində, qavranılmasında mühüm amil-
dir. Əvvəllər müəllimlər biliyi şagirdlərə hazır şəkildə ötürürdülərsə, Milli kurikulum konsep-
siyasının tətbiqindən sonra öyrətmə yeni bir istiqamət almışdır. Müəllimin bələdçi mövqeyi
yalnız istiqamət verməyə imkan verir, şagird tədqiqatçı rolunu alıb özü oyrənməyə can atır.
Bu proses şagirdlərin dərsə marağını daha da artırır.
Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası - Milli kurikulum ictimai-
siyasi, mədəni həyatın qloballaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun
artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna
əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil
səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi
olan insanın formalaşdırılmasına yönəlmişdir.
Tədrisdə yeni fənn kurikulumlarının tətbiqi uşaqları fikirlərini sərbəst şəkildə ifadə
etməsinə şərait yaradır. Tədrisdə yeni milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun
məzmunda dərsliklərin tətbiqi uşaqları düşünməyə, düzgün nəticə cıxarmağa vadar edir.
Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas
diqqət nəticəyə nail olunduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu
fəaliyyətlərə yönəlib. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və bunların yerinə
yetirilməsini təmin edən alt standartlar sistemi vasitəsilə ifadə olunur. Məzmunun belə
müəyyənləşdirilməsi şagird fəaliyyətinin ardıcıl olaraq izlənilməsinə, onların nailiyyətlərinin
müntəzəm olaraq qiymətləndirilməsinə imkan yaradır.
İbtidai təhsil pilləsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qayda-
larının, düzgün, sürətli və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lügət ehtiyatının
tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının
öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqı-