Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 

52

qeyri-maddi  aktiv  rolunu  oynayır.  Bu  şirkətə  daha  yaxşı  və  səmərəli  müqavilələr 



və  investisya  layihələrinin,  eləcə  də  yaxşı  mütəxəssislərin  şirkətə  cəlb  edilməsi 

üçün  imkanları  təmin  edir.  Mütəxəssislər  şirkətin  işgüzar  etibarının 

qiymətləndirilməsi  üçün  40  göstərci,  parametr  müəyyən  edirlər.  Bunlardan  bir 

neçəsini qeyd edə bilərik: 

 şəxsiyyət gücü; 

 rəhbərin xarizmatikliyi; 

 təşkilatın dəqiq müəyyən edilmiş fəaliyyət missiyasının və strategiyasının 

olması; 


 kompaniyanın maliyyə vəziyyəti və maliyyə göstəricilərinin dinamikası; 

 məhsul və xidmətlərinin keyfiyyəti; 

 şirkətin  tanınması  səviyyəsi  (şöhrəti)  və  onun  haqqında  informasiyayay 

ə

lyetərliyin təmin edilməsi; 



 innovasiyaların tətbiqi; 

 idarəetmə sisteminin səmərərliliyi; 

 yeni məhsullar bazarına müntəzəm daxil olma; 

 fəal marketin və informasiya-reklam siyasətinin həyata keçiriliməsi; 

 kompnaniyanın inkişaf perspektivləri və imkanları. 

Biznes  mühiti  ilə  bağlı,  eləcə  də  cəmiyyətdə  bizneslə  bağlı  dəyərlər 

sistemində  baş  verən  dəyişikliklər  şirkətin  işgüzar  imicinə,  etibarına  da  öz 

təsirlərini göstərə bilir. 

L.Edvinson və  M.Melounun  fikrincə  insan  kapitalı  – kompaniyanın, şirkətin 

işçilərinin  yalnız  bilik  və  bacarıqlarının,  praktik  vərdişlərinin  və  yaradıcılıq 

qabiliyyətlərinin  mədmusundan  ibarət  deyildir,  həm  də  kompaniyada  mənəvi 

dəyərlər,  əmək  mədəniyyəti  və  işə  ümumi  yanaşmadan  ibarətdir.  F.Fukuyamanın 

fikrincə  isə,  müasir  şəraitdə  təkcə  torpaq,  zavodlar,  alətlər  və  dəzgahlar  kapital 

deyildir, həm də insanların bilik və ixtisasları kapitaldır və bu kapitalın əhəmiyyəti 

daim artmaqdadır.  

E.C.Dolland  insan  kapitalına  təlim-tərbiyə,  eyni  zamanda  praktiki  təcrübə 

yolu  ilə  əldə  edilmiş  zehni  qabiliyyətlər  şəklində  olan  kapital  kimi  yanaşırdı. 



 

53

S.Fişer bu yanaşmanı bir qədər də konkretləşdirərək hesab edirdi ki, «insan kapitalı 



–  insanda  gəlir  gətirmə  qabiliyyətinin  təcəssümünü  ifadə  edən  bir  ölçüdür, 

meyardır.  nsan  kapitalı  anadangəlmə  qabiliyyətlə  və  istedad,  həmçinin  təhsil 

səviyyəsi və ələd edilmiş ixtisas səviyyəsindən ibarətdir».  

Lakin cəmiyyət inkişaf etdikcə, sosial tərəqqi, dəyişikliklər baş verdikcə insan 

kapitalını formalaşdıran kefiyyət elementlərinin əhatə dairəsi genişlənir və buraya 

vətəndaşlıq,  siyasi  və  hüquqi  mədəniyyət,  tərbiyə,  əxlaq  və  təhsil  səviyyəsi, 

sağlamlıq,  mədəni  səviyyə  kimi  keyfiyyətlər  də  daxil  edilmişdir.  L.Turou  insan 

kapitalı anlayışına «insanın sosial və siyasi sabitliyə hörmət etmək xüsusiyyətini də 

daxil  edir  ki,  bu  da  onun  aldığı  təlim  və  tərbiyənin  nəticəsin  olaraq 

formalaşır…..bütün  cəmiyyət  gələcək  üçün  müəyyən  üstünlüklərə  malik  olan 

şə

xsiyyət yetişdirmək istəyir. Lakin o, insan kapitalını formalaşdıran qabiliyyətlər 



sırasında iqtisadi qabiliyyəti əsas qabiliyət olavraq önə çəkir. Bu qabiliyyət bütün 

digər yatırımların məhsuldarlığına təçsir edir». 

F.Maxlup qeyd edirdi ki, «təkmil əməyi qeyri-təkmil əməkdən fərqləndirmək 

lazımdar,  çünki  təkmil  yatırımlar  hesabına  əmək  insanın  fiziki  və  zehni 

qabiliyyətlərinin artırılması nəticəsində daha məhsuldar olur. Belə təkmilləşdirmə 

insan kapitalını yaradır». 

Müasir sivilizasiyanın, insan cəmiyyətinin inkişafında elm və təhsilin, biliyin 

rolunun artması ilə əlaqədar olaraq iqtisadçılar insan kapitalının formalaşmasında 

məhz  bu  amillər  üzərində  daha  çox  dayanırlar.  K.R.Makkonnell  və  S.L,Bryu 

«insan  kapitaılını  əmək  məhsuldarlığının  artırılmasına  kömək  edən  amillərin,  o 

cümlədən təhsil, sağlamlıq, peşə hazırlığına yönəldilən yatırımların toplnması kimi 

izah edirlər». P.Xeyns qeyd edirdi. Ki, «maşınlar və avadanlıqlar istehsal binaları 

və  qruğuları  ilə  birlikdə  kapıldır,  lakin  təhsil,  peşə  hazırlığı,  paktiki  təcrübə 

vasitəsilə insanın qazandığı bilik və bacarıqları, vərdişləri  də həmçinin kapitaldır. 

Bunların  vasitəsilə  digər  insanlara  qiymətli  məhsullar.  Xidmətlər  təqdim  etməyə 

imkan  verir.  Gəlirlərin  bölüşdürülməsinin  sərvətin  bölüşdürülməsindən  asılılığı 

fikri  o  zaman  öz  təsdiqini  tapır  ki,  biz  insan  kapitalını  sərvət  anlayışına  daxil 

edirik». 




 

54

R.M.Nureev insan kapitalını «insanın məcmu məhsuldar gücü, qüvvəsi kimi, 



iqtisadi  nemətlərin  istehsalında  istifadə  etdiyi  bilikləri.  Vərdişləri.  Badarıqları, 

motivasiyası və enerjisi kimimüəyyən etmişdir». 

L.S.Şaxovskaya  bu  anlayışa  insanın  antropoloji  və  sosial-iqtisadi 

xüsusiyyətlərini də əlavə edir.  O yazır ki, «insan kapitalı – insan-işçi, təsərrüfait 

subyektinin özüdür, onun əmək qabiliyyətidir, ümumi şəkildə əmək ehtiyatıdır. Bu 

ehtiyat müəyyən şəraitdə lazımi anda onun sahibi üçün kapital kimi çıxış edir».  

Bunlardan  fərqli  olaraq  S.A.Dyatlov  insan  kapitalına  hansısa  keyfiyyət 

xüsusiyyətlərinin bu və ya digər formada olan dəsti, məcmusu halında baxmır. O, 

buna, onun fəaliyyətinin nəticələri nöqteyi-nəzərindən bir proses kimi yanaşır. O, 

insan  kapitalına  «investisiya  yatırımları  nəticəsində  formalaşmış  və  insan 

tərəfindən  sağlamlıq,  biliklər,  vərdişlər,  qabiliyyətlər,  motivasi  şəklində  toplanan 

və  ictimai  təkrar  istehsalın  bu  və  ya  digər  sahələrində  məqsədəuyğun  şəkildə 

istifadə edilə bilən, əmək məhsuldarlığının artırılmasına və istehsalın səmərliliyinin 

yüksəldilməsinə,  işçinin  gəlirlərinin,  əmək  haqqının  artmasına  kömək  edə  bilən 

ehtiyat kimi baxılmasını təklif edirdi». 

Bəzi  tədqiqatçılar  insan  kapitalına  yaradıcı  qabiliyyətlərin,  fərdin  şəxsi 

keyfiyyətləri  və  motivasiyasının  məcmusu  kimi  baxırdılar  ki,  keyfiyyətlər  də 

insana  yönəldilən  investisiya  yatırımları  nəticəsində  formalaşaraq,  müəyyən  dövr 

ə

rzində xalq təsərrüfatının sahələrində tətbiq edilərək onun sahibinə gəlir gətirir və 



mimlli sərvətin artırılmasına kömək edir».  

V.P.Şetinina  qeyd  edir  ki,  «insan  kapitalı  anlayışı  ikili  xarakter  daşıyır.  Bir 

tərəfdən  o,  sahibkarlar  tərəfindən  mənfəət  əldə  etmək  üçün  istehs  prosesində 

istifadə  olunur,  digər  tərəfdən  isə  o,  cəmiyyət  miqyasında  insan  potensialının 

müasir xarakterinin sosial-iqtisadi formasını əmələ gətirir». 

L.Q.Simkin belə müddəa irəli sürür ki, «insan kapitalı müasir iqtisadi sistemin 

ə

sas  yanaşmasıdır.  Əgər  intellektual  fəaliyyət  istehlakın  artırılması  mənbəyi  kimi 



çıxış  edirsə,  onun  geniş  təkrar  istehsalı  əsas  iqtisadi  münasibətlərin  –  insan 

kapitalının  geniş  təkrar  istehsalıdır».  «insan  kapitalının  məhsuldar  forması  iki 

hissədən ibarətdir – bilavasitə əmək və intellektual fəaliyyət. Bu hissələr eyni bir 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə