Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   2   3   4   5   6   7   8   9   ...   23

 

14

Gorunduyu  kimi  həm  A.Turenin  və  həm  də  Z.Bzejinskinin  cəmiyyət 



konsepsiyalarında  əsas  hərəkətverici  qüvvə  olaraq  informasiya  kommunikasiya 

texnologiyaları irəli cəkilir. 

Bu  gun  postindustrial  cəmiyyət  paradiqması  hərtərəfli  olaraq  informasiya 

cəmiyyəti  kimi  xarakterizə  olunur.  Belə  təyinat  yuxarıdakılara  istinadən  həm  də 

onunla əsaslandırılır ki, bəşər cəmiyyətinin indiki inkişaf mərhələsində informasiya 

sosial tərəqqinin başlıca amilinə çevrilir və o, cəmiyyətin movcudluğunu və inkişaf 

xarakterini butun parametrlərdə təyin edir.  nformasiya  mübadiləsi və reallaşması 

informasiyanın özündən belə üstünlük qazanır. Bu reallıq isə bir daha onu gostərir 

ki, texnoloji determinizm konkretləşir və yerini informasiya determinizminə verir. 

Eyni zamanda, qeyd olunur ki, postindustrial nəzəriyyəyə yaxın konsepsiyalar 

olan  “informasiya  cəmiyyəti”,  “postiqtisadi  cəmiyyət”,  “postmodernizm”, 

“dordüncü formasiya cəmiyyəti”, “istehsal prinsipinin elmi-informasiya mərhələsi” 

və digərlərində də informasiya determinizmi prioritet statusda cıxış edirlər. 

Klassik  iqtisad  elmində  kapital  əmək  sərf  etməklə  sərvəti  artırmaq  (gəlir 



yaratmaq

)  qabiliyyətində  olan  əşyalar  məcmusu  (torpaq,  binalar,  maşınlar, 



xammal

)  kimi  maddi  formada  başa  duşulurdu.  qtisadiyyatda  pulların  boyuk  rol 

oynadığı  sonrakı  mərhələdə  isə  kapital  əmək  alətlərinin  və  əmək  xidmətlərinin 

pulla  alınması  forması  kimi  də  dərk  edilməyə  başlanıldı.  Biliklərdən  istifadənin 

həcminin genişlənməsi isə intellektual mülkiyyətin xususi çəkisinin artması, fiziki 

obyektlər mülkiyyətinin xüsusi çəkisinin azalması ilə müşayiət olunmuşdur. Bu da 

öz növbəsində pul iqtisadiyyatının innovasiyalı olmasına gətirmişdir.  nnovasiyalı 

pul iqtisadiyyatında istifadə olunan informasiya bilikləri əks etdirir və üç şəkildə: 

sahibkar  və  işcinin  peşəkar  bilikləri,  mutəxəssisin  texnoloji  bilikləri  və  işlərin 

gələcəkdə  necə  qurulacağından  asılı  olaraq  bütün  marağı  olan  subyektlərin 

mülahizələri kimi başa düşülür. Bu iqtisadiyyatda əmək xidmətləri sadəcə peşəkar 

vərdişlərə  deyil,  həm  də  fərdiləşmiş  bilik  və  qabiliyyətlərə  istinad  edir.  Əmək 

bazarı  artıq  simasız  “istehsal  xidməti”  deyil,  tələb  olunan  peşəkar  diapazonda 

nisbətən nadir, hətta unikal keyfiyyətlərə malik şəxsiyyət təklif edir. 




 

15

Bütün  bunlara  rəğmən  qeyd  olunmalıdır  ki,  müasir  iqtisadiyyat 



coxsektorludur.  Buraya  ayrı-ayrılıqda  ənənəvi  industrial  iqtisadiyyat,  ənənəvi 

postindustrial  iqtisadiyyat,  innovasiya  iqtisadiyyatı,  informasiya  iqtisadiyyatı, 

vencur  biznesi  və  digər  klaster  və  sektorlar  daxildir.  qtisadiyyatın  və  dövlətin 

butun  sektorlarının  sistemli  fəaliyyətini  təmin  edən  fundament  isə  bütövlükdə 

informasiya sektorudur. 

qtisadiyyatda  informasiya  aspektlər  coxluğunda  təzahur  edir  və  bu  cur 

təzahur usullarından bəzilərini aşağıdakılara ayırmaq olar: 

-  informasiya  istehsalı  -  istehsal  sahəsidir,  başqa  cür  iqtisadi  fəaliyyət 

növudur; 

-  informasiya  istehsal  amilidir  -  istənilən  iqtisadi  sistemin  fundamental 

resurslarından biridir; 

- informasiya alqı-satqı obyektidir, yəni o özu əmtəə olaraq cıxış edir; 

- informasiyanın müəyyən hissəsi cəmiyyətin bütün üzvləri tərəfindən istehlak 

olunan ictimai rifahdır; 

-  informasiya  -  iqtisadi  sistemin  qiymət  və  faydalılıqla  yanaşı,  optimal  və 

tarazlıq hallarının müəyyənləşdirilməsinə təsir edən bazar mexanizmi elementidir; 

- müasir şəraitdə informasiya rəqabət mubarizəsində daha mühüm amillərdən 

birinə çevrilir; 

-  informasiya  işguzar  və  hakimiyyət  dairələri  tərəfindən  qərarlar  qəbul 

olunması və ictimai rəy formalaşdırarkən istifadə edilən ehtiyata çevrilir. 

Beləliklə,  informasiya  cəmiyyətinin  iqtisadiyyatı  yaranması  əmək,  kapital, 

torpaqla yanaşı, həmçinin dördüncü, daim yenilənən nəzəri biliklər və müxtəlif növ 

məlumatlar,  o  cümlədən  insanların  praktiki  vərdişlərində  ehtiva  olunan  relevant 

informasiyadan istifadə etməyə başlayır.  nformasiya istehsal amili olaraq müasir 

fəaliyyət şəraitində son dərəcə zəruridir. O, qəbul olunan qərarların operativliyini 

təmin  edir,  sahibkarlıq  qabiliyyətinin  inkişafına  və  istehsal  prosesinin 

səmərəliliyinin  yuksəldilməsinə  kömək  edir.  nformasiyanın  mövcüdluğu  qeyri-

müəyyənlik kimi xarici amilin təsirini azaldır. 




 

16

Bu  gun  “informasiya  iqtisadiyyatı”  termininin  muxtəlif  interpretasiyaları 



movcuddur, bu da təbii ki, onun məqsəd və vəzifələrinin müəyyən edilməsinə təsir 

edir. 


Qərbdə informasiya iqtisadiyyatını, iqtisadiyyatın informasiya ilə işə aid olan 

hissəsi  və  həmçinin  komputer  sənayesi  kimi  nəzərdən  keçirməsi  kimi  meyilləri 

vardır. 

nformasiya iqtisadiyyatı postindustrial cəmiyyətdə insan fəaliyyətinin ictimai 

istehsal,  ictimai  rifahların  bolgusu  və  istehlakı  proseslərində  elektron 

texnologiyaların  (informasiya-kommunikasiya)  geniş  tətbiqini  nəzərdə  tutan 

təsərrufat  fəaliyyətini  tədqiq  edən  elm  sahəsi  olaraq  da  cıxış  edir.  nformasiya 

iqtisadiyyatının  əsas  xüsusiyyətinin  təsərrufat  qarşılıqlı  əlaqələrinin  kütləviliyi  və 

qloballığı  xarakterinə  yonümlülüyü  və  həmcinin  yaradılmış  rifahların  dünya 

miqyasında  istehlakcılar  arasında  bölgüsü  səciyyələndirir.  Təsərrufatcılığın 

ə

nənəvi  metodlarından  istifadədə  menecmenti və biznesin  aparılmasının  (“tələb  - 



təklif”  sxemi  əsasında

)  bazar  modelini  özündə  birləşdirən  ümumi  qəbul  edilmiş 

iqtisadiyyatdan  fərqli  olaraq,  informasiya  iqtisadiyyatı  menecmentə,  innovasiyalı 

sahibkarlığa, informasiya injinirinqinə və iqtisadi proseslərin avtoformalizasiyasına 

(avtostrukturlaşdırma) əsaslanır. 

nformasiya  iqtisadiyyatının  başlıca  vəzifələri  həm  makro  və  həm  də  mikro 

səviyyədə  təyinat  alır.  Makrosəviyyədə  informasiya  iqtisadiyyatının  başlıca 

vəzifələri  baş  verən  qlobal  proseslər  çərçivəsində  təsərrüfat  inkişafının 

istiqamətinin seçilməsinə əsaslanır ki, bu da cəmiyyətin təsərrufat enerjisinin yeni 

xarici  resurslara  və  strukturunun  keyfiyyət  transformasiyalarına  doğru  hərəkəti 

qabiliyyəti  ilə  müəyyən  olunur.  Daha  geniş  diapazonda  bu  tərkib  hissələri 

texnosfera,  antropsfera  və  sosiosferanın  təkamullu  qarşılıqlı  əlaqəsi  nəticəsində 

neosferin  inkişafı  kimi  görünür.  Mikrosəviyyədə  isə  informasiya  iqtisadiyyatının 

başlıca  vəzifələri  sahibkarlıq  subyektləri  tərəfindən  xarici  mühitin  təsərrufat 

enerjisini  almaq  və  onun  iş  və  iş  yerləri  şəklində  transformasiyasına  yönəldilmiş 

təsərrufatçılıq alqoritmlərinin yaradılması kimi təyin edilir. 

nformasiya iqtisadiyyatı məxsusi inkişaf mərhələlərinə malikdir ki, bunlar da 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə