Microsoft Word 88 Hemofiliya



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix26.03.2018
ölçüsü0,53 Mb.
#33412
1   ...   11   12   13   14   15   16   17   18   19

46 

Hemofiliya zamanı hepatit C-nin müalicəsinin prinsipləri 

Hepatit C virusunun hazırkı standart müalicəsi peqiləolunmuş 

interferon (PEG-İNF) və ribavirindir, hansı ki, 61% hemofiliyalı 

xəstələrdə dayanıqlı reaksiya verir (A)

23,29,55

.

 

Hepatit C virusunu ləğv etmək mümkün olmadığı hallarda 

qaraciyərdə  ağırlaşmaların mütəmadi müşahidəsi (6-12 aydan bir) 

tövsiyə olunur (C)

64

. 



Hepatit B virusunun hemofiliya zamanı müalicə prinsipləri 

Adekvat virus inaktivasiyasından keçməmiş plazma məhsulları 

ilə müalicə alan bütün hemofiliyalı  xəstələr klinik göstəriş olduqda 

və  hər 6-12 aydan bir hepatit B antigeni və hepatit B anticisminin 

təyininə görə skrininq testlərindən keçməlidirlər (D)

71

. 



Hepatit B virusuna qarşı immuniteti olmayan xəstələrə, hepatit B 

virusu  əleyhinə vaksin vurulmalıdır. Vaksinasiyadan sonra təkrari 

müdafiə serokonversiyasını yoxlamaq lazımdır (D)

71

. 



Növ dəyişkənliyi olmayan seroloji spesifikliyə malik hemofiliyalı 

xəstələri hepatit B virusuna qarşı ikiqat dozada vaksinlə yenidən 

vaksinasiya eləmək lazımdır (D)

71

. 



HEMOFİLİYA ZAMANI XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYAN 

MƏSƏLƏLƏR 

Vaksinasiyalar 

Zəif immunitetə malik uşaqlara canlı virus vaksinləri yeritmək 

məqsədəuyğun deyil (yalnız qızılca, hepatit və  məxmərək 

peyvəndləri istisna təşkil edir), belə ki, bu halda yoluxma riski 

vaksinasiya zamanı ağırlaşma riskindən daha böyük olur. Poliomielit 

vaksinini peroral yolla vermək məsləhət görülür. 

İİV ilə infeksiyalaşmış xəstələr pnevmokok infeksiyası və hər il 

qripə qarşı vaksinasiya olunmalıdırlar. 

Hemofiliya diaqnozu yeni qoyulmuş  və hepatit A və B-yə 

yoluxmamış  xəstələrə mütləq vaksina yeridilməlidir. Ev şəraitində 

faktor müalicəsi ilə  məşğul olan və hepatitə görə analizlərin cavabı 

mənfi olan ailə üzvləri də vaksinasiyadan keçməlidirlər. Vaksin qasıq 

nahiyəsində  və ya deltayabənzər  əzələdə  dərialtına vurulmalıdır 

(deltayabənzər  əzələ daha məqsədəuyğundur).  İmmunizasiyanın 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




47 

müsbət nəticəsindən  əmin olmaq üçün tam kursdan sonra B hepatit 

virusuna qarşı anticismlərə görə analiz etmək lazımdır. 

Qanın laxtalanma pozuntusu olan xəstələrə vaksinasiya aparmaq 

zəruridir, lakin peyvəndin (və ya vaksinin) dərialtı vurulması daha 

məqsədəuyğundur,  əzələdaxili, dəriiçi vurmaq olmaz (xəstənin 

laxtalanma faktor ilə müalicə aldığı dövr istisnadır) (D)

41



Bütün hemofiliyalı  xəstələr üçün A və B hepatiti əleyhinə 

peyvəndin vurulması vacibdir. Bu peyvəndlər  İİV (HİV) –

infeksiyasına yoluxmuş xəstələrdə qeyri-effektiv ola bilər (D)

71



Cərrahi əməliyyatlar və invaziv prosedurlar 

Hemofiliyalı xəstələrə cərrahi əməliyyat əlavə olaraq planlı tibbi 

briqada tələb edir. 

Hemofiliyalı  xəstənin  əməliyyatını kompleks tibb xidməti olan 

mərkəzdə aparmaq və ya belə  mərkəzlə  məsləhətləşərək etmək 

lazımdır (C)

32

. 



Diaqnostik məqsədlə aparılan istənilən invaziv əməliyyatdan, 

məsələn, lumbal punksiya, arterial qanın qaz tərkibinin təyin 

oluması, bronxoskopiya və ya biopsiyadan öncə faktorun lazımi 

səviyyəsi təmin edilməlidir. 

Əməliyyat önü qiymətləndirmədə inhibitor skrininqi testi 

olmalıdır, xüsusən  əvəzolunan faktorun bərpası gözlənilən nəticəni 

vermirsə (D)

74

. 



Ağrısızlaşdırma 

Hemofiliyalı  xəstələr üçün kəskin və xronik ağrılar xarakterdir. 

Ağrının azaldılması, idarə olunması üçün onun səbəbinin adekvat 

qiymətləndirilməsi vacibdir. 

Qanaxmanı dayandırmaq üçün laxtalanma faktor konsentratlarını 

qısa müddət ərzində yeritmək lazım olduğu kimi ağrını kəsmək üçün 

tez-tez əlavə preparatlara da ehtiyac olur (Cədvəl 6). 

Digər üsullara aiddir: buz qoyulması, immobilizasiya, şin 

qoyulması, çəlik istifadəsi. 

Xronik hemofilik artropatiya ilə əlaqəli ağrı 

Xronik hemofilik artropatiyanın müalicəsinə funksional məşq, 

adaptasiya və adekvat ağrısızlaşdırma aiddir (B)

25

. 



Belə hallarda SOG-2 inhibitorları əsas rol oynayır (B)

59

. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




48 

Digər qeyri-steroid iltihab əleyhinə preparatlardan (QSİƏP) 

qaçmaq lazımdır (B)

19

.



 

Ağrı əlilliyə səbəb olursa, ortopedik əməliyyat təyin oluna bilər.

.

 

Cədvəl 6. Hemofiliyalı xəstələrdə ağrısızlaşdırma strategiyası 





Parasetamol/asetaminofen 

Effekt yoxdursa 



SOG – 2 inhibitoru (məs., selekoksib, meloksikam və 

nimesulid və s.) 

və ya 


Parasetamol/asetaminofen + kodein (gündə 3-4 dəfə)  

və ya 


Parasetamol/asetaminofen + tramadol (gündə 3-4 dəfə) 

Morfin: uzunmüddətli təsirə malik preparat, tez təsir edən 

preparatla yanaşı istifadə etmək. Əgər tez təsir edən preparat 

gündə 4 dəfədən çox istifadə olunursa, uzunmüddətli təsirli 

preparatın dozasını artırmaq

 

 



 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə