Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

 

42

alınmaqla  adaptasiyası,  distant  təhsil  texnologiyalarının  cəmiyyətdə  geniş  təbliği 



işinin aparılması, bu problem üzrə elmi-tədqiqat işlərinin təşkili və aparılması və s. 

kimi məsələlərin müvəffəqiyyətli həlli reallaşar.     

 



 

43

 



2.2. Ölkədə rəqabətli insan kapitalının inkişaf problemləri  

 

nsan  kapitalının  formalaşması,  inkişafı  mürəkkəb  və  çoxcəhətli  bri  proses 

olub,  fərdin  məxsusi  keyfiyyətlərinin,  bilik  və  bacarıqlarının,  qabiliyyətlərinin 

inkişaf  etdirilməsi,  bu  keyfiyyətlərin  məcmu  şəkildə  kapitala  çevrilməsi  ilə 

bağlıdır.  nsan  kapitalının  müxtəlif  formalarda  inkişafı    bu  kapitalı  formalaşdıran 

komponentlər  üzrə  maliyyə  vəsaitlərinin  məqsədli  şəkildə  yönəldilməsindən 

ə

həmiyyətli  dərəcədə  asılıdır.  nsan  kapitalına  investisiya  işçinin  ixtisas  və 



qabiliyyətinin,  eləcə  də  əmək  məhsuldarılığının  yüksəldilməsinə  istiqamətlənmiş 

hər hansı bir fəaliyyətdir. Bu fəaliyyət çərçivəsində yönəldilən vəsaitlər fərdin bilik 

və  bacarıqlarının,  təhsil  səviyyəsinin  yüksəldilməsi,  sağlamlığının  qorunması, 

həyat  səviyyəsinin  yüksəldilməsinə,  həyat  keyfiyyətinin  yaxşılaşmasına  xidmət 

etməlidir.  Belə  olan  halda  formalaşmış  kapital  onun  sahibinin  sosial-iqtisadi 

təminatlılıq səviyyəsinin yüksəlməsinə, bütövlükdə cəmiyyətin möhkəmlənməsinə 

təkan vermiş olur.  

nsan kapitalına yönəldilən investisiyaların istiqamətləri onun strukturu baxı-

mından fərqləndirilir, lakin iki əsas istiqamət ümumi olaraq qalır: birincisi, təhsilə, 

ikincisi isə sağlamlığın qorunması və səhiyyənin inkişafına yönəldilən investisiya-

lardır.  Bəzi  tədqiqatçılar  burada  işçi  qüvvəsinin  yerdəyişməsi,  mobilliyi,  işə 

düzəlmə və digər çoxsaylı iqtisadi əhəmiyyətli informasiyanın axtarışı və onu əldə 

etmək məqsədləri üçün yönlədilən investisiyalar, uşaqların təlim-tərbiyəsi ilə bağlı 

xərclərə yönəldilən investisiyalar, elmin və intellektin, mədəniyyət və incəsənətin 

inkişafına yönəldilən investisiyaları da daxil edirlər. 

nsan  kapitalına  yönəldilən  investisiyalar  həm  bu  kapitala  sahib  olan  fərdin 

özünün, həm də bütövlükdə cəmiyyətin inkişafı nöqteyi-nəzərində olduqca strateji 

ə

həmiyyət  kəsb  edir.  Bu  baxımdan  bu  prosesdə  cəmiyyətin  müxtəlif  institutları, 



dövlət və qeyri-dövlət institutlarının fəal iştirakı vacibdir. Məhz bu məqsədlə insan 

kapitalının  geniş  təkrar  istehsalında  dövlət  tərəfindən  sosial  sahələrə  yönəldilən 

maliyyə vəsaitlərinin müsbət təsirləri olduqca böyükdür. Bu, dövlətin həyata keçir-



 

44

diyi sosial siyasət çərçivəsində reallaşır. Ona görə də biliklərə əsaslanan iqtisadiy-



yatın  inkişafı  şəraitində  sosial  siyasətin  əsas  məqsədləri  sırasında  əhalinin 

aztəminatlı təbəqələrinin sosial müdafiəsi ilə yanaşı, innovasiya potensialına malik 

cəmiyyət  üzvlərinin  öz  potensiallarını  reallaşdıra  bilmələri  üçün  əlevrişli  şəraitin 

yaradılması  prioritet  təşkil  etməlidir.  Bu  isə  rəqabətqabiliyyətli  inkişafın  əsas 

şə

rtdləndirici amillərindən olan insan kapitalının inkişafına xidmət edir.  



Bu  gün  respublikamızda  sosial-iqtisali  inkişafın  təmin  edilməsi  məqsədilə 

qəbul  edilən  çoxsaylı  dövlət  proqramları,  strategiyaların  reallaşmasında,  bu 

istiqamətdə  genişmiqyaslı  tədbirlərin  həyata  keçirilməsində,  ümumilikdə  ölkədə 

sosial siyasətin maliyyələşdirilməsində dövlət büdcəsindən ayrılan vəsaitlərin rolu 

daha  çox  hiss  edilməkdədir.  Respublikamızın  müstəqilliyinin  bərpasından  keçən 

dövr ərzində dövlət büdcəsindən ayrılan sosial inkişaf məqsədli vəsaitlərin həcmi 

ilbəil artmaqdadır. Son illərdə də bu istiqamətdə davamlı artım  meylləri müşahidə 

edilir  və  ayrılan  vəsaitlərin  həcmi  dövlət  dübcəsi  xərclərinin  prioritetləri  sırasına 

daxildir.  2000-2012-ci  illərdə  sosial-mədəni  tədbirlərin  maliyyələşdirilməsi 

məqsədilə  dövlət  büdcəsindən  ayrılan  vəsaitlərin  həcmi  təxminən  11  dəfə 

artmışdır.  

4189,7


3553,3

2994,18


2846,3

2374,6


843,3

535,2


382,7

2000


2003

2005


2008

2009


2010

2011


2012

 

Şə



kil  2.  Dövlət  büdcəsindən  sosial-mədəni  tədbirlərə  ayrılan  vəsaitlər, 

mln.manat 

Mənbə:  Azərbaycanın  statictik  göstəriciləri  2009  və  2013-ün,  “Azərbaycan 

Respublikasının  dövlət  büdcəsi  zərfi  2010  və  2013-ün  məlumatları  əsasında  müəllif  tərəfindən 

tərtib edilmişdir.  

Bu  vəsaitlərin  strukturunda  sosial  sferanın  ayrı-ayrı  istiqamətlərinin  inkişafı 

məqsədliə ayrılan vəsaitlərin həcmi də davamlı olaraq artırılmışdır. 2000-2010-cu 

illərdə  sosial-mədəni  tədbirlər  sırasında  təhsil  sferasına  ayrılan  vəsaitlərin  xüsusi 




 

45

çəkisi 40%-dən yüksək olmuşdur, lakin bu rəqəm tədricən 2000-ci ildə 47,5%-dən 



2012-ci ildə 35,7%-dək azalmışdır. Bu xərclərin dövlət büdcəsi xərclərində xüsusi 

çəkisi  isə  23,8%-dən  8,3%-dək  azalmışdır.  Təhsilə  ayrılan  büdcə  vəsaitlərinin 

strukturundə daha çox natamam və orta təhsil xərcləri üstünlük təşkil etmişdir.  

Təhsilə ayrılan vəsaitlər, mln.manat 

Cədvəl 3  

Xərclərin istiqamətləri 

2008 

2009 

2010 

2011 

2012 

Cəmi xərclər 

979,7 

1147,9 


1180,8 

1268,5 


1453,2 

Məktəbəqədər və ibtidai təhsil  

72,0 

82,8 


88,6 

93,9 


102,1 

Natamam və orta təhsil  

593,0 

673,5 


684,8 

718,6 


766,4 

nternat və xüsusi məktəblər 

37,8 

46,5 


46,4 

50,3 


51,5 

Texniki peşə məktəbləri və liseylər 

50,4 

60,6 


62,6 

67,0 


71,6 

Ali təhsil 

84,1 

127,98 


131,97 

150,2 


140,2 

Təhsil sahəsində tətbiqi tədqiqatlar 

2,9 

3,99 


4,1 

4,5 


4,7 

Təhsil sahəsində digər xidmətlər 

139,5 

152,5 


162,5 

184,0 


316,6 

Mənbə: “Azərbaycan Respublikasının dövlət büdcəsi zərfi 2010; 2013” 

Son 10 ildə respublikamızda səhiyyə sisteminin inkişafı məqsədilə ayrılan vəsa-

itlərin həcmi 11 dəfə artmışdır. Bu vəsaitlərin sosial-mədəni tədbirlərə ayrılan vəsa-

itlərin  strukturunda  payı  isə  10,3%-dən  15%-ə  yüksəlmişdir,  lakin  dövlət  büdcəsi 

xərclərinə nisbətən bu rəqəm 5,4%-dən 3,5%-ə enmişdir. Səhiyyə xərclərinin struktu-

runda isə daha çox xəstəxanalar və səhiyyə sahəsinə aid edilən digər xidmətlərə ayrı-

lan vəsaitlərin həcmi artırılmışdır ki, bu xərclərin də strukturunda dövlət proqramları 

yer almışdır.  

Səhiyyəyə ayrılan vəsaitlər, mln.manat 

Cədvəl 4 

Xərclərin istiqamətləri 

2008 

2009 

2010 

2011 

2012 

Cəmi xərclər 

346,2 

402,4 


429,2 

493,4 


609,4 

Poliklinikalar və ambulatoriyalar 

57,7 

62,4 


75,9 

83,98 


91,9 

Xəstəxanalar 

194,0 

227,9 


234,7 

264,98 


315,5 

Səhiyyə sahəsində digər xidmətlər  

7,7 

7,98 


4,4 

4,3 


5,3 

Səhiyyə sahəsində tətbiqi tədqiqatlar 

2,4 

2,6 


2,96 

3,1 


3,5 

Səhiyyə sahəsinə aid edilən digər xidmətlər 

84,4 

101,5 


111,2 

137,0 


193,2 

Mənbə: “Azərbaycan Respublikasının dövlət büdcəsi zərfi 2010; 2013”. 

Ölkəmizdə  aztəminatlı  əhali  təbəqəsinin  sosial  müdafiəsinin  gücləndirilməsi, 

pensiya  və  sosial  təminat  sisteminin  təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi, 

pensiya  və  müavinətlərin,  ünvanlı  sosial  yardımın,  məcburi  köçkünlərin  sosial 

problemlərinin həlli və digər sosial tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət 

büdcəsindən  vəsaitlər  ayrılır.  Son  10  ildə  bu  vəsaitlərin  həcmi  11  dəfədən  çox 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə