Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   15   16   17   18   19   20   21   22   23

 

55

subyektin funksiyası kimi, ya da bir-birləri ilə qarşılıqlı fəaliyyətdə olan müxtəlif 



subyektlərin təşkilatı-iqtisadi forması kimi çıxış edir». 

V.S.Bajenov  insan  kapitalının  inteqral  xarakteristikasını  verir.  O,  insan 

kapitalına  «insanın  əmək  fəaliyyəti  prosesində  təzahür  edən  xüsusiyyətlərinin 

məcmusu kimi yanaşır. Bu xüsusiyyətlər əmək bazarının tələblərindən irəli gəlir və 

təhsil  səviyyəsi,  intellektual  potensial,  bilik,  vərdişlər,  istehsalat  təcrübəsi  kimi 

ixtisas  xüsusiyyətləri,  həmçinin  şəxsi  keyfiyyətlər,  onun  fizioloji  və  sosial-

psixoloji  xüsusiyyətləri  (sağlamlıq  vəziyyəti,  zehni  qabiliyyəti,  istehdadı, 

təşəbbüskarlığı  və  s.)  daxildir.bunla  investisiya  yatırımları  nəticəsində  formalaşır 

və onun sahibinə əmək fəaliyyəti boyunca gəlir gətirir».  

nsan kapitalının müasir şəraitdə formalaşması və inkişafı xüsusiyyətlərini və 

onun  cəmiyyətin  həyat  fəaliyyəti  proseslərindəki  rolunu  ümumiləşdirərək  onu 

aşağıdakı xüsusiyyətlərlə xarakterizə etmək olar; 

1.

  nsan kapitalının genezisi və inkişafı özündə tarixi məzmun (kontekst) və 



asılılqlar  daşıyır.  Bu  kapital  həm  insanın  öz  şəxsi  məsrəfləri,  həm  də  dövlət 

xərcləri  hesabına  toplanır.  Texnoloji  inkişafın  sürətlənməsinə  uyğun  olaraq  bu 

xərclər getdikcə artır. 

2.

  nsan  kapitalına  yönəldilən  investisiya  yatırımlarına  milli  və  mədəni 



ə

nənələr,  tarixi  xüsusiyyətlər,  mikro  və  makro  səviyyələrdə  dövlətin  həyata 

keçirdiyi  iqtisadi  siyasət,  hüquqi  baza,  cəmiyyətin  təhsil,  rifah  səviyyəsi, 

səhiyyənin inkişafı və s. amillər şərtləndirici təsir göstərir.  

3.

  nsan kapitalının sosial-antropoloji elementləri bu fonomenen ən mühüm 



xüsusiyyətlərindən birinin nəzər alınmasını zəruri edir. Bu kapitalın toplanması və 

istifadəsi  insanın  fiziki  xüsusiyyətləri  və  imkanları,  eləcə  də  onun  potensialından 

stifadə imkanları ilə məhdudlaşır. 

4.

  nsan kapitalının reallaşma imkanları, likvidliyi sıfıra bərabərdir. Belə ki, 



fiziki kapitaldan fərqli olaraq bu kapitalın sahibi insan özüdür, onu pula dəyişmək 

olmaz.  Bir  sıra  müxtəlif  iqtisadi  münasibətlərdə  bu  kapitaldan  istifadə  olunması 

insanın özünün nəzarəti altında baş verir. 

5.

  nsan kapitalının verimlilik səviyyəsi subyektin özünün iradəsi, maddi və 




 

56

mənəvi  maraqları,  mədəniyyət  səviyyəsi,  firmadaxili  mədəniyyət  səviyyəsi, 



ə

məyin  təşkili  səviyyəsi,  əmək  şəraiti,  ətraf  mühitin  mühafizəsi  və  s.  Amillərlə 

müəyyən edilir. 

6.

  nsan  kapitalının  toplanması  iqtisadi  sistemin  inkişafının  başlıca  şərti 



olaraq  çıxış  edir.  Bu  insan  kapitalının  ictimai  istehsalda  rolunun  və  yerinin 

ə

həmiyyətini bir daha təsdiqləyir. 



7.

  nsan kapitalın mənəvi və bioloji aşınmaya məruz qalır. O, sabit kəmiyyət 

deyildir,  müəyyən  şəraitdə  artan  və  ya  azalan  xətlə  inkişaf  edir.  Bu  isə  həyatın 

keyfiyyətindən, insan kapitalının formalaşmasında, yığımında cəmiyyətin və bütün 

strukturların məqsədəuyğun fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. 

8.

  nsan kapitalının təkrar istehsalı inkişaf edən ictimai proseslərlə şərtləşən, 



insanın və cəmiyyətin həyat fəaliyyətinin antropoloji, sosial-iqtisadi, mədəni-tarixi 

və  təşkilati-idarəetmə  tərəfləri  ilə  dialektik  vəhdətdə  təzahür  edən,  baş  verən  bir 

hadisədir.    

nsan  kapitalı  ideyası  həm  iqtisadiyyatda  və  cəmiyyətin  həy1at  fəaliyyətinin 

digər sferalarında, həm insanın özündə, həm də əmək fəaliyyətinin məzmununda, 

onun  həyata  keçirilməsi  ilə  bağlı  proseslərin  məzmununda,  xüsusilə  də  ETT-nin 

təsiri  altında  baş  verən  dəyişikliklərin  təsiri  nəticəsində  genişlənmiş  və  inkişaf 

etmişdir.  nsan kapitalı haqqında təsəvvürlər cəmiyyətin inkişafı və insan haqqında 

elmi  biliklərin  genişlənməsi  və inkişafı nəticəsində  təkamül  prosesi  keçərək  daha 

da təkmilləşmiş və inkişaf etmişdir. 

nsan  kapitalı  konseptual  planda  ümuminin,  əlahiddənin  (otdelnıy)  və 

xüsusinin  dialektik  vəhdətini  formalaşdıran  müəyyən  bir  tam  kimi  nəzərdən 

keçirilir  (yəni,  insan  kapitalına  ümumi  halda,  əlahiddə  şəkildə  və  çüsusi  formada 

yanaşmaq olar).  

Ümumi  hal  –  bütövlükdə  cəmiyyət  miqyasında  insan  kapitalının  keyfiyyət 

səviyyəsində və ifadəsində özünü göstərir. Onun səmərəliliyinin əsas meyarı  mili 

gəlirin yaradılmasında insan kapitalının oynadığı rola əsaslanır.  

Ə

lahiddə yanaşma – insan kapitalının iqtisadi fəaliyyət proseslərində təzahür 



edən və reallaşan vəziyyəti və keyfiyyət xüsusiyyətlərinə əsaslanır.  


 

57

Xüsusi yanaşma –insan kapitalının bioloji, sosial və mənəvi xüsusiyyətləri və 



bu və ya digər peşədən irəli gələrək ona qarşı irəli sürülən tələbləri özündə ifadə 

edir. 


Bu  fərqli  yanaşmalar  insan  kapitalının  hansı  sosial-iqtisadi  və  tarixi  şəraitdə 

və şərtlər çərçivəsində formalaşmasına diqqətin yetirilməi zərurətini ortaya qoyur. 

Çünki,  cəmiyyətin  sosial,  iqtisadi,  siyasi,  mədəni  inkişaf  səviyyəsi  və 

məqsədlərindən  asılı  olaraq  ayrı-ayrı  elm  sahələrində  insan  haqqında  toplanmış 

biliklərin  istehsal  və  qeyri-istehsal  fəaliyyəti  sferalarında  tətbiqi  və  istifadəsinə 

ehtiyac yaranır. 

nsana ilk  öncə  iqtisadi nəzəriyyənin  problemi  olaraq  yanaşmışlar  və  burada 

insan hər şeydən öncə təsərrüfat proseslərinin mühüm bir elementi olaraq nəzərdən 

keçirilmişdir. Bu zaman insanın davranış modelinin formalaşması insan və iqtisadi 

mühit  (sistem)  arasında  yaranan  ziddiyyətlərin  aradan  qaldırılması  fonunda  öz 

həllini  tapırdı.  Onu  da  qeyd  edək  ki,  insan  haqqında  iqtisadi  nəzəriyyədə  olan 

təsəvvürlər  təbiət  elmləri,  ictimai  elmlər,  o  cümlədən  fəlsəfə,  psixologiya, 

sosiaologiya  və  s.  sahələrdə  əldə  edəln  biliklər  əsasında  formalaşırdı.  Lakin 

texnoloji  prosesləri  təsiri  burada  özünü  daha  güclü  formada  göstərirdi  və  daima 

insanın insan haqqındakı bilikləri, təsəvvürləri texniki-texnoloji tərəqqiyə çatmağa 

çalışırdı.  20-ci  əsrin  ortalarından  sonra  (3-cü  iyirmi  beş  illikdə)  texnoloji 

proseslərlə sosial sistemlər arasında yaranan uyğunsuzluqlar, fərqlər və birincilərin 

bu qarşılıqlı təsir proseslərində dominantlıq təşkil etməsi cəmiyyətdə də müəyyən 

dəyişikliklərin  baş  verməsini  və  insan  kapitalına  fərqli  yanaşmaların  ortaya 

çıxmasına zərurəti artırırdı. Texnoloji tərəqqi fintastik templərlə baş verərək, dünya 

ölkələrinə  sürətlə  yayılırdı.  Onun  təsiri  ilə  insanın  həyat  fəaliyyəti  proseslərində 

baş  verən  sürətli  dəyişikliklər  insanla  cəmiyyət  arasında  münaqişələrin, 

ziddiyyətlərin  artmasına  və  güclənməsinə  səbəb  olurdu.  80-ci  illərdən  etibarən 

insan  kapitalı  ilə  bağlı  təsəvvürlər,  yanaşmalar  insan  və  bilik  arasındakı 

münasibətlər  problemini  gündəmə  gətirmiş,  insan  amili  daha  da  aktullaşmışdır. 

Nəticədə bu, sosial keyfiyyətlərlə yanaşı, həm də digər keyfiyyətlərə, o cümlədən 

texnoloji  dəyişikliklərin  təsiri  altında  cəmiyyətdə  baş  verən  sürətli  dəyişikliklərə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə