Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   15   16   17   18   19   20   21   22   23

 

61

insanın  əldə  etdiyi  və  anadangəlmə  olan  xüsusiyyətlərinə  deyil,  insan  kapitalının 



istehsal cəhətinə diqqət yetirir.  

Ümumiyyətlə, klassik siyasi iqtisadın nümayəndələri insan kapitalının tədqiqi 

ilə  bağlı  fundamental  prinsip  və  yanaşmaların  müəyyən  edən  ideyaların  əsasını 

qoymuşlar. Bunlar aşağıdakılardır.  

nsanın dəyəri – insan mili sərvətin bir hissəsidir; 

nsan  özünün  bilik  və  bacarıqları,  qabiliyyətləri,  psixi  keyfiyyətləri  ilə 

iqtisadiyyatda müəyyən bir ictimai modeli təmsil edir; 

Bilik və yaradıcı düşüncə iqtisadi dəyərə malikdir; 

Texniki tərəqqinin səviyyəsindən asılı olaraq təhsilin, zehni əməyin rolu artır.  

Qərb  iqtisadçılarının  insan  kapitalı  ahqqında  müasir  yanaşmalarının 

mahiyyətini  başa  düşmək  üçün  neoklassik  iqtisadi  məktəbin  nümayəndələrinin  

fikirlərini  öyrənmək  vacibdir.  Bu  konsepsiya  19-cü  əsrin  70-ci  illərincə 

marjinalistlər  tərəfindən  (K.Menqer,  O.  fon  Bem-Baverka,  F.  fon  Vizer,  ingilis 

iqtisadçısı  U.Stenli,  kembric,  amerirka,  lozanna  və  stokholm  məktəbinin 

nümayəndələri  olan  A.Marşall,  A.Piqu,  C.B.Klark,  L.-M.G.E.Valras,  V.Pareto, 

K.Viksel,  H.Myurdal,  E.Lindal,  B.Olin)  formalaşdırılmışdır  və  onun  əsasını 

marjinal  faydalılıq  nəzəriyyəsi  təşkil  edir.  Bu  dövr  qərb  iqtisadiyyatında  bazar 

münasibətlərinin  inkişafı,  məhsuldar  qüvvələrin  texnoloji  amillərinin  inkişafı, 

ə

mək bölgüsü proseslərinin sürətlənməsi, istehsal prosesləri və bütövlükdə iqtisadi 



sistemin  iştirakçıları  arasında  qarşılıqlı  əlaqələrin  və  ziddiyyətlərin  güclənməsi, 

inhisarçılığın  hökmranlığı,  sahibkarla  muzdlu  işçi  arasında  ziddiyyətlərin 

dərinləşməsi, cəmiyyətdə sinfi ziddiyyətlərin kəskinləşməsi ilə xarakterizə olunur. 

Belə  bir  şəraitdə  neoklassik  məktəbin  nümayəndələri  «faydalılıq»  anlayışını  irəli 

sürmüşdülər.  Onların  fikrincə  işçinin  daxili  imkanlarının  (potensialının),  daxili 

aləminin aşkara çıxarılması istehsal prosesinin həyata keiçrilməsi müxanizmlərinin 

fəaliyyətə  gətirilməsi  üçün  daha  faydalıdır.  A.Marşall  kapital  dedikdə,  «maddi 

nemətlərin  istehsalı  və  fayda  əldə  etmək  üçün  yığılan  bütün  ehtiyat  vəsaitləri 

nəzərdə  tuturdu.  Bu  kapitalın  əsas  hissəsini  bilik  və  təşkilat  (təşkil  etmə) 

formalaşdırırdı.  Bilik  –  istehsalın  ən  güclü  hərəkətverici  qüvvəsidir».  O,  işçinin 




 

62

ə



mək  qabiliyyətini  nəzərdən  keçirərkən,  oun  bütün  istehsal  prosesinin  birnbmrəli 

ə

həmiyyət  malik  xarakterisikası  kimi  qəbul  edir  və  bu  qabiliyyəti  «ümumi 



qabiliyyət»  və  «xüsusi  qabiliyyət»ə  ayırır.  Birinci  ümumi  bilik  və  düşüncə 

səviyyəsini,  ikincisi  isə  ixtisaslaşmış  qabiliyyəti,  xüsusi  biliklərə  malik  olmanı 

ifadə edir.  

A.Marşallın işləri rus alimlərinın də əmək sahəsində əsərlərinin yaranmasında 

böyük  rol  oynamışdır.  Belə  ki,  rus  alimi  S.Q.Strumilin  öz  tədqiqatlarında  vərdiş 

(bacarıq, təlim) və yerinə yetirilən işin keyfiyyət arasında sıx əlaqələrin olduğunu 

təsdiq  edirdi.  şin  keyfiyyətini  ölçmək  üçün  nisbi  kəmiyyət  kimi  o  verilmiş 

ixtisaslaşma  səviyyəsi  üçün  tələb  olunan  vərdişləri  əsas  götürürdü.  Əməyin 

keyfiyyəti  və  əmək  vərdişi  öz  saralarında  sıx  şəkildə  əlaqəlidir.  şçinin  ixtisas 

səviyyəsi yüksəldikcə əməyin məhsuldarlığı da artır, yaradılan əlavə dəyər də artır. 

Strumilin  təhsilə  ayrılan  dövlət  xərclərini  təhlil  edərək  belə  qənaətə  gəlmişdir  ki, 

bu xərclərlə əlaqədar əməyin məhsuldarlığının yüksəlməsi nəticəsində əldə edilən 

fayda  təhsil  xərclərini  27,6  dəfə  üstələyir.  Nəticədə  büdcə  xərcləri  1,5  il  ərzində 

artıqlaması  ilə  qayıdır.  Növbəti  35,5  il  ərzində  isə  dövlət  heç  bir  xərc  qoymadan 

hər il xalis gəlir əldə edir.  

nsan kapitalının müasir konsepsiyalarının inkişafı 20-ci əsrin ikinci yarısında 

qərb  iqtisadi  fikrinin  (məktəblərinin)  inkişafı  ilə  sıx  bağlıdır.  Bu  konsepsiyaların 

meydana  gəlməsi  cəmiyyətin  inkişafı  qanunauyğun  nəticələrindən  biridir. 

Cəmiyyətin  həyatında,  eləcə  də  insanın  həyat  fəaliyyəti  sferalarında  elmin  və 

təhsilin rolunun artması ilə əlaqədar baş verən əsaslı dəyişikliklər də buna gətirib 

çıxarırdı. 50-ci illərin sonu 60-cı illərin əvvəllərində baş verən və bu günümüzdə 

də davam etməkdə olan sürətli ETT (kosmosun fəthi, nüvə fizikasının inkişafı, elm 

və  istehsal  arasında  inteqrasiyanın  dərinləşməsi)  insan  kapitalının  müasir 

nəzəriyyələrinin, konsepsiyalarının yaranmasını şərtləndirmişdir.  

nsan  kapitalının  müasir  nəzəriyyələri  üzrə  əsas  işlər  amerikalı  iqtisadçılar 

T.Şults və H.Bekkerin adı ilə bağlıdır.  nsan kapitalı ideyasının məşhurlaşmasında 

T.Şultsün əməyi xüsusi olmuşdur. 1958-ci ildə nəşr etdirdiyi «Ali iqtisadi təhsil və 

iqtisadi inkişafda onun rolu»  əsərində T.Şults təhsili insan kapitalının əsas tərkib 




 

63

komponenti  kimi  nəzərdən  keçirmişdir.  1960-ci  ildə  nəşr  etdirdiyi  «Təhsil 



kapitalının  yaradılması»  adlı  məqaləsində  təhsil  xərcləri  də  daxil  olmaqla  işçi 

qüvvəsinin dəyərinin qiymətləndirilməsi nəzərdən keçirilmişdir. O, insan kapitalını 

«gələcək  əmək  haqqının  və  ya  tələbatların  təmin  edilməsinin  mənbələrindən  biri 

olaraq nəzərdən keçirməklə, ona kapital forması kimi  yanaşmışdır.  nsanın tərkib 

hissəsi olduğu üçün də onu insan kapitalı adlandırırlar».  

T.Şultsun  1960-cı  ildə  nəşr  olunan  «Təhsil  kapitalın  formalaşması  mənbəyi 

kimi»,  1961-ci  ildə  nəşr  olunan  « nsan  kapitalına  investisiya»  əsərləri,  eləcə  də 

H.Bekkerin 1962-ci ildə nəşr olunan « nsan kapitalına investisiyalar», 2 il sonra isə 

çap olunan  « nsan kapitalı:  nəzəri  və  empirik  təhlillər»  adlı  əsərlər  insan kapitalı 

sahəsində müasir nəzəri bazanın əsasını formalaşdırdı.  

Nəzəriyyələrdə sübut olunurdk ki, təhsil sistemi elə bir fəaliyyət sferasıdır ki, 

orada  maliyyə  kapitalı  insan  kapitalına  çevrilir,  yəni  təhsilə  ayrılan  maliyyə 

xərcləri insanın intellektinin, mədəni səviyyəsinin yüksəlməsi nəticələrinə çevrilir 

ki, bu da həm insanın özü üçün, həm də cəmiyyət üçün müəyyən mənfəət yaradır. 

Daha  doğrusu  təhsilin  maliyyələşdirilməsi  ən  səmərəli,  faydalı  kapital  yatırımı 

hesab edilir.  

nsan kapitalının müasir nəzəriyyələrinin yaranmasının əsas səbəblərindən biri 

də  kapital  anlayışının  daha  geniş  miqyasda  tətbiq  edilməsi,  başa  düşülməsi  oldu. 

ctimai  sərvətin  bütün  elementlərinə  kapitalı  kimi  yanaşılırdı.  T.Şultsüun  fikrincə 

bu  kapital  2  yerə  ayrılırdı:  insan  kapitalı  və  qeyri-insan  kapitalı.  nsan  kapitalı 

insanın  qabiliyyətləri,  bilik  və  bacarıqları,  vərdişlərindən  asılı  olan  əlavə  gəlir 

mənbəyi kimi ifadə olunurdu.   

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə