Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   2   3   4   5   6   7   8   9   ...   23

 

11

qtisadi  sistemlərin  bölgüsünü  texnika  və  texnologiyaların  inkişaf 



səviyyəsindən  asılı  olaraq  ABŞ  iqtisadcıları  Con  Qelbreyt  (1908-2006),  Saymon 

Kuznets  (1901-1985),  fransız iqtisadcısı və  sosioloqu  Raymon  Aron  (1905-1983

və  tanınmış  iqtisadçılar  da  həyata  keçirmişlər.  ABŞ  sosioloqları  Daniyel  Bel 

(1919-2011)  və  Uolt  Rostou  (1916-2003)  iqtisadi  sistemlərin  təsnifatına  xüsusi 

nəzəri  dəyərlər  gətirərək,  onları  industrialaqədər,  industrial  və  postindustrial 

cəmiyyətlər  kimi  ayırmışlar.  Hal-hazırda  iqtisadi  sistemlərin  cəmiyyət  aspekti 

təsnifatında bu yanaşma daha geniş yayılmışdır. 

lkin  iqtisadi  sistem  olaraq  industrialaqədər  cəmiyyət  mərhələsini,  həmçinin 

ə

nənəvi  və  ya  aqrar  adlandırmaq  da  olar.  Bu  sistemdə  təsərrüfat  fəaliyyətinin 



hasilat növləri - əkincilik, balıqcılıq, faydalı qazıntıların çıxarılması üstünlük təşkil 

edir  və  burada  əsas  istehsalçı  insan  deyil,  təbiətin  özü  götürülür.  Ona  görə  də, 

ə

nənəvi  və  ya  aqrar  cəmiyyətdə  əhalinin  əksər  hissəsinin  (təxminən  90%-i



məşğulluğu  kənd  təsərrufatı  sferası  ilə  bağlıdır  və  bundan  irəli  gələrək  də  onun 

başlıca vəzifəsi  sadəcə  əhalini qidalandırmaq  üçün  yeyinti  məhsullarının istehsalı 

olmuşdur.  Qeyd  edilməlidir  ki,  industrialaqədər  cəmiyyət  üç  mərhələli  təsnifatı 

verilən iqtisadi sistemlərin ən davamlısıdır və onun tarixinin minlərlə il yaşı vardır. 

Bununla belə, yaşadığımız dövrdə Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya 

ölkələrinin əksəriyyəti hələ də bu inkişaf mərhələsində qalmaqdadır. 

Təsnifatı verilən iqtisadi sistemlərin ikinci mərhələsini təşkil edən “ ndustrial 

cəmiyyət”  termini  ilk  dəfə  fransız  filosofu  Sen-Simonun  (1760-1815)  əsərlərində 

səslənmişdir.  ndustrial  cəmiyyətdə  zəruri  malları  istehsal  etmək  ucun  butun 

qüvvələr sənaye istehsalına yönəldilmişdir. Bu cəmiyyətin formalaşması iri maşın 

istehsalı, urbanizasiya (əhalinin kəndlərdəşəhərlərə axını), bazar iqtisadiyyatının 

bərqərar  olması,  sahibkarların  (burjuaziya)  və  muzdlu  işcilər  (proletarlar)  sosial 

qruplarının meydana gəlməsi ilə sıx əlaqədar olmuşdır. 

Mövcud  nəzəriyyəyə  əsasən  XX  əsrin  sonunda  industrial  cəmiyyəti 

postindustrial  cəmiyyət  əvəzləyir.  Postindustrial  cəmiyyət  konsepsiyasının  banisi 

D.Bell  hesab  edilir.  Onun  1973-cu  ildə  nəşr  edilmiş  “Gələcək  postindustrial 

cəmiyyət”  kitabında  postindustrial  cəmiyyət  konsepsiyasının  geniş  şərhi  verilmiş 



 

12

ictimai  istehsalın  sektorları  arasında  munasibətlərin  dəyişməsində  əsas  meyilləri, 



xidmətlər iqtisadiyyatının  yaranması,  məhsuldar qüvvələrin sərbəst elementi kimi 

elmi  biliyin  formalaşması  ətraflı  təhlil  olunmuşdur.  Lakin  “postindustrial 

cəmiyyət”  termininin  ozu  iyirminci  yüzilliyin  ortalarında  Amerika  kapitalizminin 

1929-1933-cu  illərdə  Böyuk  Böhrana  qədər  mövcud  olmuş  industrial 

kapitalizmdən cox fərqləndiyi aydınlaşdıqda meydana gəlmişdir. 

Postindustrial  cəmiyyətinin  dəyərli  keyfiyyətləri  işçinin  təhsilinin  səviyyəsi, 

peşəkarlığı,  tədrisi  mənimsəməsi  qabiliyyəti  və  kreativliyi  ilə  ölçulur.  Müasir 

zamanda  xidmət  sahəsinin  payı  UDM-in  yarıdan  çox  təşkil  edən  postindustrial 

ölkələr  hesab  olunurlar.  Bu  meyar  altına  ABŞ  (80%),  Avropa  ttifaqı  olkələri 

(70%-dən cox), Yaponiya (75%), Kanada (70%) düşür. 

Postindustrial  cəmiyyətdə  milli  informasiya  resursları  sərvətin  çox  böyük 

potensialı  hesab  olunur.  Burada  postindustrial  iqtisadiyyat  sənaye  məşğulluq 

gostəricilərinə  və  milli  məhsulda  payına  görə  xidmət  sferasından  geridə  qalır. 

Xidmət sferasında isə informasiya emalı üstünlük təşkil edir. 

ABŞ  futroloqu,  iqtisadcı  və  sosioloqu  Elvin  Toffler  (1928)  XX  əsrin  80-ci 

illərində  nəşr  etdirdiyi  “Ucuncu  dalğa”  kitabında  insan  cəmiyyətinin  inkişaf 

tarixini  üç  dalğanın  ardıcıl  meydana  gəlməsi  və  qarşılıqlı  əlaqəsi  kontekstində 

nəzərdən keçirir: 

Birinci  dalğa  (kənd  təsərrufatı  sivilizasiyası)  -  10  min  il  əvvəl  meydana 

gəlmiş və hazırda öz enerjisini itirən; 

kinci dalğa (industrial sivilizasiya) - 300 illik aktiv dövrunu başa vuran; 

Üçüncü  dalğa  (informasiya  cəmiyyəti)  -  XX  əsrin  50-ci  illərində  meydana 

gəlmiş və hələ indi güclənməyə başlayan. 

E.Toffler yeni sivilizasiyanın – üçüncü dalğanın təşəkkülünü və yaranmasını 

iqtisadiyyatın informasiya sektorunun kənd təsərrufatı, sənaye və xidmətlər sahəsi 

kimi  ənənəvi  sektorlarından  üstünlüyü  ilə  əlaqələndirir.  Yeni  cəmiyyətdə 

informasiya  daha  yuksək  dəyərə  malikdir  və  işləyən  insanların  yarıdan  coxu 

informasiya xidməti gostərməklə məşğuldur. Onun başlıca xususiyyətləri industrial 

cəmiyyət  üçün  ənənəvi  olan  eynitipli  malların  kütləvi  mədəniyyəti,  kütləvi 



 

13

istehsalı,  cəmiyyətin  və  mədəniyyətin  iyerarxik  təşkilindən  imtina,  informasiya 



mübadiləsinin artırılması, istehsalla istehlakın yaxınlaşmasıdır. Beləliklə, E.Toffler 

belə nəticəyə gəlir ki, informasiya cəmiyyəti, inkişafında bilik amili və bilik sahəsi 

həlledici rol oynayan cəmiyyətdir. 

nformasiya  cəmiyyəti  haqqında  Y.Masuda  oz  konsepsiyasında  onun  fərqli 

ə

lamətləri kimi aşağıdakıları ayırır: 



-  yeni  cəmiyyətin  əsası  -  insana  zehni  işində  kömək  etməyə  qabil  olan 

kompüter texnologiyaları; 

- koqnitiv informasiyanın, texnologiyaların və biliklərin kütləvi istehsalı; 

- iqtisadiyyatın qabaqcıl sahəsi - intellektual istehsal; 

- yeni cəmiyyətin başlıca məqsədi - vaxtın dəyərliliyinin realizasiyası. 

qtisadi sistemlərin formaları və transformasiyası sahəsində fransız filosofu və 

sosioloqu Alen Turenin (1925) konsepsiyası da fərqli xüsusiyyətlərə malikdir. 

A.Turen insan  fəaliyyətinin bir  cəmiyyət  tipindən  digərinə  keçidini  “sosietal 

tip”  kateqoriyası  ilə  bağlayır  və  burada  dəyişkənliklər  motivasiyası  ticarətdən  – 

istehsala, istehsaldan – kommunikasiyalara, bir mədəniyyət tipindən digərinə və s. 

sosioloji transformasiyalar çevrəsində izlənilir. 

Tanınmış  ABŞ  sosioloqu,  siyasətçisi  və  görkəmli  dövlət  xadimi  Zbiqnev 

Bzejinski  (1928)  ozunun  1970-ci  ildə  nəşr  etdirdiyi  “ ki  əsr  arasında.  Texnotron 

eraya girişdə Amerikanın rolu” adlı kitabında bəşəriyyətin sosial inqilablarla deyil, 

Elmi-Texniki  Tərəqqi  ilə  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyması  konstatasiya 

olunur.  Z.Bzejinskinin  texnotron  nəzəriyyəsinə  görə  bu  keyfiyyət  şıcrayışı 

təkamullə  alt  hədd  aqrardan  sənaye  vasitəsi  ilə  “texnotron  era”ya  daxil  olur. 

Həlledici  rol  burada  avtomatlara,  kompüter  və  kibernetik  sistemlərə  buraxılır. 

Başlıca funksiyanı isə elm ifa edir. 

Bununla  belə,  Z.Bzejinski  qeyd  edir  ki,  dünyada  inkişaf  etmiş  və  etməmiş 

ölkələr  arasında  başlıca  ziddiyyətlər  qalacaqdır.  Ona  gorə  də,  antoqonizm  və 

konfliktlərdən uzaq olan daimi vahid dunya birliyi yaratmaq üçün inkişaf etməmiş 

ölkələr arasında “texnotron era”ya yaxın olanlara güclu dəstək verilməlidir. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə