Microsoft Word 88 Hemofiliya



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix26.03.2018
ölçüsü0,53 Mb.
#33412
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

25 

Bir doza 0,3 mq/kq bədən çəkiyə venadaxili və ya dəriiçi 

yeridilirsə, FVIII səviyyəsinin 3-6 dəfə artırmasını gözləmək olar 

(D)

22



Bir neçə gün ərzində DDAVP dəfələrlə yeridilməsi 

taxifilaksiyaya (reaksiyanın azalmasına) gətirib çıxara bilər. Davam 

edən dövr ərzində faktorun daha yüksək səviyyədə olması  tələb 

olunursa, faktor konsentratları tətbiq oluna bilər (C)

47

. 



Böyük yaşlı xəstələrə hər burun dəliyinə 1 doza intranazal sprey 

1,5 mq/ml püskürdülür. Çəkisi 40 kq-dan az olan xəstələrə hər burun 

dəliyinə 1 doza yetərlidir (D)

38



Antidiuretik aktivliyi nəticəsində organizmdə maye ləngiməsi və 

hiponatriemiya problemi yarana bilər. Çoxsaylı doza yeridilməsi 

hallarında plazmanın osmolyarlığını 

və ya natriumun 

konsentrasiyasını ölçmək lazımdır (D)

68



Maye ləngiməsi problemi verdiyinə görə kiçikyaşlı  uşaqlarda 

DDVAP ehtiyatla istifadə olunmalıdır. Beyin ödemi riski olduğuna 

görə 2 yaşdan aşağı uşaqlara DDVAP əks-göstərişdir (D)

12

. 



DDAVP istifadəsindən sonra tromboz halları (miokard infarktı 

daxil olmaqla) qeydə alınıb. Anamnezində tromboz olan və ürək-

damar xəstəlikləri riski olan xəstələrə DDAVP çox ehtiyatla istifadə 

olunmalıdır (D)

10

. 



Traneksam turşusu (Antifibrinolitik maddələr) 

Traneksam turşusu antifibrinolitik vasitədir, plazminogenin 

aktivləşməsini tam ləngidir (plazminin formalaşması ilə). Bu 

preparat laxtanın stabilliyini təmin edir, hemofiliya və digər 

qanaxmalarda yanaşı terapiya kimi faydalıdır.

 

Hemofiliya xəstəliyi zamanı hemartrozların qarşısını almaq üçün 



yalnız traneksam turşusu ilə mütəmadi müalicə heç bir əhəmiyyət 

daşımır (D)

48

. 



Lakin dəri və selikli qişa qanaxmalarının nəzarəti üçün (məs., 

ağız boşluğu, burun qanaxmaları, menorragiyalar) traneksam turşusu 

böyük əhəmiyyət daşıyır (B)

24,39


Traneksam turşusu xüsusən stomatoloji müdaxilələr zamanı daha 

qiymətlidir və dişlərin tökülməsi, diş  çıxarma zamanı  ağız boşluğu 

qanaxmalarının idarə olunmasında istifadə oluna bilər (D)

21,24



Lakin bəzi daxili qanaxmaların müalicəsi üçün onun tətbiqi 



qadağandır (məs., böyrək qanaxmaları). 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




26 

Dozalanma/istifadə qaydaları 

Traneksam turşusu tək və ya laxtalanma faktor konsentratlarının 

standart dozası ilə birlikdə verilə bilər (D)

34

.



 

Transamin turşusu (traneksam turşusu, Siklokapron) digər 

antifibrinolitik maddədir. Dozası: 20-25 mq/kq per oral yolla gündə 

3-4 dəfə, v/d 10 mq/kq gündə 3-4 dəfə 10 gün müddətinə  təyin 

olunur. Adətən, bu doza fibirinolizin tormozlanmasına və yaranın 

sağalmasına kifayət edir. 

Tromboemboliyanın yaranma riskini artırdığına görə traneksam 

turşusunu protrombin kompleksi konsentratları ilə müalicə alan IX 

faktor defisitli xəstələrə vermək olmaz.

 

Əgər hər iki preparatın yanaşı istifadəsinə ehtiyac varsa, APKK 



(aktivləşmiş protrombin kompleksi konsentratı) və traneksam 

turşusunun sonuncu yeridilmə və verilmə müddətindən ən az 12 saat 

keçmiş olmasına diqqət etmək lazımdır.  

Bundan fərqli olaraq traneksam turşusunun rFVII faktoru ilə 

istifadəsi zamanı tromboemboliyanın yaranma ehtimalı  aşağıdır 

(D)

26

.



 

Epsilon aminokapron turşusu (EAT) 

Epsilon aminokapron turşusu (EAT) traneksam turşusuna 

oxşardır, lakin geniş istifadə olunmur, çünki plazmada daha qısa 

yarımparçalanma dövrünə malikdir və preparatın özü nisbətən zəif 

təsirli, eyni zamanda daha toksikdir.  

Dozalanma/istifadə qaydaları 

EAT (Amikar): 50-100 mq/kq hər 4-6 saatdan bir 7-10 gün 

müddətində istifadə oluna bilər. Yerli qanaxmalarda 10%-li, daxili 

qanaxmalarda isə 5%-li məhlullar istifadə olunur.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




27 

SPESİFİK QANAXMALARIN MÜALİCƏSI 

Oynağa qansızma 

Hemofiliya xəstəliyinin  ən xarakter və spesifik simptomu iri 

oynaqlara qansızmalar, yəni hemartrozlardır. Tez-tez əzələ daxili və 

peritonarxası hematomalar, travmadan, dişlərin ekstraksiyasından, 

cərrahi  əməliyyatdan sonra uzunmüddətli qanaxmalar qeyd olunur. 

Nadir hallarda qarın boşluğu orqanlarına qansızmalar, hematuriya, 

kəllədaxili hemorragiyalar müşahidə olunur. Erkən yaşlarında 

uşaqlarda tez-tez ağız boşluğu selikli qişasından qanaxmalar, burun 

qanaxmaları, dəridə göyərmələr müşahidə olunur. İnfeksiyalar 

fonunda damarların keçiriciliyi pozulur, bunun nəticəsində  də 

diapedez tip spontan qanaxmalar baş verir. Ağır forma hemofiliyada 

iri oynaqların hemartrozu daha erkən yaşlarda meydana çıxır. Bütün 

növ qansızmalar arasında hemartrozlar 70-80% təşkil edir. 

Adətən, ilk hemartrozlar 1-8 yaşlarında və travma nəticəsində 

yaranır. Kəskin hemartroz oynaqdaxili təzyiqin artması ilə  əlaqədar 

yaranan kəskin ağrı ilə müşayiət olunur. Oynaq həcmcə böyük olub, 

dərisi hiperemiyalı  və isti olur. Böyük qansızmalarda fluktasiya 

müşahidə oluna bilər.  Əgər hemartroz travmadan sonra 

yaranmışdırsa, digər zədələnmələrin də baş verib-vermədiyini 

dəqiqləşdirmək lazımdır (oynaqdaxili sınıq, toxumaların sıxılması, 

kondilusların qopması). 

Hemofilik artropatiyanın formalaşmasında 3 mərhələ ayırd 

olunur: 

 



oynaq boşluguna kəskin qansızma, ağrı sindromu, hərəkətin 

məhdudlaşması baş verir, rentgenoqramda sümükdə 

dəyişikliklər müəyyən olunmur 

 



sinovit, sinovial qişanın və oynaq qığırdağının patoloji 

dəyişiklikləri aşkarlanır 

 

deformasiyaedici osteoartroz və kontrakturalar formalaşır 



Ağır forma hemofiliyada hemartrozların  əksəriyyəti fiziki 

yüklənmə və travma ilə əlaqədar olmayıb spontan yaranır. Orta ağır 

formalı hemofiliyada hemartrozlar, adətən, travmadan sonra yaranır, 

ancaq spontan olaraq da inkişaf edə bilər. Yüngül formalı 

hemofiliyada hemartrozlar, adətən, ciddi zədələnmələr və travma ilə 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə