III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
857
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Nəvə, nəticə sözləri ərəb, nəbibə, nədidə isə fars mənşəlidir. Kötücə (əsli: kötükcə), ya-
dıca (yadlaşmaqda, qohumluğu itirməkdə olan), tullancı (qohumluq əlaqəsinin kəsilməsi, yəni
yedi arxa dönən) türk sözüdür. Yadıca “yadlaşmaq” anlamı ilə bağlıdır.
Mama – bibi mənasında işlədilir (bibi ərəb sözüdür), əmi sözü ilə qohumdur, “eyni döş-
dən süd əmən” deməkdir. Əsli əvvəl əmə, sonra məmə kimi olub.
Nəvə - nəvə, nəticə, nəbibə, nədidə kimi sözlər alınmadır. Bizdə nəvə yerinə torun işlə-
dilib, görünür, törəmək sözü ilə bağlıdır. Kötücə, yadıca, iticə, tullancı kəlmələri də öz sözləridir.
Nədidə - farsca “görünməyən” deməkdir. Nəticənin uşağına nədidə deyirlər (bizdə
“kötücə” sözü işlədilib). Farsca “didən” (görmək) məsdərinin qrammatik əsası bin sözüdür
(zərrə bin və s.).
Nənə - serb dilində bu söz ana, polyak dilində dayə, hind dilində ana, alban dilində qida-
landırıcı (dayə), bolqar dilində xala, fin dilində “məmə” (döş) mənalarında işlədilir. Няня for-
masında rus dilinə də keçib. Belə zənn edirəm ki, ana sözü ilə qohumdur və başqa dillərə türk
dillərindən keçib.
Oğul – indi bu söz oğlan uşağı ilə bağlı işlədilir, amma qabaqlar qıza da oğul deyiblər
(indi də qalmaqdadır). Söz doğul feli zəminində əmələ gəlib, oğlaq da buradandır (qabaqlar
quzuya da oğlaq deyilib). Yakutiada (saxa dilində) oğo “uşaq” deməkdir, oğolon “родитъ” ki-
mi tərcümə edilib. Bu bir daha sübut edir ki, oğlan və doğmaq sözləri eyni kökə malikdir. Başqa
dillərdə də belədir: сын sözü ruslara qədim hind dilindən keçib, doğmaq anlayışını əks etdirir.
Xala – bizdə ananın bacısına dayza deyiblər. Xala alınma sözdür. Fars dilində dayı əvə-
zinə xal işlədirlər. Xal və xala, dayı və dayza sözləri necə də uyğun gəlir!
AZƏRBAYCAN ŞİFAHİ FOLKLORUNDA “ATALAR SÖZLƏRİ
VƏ BAYATILARDA” İŞLƏNƏN HİDRONİMLƏR
Lalə HÜSEYNOVA
Bakı Slavyan Universiteti
lhuseynova22@gmail.com
AZƏRBAYCAN
Dilimizin onomastik vahidləri xalqımızın qədim və zəngin sərvətidir. Xalqımızın bir
dövlət kimi təşəkkülündə, millət kimi formalaşmasında, əsrlərdən
bəri onun müqəddəsliyinin
qorunmasında, xalqın təfəkkürünün, dilinin, adət- ənənələrinin xalqın sosial və mədəni həyatı-
nın əksi özünü adlarda göstərir.
Dilimizdəki adlar-onomastik vahidlər müxtəlif qruplara bölünür. Bu bölgülər içərsində
hidronimlər xüsusi əhəmiyyət kəsb edir. Hidronim yunan sözüdür, hidos və onoma sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Yunan dilində hidos “su”, onoma “ad” deməkdir. Dilçilikdə
su ilə, su mənbələrinin adları ilə əmələ gələn xüsusi adlar - bulaq, çay, göl, şəlalə, dəniz, okean
adları hidronim adlanır. Azərbaycan dilinin lüğət tərkibində hidronimlərin miqdarı olduqca
çoxdur. Azərbaycan tarixini hərtərəfli öyrənmək baxımından daha çox əhəmiyyət kəsb edən
tayfa, qəbilə və qədim yer adlarının mühafizə edib saxlayan hidronimləri öyrənmək, xüsusilə
onların şifahi folklorda necə yaşadığını hansı dəyişikliyə uğradığını müəyyənləşdirmək çox
vacibdir. Su obyektlərinin adının formalaşması uzaq keçmişlərə gedib çıxır ki, bu da
insanların ta qədimdən suya olan böyük ehtiyacı ilə bağlıdır.
Azərbaycan dili qədim və zəngin hidronimik leksikaya malikdir. Folklorumuzun demək
olar ki, bütün janrlarında hidronimlərə rast gəlirik. Xüsusilə Atalar sözləri və bayatılar
hidronimlərlə zəngindir. Folklorda tez-tez adı çəkilən hidronimlər; Kür, Araz, Tərtər, Arpa
çayı, Ağdərə gölü, Şahbulaq, Zümrüd bulaq və s. göstərə bilərik. Bu adlar nəinki folklorda, ta-
rixi mənbələrdə, səyyah və coğrafiyaşünasların da əsərlərində də özünü göstərir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
858
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Şifahi folklor janrının bir nümunəsi olan atalar sözləri keçmişdən bu günə, bu gündən
gələcəyə əcdadlarımızın bizə nəsihətləri və vəsiyyətləridir. Müdriklik xəzinəsi olan atalar söz-
ləri milli dəyərlər sisteminin göstəricisi olduğu qədər də milli dilin qrammatik, leksik, semantik
xüsusiyyətlərinin daşıyıcısı, onun məna yükü, ifadə imkanlarının da göstəricisidir. Atalar söz-
lərində dilimizin onomastik vahidlərinin bütün örnəklərinə rast gəlmək mümkündür, xüsusilə
hidronimlər bu sırada diqqəti cəlb edir.
Atalar sözlərində işlənən hidronimlər: “Araz aşığındandır, Kür topuğundan”, / “Hər
guruldayan Kür deyil”, / “Hər aparan su Araz deyil”, / Araz axır, gözüm baxır”, / “Araz, altını
da bilirəm üstünü də”, / “Araz duru, Kür sarı”, / “Araz axır, Kür baxır”.
Azərbaycan şifahi folklorunun lirik qolunun geniş, çoxçeşidli janrlarından biri də baya-
tıdır. Bayatılar insan həyatının canlı poetik salnaməsidir. Bayatıların yaradıcısı olan xalq öz
həyat tərzini, duyumlarını xüsusilə dilini bu janrda yaşatmışlar. Bayatılarda dilimizin leksik
zənginliyi özünü göstərir. Burada onomastik vahidlər, xüsusilə toponimlər və hidronimlər öz
zənginliyi ilə seçilir
Bayatılarda işlənən hidronimlər: “Araz, Araz xan Araz , Gəl eyləmə qan Araz, Qoy ge-
dim yar gözləyir, Nədir bu tüğyan Araz?”, / “Arazam Kürə bəndəm, Bülbüləm gülə bəndəm.
Dindirmə qan ağlaram, bir şirin dilə bəndəm.”, / “Araza gəmi gəldi, mən dedim, hamı gəldi.
Sən ağla ay gözlərim, Ayrılıq dəmi gəldi”, / “Araz, Araz, can Araz! Mən sənə qurban Araz!
Zaman məni yandırdı, Sən də alış, yan, Araz!”. / “Qateq daşar, Kür daşar, Çıxıb körpüdən aşar.
Mən dərdimi danışsam, Dağlar, daşlar ağlaşar.”, / “Çimdim Gəncə çayında, Baharında, yayında.
Mən azadlıq quşuyam, Düşmən canın hayında.”, / “Arpa çayı dərindi, Suyun içdim sərindi.
Nə yatıbsan dur, oğlan, Keçən bu nazpərindi.”və s.
Göstərilən şifahi folklor nümunələrinə nəzər salsaq görərik ki, həm bayatılarda, həm də
atalar sözlərində ən çox işlədilən hidroobyekt adı Araz və Kür adlarıdır. Bu da təsadüfi de-
yildir, çünki Azərbaycan ərazisində ən böyük çaylar Araz və Kürdür. Kür - Azərbaycanda və
bütün Qafqazda ən böyük çaydır. Hidronimə ilk dəfə Ptolomeyin “Coğrafiya” kitabında
təsadüf olunur. Həmin əsərdə leksik vahid “Kor” formasında verilmişdir.
“Kür” haqqında geniş məlumata Strabonun yaradıcılığında rast gəlinir. Burada isə
leksik vahid “Kir” formasında işlədilir.
Ümumiyyətlə, mənbələr üzərində aparılan araşdırmalar göstərir ki, hidronimə antik
müəlliflərin əsərlərində və eləcə də şifahi xalq yaradıcılığında Kuruş, Kor, Kür, Əl-Kür vari-
antları mövcud olmuşdur.
Xalq etimologiyasında kür dalaşqan, dəcəl, cızığından çıxan mənasında anlaşılır.
Araz çayının adına da tarixi mənbələrdə təsadüf olunur. Onomastik vahidin müxtəlif
mənbələrdə bir-birindən fərqli yazılış formaları diqqəti cəlb edir. Ar-ras, Rase, Arraks, Aras,
Eraks, ruda Aras və s.
Hidronimin birici tərəfi “ar” hissəsinin “su”, “çay” mənasını ifadə edir. “Az” hissəsi isə
tarixən “uz” formasında olmuş “çay yatağı” mənasındadır. Azərbaycan dilindəki ümumişlək
su leksik vahidi özüdə uz sözünün fonetik variantıdır. Nəticə etibarilə deyə bilərik ki, Araz
hidronimi ar və az birləşmələrindən əmələ gəlmiş, çay, çay yatağı mənasını ifadə edir.
Göründüyü kimi Azərbaycan şifahi folklorunda işlənən hidronimlər tarixi yaşadır,
xalqın etnogenezində mühüm rol oynayır.