Microsoft Word 88 Hemofiliya



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix26.03.2018
ölçüsü0,53 Mb.
#33412
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

37 

çəkilməlidir. Ümumi anesteziyanın tətbiq olunması  məqsədə-

uyğundur. 

Cərrah-stomatoloqlar bütün yerli anesteziya üsullarından istifadə 

edərək müalicəni təhlükəsiz həyata keçirə bilərlər. Faktorun 

səviyyəsini 20-40%-ə  qədər qaldıraraq, adətən, infiltrasiya, 

alveoldaxili və bağdaxili inyeksiyalar edilir. Adekvat təcrübəsi olan 

mütəxəssislər bu inyeksiyaları faktor istifadə olunmadan da edə 

bilərlər (D)

33

. 



Dişlərin çəkilməsi və ya ağız boşluğunda aparılan cərrahi 

əməliyyatlar hematoloqun məsləhəti ilə hemostazın nəzarət planı 

tərtib olunduğu təqdirdə aparılmalıdır (C)

31

. 



Əgər alt çənənin anesteziyası aparılırsa, faktor səviyyəsini 

hemofiliya A zamanı 50%-ə; hemofiliya B zamanı 40%-ə çatdırmaq 

lazımdır. Hemofiliyalı  xəstələrə yerli anesteziya əks-göstəriş 

sayılmır. Yerli anesteziyaya əlavə olaraq azot-oksidi və ya venadaxili 

analgeziyadan istifadə etmək olar. 

Dişlərin ekstraksiyası zamanı  əməliyyatdan öncə qanda faktor 

səviyyəsini hemofiliya A-da 50%-ə; hemofiliya B-də 40%-ə 

çatdırmaq lazımdır. IX faktor çatışmazlığı olan xəstələrdə 

antifibrinolitiklərin tətbiqi məqsədəuyğun deyil. Transamin 

turşusunun verilmə dozası 25 mq/kq hər 8 saatdan bir olmaqla per os 

10 gün müddətində təşkil edir. 

Süd dişləri düşərkən xəstədə qanaxma ola bilər.  

Qanaxmanın qarşısını almaq üçün yerli müalicə üsullarından 

istifadə etmək məsləhətdir: 

 

nəm tənzif parçalarından istifadə etməklə  ən azı 15 dəqiqə 



ərzində həmin sahəyə birbaşa təzyiq göstərmək 

 



yaranı bağlamaq üçün tikiş qoymaq 

 



hemostatik preparatlardan yerli istifadə etmək 

 



antibiotiklərin istifadəsi, xüsusilə  ağız boşluğunun pis 

gigiyenik vəziyyəti ilə  əlaqədar yaranan diş  əti qanaxmaları 

zamanı  

Cərrahi  əməliyyat, məsələn, tikiş qoyulması  və ya çoxsaylı diş 

çıxarılması  tələb olunan hallarda xəstənin hospitalizasiyası 

məsləhətdir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




38 

Ağıl dişlərinin vəziyyətinə hələ yeniyetmə dövründə fikir vermək 

lazımdır. Daha böyük yaşlarda onların çıxarılması cərrahi əməliyyata 

ehtiyac yaradır. 

Hər bir əməliyyat zamanı o xəstəyə  nəzarət edən hematoloqun 

məsləhəti tövsiyə olunur. 

IX faktor defisiti olan və yüksək dozada PKK ilə müalicə alan 

xəstələrdə, həmçinin APKK ilə müalicə alan inhibitorlu xəstələrdə 

antifibrinolitik dərmanların sistematik istifadəsi dayandırmalıdır (və 

ya məhdudlaşdırılmalıdır) (D)

57

. 



Əgər ehtiyac varsa, EAT və ya traneksam turşusunun oral 

formalarından istifadə eləmək lazımdır (D)

77

. 



FVIII çatışmazlığı olan xəstələrdə isə müalicə zamanı Amikar 

(EAT) və ya transamin turşusunun tətbiqi, eləcə  də Amikarla ağız 

boşluğunun qarqara edilməsi müsbət nəticə verir. 

Xəstəyə qanı udmamaq barədə təlimat verilməlidir. 

Anemiyanın diaqnostikası və müalicəsi aparılmalıdır. 

Qansızma yerinə Avitin və ya Trombin kimi agentlərin tətbiq 

olunması effektiv ola bilər. Buz hissəcikləri də yaxşı nəticə verir. 

Hematoloq, stomatoloq və otorinolarinqoloqun birgə müayinəsi 

məsləhətdir. 

Burun qanaxması 

Adətən, faktorla əvəzedici müalicə məsləhət görülmür, çünki bu 

çox zaman trombosit tıxaclarının əmələ gəlməsi ilə nəticələnir. 

Xəstə başını önə doğru əyməli (qanı udmamaq üçün) və yumşaq 

laxtaları xaricə  çıxarmalıdır. Burunun yumşaq hissəsinə 20 dəqiqə 

müddətində təzyiq etmək lazımdır. 

Allergiya, KRVİ  və ya mövsümi dəyişikliklər ilə  əlaqədar 

qansızmalarda Neo Synephrine 1-5% (dozası – 5 gün müddətinə hər 

burun dəliyinə 2 damcı olmaqla) effektiv ola bilər. Nəmliyi saxlamaq 

üçün burunun selikli qişasına gellərin (məsələn, vazelin) və ya duzlu 

spreylərin tətbiq olunması da yaxşı nəticə verir. 

Qanaxmanın tez-tez təkrarlandığı hallarda anemiyanın 

diaqnostikası və müalicəsi aparılmalıdır. 

Otorinolarinqoloqun məsləhəti məqsədəuyğundur. 

Amikar və ya transamin turşusu tətbiq oluna bilər. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




39 

Yumşaq toxumalara qansızmalar 

Yumşaq toxumalardan olan səthi qansızmaların  əksəriyyətində 

faktorla müalicəyə ehtiyac yoxdur. Sıxıcı sarğı və buz müsbət nəticə 

verir. 

Əzələlərin və ya sinir-damar sisteminin zədələnməsinin ağırlıq 

dərəcəsi müəyyən olunmalıdır. Həyati vacib orqanları  əhatə edən 

nahiyələrin (kəllə  və qarın boşluğu) travmaları ciddi surətdə istisna 

etmək lazımdır. Açıq seqmentar qansızmalar (məsələn, peritonarxası, 

sağrı nahiyəsi) iri miqyaslı qanitirməyə səbəb ola bilər. Bu hallarda 

dərhal faktor preparatı yeridilməlidir. 

Kiçikyaşlı hemofiliyalı aktiv uşaqda çox vaxt çoxsaylı 

göyərmələr müşahidə oluna bilər. 



Kəsiklər və yaralar 

Səthi kəsiklər dezinfeksiyaedici məhlulla işlənərək sıxıcı steril 

sarğı qoyulmalıdır. 

Yaralar da bu qaydada işlənməli və sıxıcı sarğı qoyulmalıdır. 

Dərin kəsiklərdə faktor səviyyəsi qaldırmalı  və sonra tikiş 

qoyulmalıdır (D)

69



Faktor konstrentratı yeridildikdən sonra tikişi sökmək olar.  



HEMOFİLİYANIN AĞIRLAŞMALARI 

Sümük-əzələ sistemi tərəfindən ağırlaşmalar 

Daha çox oynaqlara və ətraf əzələlərinə qansızmalar qeydə alınır. 



Sinovit 

Sinovit – kəskin hemartrozdan sonra əmələ gələn sinovial qişanın 

iltihabıdır. Sinovit mərhələsində sinovial qişa hipertrofiyalaşır və 

oynağa qansızmanın  əsas mənbəyinə çevrilir. Müalicə olmadıqda 

kəskin sinovit təkrar hemartrozlarla nəticələnə bilər. Bununla bağlı 

ayda 4-5 dəfə  xəstələrdə  qısa müddətli güclü ağrılar olur. Xronik 

sinovitin təzəhürü olan təkrari qanaxmalar zamanı sinovial qişa xronik 

iltihablı  və hipertrofik olur, oynaq böyümüş görünür (böyümə  nəzərə 

çarpan və ağrılı deyil).  

Sinovit kəskin qanaxmanı göstərə bilər. Əgər qansızma yoxdursa, 

müalicəni qeyri-steroid iltihab əleyhinə preparatlarla aparmaq olar, 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə